48
Yelena Furman qüdrətli sənətkarın yaradıcılığında əsas yer tutan obrazlardan
olmuşdur. Rubens sevimli arvadını lüt halda təsvir etmişdir. Rubens arvadını əvvəlcə
mifologiya və Bibliya kompozisiyalarında təsvir etmişdir. Təqribən 1635-ci ildə yaratdığı
«Virsaviya» əsərinin qəhrəmanı onun ikinci arvadının surətidir. Həmin əsər Almaniyada
Drezden Şəkil Qalereyasında saxlanılır (şəkil 30).
Şəkil 30. Piter Paul Rubens. «Virsaviya», yağla ağac üzərində çəkilmiş 175 x
126 santimetr ölçülərində olan tablo, təqribən 1635-ci il, Almaniya, Drezden Şəkil
Qalereyası
49
P. P. Rubensin təqribən 1638–1640-cı illərdə təsvir etdiyi «Kürk» portreti yenə
Yelena Fourmentin portretidir. Həmin ecazkar portret Vyanada Bədii-Tarixi Muzeydə
saxlanılır (şəkil 31).
Şəkil 31. Piter Paul Rubens. «Kürk», təqribən 1638–1640-cı illər, Vyana Bədii-
Tarixi Muzeyi
Arvadı Yelena Fourmenin çılpaq halda şəkillərini çəkməsi və sonra onları
sərgiyə çıxarması səbəbindən bəzi müəlliflər Rubensin yaradıcılığında kandavlizm
elementlərini görməyə meylli olmuşlar. Rubensin kandavlizmdən əziyyət çəkdiyini K.
İmelinski və başqa müəlliflər qeyd etmişlər [33].
50
1996-cı ildə rus alimləri, tibb elmləri namizədləri A. A. Bova və Y. M. Savina
tərəfindən tərtib edilən «Seksologiya və seksopatologiya üzrə lüğət (şərh və əlavələrlə)»
adlı kitabda K. İmelinskinin çılpaq arvadını təsvir etdiyi mənzərələri sərgiyə çıxaran
Rubensin yaradıcılığında kandaulezizm əlamətlərinin olduğunu göstərməsi fikrinin
mübahisəli olması qeyd edilmişdir. Müəlliflər məsələni ona görə mübahisəli hesab edirlər
ki, rəsamlardan bir çoxu (məsələn, Salvador Dali) eyni şeyi ediblər və hazırda da edirlər
[47].
Flandriyalı mühacirdə kandavlizm əlamətlərinin özünü qabarıq şəkildə
göstərdiyi heç bir vəchlə inkar edilə bilməz. Tədqiqatçıların fikrincə, Piter Paul Rubensdə
kandaulezistik meyl yeniyetməlik yaşlarından olmuş, ömrünün sonunadək onda
saxlanılmışdır. Boyakar arvadının çılpaq şəkillərini açıq-açığına müzakirə mövzusuna
çıxarmaqla çoxlarını təəccübləndirmişdir. Rəssamın yaratdığı qəşəng formalı, həssas və
koppuş qadınlar görənləri heyrətə gətirmişdir. Rəssam arvadını çox, bir neçə dəfə, özü də
həvəslə çəkmişdir. Sənətkar arvadının bədəninə baxıb ləzzət almış və belə gözəl qadına
yiyələndiyini hamıya bildirmək, onun cəlbediciliyini başqa kişilərə göstərmək istəmişdir.
Buna görə Rubens çılpaq Yelenanın yer aldığı mənzərələri ümumi kütlənin seyr etməsi
üçün onları tez-tez sərgiyə qoymağı sevmişdir. Antverpen sakinləri lövhə üçün məhz kimin
model xidməti gördüyünü dərhal bilmişlər. Rubensin buna əmin olması onu oyandırmış,
ehtirasa gətirmişdir. Rubens çılpaq şəkillər sərgidə nümayiş olunarkən dostlarının onlara
tamaşa etmələrindən çox ruhlanmış, vəcdə gəlmişdir. Ağıllı Yelena ərinin qeyri-adi
meylini duymuş, onun zəifliyinə barmaqarası baxmışdır.
* * *
Məşhur kandavlistlər haqqında danışdıqda Uorsli ailəsindən söhbət açmamaq
mümkün deyildir. Həmin ailə Britaniya ali cəmiyyətində (kübar mühitində) nəhəng
biabırçılığa səbəb olmuş, qrandioz rüsvayçılığa yol açmışdır.
XVIII əsrdə ingilis siyasi xadimi və qədimdən qalma şeylər kolleksioneri ser
Riçard Uorsli (Sir Richard Worsley)
84
və varlı-hallı evin qızı Seymur Doroti Fleminq
(Seymour Dorothy Fleming)
85
arasındakı nikah çox böyük səs-küyə səbəb olmaqla tarixə
düşür. 7-ci baronet (7th baronet) kimi məşhur olan 24 yaşlı Riçard və vəliəhd qız 17 yaşlı
Seymur 1775-ci ildə kəbin kəsdirirlər (nikahlanırlar). Onların zəmanəsi məhzun (kədər
gətirən) vaxtlar idi, həmin dövrdə hətta son dərəcə ağıllı, varlı və çox gözəl qadın kişinin
yalnız «xüsusi mülkiyyəti» sayılırdı. Çox yaraşıqlı Seymur Fleminqə yüz min funt
dəyərində cehiz verilmişdi. Əlbəttə, bu başgicəlləndirici məbləğ idi, ancaq həmin məbləğlə
qadın yalnız mehtəri (atabaxanı) və yaxud bağbanı sevə bilərdi. Ərin var-dövləti onun üçün
heç bir şey həll edə bilməzdi. İlk vaxtlar onları ideal cüt hesab edirlər. Ser Riçard Uorsli
Nort lordu hökumətində vəzifəcə yüksəldiyindən parıldayan ulduz, ledi Uorsli isə ali
cəmiyyətin sevimlisi sayılırdı. Əvvəlcə gənc ledi Seymur baron Uorsli ilə öz nikahını
entuziazmla qarşılayır, ona vurulur. Qadın Riçard Uorslini sevir və ona söz verir ki, onun
üçün ürəyi istəyəni edəcəkdir. Hələ ərinin qeyri-adi intim vərdişlərindən şübhələnmədiyi
bir vaxtda onun istədiyini həyata keçirəcəyini vəd edir. Lakin ailə cəbhəsində işlər heç də
zənn edildiyi qədər idillik
86
deyildi. Çox keçmədən onların ailəsində nifaq başlayır.
51
Danışırdılar ki, ser Riçard qadınlarla elə çox maraqlanmazdı. Ledi Uorsli sonralar etiraf
etmişdir ki, onların ilk nikah gecəsi üç ay uzanmışdır. Söz yox ki, həmin informasiyanın nə
qədər həqiqət olduğu məlum deyildir. Lakin gənc siyasətçinin arvadına az diqqət yetirməsi
göz qabağında olan bir fakt idi və heç kimdə şübhə doğurmurdu.
Baronun təhrif olunmuş zövqü meydana çıxır. Əvvəllər arvadı sadəcə
corablarını necə soyunduğunu gizlicə müşahidə edirdi. Sonra onun başqa kişilərlə
görüşlərinin təşkil edilməsinə şərait yaratdı. Vuayerizmə mübtəla olmuş Riçard Uorsli
arvadını başqa kişi ilə yatmağa məcbur etməyə başlayır, özü isə açar deşiyindən onların
cinsi əlaqəsinə baxır. Ər öz kefi istəyən kimi arvadının xəyanətini müşahidə etməyə və
bundan həzz almağa başladı. Deyilənlərdən belə çıxır ki, aldadılmış ər əslində öz arvadının
reputasiyasının
87
korlanmasına qol qoymuş, «imza çəkmişdir».
Ərinin qəribə meylindən sui-istifadə edən ledi Uorsli pozğun həyat sürür. Ledi
Uorslinin dalbadal məşuqları peyda olur. Xanım qısa vaxt ərzində bir yığın kişinin yatağına
girir, onun məşuqlarının sayı-hesabı olmur. Yayılan xəbərlərə görə, ledinin cinsi yaxınlıqda
olduğu kişilərin sayı artıq 27 nəfərə çatır. Hətta onlardan biri – Corc Bissettə (George
Bissett) üçün bir qız doğur. Belə ki, əxlaqsız qadın 1781-ci ildə nikahdankənar cinsi
əlaqədən qazandığı uşaq doğur. Lakin ser Riçard biabır-rüsvay olmamaq, qınaq obyektinə
çevrilməmək üçün doğulan körpənin onun öz uşağı olduğunu etiraf edir. Həmin vaxt cütün
artıq qanuni doğulmuş bir oğlan uşağı – varis (nəslin davamçısı) vardı. Bununla
kifayətlənməyən həyasız arvad ərinin seyrçi münasibətindən yorulduğunu bəhanə edərək
1781-ci ilin 18 noyabrında «rəşadət göstərirmiş» kimi dəliqanlı kapitan Corc Bissettə
qoşulub qaçır. Güman edilir ki, arvad tez boşanacağına ümid edərək belə bir addım
atmışdı. Lakin bu variant qəzəblənmiş əri qane etmədi. Ərini qoyub öz məşuqu ilə qaçan
arvad bununla əsəbləri tarıma çəkir. «Cinayətkar dedi-qodu» hər yerə yayılır.
Ledi Uorslinin zinakarlığı ser Riçard Uorslini kapitan Corc Bissettlə üzbəüz
qoyur, onları məhkəmədə «görüşdürür». Ovqatı təlx olmuş, məyus Riçard Uorsli dəlibaş
kapitanı məhkəməyə verir.
1782-ci ildə Britaniya və Amerika Birləşmiş Ştatlarının sakinləri arasında
məhkəmə çəkişməsi başladı. Elə çox tanınmayan Corc M. Bissett Uayt adası qubernatoru
ser Riçard Uorslinin arvadı ilə nikahdankənar cinsi əlaqə yaratmaqda günahlandırılırdı.
Nikaha xitam vermək (boşanmaya nail olmaq) üçün ər arvadının zinakarlıq aktı
törətdiyini, ona xəyanət etdiyini sübut etməliydi. «Əmlakının» (arvadının) korlanmasına,
reputasiyasının zərər görməsinə (ad-sanına ləkə gətirilməsinə), şərəf və ləyaqətinin
alçaldılmasına görə nəhəng, külli bir məbləğ tələb edilirdi. Belə ki, ser Riçard pulla
kompensasiya kimi iyirmi min funta bərabər bir məbləği ələ keçirmək üçün dişlərini
qıcamışdı. Tələb edilən məbləğ heç də kiçik deyildi, həmin vaxtlar heç yerdə eşidilməmiş,
misli görünməmiş dərəcədə böyük bir məbləğ sayılırdı. Hətta bəzi jurnalistlər onu indiki
dövr məbləğinə çevirərək üç milyon dolları keçdiyini bildirirlər. Əslində Riçardın pula
ehtiyacı yox idi, sadəcə olaraq arvadını qaçırmış kapitanı cəzalandırmaq məqsədilə buna
getmişdi. Ancaq proses (məhkəmə işinin gedişi) çox qəribə, «nəşəli» bir xarakter aldı.
Londonlular şahidlərin ifadələrinin toplandığı, onların canlı təsvir olunduğu kitabçalar
aldılar. Buradakı məlumatlar kifayət qədər inandırıcı sayılırdı, hətta miledini
88
zöhrəvi
xəstəlikdən müalicə etmiş həkimin verdiyi ifadə belə kitabçaya salınmışdı.
52
Arvadın məşuqunu uzunmüddətli türmə gözləyirdi, hətta həyatının son gününə
qədər həbsxana divarları arasında keçirməli ola bilərdi.
Məşuqunun var-dövlətinin əlindən çıxmaması (müflisləşməməsi) naminə
pozğun arvad kapitan Bissett onun həyatına girənə qədər özünün qiymətinin «iyirmi min
funt olmadığını», artıq reputasiyasının çoxdan korlandığını, hörmət və etibardan
düşdüyünü bildirir, ümidsizcəsinə davrandığını bildirir. Məhkəmədəki şahid ifadələrinə
görə, onun çoxlu sayda pərəstişkar və qulluqçuları olmuşdur. Altı illik nikah dövrü ərzində
ledi Uorslinin 27 məşuq olduğu rəsmi surətdə elan edildi. Onlardan biri hətta xanımı
tripper (süzənək) xəstəliyilə yoluxdurmuşdu.
Lakin məhkəmə arvadın zinakarlığı və məşuqlarının sayca çoxluğu barəsindəki
informasiyadan deyil, adlı-sanlı bir vəzifə sahibinin öz həyat yoldaşını əxlaqsızlığa
sürükləməsindən şoka düşmüşdü.
Ledi Uorsli etiraf etmişdir ki, əri onun sevgi əyləncələrinə xəlvəti tamaşa etməyi
çox sevir, hətta məşuqlarından bir çoxunu özü ilə evə gətirirdi. Sevgilisini xilas etmək
istəyən Seymur məhkəmədə sübut etmək istəyirdi ki, əri onun nikahdankənar cinsi
əlaqəsinə etiraz etməyib, eyni zamanda belə əlaqələri mükafatlandırıb, həvəsləndirir, təşviq
edirdi. Birtərəfli mövqe tutmamaq üçün məhkəməyə ledinin dediklərini təsdiqləmək lazım
gəlirdi. Bu baxımdan sadə hamamçı qadının verdiyi ifadə hər kəsin təəccübünə səbəb olur.
Hamamçı qadın danışır ki, ər Riçardın öz dostu Bissetti çılpaq arvadına baxıb zövq almaq,
onu ləzzətlə seyr etmək üçün gətirdiyi günü yaxşı xatırlayır. Bissettə rahat olsun deyə hətta
ser Riçardın altda dayanaraq onu öz kürəyinə çıxarmasını təklif etdiyini yaddan çıxarmaq
mümkün deyildir.
Bissettin vəkili dəyyusa (buynuzdaşıyana) sarsıdıcı, həlledici zərbə endirir. Vəkil
bəyan edir ki, «Uorsli ər-arvadları Meydstonda istirahət edən zaman arvadı hamamda
çimərkən ser Riçard onu Bisettə göstərmişdir. Riçard bunu sadəcə kənardan işarə etməklə
deyil, onu belinə çıxarıb yuxarı qaldırmaqla həyata keçirmişdi. Riçardın çiyinləri üstünə
çıxandan sonra Bisett xeyli yuxarı qalxdığından çimən arvadı yaxşıca görmüş, ona gizlincə
tamaşa etmişdi. Ledi Uorsli çimib qurtardıqdan sonra centlmenlərə qoşulmuş, şən üçlük
gəzintiyə çıxmışdır. Riçardın öz çılpaq arvadını başqa kişiyə göstərməsi heç də cəmi bir
dəfə olmamışdır. Riçard oxşar qaydada öz tanışlarını bir neçə dəfə əyləndirmişdi.
Arvadının başqa kişilərlə cinsi əlaqələrinin hamısını cənab Uorsli altdan, xəlvəti müşahidə
etmişdir. Ser Riçardın anlaşılmaz və qəribə meyli nəzərə alınaraq onun boşanması
haqqında söhbət gedə bilməz. Hər şeydə onun özü günahkardır».
İnsident təkcə arvadın vəfasızlığına görə deyil, eyni zamanda ərin seksual meyl
pozğunluğundan lap qızışmışdı. Uorslilərin işinə baxıldığı məhkəmə XVIII əsrin ən səsli-
küylü məhkəməsi hesab edilir. Dindirilməsi və ifadələrinin alınması üçün ledi Uorslinin
əvvəlki məşuqələri məhkəməyə çağırılırdı. Bütün London camaatı bu sirkə baxmağa,
tamaşa etməyə can atırdı. Vanna qəbul edən ledinin gizlicə başqa kişiyə göstərilməsi
xəbərçilərin dilindən düşmürdü. Lakin əhalinin imtiyazlı təbəqələri tərəfindən seçilmiş
məhkəmə iclasçıları vəkilin tutarlı arqument gətirməsinə baxmayaraq arvadı qoşulub qaçan
ərə rəhmdilliklə yanaşırlar. Pis vəziyyətə düşmüş ərə yazığı (rəhmi) gələn iclasçılar belə bir
verdikt irəli sürürlər: «Uorslinin ailəsini dağıdan Bissett günahkar bilinsin və ona
kompensasiya qismində ... bir şillinqə bərabər məbləğ ödəsin». Söz yox ki, aldadılmış və
53
təhqir edilmiş ər məhkəmə işini udur. Ancaq çox qızğın müzakirələrdən sonra
məhkəmənin çıxardığı qərarda kompensasiya kimi ona vur-tut bir şillinq verilməsi
göstərilir. Əlbəttə, işini qurtaran məhkəmənin ərə dəyən mənəvi zərərə görə cəmi bir şillinq
ödənilməsinə dair verdiyi hökm sadə bir qərar kimi qarşılanmamışdır. Hər yoldan keçən
kişinin altına girmiş arvadın qiymətinin cəmi bir şillinq olması, həmçinin qeyrətsiz ərin
belə cinsi kontaktları alqışlaması, onlara şərait yaratması, hətta bir çox hallarda özünün
şəxsən baş verənləri kənardan müşahidə etməsi, həmçinin başqa məqamlar qərarın kifayət
qədər ədalətli olduğuna dəlalət edirdi. Bəziləri məhkəmədə ərin udduğunu iddia edir, ancaq
digərləri qadının qələbə çaldığını söyləyirdi. Əslində belə biabırçılıqdan sonra onların hər
ikisinin məhkəmədə udduğu, ancaq həyatda uduzduğu etiraf edilməlidir.
Şəkil 32. Ser Riçard Uorslinin (Sir Richard Worsley) portreti. Məşhur ingilis
tarixi və portret naqqaşı ser Coşua Reynolds (Joshua Reynolds)
89
tərəfindən 1775/1776-cı
ildə çəkilmişdir.
1782-ci ildə məhkəmə stenoqrammaları azqala ən çox satılan nəşrə çevrilmişdi.
İşə məhkəmədə baxılması stenoqramması 7 dəfə nəşr edilmişdi. Deyilənə görə, hətta
nüfuzlu dövlət xadimləri, hətta ölkə başçıları nəşrə maraq göstərmişdilər. Məsələn,
amerikan dövlət xadimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Vaşinqton (George
Washington) nəşrin bir ekzemplyarını (nüsxəsini) əldə etmişdir.
Seksual xarakterli informasiyanın aristokrat yatağından məhkəmə zalına
keçməsi və bulvar nəşrə (oxunaqlı olan, lakin ideya və bədii cəhətdən zəif sayılan bədii
əsərə)
90
çevrilməsi səbəbsiz ola bilməzdi.
Lakin seksual xarakterli tarixi hadisə bununla başa çatmır. Alçaldılmış ser
Riçard arvadının boşanmasına icazə verməkdən imtina edir. Ledi Uorsli gülünc vəziyyətə
54
düşür, masqaraya qoyulur, oyuncaq yerinə qoyulan adam səviyyəsinə enir. Arvad artıq
Bissettdən ikinci dəfə hamilə qalmışdı. Bissett onu ikicanlı vəziyyətdə atır. Qadın heç
olmasa acından ölməmək, yalnız yaşamaq xatirinə fahişəliklə məşğul olmağa başlayır.
Arvad bir daha ərinin qabağına doqquzluq çıxarmaq
91
istəyir.
Qanuna görə, zinakar arvada yalnız cib xərcliyi verilə bilərdi. Arvadın nəhəng
cehizi, paltar və bəzək-düzək vasitələri (zir-zinəti) ərində qalırdı. Lakin ser Riçardın ona
uşaqları ilə görüşməsini qadağan etməsi ilə müqayisədə bu itkini müqayisə etmək çətin
olardı. Çox keçmədən baxımsızlıq ucbatından onun balaca qızı ölür. Ərlə arvadın ümumi
uşağı sayılan oğlan bədbəxt hadisə nəticəsində 12 yaşında tələf olur.
Ali cəmiyyət (aristokratlar içərisinə) çıxmaq onun üçün həmişəlik (əbədi) üzünə
bağlanır, qadağan edilir. Yalnız hərdənbir (təyin olunmuş vaxtı gələndə) anası və bacısı ilə
görüşməsinə icazə verilirdi.
1805-ci ilin 8 avqustunda 54 yaşlı Riçard dünyasını dəyişir. Yalnız ser Riçard
öldükdən sonra qanuna görə ledi Uorslinin haqqı çatan pullar onun ixtiyarına keçmişdir.
Ser Riçard dünyasını dəyişdikdə ledi onu dəfn etmişdir.
Əri ilə həmişəlik vidalaşdıqdan sonra ledi Uorsli özü istədiyi kimi yaşamağını
davam etdirmiş, daim həzz almağa çalışmış, aşna (məşuqə) rolunda bütün Avropa boyunca
səyahətdə olmuş, Fransa inqilabı sayəsində zəbt edilən böyük bir ərazini gəzib-
dolanmışdır.
47 yaşlı ledi yaşca özündən iki dəfə kiçik olan bir kişiyə ərə getmişdir. Onlar
İtaliyaya köçüb orada yaşamışlar. Ledi və onun cavan əri 13 il bir yerdə olmuşlar.
Acınacaqlı məşhurluq qazanmış ledi Uorsli məhz həmin kişinin qolları üstündə
keçinmişdir.
Uorsli soyadlı ər-arvadın ailə faciəsi təkcə məhkəmə stenoqrammalarında
əbədiləşdirilmədi. Onlar həmçinin çoxsaylı karikaturaların qəhrəmanlarına çevrildilər.
Karikaturaçılar həmin momentdən məharətlə istifadə etdilər. Öz çiyinləri üstündə kapitan
Bissetti saxlayan ser Uorslinin təsviri bunların içərisində ən məşhurlarından biridir. İngilis
karikaturaçı rəssamı və oymaçısı Ceyms Gillrey (James Gillray) 1782-ci il 14 martında
ərsəyə gətirdiyi «Ser Riçard öz arvadının aşağı hissələrini çılpaqlaşdırarkən kələkbazdan da
pis görünür!» («Sir Richard Worse-than-sly, exposing his wife’s bottom – o fye!») əsəri
çox məşhurdur. Ser Riçard Uorslinin (Sir Richard Worsley) karikaturasından bir fraqment
33-cü şəkildə göstərilmişdir. Əsər Londonda Milli Portret Qalereyasında (National Portrait
Gallery, London) saxlanılır. Onun «Yaradıcılıq fondu!» («Creative commons!») lisenziyası
vardır.
Ledi Uorsli çimərkən başqa kişinin ona daha rahat və yaxşı göz gəzdirə
bilməsindən ötrü ər tərəfindən qəribə addım atılmışdı. Karikatura yalnız şahidlərdən birinə
həsr olunmuş illüstrasiyadan başqa bir şey deyildir. Ancaq bu bədii sənəd hazırda
Londonda Milli Portret Qalereyasında saxlanılır. Reynoldsun qarşısında poza almış ledi
Uorsli tarixə məhz həmin görkəmdə düşəcəyini əsla ağlına gətirə bilməzdi.
55
Şəkil 33. Ser Riçard Uorslinin (Sir Richard Worsley) karikaturası. İngilis
karikaturaçı rəssamı və oymaçısı Ceyms Gillrey (James Gillray)
92
tərəfindən 1782-ci ilin
14 martında çəkilmişdir. «Ser Riçard öz arvadının aşağı hissələrini çılpaqlaşdırarkən
kələkbazdan da pis görünür!» («Sir Richard Worse-than-sly, exposing his wife’s bottom –
o fye!») əsərindən bir fraqment. Londonda Milli Portret Qalereyasında (National Portrait
Gallery, London) saxlanılır. «Yaradıcılıq fondu!» («Creative commons!») lisenziyası
vardır.
Cəncəlli Ledi Uorsli təkcə Coşua Reynoldsun mənzərəsində deyil, eyni
zamanda «Rüsvayçı ledi U» («The scandalous lady W») adlı Britaniya filmində
görünməyə başladı, onun qəhrəmanına çevrildi. 2015-ci ildə «BBC» telekanalı tərəfindən
çəkilmiş filmi «Biabırçı ledi U» kimi də tərcümə etmək olar. Britaniya televiziya bədii
filmi bioqrafik filmlərdən
93
biridir. Ssenarinin əsasında britaniyalı tarixçi Holli Rabenhold
(Hallie Rubenhold)
94
2008-ci ildə yazdığı «Ledi Uorslinin şıltaqlığı» kitabı dayanmışdır.
56
«Rüsvayçı ledi U» filmi öz əxlaqsız və pozğun davranışı, həmçinin səsli-küylü boşanma
prosesi ilə kübar cəmiyyətini sarsıtmış ledi Seymur Uorslinin həyat tarixçəsindən danışan
bir filmdir. Əlbəttə, «Biabırçı ledi U» filminin yaradıcıları komediya deyil, faciə
çəkmişdilər. Bədii filmin baş rolunu Natali Dormer (Natalie Dormer)
95
ifa etmişdir.
«Tüdorlar» teleserialında Anna Boleyn, «Taxt-tac oyunu» teleserialında Margeri Tirell
rollarını ifa etmiş britaniyalı aktrisa Natali Dormer bir vaxtlar səsli-küylü məhkəmə
prosesinə cəlb edilməsi və məşuqələrinin sayca çox olması ilə əlaqədar məşhurlaşan
aristokrat qadını ekranda canlandırır. Şahidlər elə həmin məhkəmədə öz eşqbazlıq
səhnələrini aydın təsvir etmişdilər. Filmin qəhrəmanı Natali Dormer ekranda əri və məşuqu
arasında qalır. Ser Riçard Uorsli rolunu Şon Evans (Shaun Evans), kapitan Bassett rolunu
Aneyrin Barnard (Aneurin Barnard) oynayır.
Şəkil 34. Coşua Reynolds (Joshua Reynolds). Ledi Reynoldsın portreti. 1776-cı
il. 236 x 144 sm
Tarixi və portret naqqaşlığı üzrə məşhur ingilis sənətkarı ser Coşua Reynoldsun
(Joshua Reynolds) fırçasından çıxmış ledi Uorslinin portreti bizim günlərə qədər
saxlanmışdır (şəkil 34). Lakin portret rəssamın özündə qalmışdır. Çünki arvadın əri ona pul
ödəməkdən boyun qaçırmışdır.
57
Şəkil 35. «Rüsvayçı ledi U» («The scandalous lady W») filminin posteri
* * *
Fransız heykəltəraşı Fransua Ogüst Rene Roden (François-Auguste-Rene
Roden) də həmçinin kandavlist hesab edilir. 1840-cı ilin 12 noyabrında Paris şəhərində
doğulmuşdur. Sənətkar «Qucaqlaşmalar» adlı əsərində öz sevgilisini təsvir etmişdir (şəkil
37).
Şəkil 36. Fransua Ogüst Rene Roden (François-Auguste-Rene Roden; 1840–
1917). 1891-ci il
58
Şəkil 37. Fransua Ogüst Rene Roden (François-Auguste-Rene Roden; 1840–
1917). «Qucaqlaşmalar»
Yeri gəlmişkən qeyd edək ki, Rodenin ecazkar sənəti müasir heykəltəraşlığın
inkişafına çox güclü təsir etmişdir. Onu haqlı olaraq müasir heykəltəraşlığın
yaradıcılarından biri hesab edirlər. Qəribədir ki, hətta müxtəlif bədii cərəyanlara mənsub
olan sənətkarlar belə onu özlərinə müəllim sayırdılar. İmpressionistlər Rodeni
«impressionizmin banisi» adlandırır, realist sənətkarlar, eləcə də digərləri, hətta simvolistlər
belə ondan çox şey öyrənirdilər [12, səh. 145].
Həmçinin rəsm və ofort ustası kimi tanınan Rodenin yaradıcılığı heykəltəraşlıq
tarixində mühüm mərhələ təşkil edir. Müəyyən olunmuşdur ki, 1880-ci illərin ortalarından
O. Rodenin yaradıcılığında mürəkkəb simvolik obrazlara, ziddiyyətli və ifrat insan
emosiyalarının üzə çıxarılmasına meyl artmışdır [6, səh. 167, orta və sağ sütunlar].
O. Roden 1917-ci ilin 17 noyabrında Myodonda vəfat etmişdir.
* * *
Arvadın başqa kişinin qarşısında çılpaqlaşdırılmasından danışdıqda məşhur
fransız naqqaşı və oymaçısı, impressionizmin banilərindən biri Eduard Manenin (Edouard
Manet) 1863-cü ildə yaratdığı «Ot üstündə səhər yeməyi» əsəri barəsində hökmən söhbət
açmaq lazım gəlir. Atası fransız hüquqşünası Ogüst Mane (Auguste Manet), anası
diplomat Joze-Antuana-Ennemo Furnyenin (Joseph-Antoine-Ennemond Fournier) qızı
Ejeni-Dezire Furnye (Eugenie-Desiree Fournier) olmuşdur. Eduard Mane 1832-ci ilin 23
yanvarında Parisdə dünyaya gəlmişdir.
Sənətkarın ailə quracağı holland Süzanna Leenhoff (Suzanne Leenhoff)
musiqiçi olmuş, 1849-cu ildən Manenin kiçik qardaşları Ejen və Qustava fortepianodan
59
dərs demişdir. 1852-ci ilin 19 yanvarında Süzannanın oğlu olur və adını Leon (Leon
Leenhoff) qoyur. Süzanna uşağın atası kimi sənəddə Koel yazdırır, lakin onun barəsində
heç bir məlumat vermir. Eduard Mane uşağın xaç atası olur. Bəziləri uşağın atasının Ogüst
Mane, digərləri isə Eduard Mane olduğunu bildirir. Leon və Suzannanın yaşadığı evdə
təkcə onlar deyildi. Belə ki, Süzannanın qardaşları – heykəltəraş Ferdinand Leenhoff və
rəssam Rudolf Leenhoff, həmçinin nənəsi bir yerdə qalırdılar. Güman edilir ki, Süzanna
naqqaşın atası Ogüstün məşuqəsi olmuşdur. Atasının ölümündən düz bir il sonra 1863-cü
ilin 28 oktyabrında Eduard Mane onunla evlənmişdir. Sənətkarın onunla sevgi macərası on
il ərzində davam etmişdir. Balaca Leon və anası Süzanna rəssamın çoxlu sayda lövhəsi
üçün bir model kimi xidmət göstərmişdir.
Şəkil 38. Eduard Mane (Edouard Manet), təxminən 1870-ci il. Məşhur fransız
fotoqrafı, karikatura ustası, romanist yazıçı, jurnalist və təyyarəçi Nadarın (Nadar; əsl adı
Qaspar Feliks Turnaşon – Gaspard Felix Tournachon) əsəri olan portret
1863-cü ilin oktyabrında fransız şairi, tənqidçi, esseist və tərcüməçi Şarl Pyer
Bodler (Charles Pierre Baudelaire) öz dostuna yazırdı: «Mane indicə təəccüblü bir xəbəri
mənimlə bölüşdü. Bu gün axşam Hollandiyaya yola düşür, öz arvadı ilə geri qayıdacaq...
deyilənə görə, onun arvadı çox qəşəng, nəzakətli, xoşrəftar bir qadındır, gözəl piano
ifaçısıdır».
Eduard, Süzanna və Leon bir yerdə yaşayırlar. Lakin rəssamın ailəsinə və Paris
ictimaiyyətinə Leon Süzannanın oğlu kimi deyil, kiçik qardaşı kimi təqdim edilmişdir.
Eduard Manenin 1863-cü ildə yağlı boyalarla çəkdiyi «Ot üstündə səhər
yeməyi» (fransızca «Le dejeuner sur l’herbe») əsəri cəncəlli və biabırçı bir mənzərədir.
Paris salonu üçün nəzərdə tutulan əsər ilk vaxtlar «Çimmə» (fransızca «Le bain»)
60
adlandırılmışdır. Lakin burada rüsvayçı elementlərin çox olduğunu görən jüri üç mindən
artıq digər tablo ilə birlikdə sərgiyə çıxarılmasına icazə verməmişdir. Belə mənzərələr
imperator III Napoleonun təşəbbüsü əsasında yaradılan «Qəbul edilməmiş əsərlər
salonu»nda sərgiyə çıxarılmışdır.
Şəkil 39. Eduard Mane (Edouard Manet). Ot üstündə səhər yeməyi (Le dejeuner
sur l’herbe), 1863-cü ildə yağlı boyalarla çəkilmiş 208 x 264,5 santimetr ölçülərində olan
şəkil. Hal-hazırda Parisin Orse muzeyinin 19-cu zalında saxlanılır.
Mənzərənin süjet seçiminə gəldikdə tam geyimli halda olan iki kişinin çılpaq
qadınlarla təbiətin qoynunda olması aşkar anlaşılmazlıq doğurmuş, müəllifin pis zövqə
malik olmaqda və dekadentlikdə günahlandırılmasına səbəb olmuşdur. Tamaşaçılar təkcə
süjetə görə deyil, eyni zamanda çılpaq qadının utanmadan, abır-həya etmədən düz seyrçiyə
baxmasına, həmçinin personajların tanınmazlığına hiddətlənmişlər. Qadın modeli kimi
Eduard Manenin sevimlisi, fransız rəssamı və musiqiçisi Viktorina Luiza Myoran
(Victorine Louise Meurent), kişilərdən biri qardaşı Mane Qustav, digəri gələcək qaynı
Ferdinand Leenhoff olmuşdur. Geyimli olan kişilər dendi kimi qavranılırlar. Dendi (dandy)
XIX əsrin sosial-kultural tipidir, özünə fikir verən, zahiri görünüş və davranışının estetik
biçimliliyinə nəzarət edən, nitqinin nəzakətliliyinə çalışan, həmin keyfiyyətlərini xüsusi
olaraq nəzərə çarpdıran kişini belə adlandırırdılar. Kişilərin başı söhbətə elə qarışıb ki,
sanki onlar yanlarında çılpaq qadın olduğunu hiss etmirlər. Kişilərin qabağında
soyunulmuş qadın paltarı, meyvələrlə dolu zənbil və dəyirmi çörək vardır. Arxa planda
əyninə yüngül paltar geyinib çayda yuyunan ikinci qadın görünür. Həmin qadın ön
plandakı fiqurlarla müqayisədə qeyri-mütənasib şəkildə böyük ölçüdə görünür. Mənzərə
fonu üçün dərinlik çatışmır, bütün səhnənin təbiət qoynunda deyil, studiyada baş verməsi
təəssüratı yaranır. Demək olar ki, kölgə verməyən işıqla həmin təəssürat güclənir.
E. Mane «Ot üstündə səhər yeməyi» əsərini bazar günü Sena sahilinə Arjanteyə
(Argenteuil) səyahət edən zaman fikirləşmişdir. Mane kompozisiyanın əsası kimi böyük
italyan naqqaşı, qrafik və arxitektoru, Umbriya məktəbinin nümayəndəsi Rafael Santinin
(Raffaello Santi) şəkilləri üzrə italyan oymaçısı Markantonio Raymondinin (Marcantonio
Raimondi) «Paris məhkəməsi» qravürasından fraqment götürmüşdür.
61
Eduard Mane 1883-cü ilin 30 aprelində vəfat etmişdir.
* * *
Məşhur ispan naqqaşı və sürrealist rəssamı, qrafik, heykəltəraş, rejissor və
yazıçı, sürrealizmin görkəmli nümayəndələrindən biri Salvador Dalinin (Salvador Dali)
vizionizm, sadomazoxizm, plüralizm və narsissizmlə qovuşmuş kandavlizmdən əziyyət
çəkdiyini iddia etmək olar.
Şəkil 40. Salvador Dali (Salvador Dali). Amerikan yazıçısı və fotoqrafı Karl van
Vextenin (Carl van Vechten) fotosu, 1939-cu il 29 noyabr
Nəhəng imperiyanın hegemonluq etdiyi illərdə işıq üzü görən «Azərbaycan
Sovet Ensiklopediyası»nda Salvador Dali yaradıcılığına verilmiş ümumi qiymət belədir:
«Burjuaziyanın siyasi, dini və estetik mənafeyinə xidmət edən Dalinin əsərləri ideyaca
mürtəce xarakter daşıyır» [4, səh. 321, sağ sütun].
Salvador Dalinin intim həyatı haqqında məlumatlar hələ yetərincə deyildir.
Ancaq bir çox mənbələrdə artıq belə məlumatlar çoxalmaqdadır. Erməni əsilli rus yazıçısı,
ingilis və fransız dillərindən tərcüməçi Robert Robertoviç Ohanyan
96
2001-ci ildə rus
dilində nəşr etdirdiyi «Məhəbbətin anlaşılmaz tərəfi» adlı kitabında «Salvador Daliyə görə
seks sürrealizmi» başlıqlı mətndə bu sənətkarın cinsi həyatı haqqında dolğun və maraqlı
məlumatlarını bölüşmüşdür [41, səh. 272–277].
Böyük Britaniya sahibkarı Çarlz Saatçi (Charles Saatchi)
97
Salvador Dalinin
kandavlizmə mübtəla olmasının onun əsərlərinə təsir etdiyini nəzərdən keçirmişdir. Çarlz
Saatçi məşhur rəssamın bioqraflarının qeydlərindəki epizodlara isnad edərək belə qərara
gəlmişdir. S. Dalinin arvadı Qala başqa kişilərə nümayiş etdirilir.
62
Ancaq müəlliflərin bir qismi Salvador Dalinin kandavlizmdən əziyyət çəkməsi
fikri ilə razılaşmır [47]. Məsələ ciddi olduğundan və barəsində danışdığımız mövzuya
toxunduğundan onu ətraflı şərh etməyə çalışacağıq.
XX əsrin ən istedadlı və bununla bir vaxtda ziddiyyətli rəssamlarından biri
Salvador Dali bütün həyatı boyu qəlbində gəzdirdiyi istəklərdən əziyyət və iztirab çəkmiş,
sözün həqiqi mənasında bunlardan üzülmüşdür. Sanki onun həyatı daim gizli arzularından
əzab çəkməklə keçmişdir.
Sadəcə Salvador Dali kimi məşhurlaşan rəssamın tam adı Salvador Dominqo
Felip Jasint Dali i Domenek, markiz de Dali de Pubol (Salvador Domingo Felipe Jacinto
Dali i Domenech, Marques de Dali de Pubol) olmuşdur. Salvador Dali 1904-cü ilin 11
mayında Kataloniya (Cataluna) muxtar vilayətinin Figeras (Figueras) şəhərciyində
dünyaya gəlmişdir. Bundan bir qədər əvvəl valideynləri böyük oğlu itirmişdilər.
Meningitdən ölən uşağın adı Salvador idi. Doğulan uşaqla ölənin zahirən bir-birinə çox
oxşaması səbəbindən, həmçinin itirilmiş körpənin xatirədən silinməsinə heç vaxt yol
verilməməsi naminə dünyaya yeni gələn oğlanın da adını Salvador qoyurlar. Görünür,
özünüeyniləşdirmənin (özünüoxşatmanın) belə ikitərəfliliyi Salvador Dalini bütün həyatı
boyu təqib etmişdir. Yeri gəlmişkən qeyd edək ki, «Salvador» sözü ispan dilindən hərfi
tərcümədə «xilaskar» deməkdir. Xristianlıqda mərkəzi şəxsiyyət olmuş İisus Xristosun
ardınca belə bir şeyin təkrarlanması istər-istəməz maraq doğurur. Axı, xristianlarda İsa
peyğəmbəri «xilaskar» adlandırırdılar.
Dali lap balacalıqdan anlaqlı, fəhmli, tez başa düşən, lakin dikbaş, təkəbbürlü,
idarəedilməz və sözə qulaq asmayan bir uşaq olmuş, öz tərslik və şıltaqlığı ilə seçilmiş, tez-
tez simulyasiya etmiş, həmişə başqalarından fərqli olmağa çalışmış və ətrafdakıların
diqqətini özünə cəlb edə bilmişdir. Çoxlu sayda kompleksi olmuş, xüsusən şala cırcıraması
qarşısında irrasional qorxu keçirmişdir. Həmyaşıdları ilə tez-tez dalaşmış, məktəbdəki
qızğın oyunlar vaxtı uduzduqda özünü qələbə, zəfər çalmış kimi aparmış, bir şadlıq
etməklə sanki müvəffəqiyyət qazandığını göstərmişdir. Eyni sinifdə oxuyan uşaqlar onu
«qəribə və anlaşılmaz yoldaş» hesab etmişdilər.
Dali 1921–1926-cı illərdə İspaniyanın paytaxtı Madrid şəhərində San-Fernando
Rəssamlıq Akademiyasında oxumuşdur. Akademiyaya daxil olduğu il anasını itirmiş,
bunu faciə kimi qarşılayaraq çox kədərlənmişdir. 1922-ci ildə istedadlı gənclər üçün
Madriddə yerləşən «Rezidensiya» («Residencia de Estudiantes») tələbə yataqxanasına
köçmüş və təhsilinə başlamışdır. Həmin illərdə hamı Dalinin modabazlığını görmüş,
yoldaşları onun şıq geyinməyi sevdiyini qeyd etmişlər. Dali incəsənət məktəbində təhsil
alan vaxt Luis Bunyuel, Federiko Qarsia Lorka, Pedro Qarfias ilə tanış olmuş, Ziqmund
Freydin əsərlərini həvəslə oxumuşdur.
Xüsusən ispan şairi və dramaturqu, musiqiçi və rəssam-qrafik Federiko Qarsia
Lorka (Federico Garcia Lorca) ilə münasibətlər Dalinin həyatına mühüm təsir etmişdir.
XX əsr ispan mədəniyyətinin ən parlaq və nüfuzlu xadimlərindən biri Qarsia Lorkanın
Dalidən çox xoşu gəlmişdir. Bütün mövcud məlumatları nəzərə alaraq demək olar ki, Loria
gənc tələbəyə vurulmuş, uzun müddət ərzində onu təqib etmiş, dalına düşmüş, məhəbbət
kələkləri gəlmiş, istədiyini ondan qoparmağa çalışmışdır. Lakin onların arasında
homoseksual roman (bircinsli eşq macərası) olub-olmadığını söyləmək çətindir.
63
Hələ erkən gənclik illərində Dali özünü gözəl rəssam-qrafik və istedadlı naqqaş
kimi göstərmişdir. Onun naqqaşlıqda yeni cərəyanlarla tanışlığı inkişaf etmişdir. Dali
kubizm və dadaizm metodlarını tətbiq etməklə eksperimentlər aparmışdır.
Salvador Dali özünü son dərəcə qəribə apardığından, heç vaxt ipə-sapa
yatmadığından çoxları onu dəli hesab edirdi. Yaxınları Salvador Dalinin evdə, doğmaları
arasında tamam başqa, sakit, normal adam, maraqlı həmsöhbət, qayğıkeş dost olduğunu
söyləyirdilər. Deyilənə görə, hətta bir dəfə evində dostları üçün məclis quran Salvador
sakitcə söhbət etdiyi, danışıb-güldüyü məqamda qəfildən qapının zəngi çalınır, özünü itirən
rəssam «hələlik açmayın, bir qədər gözləyin, Salvador Dalini əynimə «geyinim», sonra
açarsınız» deyib otağına qaçır. Dostları bir neçə dəqiqə öncəki Salvadorla indikinin çox
fərqli olmasından heyrətlənirlər. Dali kənar adamın yanında özünü çox qəribə aparır,
dəliliklər edir, aqressiv danışır və digər yaramaz hərəkətlər edir. Rəssam yalnız molbert
arxasında özü olurdu. Buna görə heç vaxt iş prosesinin fotoya, videoya çəkilməsinə icazə
vermirdi. Salvador Dalinin ancaq özünə çox məhrəm bildiyi, son dərəcə yaxın hesab etdiyi
az sayda, belə demək mümkünsə, «bir ovuc» adam onu tanıya bilərdi. Dalinin ən böyük
iddiası, dünyadan umduğu yeganə təmənnası yadda qalmaq, unudulmamaq idi. Buna görə
insanları ən adi üsullarla qıcıqlandırır, onları fərdi yollarla hirsləndirir, bunun müqabilində
xeyli düşündürürdü. Məsələn, müsahibə verməyə gedəndə başına skafandr taxar, tanınmış
bir adamın görüşünə paltarsız çıxar, restoranda ona heyranlıq nümayiş etdirən fanatlarının
üstünə yemək ata bilərdi. Amma bütün qəribəliklərinin arxasındakı böyük sənət hər şeyi
üstələyir, bütün umu-küsüləri bir kənara qoyurdu. İnsanlar Dalinin hər düşünülməmiş
hərəkətini, hətta səfehliklərini onun sənətinə görə bağışlamağa hazır idilər.
Heç kəsi bəyənməyən, başqalarına xor baxan, etinasızlıq göstərən Dali
təkəbbürlü olmasının tezliklə altını çəkmişdir. Belə ki, müəllimlərinə qarşı nəzakətsizlik
etdiyinə və saymazyana münasibət bəslədiyinə görə 1926-cı ildə onu Akademiyadan
qovulmuşdur. Elə həmin ildə Parisə köçmüşdür. Fransa paytaxtına birinci dəfə gələn Dali
burada ispan rəssamı, heykəltəraş, qrafik teatral rəssam, keramist və dizayner Pablo
Pikasso (Pablo Picasso) ilə tanış olmuşdur. Öz stilini tapmağa cəhd edən Dali 1920-ci
illərin axırlarında Pablo Pikassonun və başqa bir ispan rəssamı, heykəltəraş və qrafiki Joan
Miro-i-Ferranın (Joan Miro i Ferra) təsiri altında bir sıra əsərlər yaratmışdır. Dali Parisdə
məşhur fransız yazıçısı və şairi, sürrealizmin banisi Andre Bretonun (Andre Breton)
başçılıq etdiyi sürrealistlər qrupuna qoşulmuş, oranın üzvü olmuşdur. 1929-cu ildə dostu,
görkəmli kinorejissor Luis Bunyuel Portoles (Luis Bunuel Portoles) ilə birlikdə «Andaluz
köpəyi» (fransızca «Un chien andalou») adlı 16 dəqiqəlik səssiz sürrealistik filmin
yaradılmasında iştirak etmişdir. Bəzi mənbələrdə filmin adı «Andaluz iti» kimi tərcümə
olunur. Film bəzi kadrlarına görə elitar cəmiyyətdə səs-küy salmış, hətta qadağan
olunmuşdu. Dalinin ssenarisi əsasında rejissor dostu tərəfindən çəkilən filmdə Lorka bir
qədər kədərlənməklə özünü (sevimlisini) və təsvirdəki parodiya motivlərini tanımışdır.
Belə bir mənzərə Lorka ilə Dalinin münasibətlərində nəsə bir sərhəd yaratmışdır. Bunun
ardınca onlar qəti surətdə bir-birindən aralanmışlar.
Qeyd edək ki, İspaniyada vətəndaş müharibəsinin əvvəlində 1936-cı ilin 19
avqustunda Lorka öldürülür. Tarixi yaddaşın bərpa olunması haqqında qanuna görə,
öldürülən adamların dəfn olunduqları yer məzarlıq şəklinə salınır. Lakin belə bir versiya
64
var ki, şair öldürülməyib, sadəcə itkin düşüb. Lorka ilə bir yerdə güllələndiyi iddia edilən
müəllimin nəvəsi 2008-ci ildə ümumi qəbirdəki cəsədlərin ekshumasiyasını tələb edir.
Lorkanın da olduğu güman edilən qəbirin və daha 18 məzarın ekshumasiyası üçün
məhkəmənin əmri verildikdən sonra işə başlanılır. Nəinki açılan qəbirlərdə, hətta rəsmi
versiyaya görə faciənin qeydə alındığı bütün bələdiyyə ərazisində heç bir qalıq aşkar
edilmir. Nisbətən daha mifik görünən bir versiyada yaralı şairin gizlincə Argentinaya
ötürüldüyü, lakin onun öz keçmişini və hətta adını xatırlamadığı təsdiqlənir. 1965-ci ildə
Lorkanın sosialist baxışlarına, masonlara mənsub olmasına və homoseksual
oriyentasiyasına görə onun «etibarsızlığını» təsdiqləyən polis raportu hazırlanması və
frankistlər tərəfindən güllələnməsi xəbəri verilmişdir. Belə bir xəbər 2015-ci ilin 22
aprelində İspaniyada dərc edilmişdir.
Şəkil 41. Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898–1936)
1929-cu ildə Dali Pol Elüar (Paul Eluard)
98
və onun arvadı rus emiqrantı Qala ilə
tanış olur.
Qalanın əsl adı Yelena İvanovna Dyakonova olmuşdur. 1894-cü ilin 26
avqustunda Kazan şəhərində dünyaya gəlmişdir. Atası İvan Dyakonov təvazökar bir
məmur olmuş, 1905-ci ildə vəfat etmişdir. Anası Antonina Deulina ikinci dəfə vəkil
Dimitri İliç Qomberqə ərə getmişdir. Qız həmin kişini öz atası adlandırmış və onun adına
uyğun olaraq Yelena İvanovna Dimitriyevna kimi tanınmışdır. 1905-ci ildən sonra ailə
Moskva şəhərinə köçmüşdür. Mötəbər mənbələrdə verilən məlumata görə, Yelenanın ana
xətti üzrə nənəsi Tobolskda yaşamış, onun ailəsi Sibirdə qızıl mədəninə yiyələnmişdir.
Yelena Moskvada Mariya Qustavovna Bryuxonenko adına qadın
gimnaziyasında oxumuşdur. 1912-ci ildə vərəm xəstəliyindən müalicə olunmaq üçün
İsveçrənin Klavadel sanatoriyasına göndərilmişdir. Fransız şairi Pol Elüar (Paul Eluard) da
orada dincəlirdi. Onun atası daşınmaz əmlak ticarətilə məşğul olan varlı bir insan idi.
Sanatoriyada rus qızı 18 yaşlı Yelena və fransız oğlu 17 yaşlı Pol tanış olurlar. Yelena
Dyakonovanın coşğunluğu (ehtiraslılığı), qətiyyətliliyi (əzmkarlığı), kübarlığı (yüksək
mədəniyyətinin olması) gənc Elüarda xoş təəssürat yaradır. Qız adının əvvəlcə Qalina
65
olduğunu deyir, sonra qarşı tərəfin çətinlik çəkməməsi üçün özünü sadəcə Qala adlandırır,
Elüar vurğunu axırıncı hecaya salmaqla ona Gala kimi müraciət edir.
«Qala» sözünü özünə ləqəb götürməyi Yelenaya anası məsləhət görmüşdü. Yeri
gəlmişkən qeyd edək ki, «gala» sözü fransız dilindən tərcümədə «bayram» deməkdir.
Gənc yazıçı, Prezident mükafatçısı və təqaüdçüsü Pərvin Ələmdar qızı Nurəliyeva
99
«Dalinin dəlisi» adlı öz essesində bu baxımdan maraqlı bir paralel aparır: «Qalanın
bioqrafiyasına nəzər saldıqda bu adın ona necə uyğun olması aydın görünür. Doğrudan da,
Yelena Dyankova – Qala çoxlarının həyatına bayram kimi gəlirdi, amma həyat yalnız
bayramdan ibarət olmadığı üçün zamanı çatanda sakitcə gedirdi, buraxırdı, uzaqlaşırdı.
Onun qeyri-adi sənət duyumu, çox incə zövqü vardı. Və çox güman ki, o qədər də gözəl
olmayan bu qadında kişiləri cəlb edən məhz zövqü, istedadı, ağlı idi. Amma ən əsası
kişilərin ağlını başından alan onun qadınlığı idi. Qala qadınlığının sadə bir resepti vardı. O
deyirdi: «... heç vaxt mətbəx arvadı olmayacam. Çoxlu kitab oxuyacam, lap çoxlu. Ürəyim
istəyən hər şeyi edəcəm, amma bununla belə özünə çox da əziyyət verməyən zərif qadın
cazibəmi saxlayacam. Məndən həmişə yüngül, dəcəl qızlar kimi xoş qoxular gələcək,
dırnaqlarım manikürlü, əllərim gözəl olacaq».
... Əslində ilk baxışdan nə qədər sadədir, deyilmi?! Və bunları oxuyanda sual
yarana bilər: məgər manikürlü dırnaqlar, səliqəli əllər, gözəl ətir şərtdi? Bəli, şərtdi! Amma
daha vacib olanı ürəkdi, ağıldı, ruhdu, iradədi, zəngin daxili aləmdi... Və məncə, Qalanın
adidən adi görünüşünü sehrli edən də bunların cəmi idi. Bir də yaratmaq qabiliyyəti. Onun
xarakterindəki analıq mayası, valideyn mehri ifrat həddə idi. Sevdiyi kişinin ana kimi
qayğısına qalırdı, qadın kimi sevirdi, amma həm də «yaradırdı» onu. Sənətkar yaradırdı.
Görünür, Yelena bu bacarığını, istedadını – kişi, sənətkar yaratmaq «sənətinin»
incəliklərinə bələd olmasını özü hamıdan qabaq anlamışdı. Ona görə azca sənət qoxusu
duyduğu anda dəyişilirdi, başqalaşırdı, gözəlləşirdi... Qarşı cinsdə də onu yalnız incəsənət
istedadı maraqlandırırdı. Qala sevgini sənətdən kənarda, ayrı təsəvvür etmirdi. Onun adi,
yüngül flirtləri də, ciddi, dərin sevgiləri də sənət «içində», aurasında olmalı idi» [18].
Pol çılğın bir aşiq kimi gözəl sevgi şeirləri yazır. Elüarın məhəbbət poeziyasının
ilk coşğunluğu məhz Yelenadan başlayır, yaradıcılıq ilhamı onun sonrakı əsərlərində uzun
müddət davam edir. Bir müddət onlar bir-birindən ayrı, Pol Parisdə, Yelena Moskvada
yaşadı. Əslində ayrılıq, həsrət, uzaq məsafə yazışma, şeir bəstələmə üçün bir bəhanəyə
çevrilmişdi. Yelena uzaqdan qayğıkeş ana kimi sevdiyi kişini əzizləyir, ona yazırdı:
«Əzizim, ruhum, balacam. Sənə ehtiyacım var, əvəzolunmazım!» [18].
Elüarın ailəsi onun rus qızıyla evlənmək arzusuna qarşı çıxırdı. Amma buna
baxmayaraq onlar ailə qurdular. 1917-ci ildə Yelena Elüarla nikaha daxil oldular. Bir ildən
sonra Qala həmin nikahdan bir qız doğdu, adını Sesil qoydular.
Amma Elüar və Qalanın ailəsi şablonlardan uzaq olmaqla qeyri-adiliyinə görə
seçilirdi, dərhal fərqliliyi nəzərə çarpırdı. Bununla bərabər Pol da ehtiraslı qadının özünü
ifadə etmək, bacarıqlarını sınamaq üçün şair qəlbli bir «obyekt» hesab edilə bilər. Məhz
Pol Elüarın «imzası, möhürü» ilə Yelena Dyankova həmişəlik Qala oldu. Bu qadın əbədi
bir enerjiyə bənzəyirdi, ruh mənbəyi, ilham mühərrriki kimi çıxış edirdi. Sanki sənətin,
şeirin yaranması üçün nədən hansı miqdarda lazım olduğunu zərgər dəqiqliyilə bilirdi.
Çoxlu sevgini, ondan az olmayan ehtirası, bir qədər əzabı iki qram zəhərlə, üç damla
66
fransız ətriylə qarışdırıb səhər, axşam Elüara «içirdirdi»... Sirli eliksirin əvəzində çoxlu
sevgi şeiri alırdı. Tənhalıq, qorxu, təlaş, arada bir qədər qısqanclıq şairə çox lazım gəlirdi.
Qala yeni, gözəl sənətin yaranması üçün lazım olan emosiyaları yaşatmaqda mahir
partnyor hesab edilə bilərdi. Qala ilham pərisi roluna girməmişdi, onu oynamırdı, sadəcə
özü beləydi.
... Yazılan hər növbəti şeirlə Qala yenidən doğulurdu sanki. Bir gün iblis, bir gün
mələk, bir dəfə ana, növbəti dəfə övlad kimi, bunların hamısını özündə birləşdirən qadın
kimi... Bu mənada Qala Elüarın həyat və yaradıcılığında böyük rol oynamışdı. Qalanın bir
qadın kimi özünü dərk etməsində Eıüarın xidmətini kiçiltmək olmazdı. Elüar hüdudsuz
enerjiyə, tükənməz sevgiyə, güclü ehtirasda, dərin istedada malik Qalaya hansısa çərçivə
qoymaq, ona münasibətdə qadağalar sistemini tətbiq etmək, onu özününküləşdirmək
fikrindən uzaq idi. Onların sevgi və münasibətinin izaholunmaz qəribə cəhəti məhz bundan
ibarət olmuşdur [18].
1921-ci ildə Elüar və Qala Almaniyaya gedir, Kölndə çalışan rəssam Maks
Ernstə
100
baş çəkirlər. Yelena Elüarın arvadı qalmaqla həmin rəssamın qarşısında poza alır
və onun məşuqəsi olur. Növbəti ildə rəssam Elüarın Fransada Valduazedə olan evinə
köçür. Məhəbbət üçbucağı heç kimdən zərrə qədər olsa belə gizlədilmir.
Qalanın Salvador Dali ilə tanışlığının səbəbkarı Elüar oldu. Qalanın sənət
zövqünü, arzu və baxışlarını yaxşı bilən Pol Elüar xanımını Dali kimi əcayib bir adamla
görüşdürmək, yaxından tanış etmək istəyirdi. Elüarın öz kandavlistik meylindən, yaxud
sadəcə pozğun gözəlçəni bu yolla başından rədd etmək, «dəlinin birinə» sırımaq fikri də
istisna edilmir. Həmin vaxtlar Dali kiçik bir ispan kəndi olan Kadakes (Cadaques) kəndinin
bələdiyyəsindəki evində yaşayırdı. 1929-cu ildə Elüar və Qala kataloniyalı rəssam
Salvador Dalinin Kadakesdəki evinə təşrif buyurdular. İstedadlı fransız şairin həyat
yoldaşıyla birlikdə qonaq gələcəyini əvvəlcədən bilən Dali həmin görüşə xüsusi
hazırlaşmışdı. Göy boyaqla bədənini «rəngləmiş», özünün hazırladığı pis qoxulu maye ilə
«ətirlənmişdi». Amma Qalanı hələ pəncərədən görəndə bədənindən sanki elektrik cərəyanı
keçdi, tez bədheybət «rəngini», üfunətli «ətrini» yudu, özünə abıra saldı, əynini dəyişib adi,
normal adam kimi qonaqlarını qarşıladı. Bunu Dalinin ilk baxışdaca Qalaya vurulmasının
ən birinci əlaməti, ona sevgisinin işarəsi kimi izah etmək mümkündür. Salvador Dalini
«əyninə geyinmədən» qadını qarşılamaması, onunla oynamaq istəməməsi nədənsə xəbər
verirdi. Qalanı ilk baxışdan yaxın, məhrəm bilməsi kimi yozula bilərdi. Qala saçları laklı,
özündən 11 yaş gənc rəssamı görən kimi onda özünə qarşı qəribə bir doğmalıq, bənzərsiz
bir istilik duymuşdu, hərarətini almışdı. Dalinin sənət aurası böyük bir cazibə qüvvəsilə
qalanı alıb aparmışdı. Müsahibələrinin birində Qala bu barədə deyirdi: «Elə həmin dəqiqə
başa düşdüm ki, Dali dahidir. Elüar istedadlıydısa, Dali dahiydi!» [18].
Gözlənilməz vizit onların hər ikisi üçün ildırım vurması kimi çox güclü təsir
bağışlayır. Məhəbbət həm Yelenanı, həm də Salvador Dalini sarsıdır. Dalinin ondan düz
on bir yaş kiçik olması da heç nəyi əngəlləmir. Qala rəssam Dalinin arzuladığı eleqant,
zərif bir qadın kimi onun həyatına girir. Dali onu ilk dəfə pəncərədən görəndə bunu anladı,
ömrünün sonuna kimi buna inandı. Qala elə ilk görüşdə rəssama demişdi: «Sən ömrün
boyu məni çəkəcəksən!» [18].
67
Dali və Qala arasında məhəbbətin alovlandığını görən Elüar kənara çəkildi.
Qalanı Dalinin evində qoyub özü Parisə qayıtdı.
Qala Dalinin rəsmlərinə baxandan sonra qərarını verdi və ona bildirdi: «Biz heç
vaxt ayrılmayacağıq, balaca!» Qala Dalini gördüyü ilk gündən onun sənətinə vurulmuş,
böyüklüyünə inanmış, dahiliyinə güvənmişdi. Salvador Daliyə olan sevgisi, onun sənətinə
olan məhəbbəti Qalaya sanki əbədi bir həyat bəxş etmişdi. Həqiqətən Salvador Dalinin
ömrünün sonuna kimi Qala onun sevgisi, ilham pərisi, modeli, əsərlərinin baş qəhrəmanı
oldu. Onları yalnız Qalanın ölümü ayırdı [18].
Qalanın Daliyə münasibətində onun istedadlı olması yeganə meyar kimi
götürülə bilərdi. Sanki Qala axtardığı dahini tapdığını elə ilk baxışdan anlamışdı, onunla
birinci görüşündəcə bunu bəyan etməyi qərarlaşdırmışdı. İndi onların birlikdə yaşamağına,
ömürlərini bir yerdə keçirmələrinə, qurub-yaratmalarına heç bir şey əngəl törədə bilməzdi.
Qalanın ailə qurması, hətta qızının olması maneə deyildi. Dali «Bir dahinin gündəliyi» adlı
əsərində yazırdı: «Qala mənə dahi kimi baxmağa, məndən öyrənməyə başlamışdı. Məni
yarıdəli hesab edirdi, amma bununla bərabər böyük ruhu, gücü olan biri sayırdı. Sanki
nəyisə – ola bilsin öz xəyal və miflərinin həyata keçməsini gözləyirdi. Hesab edirdi ki,
məhz mən xəyallarını təcəssüm etdirə bilərəm...» [18].
Qala və Dalinin görüşü sadəcə iki insanın tanış olması kimi dəyərləndirilə
bilməzdi. Ona sənət hadisəsi kimi baxılması daha doğru olardı, çünki Dali sənətinin üzə
çıxması, çiçəklənməsi, sözün birbaşa mənasında rənglənməsi və təsdiqlənməsi üçün
ehtiyac duyulan tarixi görüşə çevrilmişdi. Gənc yazıçı Pərvin Ələmdar qızı Nurəliyeva
«Dalinin dəlisi» adlı məqaləsində yazır: «Dalinin qabı idi, qəlibi idi Qala. Qalasız Dali gur-
gur axan, aşıb daşan, amma nə mənbəyi, nə də mənsəbi bilinən çay kimiydi. Qalaya qədər
Dali qorxaq uşaq, kompleksli yeniyetmə, qüsurlu kişiydi. Qalanı tanıyana kimi Dali sadəcə
qəribə, çoxlu psixoloji kəsiri olan rəssam idi. Rejissorsuz, rolunu itirmiş aktyor idi. Qala ilə
dahi oldu... Qala ilə özünü tapdı... Salvador Daliyə çevrildi» [18].
Bir qədər vaxt keçdikdən sonra Qala Elüardan ayrılır və Dali ilə yaşamağa
başlayır. 1932-ci ildə Dali və Qala öz nikahlarını rəsmi qaydada qeydiyyata aldırırlar.
Amma evliliyin dini mərasimi 26 il sonra – 1958-ci ildə təşkil edilir.
Elüarı atıb Salvador Dalinin yatağına girən Qala onunla yaxınlıq etdiyi bir
vaxtda əri ilə görüşürdü. Elüarın sevgilisinə, indi Salvador Dalinin ilham pərisinə çevrilmiş
bir qadına məhəbbətlə dolu məktublar yazması ən heyrətamiz məqamlardan biri kimi
qiymətləndirilə bilərdı... Hətta Elüar özü artıq başqa qadının əri olsa belə ona məktublarını
yazmaqda davam edirdi.
Qala təkcə Dali və Elüarla deyil, həmçinin digər şair və rəssamlarla intim, yanaşı
münasibətlərindən də qalmırdı. Onun nizamsız cinsi həyat sürməsi bohema dairəsi
101
üçün
qəbul edilən bir yaşam tərzi sayılırdı. Dostunun arvadını faktik olaraq əlindən alan, güclə
«qopardığını» başa düşən Salvador «kompensasiya» qismində onun portretini çəkmişdir.
Qala rəssam Salvador Dalinin bir neçə tablosunda Qradiva kimi iştirak etməklə
müzakirə obyekti olur.
Qala Salvador Dalinin kiçik bacısı Anna-Mariya istisna olmaqla onun yeganə
qadın modeli və ilhama (təbə) gəlməsinin başlıca süjeti kimi çıxış edir. «Dahi rəssamın
əsərləri onun Qalaya sevgisinin, heyranlığının ən bariz nümunəsidir. Qala Dalidən ötrü
68
Zəfər idi – «Amerikanın kəşfi» tablosunda Kolumbun bayrağı üzərində Qalanın şəkli idi...
Qala Dali üçün müqəddəs idi – «Maddonna» əsərində Qalanı qucağında oğlu ilə
Müqəddəs Məryəm obrazında çəkmişdi. Qala Dali üçün qadınlığın, insanlığın, gözəlliyin,
zərifliyin və ən əsası ölməzliyin təcəssümü idi... Sevginin ölməzliyinin, sənətin
ölməzliyinin» [18].
Rəssam arvadını tərifləməyi (mədh etməyi) heç vaxt kəsməmiş, onu canlı mif və
müasir ikona kimi təqdim etməkdən yorulmamışdır. «Dahi ispan sürrealist rəssamı
Salvador Dali tarixdə təkcə yaratdığı əsərləri, dizaynını verdiyi bəzək əşyaları ilə deyil,
həm də çərçivələrə sığmayan davranışı, əndrəbadi xasiyyəti, epatajla dolu jestləri, dəli-dolu
bəyanatları ilə qalıb. Müsahibələrindən birində «sürrealizm – mənəm» demişdi və bununla
da eyni cərəyana aid rəssam dostlarını incik salmışdı. Amma doğrudan da nədənsə
sürrealizm dedikdə ağıla ilk öncə Salvador Dali gəlir. Sənəti ilə həyatı bu qədər harmoniya
təşkil edən başqa sənətkar adını çəkmək çətindir. Dali təkcə sürrealist rəssam deyildi, həm
də sürrealist adam idi. O öz rəsmlərinə bənzəyirdi: ilk baxışdan anlamaq, məntiqlə təhlil
etmək mümkün deyil, ayrı-ayrı elementlərə, cəhətlərə ayıranda heç bir məna tuta bilmirsən,
amma sənət əsəri olması da şübhəsizdi... Dali sadəcə reallıqla irreallığın kəsişməsində
gözəl sənət əsərləri yaratmırdı, bu sərhəddə yaşayırdı. Yaxud da bunu oynayırdı. O,
mühitin, cəmiyyətin diqqət mərkəzində olmaq üçün həmişə rolda idi; bir az dəli, bir az
aqressiv, gözlənilməz hərəkətlər edən, müsahibələr verən sənətkar rolunda. Salvador Dali
xarakterində dəliliklə dahiliyin sərhəddi azqala gözəgörünməz idi, onun hərəkətlərini də,
yaşam tərzini də, sənətini də müxtəlif cür yozmaq mümkün idi. Dahilik də saymaq olardı,
dəlilik də... Məhz rus qızı Qalanın gəlişi ilə Salvador Dalinin həyatı dəyişdi. Daha doğrusu,
adi bir rus əyalətində, Kazanda, sadə bir məmur ailəsində dünyaya göz açmış Yelena
Dyankova, yəni Qala cığal uşaqdan Salvador Dali yaratdı desək, yalan olmaz» [18].
Məhz bu qadın Dalinin təkcə seksual allüziyaları dünyasında deyil, eyni
zamanda biznes sahəsində yolgöstərən ulduzuna çevrilir. Qala öz tərəfindən ərinin maliyyə
işlərini əlinə alır və onu gəlir gətirməyə məcbur etməyi bacarır.
Jurnalistlər Qalanı özünün varlanması üçün Dalidən istifadə etməkdə
günahlandırır, rəssamı gərgin işləməyə həvəsləndirməklə, onun əsərlərinin satılmasına
çalışmaqla pislik etdiyini bildirirdilər. Dalinin muzasına
102
çevrilən Qala kifayət qədər
dünyəvi qadın idi, onu hər vəchlə ancaq «bu dünyanın insanı» saymaq olardı, onu heç bir
vəchlə «o dünya üçün yaşayan insan» kimi dəyərləndirmək olmazdı, onun «Yer adamı»
olduğu dərhal duyulurdu, çünki «göylə» işi olmazdı. Qala həyatın maddi tərəfini həddən
ziyadə yüksək qiymətləndirir, mənəvi tərəfinə isə heç arabir boylanmaq belə istəmirdi.
Qalanın Dalidən maddi cəhətdən istifadə etməsi fikri ilə barışmayanlar da vardır.
Məsələn, yazıçı Pərvin Ələmdar qızı Nurəliyeva həmin fikri heç cür yaxına buraxmır.
Onun qənaətinə görə, zamanla dəbdəbəli həyat, daha çox qazanc əldə etmək istəyi, əlbəttə,
insanın xarakterini, dünyaya, münasibətlərə baxışını dəyişə bilər, amma hər halda Qala
Daliyə aşiq olub, «biz heç vaxt ayrılmayacağıq» – deyəndə rəssam heç də dünya şöhrətli
milyoner deyildi, bu fədakar qadın ərinin qazancına qənaət etmək üçün uzun müddət
paltarlarını özü tikir, evdən maksimum dərəcədə az çıxır, ziyafətlərə qatılmırdı [18].
«... Amma Qalanın fədakarlığı yalnız sözdə deyildi. Qala hər kəsin anlaya, duya
bilmədiyi sürrealist rəssamı dünyaya təqdim etmək, tanıtmaq, sevdirmək üçün hər şeyə
69
hazır idi. Dalinin işi sadəcə rəsm çəkməkdi. Yerdə qalan bütün təşkilati məsələləri, təbliğat,
reklam işlərini Qala öz üzərinə götürmüşdü. O, bir yandan sevgilisini ruhlandırmaq, onda
özünə, sənətinin gücünə inam yaratmaq üçün əlindən gələni edir, qeyri-adi bir ruh
aləmində, real olmayan dünyada yaşayır, digər tərəfdən də soyuq hesablamalar aparır,
sponsorlar tapır, rəsmləri müxtəlif imkanlı adamlara bəyəndirmək üçün yollar axtarır,
Salvador Dali imperiyasını kərpic-kərpic hörürdü... Onun qadın fəhmi menecer kimi
gördüyü işlərə əlavə rəng qatır, kömək olurdu» [18].
Əslində Qalanın pula çox həris olduğu hər addımından sezilirdi. Buna görə rus
qadın Dalini daha artıq qazanmaq üçün həvəsləndirir, onun çox pul əldə etmək arzusunu
gücləndirirdi. Məhz bunun əsasında tezliklə Dalini «Breton qrupundan» çıxarırlar. Paris
rəssamları arasında formalaşmış mühitdə elə həmin Bretonun ipi-sapı olmayan «yüngül
dili» ilə Dali «Avida Dollars» ayama-anaqramması alır. Dalinin adından və familiyasından
düzəldilən həmin ifadə təxmini tərcümədə «dollarlar axtarıram» deməkdir. Tamamilə
mümkündür ki, həyat yoldaşının pula hərisliyi Dalinin yaradıcı fantaziyasını müəyyən
dərəcədə kasıblaşdırmış və məhdudlaşdırmışdı, ancaq bunun müqabilində ona
ümumdünya şöhrəti qazandırmışdı.
Qalanın bir qadın kimi xüsusi vurğulanmağa layiq üstün cəhəti onun
xarakterinin möcüzəvi tərəfindəydi. Qala sevdiyi kişinin ürəyindən keçəni böyük
dəqiqliklə elə həmin andaca duyurdu, sonra həyata keçirirdi, arzuladığını edirdi, eşitmək
istədiyini deyirdi. Qala kişinin ehtiyacına uyğun qayğıkeş ana, mehriban dost, tələbkar
sevgili, yaxud ehtiraslı məşuqə ola bilirdi. Qadının dilə gətirilməyən ehtiyacları hiss etməsi
daha maraqlıydı. Qalanın bacısı Lidiya öz dostları ilə söhbətlərində təəccübünü gizlətmirdi:
«Qala Dalinin uşaq kimi nazıyla oynayır. Axşamlar onun üçün kitab oxuyur, ona hansısa
həbləri içirdir, gecənin bir aləmi ərinin vahimə və narahatlıqlarını qovmaq, pis fikirlərini
dağıtmaq üçün səbrlə nələrsə danışır... Dali saatı qonağın üstünə tullayanda Qala tez
sakitləşdirici damcılarla onun üstünə cumur ki, birdən Allah eləməmiş ürəyi gedər...» [18].
Rəssam «Bir dahinin gündəliyi» əsərində yazırdı: «Qala sanki iştahadan
kəsilmiş övladına görə narahat olan ana kimi səbrlə təkrar edirdi: «Balaca, bax gör, sənə nə
tapmışam?! Sən bunu bir yoxla, maye ənbərdir. Özü də bişirilməyib... Deyirlər ki, Vermer
də bundan qəbul edəndən sonra yaxşıca şəkil çəkirmiş».
Qalanın Daliyə qayğıkeş, kövrək münasibət bəsləməsi ona heyrətamiz dərəcədə
güclü sakitləşdirici təsir bağışlayırdı. Amma bu yupyumşaq, mehriban «ananın» yeri
gələndə təzadlı hisslər keçirən, emosional böhran dövrünü yaşayan sevgilisinə «məni
öldür!» deməsi möcüzəli görünür. Dali sevgisinin aşıb-daşdığı, emosiyalarının dözülməz
həddə çatdığı, ilhamının coşduğu, aqressiyasının artdığı bir məqamda Qalanın boğazından
yapışıb yüngülcə boğur və qışqıraraq deyir: «İndi sənə nə edim, de görüm, nə edim
səninlə?!» Qala həmin möcüzəvi cavabını verir: «məni öldür!» İstedadlı yazıçımız bu
məqama xüsusi qiymət verir: «Öldür məni – deyir, ona görə yox ki, ölmək istəyir, ona görə
yox ki, qorxur... Yox, ona görə ki, indi, məhz bu an Dali o cavabı gözləyir, o cavabı almaq
istəyir! Bu, oyun deyil, əsla, burada riyakarlıq, saxtakarlıq da yoxdur. Bu, sadəcə qadın
fədakarlığının daha dərin, daha gizlin məqamıdır» [18].
Qala təkcə sevdiyi kişilərin həssas damarını deyil, dünyanın da nəbzini tuta
bilirdi. Şübhəsiz ki, qadının hər müşahizəsinin maddiyyata söykənməsi burada az rol
70
oynamamışdı. 1934-cü il Amerika səfəri məhz onun istəyilə baş tutmuşdu. Ancaq başqa
mənbələrdə Dalinin arvadı ilə birlikdə yalnız 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına
köçdüyü, 1955-ci ilə qədər orada yaşadığı qeyd edilir. Qala hansısa altıncı hisslə Salvador
Dalinin məhz Amerikada seviləcəyini, şöhrət tapacağını duymuşdu və yanılmamışdı.
Həqiqətən öz «ticarət markasını» qazanmaq və böyük məbləğdə pullar qazanmaq
mənasında məhz Amerikada keçirilən dövr Dali üçün düşərli olmuş, ona uğur gətirmişdir
[41].
Dalinin səfəriylə bütün Amerika sürrealizmlə xəstələnmişdi. Kolleksionerlər
Dalinin rəsmlərini baha qiymətə alır, bütün mətbuat dahi rəssamdan danışırdı. Dali və Qala
bir neçə il Amerikada yaşadılar və yenidən İspaniyaya qayıdanda artıq varlı və dünyaca
məşhur idilər.
Qalanın xarakterinin maraqlı tərəflərindən biri də sirr saxlamaq bacarığı idi. O,
Daliylə birgə yaşasa da, Pol Elüardan boşansa da, yalnız Pol öləndən sonra Dali ilə rəsmi
nikaha girir. Pol sağ olduğu vaxtda onu incitmək, ona əzab vermək istəmir və heç vaxt
birinci əriylə münasibətlərinin intim tərəfləri haqqında danışmır. Salvador ilə isə hər şey
daha qəliz, daha çətin idi. Mətbuat Dali haqda ən müxtəlif şayiələr yazırdı. İndi də Dalinin
intim həyatı haqqında çox az məlumat olsa da, bəzən rəssamın oriyentasiyası şübhə altına
alınır. Həyya onunən yaxın dostu Lorkayla münasibətləri haqda bədii film də çəkilib.
Rəssamın psixi problemlərinin olmasını da deyənlər, yazanlar var. Qaladan isə ömrünün
sonuna kimi bu haqda heç bir söz qoparda bilməyiblər [18].
«Onların arasında heç bir məsuliyyət, borc, məhdudiyyət yox idi. Dali yeni
modellərini ürəklə Qalaya göstərir, onları bəyənməsini arzulayırdı. Qala bəzən təzə
heyranlarını evə dəvət edir, Salvadorla tanış edirdi. Və bütün bu yüngül flirtlər, ötəri
münasibətlər onların sevgisi qarşısında adi idi, keçəri idi və keçirdi də!!!» [18].
Dali marksizmə, mazoxizmə, sürrealizmə və digər «izm»lərə böyük maraq
göstərmiş, lakin həmişə özünə inamlı olaraq qalmış, öz individuallığını, fərdiliyini
saxlamağı bacarmışdır. Bu barədə sənətkar özü belə yazmışdır: «Əgər özünə məxsus olan,
yalnız özününkü hesab edilən triumfa nail olmaq istəyirsənsə, səninlə ümumi çox şeyə
malik hər kəsi məhv etməli olacaqsan, şərikliliyi çatan bütün adamları ortadan
götürməlisən, belələrini yolundan uzaqlaşdırmalısan. Kollektivə məxsus olan hər şey sənə
qəbir qazıyır, məzar hazırlayır. İstənilən ittifaq, hər hansı birlik sənin individuallığını
zəiflədir, hər cür bağlantı sənin fərdiliyini laxladır. Kollektiv ondan yararlandığın ana qədər
sənə lazımdır. Sadəcə kollektivin təcrübəsindən (səriştədən) istifadə etmək və hücuma
keçmək lazımdır! Bu zaman onu hökmən təklikdə etməyin vacibliyi, belə məsuliyyətli bir
işi heç kimə etibar etmədən yalnız tək-tənha həyata keçirməyin labüdlüyü
unudulmamalıdır».
İspaniyaya qayıtdıqdan sonra Dali öz villasında pornoqrafik tamaşalar təşkil
etmişdir. Bunlar sənətkarın təxəyyülünü həyəcana gətirmiş, xəyalında canlandırdıqlarını
həyata keçirməyə çağırmış, təsəvvürlərini genişləndirmişdir. Tamaşalara rejissorluğu elə
Dalinin özü etmişdir. Tamaşa Daliyə lazım olan şəkildə alınmayanda, müvəffəqiyyətlə
başa gəlməyəndə, ürəyi istədiyi kimi baş tutmayanda sənətkar bundan hədsiz iztirab çəkir,
çox dilxor olurdu. Bu zaman Qala proseslərdə şəxsən iştirak edir və «rejissor assistenti»
kimi işləyirdi. Dəvət edilən qızlar tədricən soyundurulur, sonra bədənlər ağlasığmaz
71
fiqurlar halında bir-birinə sarılır, çəlpəşir, əndamlar təsəvvüredilməz, mümkün olmayan
«şəbəkə» təşkil edir, bunun ardınca iştirakçılar bir-birilərilə istədiklərini edir, daha dəqiq
desək, «böyük ssenaristin» təlqin etdiyi, öyrətdiyi hərəkətləri həyata keçirirdilər [41].
Dali bir-birinə dolaşmış elastik bədənli qızları böyük maraqla, olmazın həvəslə
müşahidə edir, onları acgözcəsinə, hərisliklə izləyirdi. Lakin Dalinin çılpaq bədənlərə
şövqlə, hərarətlə baxmasının, onun belə tamahkarlıq və gözüdoymazlığının arxasında
ehtiraslanmış iştirakçılarla cinsi əlaqədə olmaq istəyi dayanmırdı. Belə kəskin, şiddətli,
tünd duyğular sadəcə olaraq onun yaxşı işləməsi üçün lazım gəlirdi. Müəmmalı və qəribə
«fiqurlar» sənətkarın ilhamlanması, onun cuşa gəlməsi üçün tələb edilirdi.
Dali özünə seks yaradıcısı demiurq rolunu ayırmışdı, ötürmüşdü. Görünür, bu
zaman Qala yeganə bəşəri varlıq, rəqibsiz insani məxluq olaraq qalırdı ki, təkcə onun
bədənindən Dali qorxmurdu, yalnız onunla əsl, xalis seks yaşayırdı.
Dolaşdırılmış bədənlər, mürəkkəb arzular, ehtirasın «nazilmiş» çalarları
(şəhvaniliyin fərqli olduğu dərhal sezilən incə xüsusiyyətləri) – bütün bunlar Dali üçün bir
növ narkotik rolunu oynayırdı. Həyatının bundan sonrakı dövründə Dali yalnız belə
müşahidələrin ehtiraslandırıcı təsiri altında yazıb-yarada bilirdi. Bu zaman «adamların
yanında» Dalinin Qala ilə birlikdə çağırıcı eskapadaları böyük ehtimalla sadəcə onun
yaradıcılığına kütlənin marağını cəlb etməyə hesablanmış reklam tryukları
103
hesab edilə
bilərdi [41].
Dali öz qəlbinin dərinliyində bir müşahidəçi, seyrçi, passiv tamaşaçı, xəyalçı idi.
Onu bir növ insan ruhunun hər hərəkətində xarakterik cizgiləri görən, səciyyəvi əlamət və
xassələri aşkara çıxaran, mümkün cəhətləri müəyyənləşdirən, ən xırda detalını tapana
qədər qazıyıb axırına çatmağı bacaran, bütün təfsilat və təfərrüatı ilə ortaya qoyan kamil bir
vuayerist hesab etmək olar.
S. Dali bəşər övladının cisminin ən incə hərəkətlərinin diqqətli müşahidəçisi
olaraq onların arxasındakı ruhun hərəkətinin «sürrealistik» mənasını tanıya bilmiş, onu
duymağı, müəyyən etməyi bacarmışdır.
Salvador Dalinin çəkdiyi çoxlu sayda mənzərədə fallik, sadomazoxistik və
yaxud svinger motivləri aydın görünür. Əlbəttə, qeyd edilən motivlər sənətkarın belə
şeylərdən həddən ziyadə qorxmasının, bunlardan imkan qədər uzaq durmağa çalışmasının
ifadəsi kimi də dəyərləndirilə bilər. Lakin sənətkarın cinsi həyatına dair toplanmış
məlumatları təhlil etdikdə bunun əksini zənn etmək lazım gəlir. Mənzərədə görünən
seksual xarakterli qeyri-adi motivlər böyük ehtimalla sənətkarın bunları həyatda ehtirasla
arzulamasının labüd ifadəsidir. Yaradıcı insan arzu etdiyini ehtirasla əsərinə hopdurur,
ürəyində gəzdirdiyini, qəlbində bəslədiyini hərarət və həvəslə qələminin, fırçasının və digər
vasitələrinin köməyilə tamaşaçısına, oxucusuna çatdırmağa çalışır, qamçılamaq istədiyini
qızğın surətdə tənqid atəşinə tutur, bütün bunları istedad və qabiliyyətinə güvənərək
coşğunluqla edir, məhz onun yaradıcılığında dünyaya gəlməsinə çalışır. Görünür, bayaq
xatırladılan motivlər Dali yaradıcılığında işıq üzü görür, üzə çıxır, ortada olan kimi dərhal
qiymətini alır.
Dalinin qadınlara aid fikirləri başqaydı, qadınlığa baxışları seçilirdi. Rəssam
sadəcə gözəl deyil, eleqant, zərif qadın arzulayırdı, onun təkcə estetik biçimli xarici
görünüşüylə kifayətlənmirdi. Rəssam «Bir dahinin gündəliyi» əsərində yazırdı: «Gözlər!
72
Bunlar çox vacibdir! Gözlər heç olmasa ağıllı təsir bağışlamalıdır. Eleqant qadının üzündə
sadəcə gözəl xanıma xas səfeh ifadə ola bilməz... Eleqant qadının dodaqlarının ətrafında
mütləq bir yadlıq, özündən razılıq, kədər sezilməlidir. Amma hərdənbir, həyəcanlı
dəqiqələrdə onun siması dəyişir, başqalaşır, səmavi bir incəliklə dolur...» [18].
Dalinin muzası Qala sonralar deyirdi ki, rəssam məhəbbətin hər hansı şəhvani
təzahürünə nifrət bəsləyirdi, sadəcə olaraq yad bədənə toxunmaqdan çox qorxardı, bundan
tez vahiməyə düşərdi.
Dali istedadının inkişaf tarixi bununla məşhur psixoanalitik Ziqmund Freydin
irəli sürdüyü nəzəriyyənin ümumi müddəalarını büsbütün təsdiqləyir. Qadınlarla
münasibətində son dərəcə utancaq olan, zərif cinsin nümayəndələri qarşısında sıxılan, heç
vaxt onlara pərəstişkarlıq etməyən, heç bir qıza, qadına, arvada seksual partnyor gözü ilə
baxmayan, bunu bacarmayan Dali birdən-birə erotizm simvolu olur, XX əsr erotikasının
«seks üzrə firma nişanına» çevrilir. Rəssamın erotik məzmunlu kənarlanmaları, normal
göstərici kimi qəbul edilmiş həddən aşkar surətdə qırağa çıxmaları onun uğursuz gəncliyi
ilə tam şəkildə izah edilə bilər. Çünki həmin illərdə gənc insanın əsas vəzifəsi Federiko
Qarsia Lorkanın arzuolunmaz təsirlərindən və müvafiq surətdə onun homoseksual
meylindən azad olmaqdan ibarət idi. Bu məqsədinə çatdıqdan sonra Daliyə xeyli müddət
ərzində füsunkar qadın bədənindən qeyri-sağlam qorxma hissinin qarşısını almaq üçün
amansız mübarizə aparmaq lazım gəlmişdi. Beləcə seksual-erotik hisslərin qaynayıb-
coşduğu, kifayət qədər məhsuldar olduğu dövrdə cinsi instinktin tələblərini yerinə yetirmək
əvəzinə lüzumsuz qüvvələrlə qaçılmaz mübarizə aparmaq zərurəti yaranmışdı. Dalinin
cızdığı «ssenari» əsasında onun gözləri önündə əyilmiş qadın bədənlərinin tikanlı
konstruksiyalarla əhatəyə alınması, yaxud elastik gözəlçələrin bir-birinə bağlantılarına
çiçək formasının verilməsi təsadüfi ola bilməzdi. Bükülmüş qadın bədənlərinin çıxıntılı
qurğularla dövrələnməsi burada sadomazoxist motivləri görməyə imkan yaradır, çiçək
formasının verilməsinə gəldikdə sual altında olsa belə bunu böyük ehtimalla narsissizmin
təzahürü kimi şərh etmək mümkündür. Əlbəttə, anlaşılmaz fantaziyanın doğurduğu
nəticələr öz qeyri-adiliyinə baxmayaraq təsviri incəsənət həvəskarlarında böyük tələbata
səbəb olmuşdur. Dalinin əsərlərinin yaxşı satılması və Qalanın pul dağarcığının gündən-
günə böyüməsi belə bir tələbatın son dərəcə yüksək olduğunu təsdiqləmişdir. Bununla bir
vaxtda belə şeylər freydist üçün yaradıcılıqda şəxsiyyətin seksual motivlərinin çox güclü
şəkildə sıxışdırılmasına (sublimasiyasına) şəhadət verən faktlar kimi dəyər qazanır [41].
Salvador Dali dünyada seksual meylin şüuraltı motivlərinə dərindən nüfuz
etməyi bacarmış çox olmayan rəssamlardan biridir. Şübhəsiz ki, S. Dalinin yaradıcı irsi
təkcə sənətşünaslar (incəsənət mütəxəssisləri) üçün deyil, eyni zamanda seksoloqlar (seks
mütəxəssisləri) üçün hələlik yetərincə aparılmamış tədqiqatların nəhəng bir sahəsidir. Bunu
araşdırmalar üçün geniş bir meydan kimi təsəvvür etmək olar. Dali yaradıcılığının çox
yaxşı öyrənilmədiyi heç kimə sirr deyildir.
Dalinin bəzi əsərlərində dəhşətli kabuslar, əcaib-qəraib məxluqlar təsvir
olunmuşdur. Bu baxımdan 1931-ci ildə yaratdığı, Nyu-Yorkda Müasir İncəsənət
muzeyində saxlanılan «Yaddaşın sabitliyi», 1935-ci ildə ərsəyə gətirdiyi, Bazeldə Kütləvi
bədii kolleksiyada saxlanılan «Alovlanan zürafə» əsərlərini xatırlamaq olar. Həmin
73
əsərlərdə «qeyri-təbii şəraitin və əşyaların məntiqsiz surətdə qəsdən bir-biri ilə
əlaqələndirilməsi yalnız zahirən real təsir bağışlayır [4, səh. 321, sağ sütun].
Salvador Dali dini mövzuda çəkdiyi əsərlərində klassik süjetlərə ifrat dərəcədə
ekssentrik (qeyri-adi) fantastika gətirmişdir. Buna nümunə olaraq 1955-ci ildə çəkdiyi,
hazırda Vaşinqtonun Milli İncəsənət Qalereyasında saxlanılan «Məxfi axşam» əsəri
göstərilə bilər.
«... Möhtəşəm, güclü Qalanın tək bir düşməni vardı: illər. İllər onun dərisiylə
birgə ruhunu da soldurur, qocaldırdı. O, öz şuxluğunu saxlamaqdan ötrü min cür vasitəyə
əl atırdı. Amma çifayda... xeyri yox idi! İllərin necə ciddi rəqib olduğunu başa düşüncə
Qala təkliyə, ərinin ona hədiyyə etdiyi qədim Pubol qəsrinə çəkilir.
Dalidən uzaqlaşır... Gənc aşiqləriylə şəxsi qəsrində görüşür, onları
«vitaminlərim» adlandırır. Amma bu «vitaminlər» də keçib gedən gəclik təravətini
qaytarmaqda aciz idilər. Qala Daliyə yalnız özünün təyin etdiyi günlərdə qalaçaya
gəlməyə, onunla görüşməyə icazə verirdi. Və bu da onun ərinə qeyri-adi münasibətinin
daha bir göstəricisi idi... Çox güman ki, Qala bu qaydanı öncədən hazırlaşmaq, bacardığı
qədər təracvətli görünmək üçün qoyub» [18].
Şəkil 42. Salvador Dalinin öz arvadı Qalaya hədiyyə etdiyi Pubol qəsri
Şəkil 43. Qala Dali. Salvador Dalinin Marbelyedə ucaltdığı heykəl
1968-ci ildə rəssam Qala üçün Jirona əyalətində Pubol deyilən kiçik qəsəbədə
bir qəsr almışdır. Lakin razılaşdırılmış şərtə görə əri arvadının qabaqcadan yazılı icazəsi
olmadan qəsrə baş çəkə bilməzdi. Yelena həyatının son illərini orada keçirmişdir.
74
Həyatının son illərində Qala tez-tez təkrarlayırdı: «Ölüm günü həyatımın ən xoşbəxt günü
olacaq!»
Ömrü boyu güclü, cazibədar bir qadın olan Qala 1982-ci ilin 10 iyununda 88
yaşında ikən İspaniyanın Kadakes (Cadaques) bələdiyyəsinin Port-Liqat şəhərində vəfat
etdi. Vəsiyyətinə görə qadın əri Dalinin ona hədiyyə etdiyi Pubol qəsrində dəfn olundu.
Xanımının vəsiyyətini yerinə yetirmək üçün rəsam İspaniya qanunlarını pozmaqla bir riskə
getmişdi. Məsələ burasındadır ki, ispan qnunlarına görə, insan dünyasını dəyişdikdən sonra
rəsmi icazə olmadan onun cəsədini bir yerdən başqa yerə aparmaq qəti surətdə qadağan
edilmişdi. Ancaq Dali Qalanı geyindirib maşınına qoymuş və tanış bir rahibəni özüylə
götürərək qəsrə yollanmışdı. Qala qəsrdə dəfn edilərkən Dali orada iştirak etmir, yalnız bir
neçə saatdan sonra qəbrə yaxınlaşıb xeyli baxmış və demişdi: «görürsən, ağlamıram?!»
[18].
Qaladan sonra Dali yeddi il yaşayır. Əslində Qalanın dünyadan köçməsilə sanki
Dali də ölmüşdü. Qalasız Dali qorxaq uşağa, kompleksli yeniyetməyə, qüsurlu kişiyə
bənzəyirdi. Həqiqətən Qala vəfat etdikdən sonra Dali tamam başqa bir adama çevrilmişdi,
sarsılmışdı. Sadəcə olaraq qəribə, çoxlu psixoloji qüsura malik bir rəssam, rejissorunu
itirmiş, rolunu unutmuş bir aktyor olaraq ölümünü gözləyirdi [18].
Salvador Dali 1989-cu ildə Figerasdakı öz malikanəsində öldü. Yer kürəsinin
çox ölkəsini gəzən sənətkarın məhz burada canını tapşırmasında da bir qəribəlik vardı.
Həyat ona hər sifətdə ola bildiyini sübut etmiş, çox şeyi başa salmış, öyrətmiş, enişli-
yoxuşlu yollarında onu çox mətləblərdən xəbərdar etmiş, dünyanın çox yerini gəzdirmiş,
lakin axırda planetin üzərində işıqlı aləmə göz açdığı nöqtəyə qaytarmış, yalnız bundan
sonra ondan ayrılmış, onunla vidalaşmışdı. Beləliklə, Dalinin məkan daxilindəki simvolik
həyat sikli qapanmış, rəmzi yaşam dövrü başa çatmışdır, ancaq zaman daxilində onun heç
vaxt qapanmayacağını, gələcək nəsillər üçün daim açıq qalacağını əminliklə, tərəddüd
etmədən söyləmək mümkündür.
Dali adamların ayaqları altında torpağa tapşırılmasını vəsiyyət etmişdi, öləndən
sonra məzarı üstündə insanların gəzməsini istədiyini bildirmişdi. Onun vəsiyyətinə əməl
edildi. Sənətkar Figerasda yerləşən teatr-muzeyin döşəməsinin altında basdırıldı. İndi
həmin muzeyə incəsənət həvəskarları Dalinin teatr-muzeyi kimi baş çəkirlər.
75
Şəkil 44. Salvador Dalinin məzarı
Pol Elüar və Salvador Dalinin kandavlist olduqlarına heç bir şübhə yeri qalmır.
Xüsusən Salvador Dalinin psixi pozğunluğu onun seksual meyl pozğunluğunu
qəlizləşdirmiş, mürəkkəbləşdirmişdir. Elə buna görə də Dalinin simasında eyni vaxtda bir
neçə parafiliya forması cəmləşmişdir. Kazandan baş götürüb özünü güclə, tamamilə qərəzli
şəkildə fransız kişilərinin həyatına soxan, nəsə bir şey qopardıla bilməyi özünəməxsus
fəhmlə sezən, bundan sonra qırsaqqız olub «axtarışlarını» davam etdirən Qala
əxlaqsızlıqda heç də onlardan geri qalmır. İstənilən halda Qalanı adyulterlə yoğrulmuş bir
nizamsız cinsi həyat keçirən, Elüarın və Ernstin altından çıxıb Dalinin Qalasına çevrilən,
bununla bir vaxtda çoxlu sayda başqa kişi ilə kontakt yaratmaqla promiskuitet tələbatını
aşkarcasına ödəyən, ümumiyyətlə, kişilərin kandavlist xarakterli qəribəliyindən və digər
seksual «zəiflik» və «üzgörənliyindən» həm varlanmaq, həm də poliqamik arzusunu
həyata keçirmək məqsədilə məharətlə istifadə edən, pula son dərəcə həris olan, namus və
ləyaqət hissindən məhrum tipik rus əxlaqsızı kimi təsəvvür etmək lazımdır, həyat tərzi
olduqca pis bir nümunə ola biləcək belə yaramazı heç bir vəchlə mələkləşdirmək olmaz.
* * *
Promiskuitetlə qovuşmuş kandavlizmə tipik nümunə olaraq amerikan naşiri,
«Pleyboy» («Playboy») jurnalının yaradıcısı və şef-redaktoru, həmçinin «Playboy
Enterprises» kompaniyasının təsisçisi Hyu Merston Hefner (Hugh Marston Hefner)
göstərilə bilər.
«Dünyanın baş kroliksaxlayanı» qısaca olaraq Hef ləqəbilə tanınmışdır. 1926-cı
ilin 9 aprelində Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində dünyaya gələn Hefner ilk
vaxtlar promiskuitet tərəfdarı kimi ad çıxarmışdır. Hefner həyatda tez-tez məşhur, tanınmış
qadınlarla olmağa can atan kişilərdən biridir. Ancaq Hefnerdə promiskuitet kandavlizmlə
qovuşmuşdur. Məsələ burasındadır ki, «zəif cinsin» ən gözəl nümayəndələri dəstəsinin
əhatəsində olan, onların çoxu ilə cinsi əlaqəyə girən Hefner seksual partnyorlarının çılpaq
fotolarının hamıya göstərilməsi, tamaşaçı kütləsinə göstərilməsi imkanı düşən kimi heç
76
vaxt onu əldən verməmişdir. Qadın düşkünü «real şou» trendindən istifadə etməyin lazım
gəldiyini başa düşmüş, öz işinin spesifikliyini nəzərə alaraq minlərlə gözəl üsula əl atmaqla
bunu etməyin mümkün olduğunu özü üçün aydınlaşdırmışdır. Artıq qocalıq dövrünü
yaşayan, 90 yaşına qədəm qoyan Hefner buna baxmayaraq romantikliyindən qalmır.
Şəkil 45. Hyu Merston Hefner (Hugh Marston Hefner) 2009-cu ildə Los-
Ancelesdə
* * *
Məşhur fransız şairi və bəstəkarı, mahnılar müəllifi və ifaçısı, aktyor,
kinorejissor və ssenarist Serj Gensbur (Serge Gainsbourg) da kandavlistlər sırasında yer
tapır.
Şəkil 46. Serj Gensbur (Serge Gainsbourg; 1928–1991)
Doğularkən əsl adı Lüsyen Jozef Ginzburq (Lucien Joseph Ginsburg) olan, hətta
rus dilində olan mənbələrdə Lüsyen İosifoviç Ginzburq kimi təqdim edilən sənətkar qeyri-
adi həyat sürmüşdür. 1928-ci ilin 2 aprelində doğulan Serj Krımın cənub-şərq sahilindəki
Feodosiya şəhərindən olmuş, Böyük Oktyabr Sosialist İnqilabından sonra Fransaya
77
emiqrasiya etmiş yəhudilərin oğludur. Mənbələrin bir qismində Serj Genzbur kimi təqdim
edilən məşhur şansonye
104
dörd dəfə nikahda olmuşdur. Tanınmış gözəlçələr – aktrisa
Katrin Denyov (Catherine Deneuve), teatr və kino aktrisası İzabel Yasmina Adcani
(Isabelle Yasmina Adjani), aktrisa, müğənni və fotomodel Vanessa Şantal Paradi (Vanessa
Chantal Paradis) onun yatağında olmuşlar. Serj evində toplaşan kişi dostlarının qarşısında
məşuqələrinin döşlərini çılpaqlaşdıraraq təntənəli surətdə yeriyib keçməsini həddindən
artıq sevmişdir. Axırıncı arvadı, model, müğənni və aktrisa Karolin fon Paulusu (Caroline
von Paulus) camaatın qabağında, tamaşaçı kütləsinin önündə çılpaq bədənlə rəqs etməyə
məcbur etmişdir. Serj Gensbur 1991-ci ilin 2 martında vəfat etmişdir.
* * *
Daha bir kandavlist Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar
Bürosunun agenti Robert Filip Henssen (Robert Philip Hanssen) hesab olunur.
Şəkil 47. Robert Filip Henssen (Robert Philip Hanssen) 2001-ci ilin qışında
1979-cu ildən 2001-ci ilə qədər 22 ildən artıq bir müddət ərzində əvvəlcə sovet,
sonralar rus xüsusi xidmət əməkdaşları üçün Birləşmiş Ştatlar əleyhinə casusluq edən,
vacib məxfi xəbərləri qarşı tərəfə çatdıran silistçi kifayət qədər ağıllı, bacarıqlı, təcrübəli bir
işçi olmuşdur. 1944-cü ilin 18 aprelində Amerikanın Çikaqo şəhərində dünyaya gələn
Robert dini katolik ailədən çıxan Bonni Vok adında bir qızla evlənmiş, bir müddət başqa
sahələrdə çalışmış, rus dilini mükəmməl bildiyindən keçmiş Sovet İttifaqı ərazisində əks-
kəşfiyyat şöbəsinə keçirilmişdir. İttifaq dağıldıqdan sonra Rusiya xüsusi xidmət
əməkdaşları ilə əlaqə saxlamışdır. 2001-ci ilin 18 fevralında şpionaj (casusluq) üstündə
həbs olunmuş və əfv edilməsi istisna olunmaqla ömürlük azadlıqdan məhrumolunma
cəzasını almışdır. İstintaq gedişində 13 casusluq epizodunu sübut etmək mümkün
olmuşdur.
Bədnam casusun cinsi həyatında bir anlaşılmaz qəribəlik hökm sürürdü.
Allahdan qorxan və kifayət qədər ciddi olan arvadını başqa kişinin qucağında təsəvvür
78
etməsi onun xoşuna gəlirdi. Robert öz seksual fantaziyalarını dostu Cek Hoskoerlə elektron
poçt vasitəsilə bölüşürdü. Sonra ər öz dindar (mömin) arvadının aşkar intim
fotoqrafiyalarını dostuna göndərməyə başladı. Lakin bununla kifayətlənməyən kəşfiyyatçı
öz dostu Ceki evinə dəvət etmiş və ondan arvadı ilə cinsi əlaqəsini gizlində izləməsini
xahiş etmişdir. Henssenin evinə nadir hallarda gələn Cek dostunun mübtəla olduğu meyl
pozğunluğundan xəbərdar olduğundan onun sözünü yerə salmamış, xahişinə əməl
etmişdir. Dostunun öz ər borcunu necə yerinə yetirdiyini gizlincə müşahidə edə bilməkdən
ötrü bir neçə yol fikirləşib tapmışdılar. Belə ki, Robert arvadı ilə cinsi kontaktda olan
zaman dostu əvvəlcə evin xaricindəki pəncərədən onlara baxırdı. Sonra Robert yataq
otağının divarında kiçik deşik açır. Bunun ardınca texniki vasitələrin – yataq otağında
gizlədilən videokameraların köməyilə dostu onları müşahidə edir. Henssen qonaq
otağından yataq otağına rahat baxa bilmək üçün qapalı televiziya sistemini quraşdırmaqdan
ötrü Federal Təhqiqatlar Bürosunun video qurğularını dostunun istifadəsinə verir.
Bob Henssenin seksual qayğılı olması təkcə arvadına münasibətdə özünü büruzə
verməmişdi. Hələ 1993-cü ildə Federal Təhqiqatlar Bürosunun mənzil-qərargahında
Henssen mübahisə vaxtı kəşfiyyatçılardan olan bir analitik qadını döşəmədə sürüyüb
fırlamış, bundan sonra cəza olaraq beş sutka ərzində xidməti vəzifəsini yerinə yetirməkdən
uzaqlaşdırılmışdı. Əxlaqsız casus internet üçün pornoqrafik məzmunlu tarixcələr özündən
uyduraraq tez-tez onları yeniləyirdi. Henssen öz arvadını xəbərdar etmədən, onun xəbəri
olmadan açıq-saçıq tarixcələri sayta qoyurdu. Maraqlıdır ki, casus özünü tanıtdırdığı
oxucularının onu identifikasiya edə bilmələrindən ötrü arvadının başlıca yer tutduğu belə
tarixcələri qərəzli şəkildə internetdə yerləşdirirdi. Bundan başqa, Henssen bacısı Bonniyə
seksual meyl göstərirdi. Belə ki, bacısı uşağına süd verərkən onun döşlərindən
yapışmaqdan çəkinmirdi.
Sonralar ələ keçiriləndən sonra dindirilən casus danışırdı ki, «başqa kişilərin öz
dillərini çıxardaraq onun arvadı arxasınca qaçmalarını çox istəmişdir». Ehtiraslı casus bu
anlarda özünü Britaniya yazıçısı, jurnalist və hərbi-dəniz kəşfiyyat zabiti Yan Lankaster
Fleminqin (Ian Lancaster Fleming) romanlarının baş personajı, uydurma agent, məşhur
kino qəhrəmanı ser Ceyms Bond (Sir James Bond) kimi təsəvvürünə gətirmişdir. Böyük
Britaniyanın xarici kəşfiyyat və axtarış işləri üzrə dövlət orqanı olan, çox vaxt hərbi
kəşfiyyat (Military Intelligence) hesab olunduğundan qısaca Mİ-6 (MI-6) kimi işarə edilən
məxfi kəşfiyyat xidməti (Secret Intelligence Service) kimi mötəbər bir qurumun əməkdaşı
Ceyms Bond həqiqətən yazıçının romanlarının ekranlaşdırılmasından sonra geniş
populyarlıq qazanmışdır. Bəxti çox gətirməyən minlərlə kişi «agent 007» kimi məşhur olan
bu adamın məhəbbət qələbələrinə qibtə etmişlər.
Göründüyü kimi, pozğun casus Robert Filip Henssendə eyni vaxtda
kandavlizmlə bir yerdə sadizm (qadına qarşı zorakılıq tətbiq etməkdən çəkinməmə),
insestofiliya (bacısının döşlərindən yapışma) və pornoqrafomaniya (əxlaqsız tarixçələr
tərtib edib internetdə yerləşdirmə) təzahür etmişdir.
79
Şəkil 48. Mİ-6 məxfi xidmət agenti, ekranların unudulmaz obrazı, Böyük
Britaniyanın Hərbi-Dəniz Donanmasının kommanderi ser Ceyms Bond (Sir James Bond).
Şotland mənşəli Britaniya kinoaktyoru və prodüseri ser Tomas Şon Konnerinin (Sir
Thomas Sean Connery) ifasında.
Dostları ilə paylaş: |