Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism


§ 1.2. «Kandavlizm» termininin etimoloji-tarixi təhlili



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11
§ 1.2. «Kandavlizm» termininin etimoloji-tarixi təhlili 
 
«İnsan nə öz keçmişini təkrarlaya, nə də ondan xilas ola bilməyən,  
ancaq tarixi yaradan bir məxluqdur».  
Böyük Britaniyada doğulmuş, İkinci dünya 
müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının 
vətəndaşı olmuş ingilis-amerikan şairi  
Uisten Hyu Oden (Wystan Hugh Auden; 1907–1973) 
 
* * * 
 
«Tarixin verdiyi ən birinci və vacib dərs onun səhvlərindən  
insanların ibrət götürməmələridir»  

10 
 
İngilis yazıçısı və filosofu Oldos Leonard Haksli  
(Aldous Leonard Huxley; 1894–1963) 
 
«Kandavlizm»  termini  «kandavl»  sözünün  axırına  qeyri-normallıq  hallını 
bildirən «izm» şəkilçisinin artırılmasından əmələ gəlmişdir.  
Kandavlizm  haqqında  tarixi  məlumat  verilərkən  məsələyə  iki  aspektdən 
yanaşılması  daha  doğru  olardı:  1)  şah  Kandavla,  onun  qəribəliyinə,  həmçinin  arvadının 
taleyinə  dair  toplanan  tarixi  məlumatların  diqqətlə  tutuşdurulması  və  müxtəlif  dövrlərdə 
kandavlizmə bəslənən münasibətin dərindən araşdırılması; 2) kandavlizmə mübtəla olmuş 
şəxsiyyətlər haqqında əldə edilən tarixi məlumatların dəqiqləşdirilməsi və təhlil edilərək 
tibb elmi üçün faydalı ola biləcək nəticələrə gəlinməsində onlardan istifadə olunması. 
Kandavl  çılpaq  arvadını  başqa  kişiyə  göstərməkdən  həzz  alma  kimi  meyl 
pozğunluğuna  mübtəla  olmuş  bir  şahın  adıdır.  Onun  taleyi  haqqında  ayrıca  geniş  tarixi 
məlumat  veriləcəkdir.  Hələlik  onu  qeyd  etmək  lazım  gəlir  ki,  keçmiş  şahın  adından 
götürülən «kandavlizm» termini indiyədək saxlanılmışdır. 
Yeri  gəlmişkən  «kandaulezizm»,  «kandavlizm»,  həmçinin  eyni  kökə  malik 
digər  məfhumların  eponimik  terminlər  olmasına  baxmayaraq  onlardan  geniş  istifadə 
edilməsi haqqında bir neçə kəlmə demək lazım gəlir. Son illər nəşr edilən ədəbiyyatlarda 
eponimik terminlərdən imkan daxilində kənar olma tendensiyası açıq-aşkar sezilir. Əlbəttə, 
bunun  bir  çox  səbəbləri  vardır,  lakin  ayrıca  bir  tədqiqatın  mövzusu  olduğundan  burada 
onun üzərində geniş dayanmağa macal və lüzum yoxdur. Yeganə olaraq onu deyə bilərik 
ki,  kökü  «kandavl»  sözündən  ibarət  olan  istilahlar,  xüsusən  «kandavlizm»  termini 
eponimik təbiətli olsa da, lakin pozuntuya həddən ziyadə uyğun gəldiyindən kifayət qədər 
ədalətli hesab edilir, nisbətən qısa olduğundan yazılı və şifahi nitqdə çətinlik törətmir və 
rahatlıqla işlənir. Bu mənada bir eponimik termin olaraq «kandavlizm» istilahından istifadə 
edilməsi məqsədəuyğundur. 
«Kandavl» sözü qədim mənbələrdə latın əlifbasının hərflərilə «Candaules» kimi 
yazıldığından  müxtəlif  dillərdə  bir-birindən  fərqli  şəkillərdə  ifadə  edilmişdir.  Beləcə 
«Kandaul»,  «Kandaules»,  «Kandaulez»,  «Kandavl»,  «Kandavles»,  «Kandavlez»  kimi 
adlar işlənmişdir. Latın dili qaydalarına görə, bunların içərisində ən doğru olanı «Kandavl» 
hesab  edilir.  Latın  dili  həkimlərin  istifadə  etdiyi  dil  olduğundan  tibb  mütəxəssisləri 
«Kandavl» sözünün üzərində dayanırlar. 
Şahın  adına  uyğun  olaraq  təklif  edilən  eponimik  terminlər  arasında  da  oxşar 
mənzərə  hökm  sürür.  Belə  ki,  «kandaulizm»  («candaulismus»),  «kandaulesizm» 
(«candaulesismus»), 
«kandaulezizm» 
(«candaulesismus»), 
«kandavlizm» 
(«candaulismus»), 
«kandavlesizm» 
(«candaulesismus»), 
«kandavlezizm» 
(«candaulesismus») kimi eponimik terminlərlə rastlaşmaq mümkündür. 
Beləliklə,  «kandavlizm»  termininin  müxtəlif  mənbələrdə  bir-birindən  fərqli 
şəkillərdə yazılmasının səbəbi cinsi pozğunluğa mübtəla olan ilk kişi kimi tarixə düşmüş 
hökmdarın adının müxtəlif cür yazılmasıdır.  
Qeyd  edək  ki,  ingilis  dilində  olan  mənbələrdə  «kandaulizm»  («kandavlizm»), 
rus dilində olan mənbələrdə isə «kandaulezizm» («kandaulesizm») kimi yazılışla daha çox 

11 
 
rastlaşmaq olur. Mötəbər mənbələrin müəllifləri məhz «kandavlizm» və «kandaulezizm» 
kimi istilahların üzərində dayanırlar. 
Lidiya  çarı  Kandavl  həm  də  Mirsilos  (Myrsilos)  kimi  tanındığından  belə  bir 
pozğunluğu başqa sözlə «mirsilizm» («myrsilismus») də adlandırmaq olar.  
Bildiyimiz kimi, «kişilərin kiçik zəifliyi» kimi nəzərdən keçirilən hal həqiqətdə 
bəşəriyyətə çoxdan məlumdur. Hələ uzaq zamanlardan insanlar kişilərin bu qəribə meyli 
ilə tanış olmuşlar.  Kandavlizm  hadisəsi ilk dəfə bizim  eradan  əvvəl VII  əsrdə  Lidiyada
8
  
qeyd  edilmişdir.  Ölkəyə  başçılıq  edən  Kandavl  (Candaules)  belə  pozğunluqdan  əziyyət 
çəkmişdir. Şübhəsiz ki, Kandavla qədər də kişilər arasında belə pozuntu olmuşdur. Sadəcə 
olaraq  pozuntuya  mübtəla  olma  ilk  dəfə  məhz  Kandavlın  simasında  tarixin  yaddaşında 
saxlanılmışdır.  
Əldə edilən məlumatlara görə, şah Kandavl qəribə meyli ucbatından, elə bunun 
üstündə həyatını itirmişdir. Belə ki, Kandavl arvadını çılpaq halda özünün çox etibar etdiyi 
dostuna göstərmişdir. Sonra həmin dostu şahı öldürərək taxt-taca yiyələnmişdir.  
Antik dövrdə Lidiya şahı Kandavlın öz arvadının gözəlliyini nə vaxtsa sadə bir 
balıqçı olmuş şəxsi cangüdəni Giglə bölüşməyə xəstəlik dərəcəsində meylə mübtəla olması 
haqqında mif çox müzakirə olunur. 
Lakin  müxtəlif  mənbələrdə  bir-birindən  fərqli  məlumatlara  rast  gəlinir,  bəzən 
bunlar  bir-birini  tamamlayır,  digər  hallarda  onların  arasında  ziddiyyət  aşkar  olunur. 
Araşdırılmasına  daha  çox  ehtiyac  duyulan  suallardan  aşağıdakıları  qeyd  edə  bilərik:  1) 
şahın özünün və arvadının adı; 2) şahın dostunun adı və tutduğu vəzifə; 3) şahın çılpaq 
halda olan arvadını öz dostuna göstərməsi şəraiti; 4) şahın öz dostu tərəfindən öldürülməsi 
və onun səbəbi; 5) şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi. 
Əlbəttə,  qeyd  edilən  məsələlər  barəsində  dəqiq  və  ətraflı  tarixi  məlumat 
verilməsi  kandavlizmin  mahiyyətinin  və  onun  acınacaqlı  nəticələrinin  düzgün  başa 
düşülməsi üçün olduqca zəruridir.  
Əvvəlcə  şahın  özünün  və  arvadının  adı  haqqında  danışaq.  Tarixi  mənbələrin 
böyük  əksəriyyətində  şahın  adının  Kandavl  olduğu  bildirilir.  Bir  qədər  əvvəl  qeyd 
etdiyimiz kimi, şahın adı müxtəlif dillərdə və ayrı-ayrı mənbələrdə Kandaul, Kandaules, 
Kandaulez, Kandavl, Kandavles, Kandavlez kimi yazılmışdır. 
Mənbələrin  böyük  bir  qismində  əfsanəvi  Lidiya  şahının  Kandavl  olduğu 
göstərilir [22]. 
Bundan başqa, Kandavl özü Mirsin oğlu olmuşdur. Məhz buna görə Lidiya çarı 
Kandavl  bir  çox  mənbələrdə  Mirsilin  oğlu  kimi  tanıdılmış,  Mirsilos  (Myrsilos) 
adlandırılmışdır. «Mirsilizm» termini məhz buradan irəli gəlmişdir. 
Bəzi mənbələrdə həmçinin başqa adlara rast gəlinmişdir
9
.  
Mənbələrdə  Kandavlın  yüngülxasiyyət,  dəmdəməki  bir  adam  olduğu 
göstərilmiş, onun ar-namus bilmədiyi xüsusi olaraq vurğulanmışdır. Hələ 1894-cü ildə M. 
Korş «Mifologiya və qədim abidələrin qısa lüğəti»ndə Kandavlı (Candaules) dostu Gigesə 
öz arvadının gözəllik və məlahətliliyini görməsinə imkan verən, bunun müqabilində həyatı 
bahasına altını çəkən arsız yelbeyin bir Lidiya çarı kimi səciyyələndirmişdir [35]. 
Ancaq  Kandavlın  dünyagörüşünün  geniş  olduğu  heç  kimdə  şübhə 
oyatmamışdır. Hətta mənbələrin bir çoxunda şah Kandavl bir estet, incəsənəti sevən insan, 

12 
 
qeyri-adi gözəlliyi başqa adamlardan gizlətməyi arzulamayan bir ehtiraslı şəxs kimi təsvir 
edilmişdir. Əslində Kandavlın incəsənətə çox meylli olması fikri hələ uzaq zamanlardan 
qalan  etibarlı  mənbələrdə  özünə  dayaq  tapa  bilmişdir.  Belə  ki,  Kandavlın  incəsənət 
əsərlərinə pul xərcləməkdə əliaçıq olduğu təsdiqlənmişdir. Adı zəmanəmizə qədər gəlib 
çıxmış ilk yunan rəssamı Bularx (Bularch) ecazkar bir əsər yaratmışdı. Qədim Romanın 
erudit  yazıçısı  Böyük  Plini  (Plinius  Maior)
10
  Kandavlın  bir  xeyli  qızıl  verərək  Bularx 
tərəfindən  yaradılmış  «Maqnetlərin  döyüşü»  əsərini  aldığını  xəbər  vermişdir.  Bularx 
tərəfindən  ərsəyə  gətirilən  əsər  həqiqətən  «maqnetlərin  döyüşünü»  kolossal  fiqurlarda 
təqdim edən nəhəng bir mənzərə olmuşdur. Fransız şairi və romantik məktəbin tənqidçisi 
Pyer Jül Teofil Qotye (Pierre Jules Theophile Gautier)
11
 «Şah Kandavl» (fransızca «Le roi 
Candaule»)  novellasında  hökmdarın  incəsənət  vurğunu  olduğunu  açıq-aydın  təsvir 
etmişdir [30].  
 
 
 
Şəkil  1.  «Bioqrafiyalar  məcmuəsi»  (latınca  «Promptuarii  iconum 
insigniorum»)
12
 əsərində Kandavlın portreti 
 
 
 
 
Şəkil 2. «Bioqrafiyalar məcmuəsi» (latınca «Promptuarii iconum insigniorum») 
əsərində Gigin portreti, 1553-cü il
 
 

13 
 
Kandavlın  arvadının  adı  Nissiya  (Nyssia)  olmuşdur.  Bizim  eranın  II  əsrinin 
birinci  yarısında  yaşayıb-yaratmış  yunan  yazıçısı  Hefestion  Ptolemey  (Ptolemey 
Chennus)
13
  şah  arvadının  adının  məhz  Nissiya  olduğunu  göstərmişdir.  Fransız  şairi  və 
romantik  məktəbin  tənqidçisi  Pyer  Jül  Teofil  Qotye  (Pierre  Jules  Theophile  Gautier)
 
elə 
ona  isnad  etmişdir.  Bəzi  mənbələrdə  gözəl  qadının  adının  Nisa  olduğu  bildirilmişdir. 
Mənbələrdə  həmçinin  qadının  adının  Tudo  (Tudous),  yaxud  Klisiya  (Clytia)  olduğu 
göstərilmişdir. 
Növbəti  mübahisəli  məsələ  şahın  dostunun  adı  və  onun  tutduğu  vəzifədir. 
Mənbələrin  xeyli  qismində  iddia  edilir  ki,  şahın  dostunun  adı  Gig  olmuşdur.  Gig 
Lidiyadakı Mermnadlar sülaləsinin banisidir. Sadəcə olaraq onu ayrı-ayrı dillərdə müxtəlif 
mənbələrdə Giges, Qiq, Qiqes kimi yazmışlar. Mənbələrin çoxunda Giges adından tez-tez 
istifadə edilir. Lakin latın dilindəki yazılışına uyğun olaraq çox vaxt sadəcə Gig adlanır. 
 
Müəlliflərin  böyük  əksəriyyətinin  gəldiyi  qənaətə  görə,  Gig  Lidiya  şahı 
Kandavlın yaxın dostu və cangüdənlərindən (mühafizəçilərindən) biridir. Ehtimal edilir ki, 
Gig şahın yanında cangüdən kimi işləməzdən qabaq sadə bir balıqçı olmuşdur. Gig Kiçik 
Asiyada  mariandinlər  tayfasının  hökmdarı  olmuş  Daskilin  oğludur.  Şah  özünün 
cangüdənləri arasında məhz Gigi xüsusi olaraq qiymətləndirmişdir. Qədim yunan tarixçisi 
Halikarnaslı  Herodot  (Herodotus)
14 
tərəfindən  danışılan  rəvayətə  görə,  Gig  Lidiya  çarı 
Kandavlın istəklisi, onun sevimlisi olmuşdur. Kandavl ən mühüm işlərini Gigə etibar edər, 
son  dərəcə  vacib  məsələlərin  həllini  ona  tapşırar,  ürək  qızdırıb  bir  çox  şeylər  barəsində 
onunla danışar, hətta öz arvadının gözəlliyini elə ona çox tərifləyərdi. Öz arvadının tərifini 
göyə  qaldıran  Kandavl  sevimli  dostu  Gigə  onu  paltarsız  halda  olarkən  görmək  imkanı 
vermişdir.  
Qədim  yunan  filosofu  Platon  (Plato)
15
  özünün  məşhur  «Dövlət»  əsərində 
rəvayət edir ki, Gig heç də əyan deyil, Lidiya çarı Kandavlın yanında xidmət edən adi bir 
çoban olmuşdur.  
Qədim yunan tarixçisi və filosofu Damasklı Nikolayın (Nicolaus Damascenus)
16
 
şərhinə görə, Gig yüksək mövqe tutan bir hərbçi olmuşdur. 
İndi  şahın  çılpaq  halda  olan  arvadını  öz  dostuna  göstərməsi  şəraiti  barəsində 
məlumat verək. 
Tamamilə  absurd  olan  bir  mülahizəyə  görə,  Kandavl  dostu  Gig  tərəfindən 
hakimiyyətdən uzaqlaşdırılandan sonra da onunla yaxın münasibətini saxlayırdı. Lidiyanın 
yeni  şahı  tez-tez  onun  evinə  gəlib-gedərdi.  Ancaq  şahı  devirmiş  Gig  dostunun  bəzi 
hərəkətlərindən  yaman  şübhələnmişdi.  Axı,  Gig  hər  dəfə  onlara  gələndə  Kandavl  bir 
bəhanə  tapıb  çılpaq  halda  olan  arvadını  ona  göstərər  və  buna  nail  olmasından  seksual 
oyanmaya çatardı. Qeyrətsiz sabiq çar çox vaxt arvadı yatanda dostunu oraya gətirər və 
bundan  həzz  əldə  edərdi.
 
Lakin  hadisələrin  qeyd  edilən  şəkildə  cərəyan  etməsi  fikri 
tamamilə yanlış olub, heç bir mötəbər tarixi mənbə tərəfindən dəstəklənmir.
  
Elmi  ədəbiyyatların  çoxunda  Kandavlın  arvadını  çılpaq  halda  öz  dostu  Gigə 
göstərdiyi  bildirilir,  lakin  onun  hansı  şəraitdə  nümayiş  etdirilməsi  haqqında  heç  bir  şey 
deyilmir.  

14 
 
Belarus  psixoloqu  Sergey  Yuryeviç  Qolovin  tərtib  etdiyi  lüğətlərində  Lidiya 
çarının çılpaq halda olan arvadını öz sevimli dostu Gigə göstərdiyini bildirmişdir [48; 49; 
50]. 
Müəlliflərin bir qismi iddia edir ki, Lidiya çarı Kandaules arvadını yatmazdan 
öncə soyunmağa başladığı an deyil, çılpaq halda yatdığı vaxt onu öz dostuna göstərmişdir. 
Belə ki, Boris Quryeviç Meşeryakov və Vladimir Petroviç Zinçenkonun redaktorluğu ilə 
işıq üzü  görən  «Böyük psixoloji lüğət»də  Lidiya  çarının  çılpaq halda  yatan  arvadını öz 
dostuna göstərdiyi qeyd edilmişdir [26].   
Həmçinin 1996-cı ildə rus alimləri, tibb elmləri namizədləri A. A. Bova və Y. 
M.  Savinanın  tərtib  etdikləri  «Seksologiya  və  seksopatologiya  üzrə  lüğət  (şərh  və 
əlavələrlə)» adlı kitabda hind çarı Kandaulesin yatan arvadını öz yaxın dostuna göstərdiyi 
qeyd edilmişdir [47]. Burada Kandaulesin hind çarı olması və yatan arvadını göstərməsi 
fikri doğru deyildir. 
Bütün məlumatları təhlil edərək belə qənaətə gəlmək olar ki, şah arvadını yatağa 
girməzdən qabaq soyunduğu anda onun xəbəri olmadan dostuna göstərmişdir.  
Bundan sonra şahın öz dostu tərəfindən öldürülməsi və onun səbəbi sualı ortaya 
çıxır. Bu qətl hadisəsinin niyə və necə törədilməsinə dair üç versiya mövcuddur.  
Birinci versiya qədim yunan şairi Paroslu Arxilox (Archilochus)
17
, qədim yunan 
tarixçisi Halikarnaslı Herodot (Herodotus) və başqaları tərəfindən təsvir edilmiş versiyadır.  
Paroslu  Arxiloxa  isnad  edən  Halikarnaslı  Herodot  yazmışdır  ki,  Lidiyanın 
yarıməfsanəvi  şahı  Kandavl  özü  Heraklın  oğlu  olan  qədim  yunan  şairi  və  musiqiçisi 
Alkeyin  nəslindəndir.  Kandavl  Heraklidlər  sülaləsinin  sonuncu  nümayəndəsidir,  daha 
dəqiq desək, Heraklidlər-Sanzonidlər sülaləsindən çıxmış axırıncı hökmdardır. Xatırladaq 
ki,  sülalənin  nümayəndələri  Lidiyanın  paytaxtı  kimi  məşhurlaşan,  qədim  dünyanın  ən 
böyük şəhərlərindən biri hesab edilən Sardın tiranı
18
 olmuşlar.  
Herodotun «Tarix» adlı əsərində təsvir etməsinə görə, Heraklidlər sülaləsindən 
Sardın ilk çarı Alkeyin nəticəsi, Belin nəvəsi, Ninin oğlu Aqron olmuşdur. Aqrona qədər 
bu  ölkəni  idarə  edən  çarların  hamısı  Atisin  oğlu  Lidin  nəslindən  olmuşlar.  Əvvəllər 
«meon»  adlandırılan  xalq  ondan  sonra  «lidiyalılar»  kimi  tanınmışdır.  Orakulun 
qabaqcadan  söyləməsinə  görə,  Heraklidlər  hakimiyyəti  onlardan  almışlar.  Sonuncular 
Herakldan və kəniz İardandan törəmiş və 22 insan nəslinin ömür sürdüyü 505 il ərzində 
hakimiyyətdə  olmuşlar.  Onlarda  həmişə  oğul  hakimiyyəti  atasından  qəbul  etmişdir. 
Kandavl məhz həmin qanunauyğunluq üzrə taxtda əyləşmişdir. 
Kandavl  öz  arvadına  çox  vurulur,  həmişə  onun  gözəlliyilə  fəxr  edir,  çox 
öyünürdü. Bir sevgili kimi arvadının dünyada ən gözəl olduğunu hesab edir, belə füsunkar 
qadına sahib çıxması ilə daim lovğalanır. Kandavl öz arvadının gözəlliyi barəsində dostu 
və cangüdəni Gigə çox danışır. Bundan çox keçməmiş Kandavl Gigə bu sözlərlə müraciət 
edir:  «Gig,  mənə  elə  gəlir  ki,  arvadımın  gözəlliyi  haqqında  sənə  danışdıqlarıma  nəsə 
inanmaq  istəmirsən.  Axı,  insan  qulaqlarına  gözlərindən  az  etibar  edir.  Bir  şeyi  gözlərilə 
görəndən  sonra  qulaqlarınla  eşitdiklərinin  həqiqiliyinə  inanırsan.  Buna  görə  arvadımı 
çılpaq halda görməyə çalış, əynində paltarı olmayan vaxt ona baxıb zövq al, sənə icazə 
verirəm».  

15 
 
Heyrətini  gizlədə  bilməyən,  təəccübündən  özünü  saxlaya  bilməyib  ucadan 
qışqıran Gig belə cavab verir: «Ağa, bu cür düşüncəsiz sözlər axı nəyə lazımdır, sizdən 
belə ağılsız sözlər eşitmək mənə çox ağırdır. Çarın arvadına onun xəbəri olmadan çılpaq 
halda  baxmağa  məni  təhrik  edirsiniz?  Məgər  bilmirsinizmi  ki,  qadınlar  paltarlarını 
əyinlərindən  çıxardanda  abır-həyalarını  da  soyunmuş  olurlar.  Bunun  mənası  ondan 
ibarətdir  ki,  qadın  xitonunu
19
  əynindən  çıxardanda  layiq  olduğu  hörmətdən  də  məhrum 
olur.  Qadına  yaraşan,  etdiyi  əməl  və  hərəkətlərinə  görə  ona  uyğun  gələn  hörmət  hissi 
xitonunu  əyninə  geydiyi  andan  başlayır.  Artıq  insanlar  ədəb,  əxlaq,  ləyaqət  qaydalarını 
çoxdan  öyrəniblər.  Belə  qaydaları  bilməyən,  onlardan  bixəbər  qalan  qadın  tapmaq 
mümkün  deyildir.  Qaydaları  mənimsəmək,  onların  yerinə  yetirilməsi  üçün  irəli  sürülən 
tələblərə ciddi surətdə əməl etmək bizim hər birimiz üçün vacibdir. Belə qaydaların birində 
deyilir ki, hər hansı insan yalnız özünə aid olana baxa bilər. Bir insan özününkü olmayana 
gizlincə baxırsa, başqasına məxsus olana xəlvəti nəzər yetirirsə, bununla ədəbsizlik etmiş 
olur. Siz məni düzgün başa düşün, mən sizə ağıl verə, ədəb öyrədə bilmərəm. Sözlərinizə 
də ürəkdən inanıram, sizin xanımınızın son dərəcə məlahətli və cazibədar olduğunu yaxşı 
bilirəm, onun bütün qadınlardan gözəl olduğuna şübhə etmirəm. Buna əmin olmağım üçün 
sizin dedikləriniz kifayət edir, daha ona çılpaq halda baxmağıma ehtiyac yoxdur. Şübhəsiz 
ki,  mən sizin sözünüzdən  çıxmalı deyiləm,  ancaq bununla bir vaxtda  əxlaq qaydalarının 
əleyhinə çıxa bilmərəm, adətlərimizi pozmağı bacarmaram, buna heç haqqım da yoxdur. 
Hər  hansı  artıq  hərəkətə  yol  verməməyim  üçün  qayda  və  adətlərin  əleyhinə  ola  biləcək 
addımlar  atmağı  məndən  tələb  etməməyinizi  bir  daha  artıq  dərəcədə  xahiş  edirəm. 
Xanımınıza çılpaq halda baxmağım aramızda olan xətir-hörmətin də üstündən xətt çəkə 
bilər. Belə bir şey etsəm, mən sizin üzünüzə dik baxa bilmərəm».  
Ancaq  Kandavl  arvadının  həddən  ziyadə  gözəl  olduğunu  sübut  etmək,  onun 
füsunkarlığını və məlahətliliyini nümayiş etdirmək, cazibədarlıqda tayı-bərabəri olmadığını 
təsdiqləyə  bilmək  üçün  belə  bir  tələbi  ortaya  qoyduğunu  bildirir,  dediyindən  dönməyib 
inandkarlıqla  ona  təzyiq  edir,  hökmdar  sözünün  qeyd-şərtsiz  yerinə  yetirilməsinin 
vacibliyini  onun  nəzərinə  çatdırır.  Bir  sözlə  desək,  Kandavl  etibarlı  saray  xadimi  və 
cangüdəni Gigi öz arvadına çılpaq halda baxmağa məcbur edir, həyat yoldaşı yatmazdan 
əvvəl soyunarkən xəbəri olmadan ona baxmasını əmr edir. Gig artıq qeyri-adi təklifdən 
özünü kənara çəkməyi bacarmır, boyun qaçıra bilmədiyini və buyuruğun yerinə yetirilməsi 
üçün artıq özünün hazır olduğunu izhar edir.  
Kandavl yatmaq vaxtının gəlib çatdığına qərar verən zaman Gigi yataq otağına 
aparır.  Elə həmin  andaca çarın arvadı da gəlir.  Gig sakitcə dayanıb  çar  arvadının  yataq 
otağına girməsinə və paltarlarını soyunmasına tamaşa edir. Arvad arxası ona tərəf olmaqla 
çevrilən zaman Gig hiss edilmədən aradan çıxmağa çalışır. Lakin buna baxmayaraq Gig 
yataq otağını tərk edən anda şahın arvadı onu görür, otaqda onu gizlincə izləyən adamın 
nabələd deyil, ərinin cangüdəni olduğunu aşkara çıxarır, bundan çox qəzəblənir. Gigi yaxşı 
tanıyan,  onun  özbaşına  belə  mərifətsizlik  etmək  iqtidarında  olmadığını  anlayan  xanım 
bütün  bunların  əri  tərəfindən  düşünüldüyünə,  xəyanətkar  planın  gizlincə  hazırlandığına 
şübhə etmir. Arvad utanıb sıxılarkən heç də qışqırmır, haray-həşir salmır, əksinə, guya heç 
bir şey hiss etməyibmiş kimi hərəkətlərini davam etdirir və yatağa uzanır. Ancaq arvad 
qəlbində  nalayiq  hərəkəti  cavabsız  qoymayacağına,  ərindən  qisas  alacağına  qərar  verir. 

16 
 
Axı, lidiyalılarda və digər barbar
20
 xalqlarda hər hansı bir adamın, hətta kişinin çılpaq, lüt-
üryan  görünməsi  ən  böyük  üzüqaralıq  və  bədnamlıq  hesab  edilərdi.  Belə  biabırçılıq  və 
rüsvayçılıq çox pis qarşılanardı. Çarın arvadı bunu onun qadın şərəfinin təhqir edilməsi 
kimi  başa  düşür,  ancaq  həmin  gecə  heç  nə  olmayıbmış  kimi  susmağa  üstünlük  verir, 
məsələnin üstündən sükutla keçir. Çox qəzəblənən, ürəyi intiqam hissilə alışıb-yanan arvad 
yeni  gün  başlayan  kimi  hərəkətə  keçir,  ən  sədaqətli,  vəfalı  xidmətçilərinə  Gigi  yanına 
çağırmalarını tapşırır, özlərinin isə ayıq-sayıq, hər şeyə hazır olmalarını bildirir.  
Gig  çağırışa  cavab  olaraq  tez  xanımın  yanına  gəlir,  ancaq  çar  arvadının  heç 
nədən xəbəri olmadığını zənn etdiyindən, dünən gecə onu görmədiyinə çox inandığından 
özünü sakit aparır. Əvvəllər də çarın arvadı Gigi dəfələrlə yanına çağırtdırmışdı. Hər dəfə 
xanımın yanına gələn Gig onun tapşırığını adətən hörmət-izzətlə yerinə yetirmişdi.  
Gig saraya çatdıqda çar arvadı ona bu sözlərlə müraciət edir: «Gig, mən sənə 
həmişə  hörmətlə  yanaşmışam,  sən  də  mənim  bütün  tapşırıqlarımı  vicdanla  yerinə 
yetirmisən.  Heç  vaxt  səndən  kobud  hərəkət,  pislik  görməmişəm.  Ancaq  dünən  ciddi  bir 
xətaya  yol  vermisən.  Ədəb  qaydalarının  kobudcasına  pozulmasını  heç  cür  bağışlaya 
bilmirəm. Ona görə sənin qarşında iki yol qoyacağam, onlardan birini seçməlisən, hansını 
arzulayırsansa, onu da seçərsən. Təklif edəcəyim yollardan biri odur ki, səni belə yaramaz 
addım atmağa vadar edən Kandavlı öldürürsən və məni özünə arvad götürərək (mənimlə 
evlənərək)  lidiyalıların  çarı  olursan.  İkinci  yol  bundan  ibarətdir  ki,  Kandavlın  ən  çox 
inandığı, eyni zamanda mənim də həmişə etibar etdiyim bir insan olaraq yaramaz hərəkət 
etməyinin  üstündə,  bağışlanmaz  bir  günah  işlətməyinin  müqabilində  cəza  kimi  özün  elə 
indi öldürüləcəksən, sənə heç cür yaraşmayan, səndən heç vaxt gözlənilməyən bir hərəkəti 
gözlərimlə gördüyümə görə belə amansız, qəti qərara gəlmişəm. Əslində başqa çıxış yolum 
da yoxdur. Mənim haqsız olduğumu fikirləşə bilməzsən. Çünki qarşına qoyulan təkliflərin 
hər  ikisi  ədalətlidir.  Səni  bu  çirkin  əmələ  təhrik  etmiş,  yoldan  çıxartmış,  başını  tovlamış 
Kandavlın yaşamağa haqqı yoxdur. Arvadını çılpaq halda başqa kişiyə göstərən ərin necə 
əxlaqsız  və  qanacaqsız  adam  olduğunu  təsəvvür  etmək  heç  bir  çətinlik  törətmir.  Eyni 
zamanda  sən  ailənin  yaxın  bildiyi  və  daim  güvəndiyi  bir  insan  olaraq  həvəslənib  mənə 
çılpaq halda baxmaqla görünməmiş bir ədəbsizlik etmisən. Tamahsılanaraq çarın arvadı 
çılpaq  olduğu  halda  ona  gizlincə  baxmağa  cürət  etməklə  olmazın  həyasızlıq  etmisən. 
Hörmətsizlik  etdiyinə  və  qaba  hərəkətə  yol  verdiyinə  görə  ölümlə  bunun  əvəzini 
verməlisən. Çar arvadı belə biabırçılığa heç bir vəchlə göz yuma bilməz».  
Gig  başına  belə  müsibət  gələcəyini,  şərə  düşəcəyini,  ona  bədbəxtlik  üz 
verəcəyini heç vaxt ağlına gətirməzdi. Xanımın sözlərindən sarsılan, çox təsirlənən, özünü 
ağır yaralanmış, məğlub olunmuş kimi hiss edən Gig əvvəlcə necə cavab verəcəyini bilmir, 
sonra  yavaş-yavaş  güc  toplayaraq  çar  aqrvadından  belə  dəhşətli  seçimə  məcbur 
edilməməsini  xahiş  edir,  baş  verənlərə  soyuqqanlıqla  yanaşmasını  istəyir,  ərinin  sadəcə 
sahib  olduğu  qadının  gözəlliyilə  öyünməsini  və  bunu  əyani  olaraq  sübut  etməyə 
çalışmasını başa düşməyə çağırır, qanlı hadisəyə yol verilməməsinə görə ona çox yalvarır, 
hər  iki  yolun  son  dərəcə  qorxunc  olduğunu  bildirir.  Lakin  Gig  bütün  cəhdlərinə 
baxmayaraq  qəlbi  sınmış  xanımı  heç  cür  inandıra,  onu  razı  sala  bilmir.  Artıq  gec  idi, 
yalvarışları  nəticəsiz  qalmış  Gig  indi  özünü  cəlladların  əlinə  verməklə  işıqlı  dünya  ilə 
vidalaşmaq, yaxud neçə illər dostluq etdiyi, xidmətində olduğu, canını qoruduğu ağasını 

17 
 
indi  öldürməklə  ağır  bir  cinayət  etmək  ətrafında  fikirləşirdi,  vaxt  itirmədən  bunlardan 
birinin üstündə dayanmalıydı, seçimini etməliydi. Artıq Gigin saraydan çıxması mümkün 
deyildi, bütün yollar kəsilmişdi.  
Əlbəttə, yaşama instinkti həmişə üstün mövqe tutur. İnsan öz həyatını qorumaq 
üçün başqa birisini məhv etməyə hazır olur. Gig şah arvadının haqlı olduğunu təsdiqləyir, 
onun  ürəyinin  yumşalmadığını  görüb  şahın  öldürülməsini  özü  üçün  nisbətən  daha  kiçik 
yamanlıq  hesab  edir.  Çünki  cangüdən  özünün  ölməsini  istəmir,  onu  bu  çirkin  addımı 
atmağa vadar edən hökmdarı aradan götürməyə qərar verir. Canına qıymaq istəməyən Gig 
belə bir sualla çar arvadına müraciət edir: «İradəmin əleyhinə olaraq öz ağamı öldürməyə 
məni vadar edirsiniz, özünüz də deyirsiniz ki, bu müdhiş hadisəni törədəndən sonra mənə 
ərə gələcəksiniz, deməli, şahı aradan götürmək üçün biz artıq bir yerdə oluruq, onda deyə 
bilərsinizmi ki, onun həyatına son qoymağı necə təşkil edəcəyik?»  
Çar arvada suala dərhal cavab verir: «Məni çılpaq halda sənə göstərdiyi otaqda 
biz ona hücum edəcəyik. Kandavl yuxuya gedəndən bir qədər sonra onu öldürəcəksən». 
Beləcə  lidiyalılarda  abırlılığın  hər  şeydən  üstün  tutulması,  həyalılığın  həddən  ziyadə 
yüksək  qiymətləndirilməsi  səbəbindən  çarın  arvadı  yatan  Kandavlı  ucu  şiş  silahla 
öldürməyə və sonra onunla nikahda birləşməyə Gigi inandıra bilir,  bir yerdə qəddar plan 
cızılır.  Gig  ətraflı  düşündükdən,  xeyli  götür-qoy  etdikdən  sonra  planı  həyata  keçirməyə 
qərar verir. Çar arvadı ona bir xəncər verir, sonra onu elə həmin otağın qapısının arxasında 
gizlədir.  Gecə  düşən  kimi  Gig  qadının  arxasınca  yataq  otağına  keçir.  Kandavl  yuxuya 
gedən kimi Gig yavaş-yavaş, gizlənə-gizlənə, səssiz-səmirsiz çara yaxınlaşır, xəncərlə onu 
öldürür.  Bundan  sonra  Gig  çarın  dul  qalan  arvadı  ilə  evlənərək  hakimiyyətə  yiyələnir, 
çarlığa sahib çıxır. 
İkinci  versiya  qədim  yunan  idealist  filosofu  Platon  (Piaton)  tərəfindən  irəli 
sürülmüş versiyadır. Platon özünün məşhur «Dövlət» əsərində rəvayət edir ki, çoban olan 
Gig günlərin birində sürünü dağın ətəyinə qovarkən təsadüfən qayaların arasında bir dar 
dərə aşkara çıxarır. Zəlzələdən sonra əmələ gəlmiş həmin dərədəki mağaraya düşən Gig 
orada  tunc  rəngli  atın  üstündə  uzanıqlı  vəziyyətdə  qalan  inanılmaz  dərəcədə  nəhəng  bir 
adamın  meyitini  görür.  Meyitin  əl  barmaqlarından  birində  üzük  bərq  vururdu.  Üzüyü 
çıxarıb özünə götürən Gig geri qayıdıb dəriyə düşdüyü səthə  çıxır. Öz dostları arasında 
oturarkən  Gig  daşlı  üzüyü  ovucu  içərisində  fırladanda  (çevirib-döndərəndə)  özünün 
görünməz olduğunu qəflətən, gözlənilmədən aşkara çıxarır. İnsana görünməzlik bəxş edən 
həmin üzüyün köməyilə taxt-taca sahib ola biləcəyini fikirləşir və hərəkətə keçir. Gig şahın 
sarayına  yollanır,  sehrli  üzüyün  köməyilə  çarın  arvadını  yoldan  çıxarır,  onun  həyat 
yoldaşını (çarı) öldürür, Lidiya taxt-tacına yiyələnir.  
Əlbəttə,  Platonun  söhbət  açdığı  versiya  elə  çox  inandırıcı  deyildir.  Onun 
danışdığı hekayə daha əfsanəvi xarakterə malik olması ilə fərqlənir. Ancaq burada belə bir 
fikir  izlənilir  ki,  əgər  pis  niyyətli,  bədxah  bir  adamın  yaramaz  hərəkəti  açıq-açığına 
olmazsa, heç kimdə şübhə oyatmazsa, onun yoldan  çıxarması  qarşısında  dayana biləcək 
covmərd  və  səxavətli  kimsə  tapılmır.  Əxlaqi  cəhətdən  əhəmiyyət  kəsb  edən  bu  ibrətli 
hekayəni bir neçə məşhur sənətkarın əsərində izləmək və ətraflı öyrənmək olar. 
Herodotun  «Tarix»  əsərinin  birinci  kitabında  Lidiya  şahı  Kandavl  haqqında 
hekayə fransız müəllifləri tərəfindən artıq bir neçə dəfə istifadə edilmişdir.  

18 
 
Orta  əsr  kurtuaz  romanının  ustası,  fransız  yazıçısı  və  şairi  Kretyen  de  Trua 
(Chretien  de  Troyes)
21
  xalq  arasında  tez-tez  müraciət  edilən  Breton  hekayələrindən 
yararlanmaqla  1176–1181-ci  illərdə  «İveyn,  yaxud  şirli  rıtsar»  («Yvain,  le  chevalier  au 
lion»)  romanını  yazmışdır  ki,  burada  İveyn
22
  hiss  olunacaq,  gözə  çarpacaq  dərəcədə 
məhəbbət hissinin kurtuaz konsepsiyasına qarşı çıxır. 
Fransız  ruhanisi  və  ilahiyyatçısı,  yazıçı  və  pedaqoqu  Fransua  de  Salinyak, 
markiz  de  La  Mot-Fenelon  (François  de  Salignac  de  La  Mothe-Fenelon  dit  Fenelon)
23
 
1690-cı ildə «Gig üzüyü» (fransızca «Anneau de Gyges») təmsilini yazmışdır. 
İngilis  yazıçısı  və  publisisti,  tənqidi  realizmin  nümayəndəsi,  məşhur  «Fabian 
sosializmi  hərəkatının»  («Fabian society»)  tərəfdarı  Herbert  Corc  Uells  (Herbert  George 
Wells)
24
  1897-ci  ildə  «Görünməz  insan»  («The  invisible  man»)
25 
adlı  elmi-fantastik 
romanını yazmışdır. 
İngilis yazıçısı Con Ronald Ruel Tolkin (John Ronald Reuel Tolkien)
26
 «yüksək 
fentezi»  klassik  əsərlərinin  müəllifi  kimi  məşhurluq  qazanmışdır  ki,  onlardan  biri 
«Üzüklərin hökmdarı» («The lord of the rings»)
27
 adı altında 1954-cü və 1955-ci illərdə 
dərc edilmişdir.  
Üçüncü  versiya  qədim  yunan  tarixçisi,  Lidiyalı  Ksanfa  (Xanth)
28
  məxsusdur. 
Ksanfın təsvir etdiyi versiya reallığa daha çox yaxın olan, lakin azca romanlaşdırılan
29
 bir 
baxışdır. Qədim yunan tarixçisi, şair və filosofu, bizim eradan əvvəl birinci əsrin Yunan–
Şərq mədəniyyətinin görkəmli nümayəndəsi Damasklı Nikolayın (Nicolaus Damascenus) 
qısa şərhində versiya belə səslənir: Gig yüksək mövqe tutan hərbçidir, Lidiya çarı Adiatt 
ondan  xəyanətdə  şübhələnmişdir.  Çarın  arvadı  Tudo  adamların  önündəcə  Gigi 
günahlandırıb təngə gətirmişdir. Bu zaman Gig dözə bilməyərək Adiattı öldürmüş və onun 
dul qalan arvadı ilə evlənmişdir.  
Heraklidlər  sülaləsindən  olan  hökmdarlar  haqqında  bir  sıra  məlumatlar 
Damasklı  Nikolayın  «Tarix»  kitabının  fraqmentlərində  çatdırılır.  Lakin  həmin 
məlumatların  mötəbərliliyi  çox  şübhəlidir,  çünki  onlar  Lidiyalı  Ksanfın  əsərlərinə  gedib 
çıxır. Lidiyalı Ksanfın  əsərləri çox böyük ehtimalla Dionisi Skitobraxionun
30
  əsərlərinin 
saxta variantlarıdır. 
Nəhayət, şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi 
haqqında danışmaq lazım gəlir. 
Kandavl  öldürüləndə  lidiyalılar  arasında  böyük  narazılıq  yaranır.  Çarın  qətlə 
yetirilməsi 
onların  hiddətlənməsinə,  qəzəblənməsinə  səbəb  olur.  Kandavlın 
öldürülməsindən  sonra  lidiyalılar  qeyzli,  acıqlı  halda  silaha  sarılırlar.  Lakin  çarlığa 
yiyələnən  Gigin  tərəfdarları  qalan  lidiyalılarla  danışıqlar  aparıb  belə  razılığa  gəlirlər  ki, 
yalnız  orakul  hakimiyyəti  tanıyacağı  təqdirdə  onun  öz  vəzifəsində  qalması  mümkün 
olacaq, əgər orakul tərəfindən təsdiqlənməzsə, onda taxtdan salınacaqdır.  
Beləliklə, Mermnadlar sülaləsindən olan Gig Kandavlı devirərək çar olur. Gig 
tərəfindən  Kandavlın  öldürülməsi  tarixi  ayrı-ayrı  mənbələrdə  bir-birindən  fərqlənir. 
Mənbələrin  bir  qismində  qeyd  edilir  ki,  bizim  eradan  əvvəl  685-ci  ildə  çar  Kandavlı 
öldürərək onun dul qalan arvadını götürmüş və hakimiyyətə gəlmişdir. Başqa mənbələrdə 
Gigin  bizim  eradan  əvvəl  680-ci  ildə  şahı  öldürdüyü  göstərilmişdir.  Lakin  digər 

19 
 
mənbələrdə Kandavlın öz cangüdəni Gig tərəfindən bizim eradan əvvəl 678-ci ildə qətlə 
yetirildiyi qeyd edilmişdir [22]. 
Şübhəsuz  ki,  Gig  istənilən  halda  kariyalıların  köməyilə  Lidiya  taxt-tacını  ələ 
keçirməyə  çalışmış,  Delfaya
31
  qiymətli  hədiyyələr  göndərmiş,  orakulun  köməyilə  öz 
məqsədinə  çatmışdır.  Gig  taxt-taca  sahib  olduqdan  sonra  öz  hakimiyyətinin  müqəddəs 
sayılmasını Delfa orakulundan (Delphicum oraculum) xahiş etmiş, onun «xeyir-duasını» 
almışdır. Belə ki, bizim eradan əvvəl 716-cı ildə Delfa orakulu həkimanə sözlə (kəlamla) 
onun taxt-taca çıxma hüququnu təsdiqləmiş, onu təmtəraqlı surətdə bəyan etmişdir. Yeri 
gəlmişkən Delfa orakulunun gələcəyi görən kahinəsi Pifiya (Pythia)
32
 belə bir fikir də əlavə 
etmişdir ki, Heraklidlər Gigin beşinci nəslində bunun cəzasını alacaqlar. Lakin lidiyalılar 
və onların çarı kəlam yerinə yetirilməyincə bu orakula qətiyyən əhəmiyyət verməmişlər. 
Gig  bizim  eradan  əvvəl  678-ci  ilə  qədər  xoşbəxt  çar  olmuşdur.  Gig  Lidiya 
çarlığını  Propontidlər  və  Hellesponta  qədər  genişləndirmiş,  Yunanıstanla  sülh  əlaqəsinə 
daxil olmağa çalışmış, lakin sonra dəniz və limana ehtiyacı olduğundan Kiçik Asiyanın 
qərb sahilindəki yunan koloniyaları ilə mübarizəyə başlamışdır. 
Zat-ali  Gig  əraziyə  həddən  artıq  dolmuş  Frigiya  kimmeriləri  ilə  mübarizə 
aparmışdır.  Onlar  Gigin  başlıca  dərdi,  qayğısı  sayılırdı.  Bunun  üçün  Assur  çarı 
Aşşurbanipalla
33
  ittifaqa  girmişdir.  Gig  həmçinin  yunan  İoniyasına  soxulmuş,  Kolofonu 
işğal etmiş, Mileti geri oturtmuşdur. Bundan sonra qiymətli hədiyyələrlə Delfaya günahı 
yüngülləşdirən  səfər  (ziyarət)  etmişdir.  Lakin  qədim  Misir  fironu  Uaxibra  Birinci 
Psammetixin
34
 başçılıq etdiyi misirli separatistlərə uzağı görə bilmədən, ehtiyatsız dəstək 
vermiş,  bununla  əlaqədar  olaraq  aşşurlularla  münasibətləri  korlanmışdır.  Cürətlənmiş 
kimmerilər  Lidiyaya  soxulmuş,  Gigin  qoşunlarını  darmadağın  etmişlər.  Elə  həmin 
döyüşlərin birində Gig öldürülmüşdür. Mənbələrin bir qismçində verilən məlumata görə, 
Mermnadlar sülaləsinin banisi Gig eramızdan qabaqkı 652-ci ilə qədər hökmdar olmuşdur. 
Hal-hazırda Aşşuriya mənbələrinə görə Gigin bizim eradan əvvəl 644-cü ildə öldürüldüyü 
və həmin ölüm tarixinin son dərəcə dəqiq olduğu bildirilir. Gigin eramızdan qabaq 645-cü 
ildə öldürülməsindən ibarət olan məlumat artıq köhnəlmiş hesab edilir. Herodotun «Tarix» 
əsərinə görə, Gig düz 38 il çarlığı idarə etmişdir. Lakin «Yevseviya xronikası»nda
35
 həmin 
müddətin 36 il olduğu göstərilmişdir. «Bibliya» tədqiqatçılarından bir çoxu güman edirlər 
ki, Gig olduqca böyük şöhrət qazandığından yəhudilərin bir kitabında qorxunc knyaz Qoqa 
çevrilmişdir. 
«Kandaulezizm»  termini  belə  bir  mifoloji  süjetə  gedib  çıxır.  Lidiya  şahı 
Kandavla və onun arvadına xeyli əsər həsr olunmuşdur. Bunların içərisində nisvətən daha 
məşhur olan əsərlərin xronoloji ardıcıllıqla düzülüşü 1-ci cədvəldə göstərilmişdir. 
 
Cədvəl 1 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin