Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11
 
 
Şəkil  49.  Kandaulezist  ər  tez-tez  arvadının  erotik  pozalarda  çılpaq  şəkillərini 
çəkir,  sonra onları  yaxın dost və tanışlarına göstərir, bundan olmazın  məmnunluq duyur 
[36].  
 
Ərin  öz  çılpaq,  lüt-üryan  arvadını  fotoqrafiyalaması  və  sonra  belə  biabırçı 
şəkilləri internetdə qoyması, dost və tanışları ilə yazışmalarında onları nəzərə çarpdırmağa 
çalışması  «elektron  kandaulezizmi»  adını  almışdır.  Sosial  şəbəkələr,  saytlar,  elektron 
poçtları  və  digər  yollarla  çılpaq  partnyorun  nümayişi  artıq  elektron  kandaulezizminin 
olmasından xəbər verir. Sanki bununla partnyor sərgiyə («vitrinə») qoyulur, onun bədəni 
reklam  edilir.  Əks  təqdirdə  belə  hallara  rast  gəlinməzdi.  Kandaulezist  kişi  arvadının 
döşlərinin  formasını  yaxşı  bilir,  ancaq  onların  kənardan  necə  gözəl  göründüyünü  başqa 
kişilərin  nəzərinə  çatdırmaq  istəyir.  Buna  nail  olmaq  üçün  kandaulezist  ərin  ixtiyarında 
olan  yollardan  biri  arvadının  çılpaq  şəkillərini  çəkib  internet  vasitəsilə  geniş  kütlənin 
nəzərləri altına salmaqdır. 
Elektron kandavlizminin özünü iki yerə ayırmaq olar: erotik və pornoqrafik. 
Cinsi  orqanlar  və  seksual  yaxınlıq  elementləri  göstərildiyi  təqdirdə,  buna 
pornoqrafik elektron kandavlizmi deyilir. Məsələn, müəyyən bir nahiyəyə eyakulyasiyadan 
sonra  spermanın  görünüşü,  cinsi  orqanların  müxtəlif  rakurslardan  nümayişi  və  sairə 
pornoqrafik elektron kandavlizminə aiddir. 
Bəziləri  iddia  edə  bilər  ki,  ərlə  arvadın  özlərini  çılpaq  hala  salması,  sonra 
müxtəlif  erotik  pozalarda  bir-birinin  şəkillərini  çəkməsi  mütləq  mənada  pis  bir  şey 
axtarılması mümkün olmayan, tamamilə qəbul edilə bilən, qadağan edilməsi heç bir vəchlə 
düzgün sayılmayan, sadəcə özünəməxsus bir çalar alan bir əylənmə formasıdır. Heç kimin 
ərlə  arvadı  belə  əyləncədən  məhrum  etməyə  haqqı  yoxdur.  İlk  baxışda  belə  düşünən 
insanlara  bəraət  qazandırmaq  olar.  Ancaq  səmimi  etiraf  edək  ki,  insan  həyatı  üçün 

106 
 
sonradan lazım olmayan, tamamilə gərəksiz şey kimi kənara atılan, heç bir yerdə istifadə 
edilə  bilməyən  hər  hansı  bir  məhsulun  əldə  edilməsi  üçün  vaxt  itirməyə  və  zəhmət 
çəkməyə  dəyməz.  Əgər  çılpaq  şəkillər  baxıldıqdan  sonra  cırılıb  yandırılmazsa,  mütləq 
kiminsə  əlinə  keçəcəkdir.  Bir  qədər  baxıldıqdan  sonra  məhv  ediləcək  şəklin  hansı 
məqsədlə çəkildiyini başa düşmək olmur. Bəla burasındadır ki, ərlə arvadın ayrı-ayrılıqda 
və  yaxud  birlikdə  olan  çılpaq  şəkilləri  sonradan  internetə  düşə  bilir.  Boşanmadan  sonra 
qarşı  tərəfi  biabır  etmək  üçün  belə  addım  atıla  bilər.  Bir  çox  hallarda  çılpaq  şəkillərin 
internet vasitəsilə yayılmasının özü boşanmaya səbəb olur. Neçə-neçə ailənin məhz həmin 
səbəbdən dağılmasına dair məlumatlar getdikcə artmaqdadır. Arvadın özü, yaxud rəfiqələri 
onun  çılpaq  şəkillərinin  internetdə  yayılması  haqqında  məlumat  əldə  ediləndən  və 
dəqiqləşdiriləndən sonra ailədə möhkəm söz-söhbət yaranır, mərəkə qopur. Arvadın bunu 
heç vaxt arzulamadığı, xahiş etmədiyi, razılıq vermədiyi və hətta xəbəri olmadığı bir halda 
belə  yaramaz  əməlin  törədilməsi  onun  haqlı  narazılığına  səbəb  olur.  Şəkillərin  erotik 
pozalarda çəkilməsi vəziyyəti xüsusən qəlizləşdirir. Bunun necə edilməsi, hansı məqsədlə 
törədilməsi,  nəyə  görə  baş  verməsi  sualına  cavab  verməkdə  çətinlik  çəkən  ərlə 
münasibətlər getdikcə gərginləşir. Əlbəttə, belə hallarda yerinə yetirilən ilk iş bütün belə 
fotoların yubanmadan yığışdırılmasından, internet məkanından kənar edilməsindən ibarət 
olur.  İnamın  itməsi  bundan  sonra  kişi  ilə  qadının  bütün  münasibətlərinin  kəsilməsinə 
gətirib  çıxarır.  Əlbəttə,  bunun  ardınca  tərəflər  boşanmanın  rəsmiləşdirilməsi  üçün 
məhkəmə zalında «görüşməli» olurlar.  
Vəziyyət elə gətirib ki, adam öz elektron poçt yeşiyinə rahat baxa bilmir, birdən 
keçmiş yoldaşlardan (sinif yoldaşı, tələbə yoldaşı, əsgər yoldaşı, səfər yoldaşı, iş yoldaşı və 
sairə)  kiminsə  öz  arvadının  pikant
117
  fotoqrafiyası  ilə  məktub  göndərməsindən  qorxur. 
Artıq belə fikirlərin bir zarafatla söylənilməsi zamanı arxada qalmışdır, indi hər cür əməllə, 
ağlagəlməz hərəkətlə rastlaşmaq mümkündür. Abır-həyanın saxlanması yolunda aparılan 
mübarizə  artıq  konservatizm,  mühafizəkarlıq  sayılır.  Çox  vaxt  gəlinən  qənaət  belə  olur: 
«Köhnəlik tərəfdarı, köhnəpərəst, tərəqqi düşməni,  yeniliyə  zidd olan  adam  belə düşünə 
bilər». 
Arvadın icazəsi olmadan onun çılpaq, lüt-üryan şəkillərinin əri tərəfindən saytda 
yerləşdirilməsi  bağışlanmaz  bir  pozğunluqdur,  insana  yaraşmayan  bir  hərəkətdir,  yalnız 
əclaf  adama  xas  olan  bir  davranışdır.  Təəssüf  ki,  qadınlar  belə  alçaqlıqla,  əclaflıqla, 
nacinsliklə,  yaramazlıqla  tez-tez  rastlaşırlar.  Ümumiyyətlə,  belə  bir  addım  şəxsiyyətin 
azadlığına  təcavüzün  bir  formasıdır,  bir  nankorluqdur,  bir  çirkinlikdir,  natəmizlikdir, 
murdarlıqdır, nakişilikdir, abır-həyanın olmamasının bariz göstəricisidir, bir rəzillikdir, cılız 
düşüncə nişanəsidir.  
Bəzən  kandaulezist  ər  çılpaq  halda  olan  arvadını  videoyazıya  almaqla 
məqsədinə  çatır.  Video  görüntülərilə  məhdudlaşan  kandaulezizm  video  kandaulezizmi 
adlanır. Latınca video – baxıram, görürəm deməkdir. Kişi lüt-üryan arvadını lentə köçürür, 
sonra belə videokassetləri başqa kişilərə, ilk növbədə tanışlarına nümayiş etdirir. Deməli, 
video
118
 kandavlist kişinin arzusuna çatması üçün yararlandığı bir vasitəyə çevrilir. 
Yüngül kandaulezizm müşahidə olunan ər çılpaq arvadına başqa kişilərin yalnız 
baxmasını,  sadəcə  göz  yetirməsini  arzulayır,  bundan  artıq  heç  nə  istəmir.  Buradan  belə 
çıxır ki, yüngül kandaulezizm müşahidə olunan ər arvadını başqa kişilərlə daha bölüşmək 

107 
 
istəmir.  Belə  ər  arvadının  bədənində  daim  başqa  kişilərin  baxışlarının  «izlərini»  axtarır. 
Arvadının  gözəl  bədəninə  baxıb  ona  yiyələnmək  istəyən  kişilərin  bunu  necə  arzu 
etdiklərini  sadəcə  görmək,  kənardan  sezmək  kandaulezisti  qane  edir,  onun  seksual 
tələbatının təmin olunmasına gətirib çıxarır. Yüngül kandaulezizmin xas olduğu ər arvadını 
çılpaq  halda  yalnız  elə  kişilərə  göstərmək  istəyir  ki,  onlardan  heç  bir  real  «təhlükə» 
gözlənilmir. Arvadına əl uzada, onu yatağına sürükləyə bilən kişilər yüngül kandaulezizmə 
malik əri maraqlandırmır. Buna görə tamamilə xətərsiz saydığı kişilərin yanında arvadını 
çılpaqlaşdırmaq  istəyir.  Məsələn,  yuxarı  məktəb  yaşlı  oğlanlara,  etibar  etdiyi  dostuna, 
yaxın tanışına arvadın çılpaq halda göstərilməsi halları çox müşahidə olunur. Aydındır ki, 
yuxarı məktəb yaşlı oğlanlar kişinin arvadına əl atmağa, ona toxunmağa cürət etməzlər. 
Ehtirası  aşıb-daşan  həmin  oğlanlar  sadəcə  başqasının  çılpaq  arvadını  diqqətlə  gözdən 
keçirə və onu masturbasiya vaxtı öz fantaziyalarının mərkəzində yerləşdirə bilərlər. Başqa 
kişilərin  onun arvadına  gözlərini  zilləmələri, artıq heç bir hərəkətə yol vermədən  yalnız 
«boş-boşuna»  tamaşa  etmələri  kandaulezist  ərin  ən  çox  arzuladığı  və  maraqlandığı 
səhnədir. 
Yüngül kandaulezizmdən əziyyət çəkən ərin portretini belə təsəvvür etmək olar: 
öz arvadını sevir, lakin gözləri önündəcə kiminsə ona sahiblənməsini arzu etmir, bunu heç 
vaxt  xəyalına  gətirmir.  Başqa  kişilər  arvadını  çılpaq  halda  gördükdə  bundan  çox 
ehtiraslanır, seksual oyanma əldə edir. Arvadının çox yaxşı formada olduğunu və heç bir 
kompleksdən əziyyət çəkmədiyini güman edir. Arvadının həmişə sinəsi açıq paltar və qısa 
yubka  geyinməsini  istəyir.  Yay  fəslində  arvadını  dövri  olaraq  toplesə
119
    təhrik  edir, 
hərdənbir imkan düşüdükcə onu «nyu»
120
 fotoqrafiyalayır. Arvadının çox müxtəlif erotik 
pozalarda olan çılpaq şəkilləri adətən ailəyə məxsus adi albomda saxlanılır. Arvadın belə 
şəkillər üçün xüsusi bir albom ayırmaqla bağlı təklifi ərinin ürəyincə olmur. Əri belə bir 
təklifi hər bir vəchlə qəti surətdə rədd edir, ona görə ki, ayrıca albomun qonaq yanında üzə 
çıxarılması ehtimalı azalır, ancaq ailə albomunda saxlanılan şəkillərin tez-tez qonaqların 
gözünə  sataşması,  onların  nəzərləri  altına  düşməsi  ehtimalı  çox  olur  və  bundan  kişi 
məmnunluq  duyur.  Belə  hallarda  mübahisəyə  heç  bir  zəmin  olmur,  çünki  şəkillərin 
təsadüfən  aşkara  çıxarıldığı  qənaətinə  gəlinir.  Albom  yerinə  qoyulduqdan  sonra  hər  şey 
unudulur, növbəti dəfə qonaqlar baxarkən yenidən yada düşür. 
Arvadın  dövri  olaraq  toplesə  təhrik  edilməsi  kandavlist  ailəsi  üçün  səciyyəvi 
haldır.  Toples  düşüncəsiz  bir  təşəbbüs,  ehtiyatsız  və  tədbirsiz  bir  addımdır.  Toplesdən 
sonra  qadın  döşlərinin  özündə  gizlətdiyi  füsunkar  müəmmadan  əsər-əlamət  qalmır. 
Ömrünün  50  ildən  artıq  bir  müddətini  filmlərdə  aktiv  iştirak  etməklə  keçirmiş  məşhur 
alman kino və teatr aktrisası Luitqard İm (Luitgard Im)
121
 deyirdi: «Toples kişiyə əvvəlcə 
açmacasını, sonra tapmacasını göstərən ağılsız bir cəhddir». Onun həmin sözləri bir aforzm 
olaraq əksəriyyətin dilindən düşmür. 
Arvadın çılpaq şəkillərinin və yaxud erotik video görüntülərinin başqa kişilərə 
göstərilməsi  haqqında  ona  qabaqcadan  məlumat  verilib-verilməməsindən  asılı  olaraq 
yüngül kandaulezizm  öz növbəsində iki növə  ayrılır:  1) xəbərdarlıqsız kandaulezizm;  2) 
xəbərdarlıqlı kandaulezizm. 
Əgər  kişi  qadının  xəbəri  olmadan  onun  çılpaq  şəkillərini  və  yaxud  intim 
səhnələrin  yer  aldığı  video  görüntülərini  başqa  kişilərə  göstərirsə,  belə  hadisəyə 

108 
 
xəbərdarlıqsız  kandaulezizm  deyilir.  Xaincəsinə,  xəyanətkarlıqla  həyata  keçirilən  həmin 
hal başqa sözlə qeyri-konsensual kandaulezizm də adlanır. Qeyri-konsensual kandaulezizm 
ailədə istər-istəməz inciklik yaradır, söz-söhbətə səbəb olur. Rusiyada dərc edilən «SPİD-
info»  adlı  məşhur  və  olduqca  zəngin  məlumatlı  jurnalda  yerləşdirilmiş,  Arseni 
Skorodumov tərəfindən yazılmış «Mən sənə pornoulduz deyiləm!!!» başlıqlı məqalə çox 
ibrətamiz  olduğundan  burada  onu  təhlil  etmək  qərarına  gəldik.  Baş  verənlərdən  özünü 
ciddi  zərbə  almış  və  məğlub  olunmuş  kimi  hiss  edən,  olmazın  çətinliyə  düşən,  çirkaba 
batıb qalan arvad nə edəcəyini bilmədiyindən redaksiyaya müraciət edərək məsləhət almaq 
istəmişdir.  Əri  Yevgeninin  addımından  heyrətə  gəlmiş  arvad  bu  barədə  fikirləşdikcə 
özündən  asılı  olmadan  əsəbiləşir  və  ailəsinin  dağılmaq  təhlükəsi  ilə  üzbəüz  qalmasına 
təəssüflənir.  Novosibirsk şəhərində  yaşayan, tamamilə  özünü itirən, «tora düşdüyündən» 
çaşıb qalan qadının redaksiyaya ünvanladığı məktuba nəzər yetirək.  
«Dəhşət  doğuran  kabusun  lap  əvvəlini  mən  çox  yaxşı  xatırlayıram.  Jenya  ilə 
təzəcə  ailə  qurmuşdum.  Bal  ayını  keçirmək  üçün  Türkiyəyə  getdik,  gözəl  otellərdən 
birində  yerləşdik.  Yatağa  girəndə  Jenya  məhz  elə  indi  mənim  foto  ilə  şəklimi  çəkmək 
istədiyini  bildirəndə  tərəddüd  etmədən  məmnuniyyətlə  razılıq  verdim:  belə  gözəl 
interyerdə bu cür təntənəli, təmtəraqlı və möhtəşəm yataqda bir də nə vaxt olacaqdım ki? 
Sevgilim də dediyi kimi, ümumiyyətlə, mən çox gözələm. Evimizə qayıtdıqdan sonra ərim 
şəkilləri  fleşkadan  kompüterə  keçirdi,  mənim  necə  gözəl  olduğuma  əmin  olmaq  üçün 
onlara  bir  yerdə  baxdıq.  Sonra  bir  il  ərzində  artıq  evimizdə  çılpaq  halda  olduğum  vaxt 
mənim şəkillərimi çəkməyi xahiş etdi. Bunun üçün mənim müxtəlif pozalar almağımı rica 
edirdi. Bəzən qəliz, mürəkkəb, qəribə pozalar almağa məcbur olurdum. Getdikcə hər şey 
daha geniş vüsət tapırdı. Çılpaq bədənimin həddən ziyadə gözəl görünərək ərimə xoş təsir 
bağışladığını zənn etdiyimdən onun sözünü yerə salmır, xahişinə ürəkdən əməl edirdim. 
Lakin günlərin birində ərimin pornosaytlara girdiyini, sonra orada gizlicə baxdığı pozalarda 
mənim  çılpaq  şəkillərimi  çəkməyə  çalışdığını  hiss  etdim.  Onun  bütün  cəhdlərinin 
arxasında  nələr  gizləndiyini,  canfəşanlığının  səbəbini  öyrənməyə  çalışdım,  «axı,  bütün 
bunlar  nəyə  lazımdır?»  sualıma  cavab  istədim.  Yenə  eyni  cavabı  aldım:  «Çünki  sən  bir 
dənəsən, sənin kimi gözəl heç harada yoxdur!» Əlbəttə, belə xoş sözlərdən sonra ürəyim 
yumşaldı. Təbii ki, ərimin bu şəkilləri kiməsə göstərdiyini heç vaxt fikirləşməzdim, hətta 
bunu səfeh və yaramaz bir yuxuda belə görə bilməzdim. Ancaq ərim bunu etdi!  
Bir dəfə ərimin dostları bizə qonaq gəlmişdilər. Jenya kompüteri qoşdu, özünün 
qoyduğu müxtəlif şəkilləri onlara göstərdi. Kompüter arxasında kişilər birdən-birə kiridilər. 
Dostların eyni vaxtda bir növ susmaları mənə qəribə gəldi, hətta stolu düzəltməyi saxlayıb 
tez onlara yaxınlaşdım və türk otelində çəkdirdiyim şəkilləri orada görəndə çox pərt oldum. 
Ancaq  qonaqların  yanında  qanıqaraçılıq  salmaq  istəmədim,  heç  bir  şey  olmamış  kimi 
özümü apardım. Axşam qonaqlar gedən kimi ərimin üstünə düşdüm, şahidi olduğum pis 
hərəkətin  hansı  məqsədlə  edildiyini  öyrənməyə  çalışdım,  artıq  səsimin  tonunu 
qaldırmışdım, istər-istəməz həyəcanla danışırdım. Jenya özünü təmizə çıxartmağa, əməlinə 
bəraət  qazandırmağa  çalışırdı,  onların  guya  təsadüfən  şəkillər  olan  fayla  düşdüklərini 
deyirdi. Ərim bir daha bunu təkrarlamayacağına and içdi, xoşagəlməz hadisənin axırıncı 
dəfə olduğuna söz verdi.  

109 
 
Lakin ərim sözünün üstündə çox dayana bilmədi. Cəmi bir aydan sonra ərimin 
əmisi  oğlu  qonaq  gəldi  və  gecə  bizdə  qaldı.  Onlar  çoxdan  bir-birini  görmədiklərindən 
qızğın söhbətə başlamışdılar. Mən onları gözləməyib yatmağa getdim. Əmioğlular xeyli 
söhbət  etdilər,  gecə  yarıdan  keçənə  qədər  oturdular.  Səhər-səhər  bu  qardaş  mənə  deyir: 
«Qulaq as görüm, sən necə gözəlsənmiş, sadəcə bir modelsən, Afrodita kimi gözəlliyinə 
çatan olmaz». Jenyanın əvvəllər çəkdiyi mənim çılpaq şəkillərimin hamısını ona göstərdiyi 
məlum  oldu.  Mən  çox  utandım,  xəcalət  çəkdim.  Belə  situasiyada  qalmaq  mənim  üçün 
naqolay, çətin idi. Qonaq gedəndən sonra yenidən mərəkə qopardım, çox əsəbiləşdiyimdən 
davanın qızışmasını istəyirdim. Lakin mənim ərim təqsirli gözlərilə baxır və hansısa yad 
bir qızın deyil, məhz əziz arvadının şəkillərini çəkdiyini və göstərdiyini, bundan olmazın 
həzz  aldığını,  çox  qüvvətli  şəkildə  ehtiraslandığını  dedi.  Ərim  mənim  çılpaq  şəkillərimə 
başqa  kişilərlə  bir  yerdə  baxarkən  xüsusən  cuşa  gəldiyini  və  hədsiz  məmnun  qaldığını 
bildirdi.  Ümumiyyətlə,  mənim  yataqda  şəkillərimi  çəkərkən  və  sonra  bunları  kiməsə 
göstərərkən  ərimin  əhvali-ruhiyyəsinin  hədsiz  yüksəldiyini,  bundan  çox  böyük  ləzzət 
aldığını  sezmək  heç  bir  çətinlik  törətmirdi.  Əgər  ərim  sadəcə  mənimlə  yatağa  girirdisə, 
intim  yaxınlığımıza  elə-belə  baxır,  çox  məmnun  görünmürdü.  Onun  ruhlanması  üçün 
mənim çılpaq vəziyyətdə cürbəcür pozalarda şəklimi çəkməsi və başqa kişilərə göstərməsi 
lazım gəlirdi. 
Mən  ərimi  sevdiyimdən  onun  qeyri-adi  meyli  barəsində  fikirləşdikdən  sonra 
çılpaq halda şəkillərimi çəkməsinə etiraz etməməyə qərar verdim. Ancaq onun qarşısında 
bir  şərt  qoydum  ki,  şəkillərə  baxanda  bunların  mənə  məxsus  olduğu  bilinməsin.  Ərim 
mənim  şəkillərimi  kompüterə  keçirdikdən  sonra  qara  zolaqlarla  sifətimi  örtür,  məni 
tanınmaz hala salır. Artıq bir ildən çoxdur ki, belə yaşayırıq. Ərim usanmadan fəaliyyətini 
davam  etdirir,  mən  isə  pozalarımı  mürəkkəbləşdirməyə  çalışıram.  Ancaq  bizim 
psixikamızda hər şeyin yerində olmadığını hərdən fikirləşirəm. Bəzən mənə elə gəlir ki, 
ərimlə ağlımızı itirir, öz yolumuzdan çıxıb dəli oluruq. İstənilən halda bizdə bu planda nəsə 
bir çatışmazlıq olduğuna şübhə etmirəm» [46]. 
Seksoloq İrina Maşnaya məktubda yazılanlara belə şərh verir: Yevgenidə çılpaq 
arvadını  başqa  kişilərə  nümayiş  etdirmək  arzusu  aydın  şəkildə  ifadə  olunur.  Ancaq 
Yevgeni belə bir qəribə arzu ilə yaşayan yeganə kişi deyildir. Seksologiyada həmin qəribə 
arzuya «kandaulezizm» adı verilmişdir [46]. 
Bir çox hallarda ər öz qəribə meyli barəsində arvadına məlumat verməyi özünə 
borc  bilir.  Həmin  hadisə  xəbərdarlıqlı  kandaulezizm  adlanır.  Kandaulezizmdən  əziyyət 
çəkən kişi bir yolla məqsədini arvadına bildirir, ondan icazə istəyir. 
Ərin arvadını çılpaq halda başqa kişilərə göstərmək arzusunun ifadə olunduğu 
təklifə kandaulezistik təklif deyilir.  Kandaulezist  ər tərəfindən  arvadın  xəbərdar  edilməsi 
onun  xaincəsinə  aldadılmasına  nisbətən  çox-çox  yaxşıdır.  Lakin  arvadın  əri  tərəfindən 
edilən kandaulezistik təklifə cavabı birmənalı deyildir. Ərindən kandaulezistik təklif alan 
arvadın buna reaksiyası cürbəcür ola bilər. Buna görə kandaulezizm daha iki növə bölünür: 
a) neqativ cavablandırılmış kandaulezizm; b) pozitiv cavablandırılmış kandaulezizm. 
Konkret olaraq təklifə verilən cavab neqativ (mənfi) və pozitiv (müsbət) olmaqla 
iki növə ayrılır.  

110 
 
Aydındır  ki,  hər  arvad  ərinin  kandaulezistik  təklifinə  razılıq  vermir.  Əksər 
vaxtlarda ər arvadına onu çılpaq halda başqa kişiyə göstərmək istədiyini söyləyəndə qəti 
surətdə  rədd  cavabını  alır.  Arvadının  lap  üzə  dayandığını  görən  kişi  onda  müəyyən 
vasitələrə əl atır, lakin bunların heç bir lazımi nəticə vermədiyini gördükdə narahatlığı artır, 
tez-tez əsəbiləşir, daim gərgin olur. Arvad tərəfindən kandaulezistik təklif pis qarşılanırsa 
və qəti olaraq rədd edilirsə, buna kandaulezistik təklifin neqativ cavablandırılması, yaxud 
kandaulezistik təklifə mənfi cavab verilməsi, müvafiq olaraq meyl pozuntusunun özünə isə 
neqativ  cavablandırılmış  kandaulezizm,  yaxud  mənfi  cavablandırılmış  kandaulezizm 
deyilir. 
Son illərdə qadın hərəkatının inkişafı sayəsində kişilərin kandavlistik davranışı 
pislənmişdir.  Arvadını  çılpaq  halda  başqa  kişilərlə  bölüşməyə  hazır  vəziyyətdə  olan  və 
bunu  həyata  keçirmək  üçün  münasib  məqamın  yetişəcəyini  gözləyən  kişinin 
məzəmmətləndirilməsi,  onun  qınanması  tamamilə  doğru  bir  yanaşmadır.  Kandavlistik 
davranış heç bir vəchlə bəyənilməyən, qınanmağa, pislənməyə layiq olan bir davranışdır, 
kişi üçün ciddi iraddır. Normal halda feministlərin təzyiqinə məruz qalmadan, zərif cinsli 
məxluqların  müdaxiləsi  olmadan  kişi  kandavlistik  davranışdan  çəkinməlidir.  Həqiqətən 
kişilərin xeyli qismi belə nalayiq və alçaldıcı əməldən uzaq qaçırlar.  
Kandaulezistik  təklifi  neqativ  cavablandımış  arvadın  buna  reaksiyası  cürbəcür 
olur. Birincisi, ərindən son dərəcə gözlənilməz təklif eşidən arvad «şoka düşür» və necə 
cavab  verəcəyinə  belə  çaşıb  qalır.  Arvadın  yaxşılığı  onda  olur  ki,  səbr  edib  belə  rəzili 
dinləyir, əlinə keçəni (məsələn, tavanı, süpürgəni və s.) onun başına vurmur. İkincisi, bəzi 
arvadlar belə bir əcayib-qəraib təklifi eşidər-eşitməz ərinin psixi xəstəliyə mübtəla olması 
qənaətinə  gəlir,  hətta  tibb  müəssisələrində  çalışan  mütəxəssislərə,  xüsusən  psixiatr  və 
seksoloqlara müraciət edə bilir. Üçüncüsü, ərinin nataraz şəxsiyyət olmasından şübhələnən 
arvad onu əxlaqsızlığa sürükləməkdə günahlandırır, hətta bəzən müvafiq ölçü götürülməsi 
üçün  polisə  müraciət  etmək  qərarına  gəlir.  Dördüncüsü,  ziyalı  və  yüksək  mədəniyyətli 
arvad  kandaulezizmlə  bağlı  xəbərdarlıq  xarakterli  xəbəri  alanda  belə  bir  addımı  ərinin 
xasiyyətinin  təqdirəlayiq  əlaməti  kimi  qiymətləndirir.  Çünki  arvad  ərinin  xaincəsinə 
hərəkət etmək istəmədiyinə əmin olur, onun qəribə meyl pozğunluğuna mübtəla olduğunu 
səmimi  etiraf  etməsini  alqışlayır.  Ancaq  bununla  bir  vaxtda  ərinə  onun  təklifini  müsbət 
qarşılaya bilməyəcəyini ciddi şəkildə bildirir və bir daha bu mövzuya qayıtmamasını, ona 
dair söz salmamasını artıq dərəcədə xahiş edir. 
Arvad tərəfindən təklif yaxşı qarşılanırsa və qəbul edilirsə, buna kandaulezistik 
təklifin  pozitiv  cavablandırılması,  yaxud  kandaulezistik  təklifə  müsbət  cavab  verilməsi, 
müvafiq  olaraq  meyl  pozuntusunun  özünə  isə  pozitiv  cavablandırılmış  kandaulezizm, 
yaxud müsbət cavablandırılmış kandaulezizm deyilir. 
Həqiqətən bəzi hallarda kişi qadının razılığını alaraq onun çılpaq şəkillərini və 
yaxud  intim  səhnələrin  yer  aldığı  video  görüntülərini  başqa  kişilərə  göstərir  ki,  həmin 
hadisəyə  konsensual  kandaulezizm  deyilir.  Belə  hal  başqa  sözlə  razılaşdırılmış 
kandaulezizm də adlanır. 
Eləcə  də  kandaulezistik  təklifi  pozitiv  cavablandırmış  arvadın  buna  reaksiyası 
müxtəlif  olur.  Qadının  necə  razılıq  verməsinə  görə  konsensual  kandaulezizm  öz 
növbəsində iki növə bölünür: a) volyuntarist kandaulezizm; b) könüllü kandaulezizm. 

111 
 
Bir  çox  hallarda  arvad  gözlənilməz  təklifi  dərhal  rədd  etdikdə,  kişi  onu  ələ 
almağa çalışır, məqsədinin səbəbini belə gözəl arvadı olduğunu bildirməyə çalışması və 
onunla  yatmaqdan  öyünməsi  ilə  izah  edir.  Əgər  kişi  yenə  yekdil  cavab  almırsa,  onda 
arvadını  güclə  razılaşmağa  məcbur  edir.  Əksər  hallarda  qadın  razılıq  verməyə  sadəcə 
məcbur  olur.  Odur  ki,  buna  volyuntarist  kandaulezizm  deyilir.  Belə  hal  başqa  sözlə 
məcburi  kandaulezizm  də  adlanır.  Latınca  voluntarium  –  icbari,  məcburi,  qeyri-könüllü 
deməkdir. 
Qadın  müxtəlif  səbəblərdən  ərinin  sözünü  yerə  salmaq  istəmir.  Elə  həmin 
səbəblərə  görə  volyuntarist  kandaulezizm  öz  növbəsində  üç  növə  ayrılır:  1)  altruistik 
kandaulezizm;  2)  elpistik  kandaulezizm;  3)  şantaj  kandavlizmi;  4)  matrimonial 
kandaulezizm. 
Bir sıra hallarda kandaulezistik təklif arvadın ürəyincə olmur, ancaq tam rədd də 
edilmir.  Ərinə  hörmət  əlaməti  olaraq,  onun  istəyini  yerinə  yetirmək,  arzusunu  ürəyində 
qoymamaq  naminə  arvad  əcayib-qəraib  təklifi  həyata  keçirməyə  hazır  olduğunu  bəyan 
edir. Belə hal altruistik kandaulezizm (candaulesismus altruismus) adlanır. 
Kandaulezistik  təklifi  eşidən  arvad  razılıq  verəcəyi  təqdirdə  ərinin  seksual 
tələbatının  təmin  edilməsindən  sonra  onun  sakitləşəcəyinə  və  belə  axmaq  fikirlərdən 
birdəfəlik əl çəkəcəyinə ümid bəsləyə, tezliklə düzələcəyinə inana bilər. Belə hal elpistik 
kandaulezizm (candaulesismus elpisticus) adlanır. Ümidi həyatın ən yaxşı elementi hesab 
edən yunan filosoflarını «elpistiklər» adlandırırdılar. Elpistiklər xoşbəxtliyi ümid etməkdə 
axtarırdılar. Yunanca elpizo – ümid etmək, ümid bəsləmək, inanmaq deməkdir.  
Bir çox hallarda kandavlist ər şantajın köməyilə məqsədinə nail olur. Belə hal 
şantaj kandavlizmi adlanır.  
Məşhur  polyak  psixiatrı,  psixoterapevt  və  seksoloqu,  Zbiqnev  Lev-Staroviç 
«Qeyri-tipik seks» (polyak dilində «Seks nietypowy») kitabında yazır ki, pasiyentlərindən 
biri şantajın köməyilə öz arvadını bu cüt tərəfindən təşkil olunmuş axşam qonaqlığında 
striptiz göstərməyə məcbur etmişdir. Ər baş verənləri gecə klubunda nəsə bir oyun kimi 
təsəvvür etmiş, qonaqlar isə bunu sahibin öz gözəl və incə arvadı ilə öyünüb lovğalanması 
kimi  qavramışlar.  Ər  arvadının  striptiz  ifa  edən  vaxt  digər  kişilərdə  hansı  maraq 
doğurduğunu kənardan müşahidə etmiş, onların təəccüblə baxdığına əmin olduqda bundan 
cazibəli iztirab kimi qəribə bir hiss keçirmişdir. Belə ki, ərdə mənəvi əzab valehediciliyə 
qarışmışdır. İstənilən halda ərin keçirdiyi hiss çox gözəl və cazibəli olmuşdur. Arvadın əri 
onu  vəcdə  gətirən  hissini  belə  ifadə  etmişdir:  «Mən  sanki  arvadımı  başqa  kişilərlə 
bölüşdüyümü, bir hissəmi onlara verdiyimi hiss edirdim» [40, səh. 302–303]. 
Bəzi  hallarda  arvad  ərini  çox  istədiyindən,  ailəsinin  dağılması  ilə 
barışmadığından, yaxud valideynlərinin yanına qayıtmağı özünə sığışdırmadığından ərinin 
kandaulezistik təklifinə müsbət cavab verməyə məcbur olur. Nəyin bahasına olursa-olsun 
boşanmaq  istəməyən  arvadın  müsbət  cavablandırdığı  təklifdən  sonra  ərində  müşahidə 
edilən  kandaulezizmə  matrimonial  kandaulezizm  deyilir.  Matrimonial  dedikdə  nikahla 
bağlı  olan,  izdivacla  əlaqələndirilən,  ər-arvadlıqla  əlaqədar  olan  şeylər  nəzərdə  tutulur. 
Latınca matrimonium – nikah, izdivac deməkdir. 
Yalnız  nadir  hallarda  qadın  ərinin  kandaulezistik  təklifinə  razılıq  verir.  Ərlə 
arvad  arasında  fikir  birliyi,  həmrəylik  əldə  olunur.  Belə  hadisə  koakt  kandaulezizm 

112 
 
(candaulesismus coactus) adlanır. Ona başqa sözlə könüllü kandaulezizm də deyilir. Qadın 
ərinin  kandaulezist  davranışına  müxtəlif  səbəblərdən  etiraz  etmək  istəmir.  Həmin 
səbəblərdən asılı olaraq könüllü kandaulezizmin aşağıdakı növləri ayırd edilir: 1) marginal 
kandaulezizm; 2) mutual kandaulezizm. 
Ərinə hörmət əlaməti olaraq deyil, sadəcə onun var-dövlətinə, zir-zinətinə göz 
dikən  qadının  kandaulezistik  təklifi  müsbət  qarşılaması  marginal  kandaulezizm 
(candaulesismus marginalis) adlanır. 
Kandaulezistik təklifi eşidən qadının özünün bunu alqışlaması hadisəsi mutual 
kandavlizm (candaulesismus mutualis) adlanır. İngiliscə mutual – qarşılıqlı deməkdir. 
Mutual kandavlizm iki səbəbdən irəli gələ bilər: 1) arvadın kandavlistik təklifi 
gözləməsi və bunu onun gözəlliyinə biganə qalmamağın bir nişanəsi kimi dəyərləndirməsi; 
2)  arvadın ərindəki kandavlistik  meyldən öz məqsədlərinə  yetişməsi  naminə sui-istifadə 
etməsi. 
Bəzən  paradoksal,  qəribə  bir  vəziyyət  yaranır.  Kişinin  həmişə  qısqanmalı 
olduğunu fikirləşən, onun qısqanmadığını gördükdə artıq sevmədiyi qənaətinə gələn qadın 
kimi, ərinin daim onu tərifləməsini istəyən, gözəlliyindən danışmasını arzulayan arvad da 
olur. Bu qəbildən olan arvad həmişə ərinin onun cəlbediciliyilə fəxr etməsini istəyir. Hətta 
ər öz həyat yoldaşının gözəlliyi və füsunkarlığı haqqında danışmırsa, arvad bunu ona qarşı 
bir biganəlik kimi dəyərləndirir. Buna görə arvad ərinin onu başqa kişilərə çox valehedici 
və məlahətli partnyor kimi təqdim etdiyini eşidəndə, hətta buna əmin olmaq üçün həyat 
yoldaşını  çılpaq  halda  nümayiş  etdirmək  arzusunu  duyanda  dərhal  baş  verənləri  diqqət 
yetirməkdən  irəli  gələn  bir  hərəkət  kimi  qarşılayır  və  müsbət  cavablandırmaqla 
dəyərləndirir.  Ərindən  daim  qeyri-adi  təklif  gözləyən  arvadın  ürəyindən  keçənləri 
təxminən belə təsvir etmək olar: «Əzizim, ürəyimdən tikan çıxartdın, axı necə ola bilər ki, 
belə gözəl arvadına başqa kişilər məftun olmasınlar, səni əmin edirəm ki, məni çılpaq halda 
görənlər  dərhal  tamah  salacaqlar,  sənə  belə  gözəl  qadınla  yatan  bir  kişi  olaraq  qibtə 
edəcəklər».  
Bundan başqa, bəzi qadınlar ərinin zəif meylindən agah olan kimi bundan sui-
istifadə  etməyə  başlayırlar.  Belə  arvadlar  sadəcə  olaraq  üzdə  bunu  büruzə  vermir,  guya 
ərinin  xahişini  yerinə  yetirirmiş  kimi  davranırlar.  Arvadın  ərində  aşkar  olunan 
kandavlizmdən  aşağıdakı  məqsədlərlə  istifadə  etməsi  mümkündür:  a)  açıq-saçıq 
geyinməyi  sevən  arvadın  indi  bunu  çəkinmədən  edə  bilməsi;  b)  arvadın  özünə  yaxşı 
baxması üçün rahatlıqla bütün prosedurları həyata keçirməsinə müvafiq şəraitin yaranması; 
c)  ərinin  qeyri-adi  meylindən  ehtiraslanan  arvadın  özünün  görüşmək  istədiyi  kişilərlə 
asanca gəzə bilməsi, qrup seksində iştirak etməyə qədər çox müxtəlif seksual praktikadan 
yararlanması. 
Daim  açıq-saçıq  geyinməyi  arzu  edən,  yarıçılpaq  halda  olmağı  sevən  arvad 
ərində  kandaulezizm  olduğunu  bilən  kimi  çox  sevinir,  çünki  artıq  bundan  sonra 
çəkinmədən istədiyini edə biləcəkdir. Qeyd edək ki, son vaxtlar arvadlarına olduqca açıq-
saçıq  paltarlar  geyindirib  bu  çılğın  vəziyyətdə  utanmaz-utanmaz  özü  ilə  restoranlara, 
istirahət  mərkəzlərinə,  toylara  və  başqa  şənliklərə  aparan  qeyrətsiz  kişilərin  sayı  hədsiz 
çoxalmışdır.  Hətta  bəzi  hallarda  açıq-saçıqlıqda  ifrata  varma  dərhal  nəzərə  çarpır. 

113 
 
Şübhəsiz, «simvolik geyimin» seçilməsinə ərin razılıq verməsi üçün onun kandaulezistik 
meyli yardımçı olur.  
Ərinin  kandaulezizmə  mübtəla  olduğuna  şübhə  etməyən,  bunu  dəfələrlə 
sınaqdan keçirən arvad mövcud vəziyyətdən özü üçün müəyyən qədər xeyir götürə, fayda 
əldə edə bilər. Kandaulezizm sindromlu kişiləri müşahidə etmiş seksoloqların çoxu qeyd 
edir ki, ərinin qəribəliyi və anlaşılmaz davranışı arvadın öz bədəninə daha yaxşı, incədən-
incəyə  fikir  verməyə  başlamasına  səbəb  ola  bilər.  Tez-tez  trenajor  zalına
122
  getmək, 
hovuzda çimmək, kosmetoloqun xidmətindən yararlanmaq üçün arvadın qarşısında geniş 
imkanlar açılır. Belə arvadın əri üçün deyəcəyi sözü, bəhanəsi də var: «Bəs başqa kişilər 
necə  baxarlar,  deməzlərmi  ki,  filankəsin  arvadı  nə  gündəymiş.  Qoy,  özümə  yaxşı  fikir 
verim,  gözəl  görünüm,  başqa  kişilərin  yanında  soyunanda  çirkin  görünməyimə  görə 
utanmayasan,  əksinə,  füsunkar  və  cəlbedici  bədənimə  baxıb  ağızları  açıq  qalsın,  sənə 
paxıllıqları tutsun. Bundan sonra hamının dilindən yalnız bunu eşitmək olar ki, halal olsun, 
kişinin oğlu arvad saxlayır!» Əlbəttə, arvadın dedikləri kandaulezist ərin ürəyinə yağ kimi 
yayılır.  Belə  ər  arvadının  öz  bədəninə  diqqətlə  fikir  verməsinə,  gözəllik  salonlarına, 
çimərlik  və  hovuza,  məşq  zallarına  və  digər  yerlərə  tez-tez  baş  çəkməsinə  nəinki  etiraz 
etmir, üstəlik ona verdiyi vəsaitin miqdarını artırmağa başlayır. «Kişi arvad saxlayır», lakin 
bunu özündən çox, başqaları üçün edir. Həqiqətən arvadın çılpaq halda gözəl görünməsi 
kandaulezist  ərin  ən  böyük  arzusudur.  Arvadın  soyunaraq  gözəl  bədənini  başqa  kişilərə 
göstərməsi  kandaulezist  ərinə  kömək  etməsinin,  ona  yardım  əlini  uzatmasının  əyani  bir 
formasıdır. Belə «köməkdən» ruhlanan ər heç də arvadına borclu qalmır, yataqda həddən 
ziyadə ehtiraslanaraq onun seksual təmin olunması üçün əlindən gələni edir. 
Bəzən kandavlizm öz arvadının çılpaq fotoqrafiyalarının nümayiş etdirilməsilə 
məhdudlaşmır,  həyat  yoldaşının  özü  canlı  olaraq  prosesə  cəlb  edilir.  Bir  sözlə,  seksual 
partnyor olan qadının nümayiş etdirilməsi onun fotoqrafiya və portretinin başqa kişilərə 
göstərilməsilə məhdudlaşa bilər, lakin onun özünün yad kişilər önündə poza alması, striptiz 
ifa etməsi və başqa intim hərəkətlərə meylləndirilməsi hallarına da rast gəlinir. Hərəkətlərin 
miqyasının belə genişlənməsi patologiyanın artıq yüngül formadan ağır formaya keçdiyinə 
dəlalət edir. 
Əgər  kandaulezistik  təmayül  arvadın  özünün  bilavasitə  canlı  olaraq  iştirakı 
şəraitində  həyata  keçirilərsə,  buna  ağır  kandaulezizm  (candaulesismus  gravis)  deyilir. 
Latınca gravis – ağır deməkdir. Belə hal başqa sözlə kontakt kandaulezizm də adlanır. Ona 
həmçinin  mürəkkəb  kandavlizm  deyilir.  Bunu  «canlı»  kandaulezizm,  yaxud 
kandaulezizmin  «canlı»  forması  kimi  təsəvvür  etmək  olar.  Bəzi  mənbələrdə  belə  hal 
həmçinin vasitəsiz kandaulezizm adlanır. Ona başqa sözlə birbaşa kandaulezizm də deyilir. 
Hətta bəzi mənbələrdə «maksi-kandaulezizm» terminindən istifadə olunur. 
Bəzi  hallarda  öz  qadınının  yalnız  surətini  və  video  görüntülərini  yad  kişiyə 
göstərmək artıq ehtiraslı ər üçün kifayət etmir. Bunlardan heç bir vəchlə qane olmayan ər 
arvadını yad adamların yanında soyunmağa, yaxud bir çox hallarda hətta başqa kişilərlə 
cinsi akt törətməyə sürükləyir, özü isə baş verənləri böyük həvəslə kənardan izləyir, xəlvəti 
yerdə dayanıb şövqlə müşahidə edir. Ağır kandavlizmə mübtəla olmuş ər daim arvadına 
təkan verir, onu hərəkətə gətirir.  

114 
 
Ərin  öz  «ikinci  yarısı»  olan  arvadını  başqa  kişiyə  verməsi  və  bundan  vəcdə 
gəlməsi patologiyanın psixikaya güclü təsirinin labüd nəticəsidir. Normal halda kişi üçün 
dəhşət kimi qarşılanan bir hadisənin adi intim oyun olaraq başa düşülməsi elə bu təsirdən 
qaynaqlanır. Sanki bununla kişi özünə aid olanın bir hissəsini, özünün bir qismini başqa 
kişiyə verir.  
Ağır  kandaulezizm  qadının  canlı  olaraq  təklif  edildiyi  halda  bundan  həzz 
alınmasından ibarət olan cinsi pozğunluqdur. Əgər kişi arvadını çılpaq halda başqa kişiyə 
bilavasitə göstərməyə nail olursa, bundan çox böyük məmnunluq duyur. Arvadını çılpaq 
halda başqa kişiyə göstərməyə nail olmaq üçün kandaulezist ər bir neçə üsuldan istifadə 
edə bilər. Ağır kandaulezizmin ekstrakoital və koital olmaqla iki növü fərqləndirilir. 
Çox nadir hallarda ər arvadının özünü başqa kişiyə çılpaq halda göstərir və cinsi 
əlaqədən  savayı  hər  hansı  hərəkət  etməsini  istəyir  ki,  belə  hal  ekstrakoital  kandavlizm 
(candaulismus extracoitalis) adlanır. Ona başqa sözlə ekstrakoital təmaslı kandavlizm də 
deyilir.  
Ekstrakoital kandavlizm arvadın başqa kişilərlə cinsi əlaqədən savayı hər hansı 
hərəkəti  etməsinə  yol  verilməsindən  ibarət  olan  pozğunluqdur.  Arvadın  (məşuqənin) 
soyundurularaq  kişi  cinsli  şəxsə  göstərilməsi,  onun  bədəninə  başqa  kişi  bədəninin 
toxunması (sürtünməsi), həmçinin digər yollarla yad adamların nəzərlərinin cəlb edilməsi 
kandavlist ərin məqsədinə çevrilir.  
Arvadın fiziki cəlbediciliyini göstərməyə imkan verən paltar geyinməyə məcbur 
edilməsi hallarına çox rast gəlinir. Bunun üçün mini-paltar, mini-yubka, mikro-yubka, çox 
dar olduğundan bədənə yapışan paltarlar, iki tərəfi açıq olan paltar, yuxarıdan dərin kəsik 
olan paltar, krujeva şəklində olan paltar və başqaları daha çox seçilir. Belə paltarlar təkcə 
kandavlist ərin təzyiqi altında seçilmir, eyni zamanda arvadın ekshibisionizmdən əziyyət 
çəkməsinin  əlaməti  olaraq  onlara  tez-tez  müraciət  edilir,  həmçinin  ölkə  əhalisinin 
əxlaqsızlığa sürüklənməsində maraqlı olan qüvvələrin moda kimi sırıması istisna edilmir. 
Ümumiyyətlə, geyim  psixiatr və seksoloqların çox böyük əhəmiyyət verdiyi bir amildir. 
İnsan  xarakterinin  geyimə  güclü  şəkildə  sirayət  etdiyi  heç  kimdə  şübhə  doğurmur. 
Geyimin individin cinsinə və  yaşa uyğun gəlib-gəlməməsi, ona  lüzumsuz  aksessuarların 
əlavə  edilib-edilməməsi  xüsusən  həkim-psixiatrları  çox  maraqlandırır.  Geyim  insan 
seksuallığının  «hopduğu»  elementləri  özündə  daşıyır.  Hətta  bir  çox  hallarda  geyim  özü 
insanın  seksuallığının  nəzərə  çarpdırılmasının  bir  vasitəsinə  çevrilir.  Çılpaqlığa  çağırış 
edən, açıq-saçıqlığın təbliğ edilməsində maraqlı olan kandavlistlərin canfəşanlığı xüsusən 
aydın büruzə olunur. 
 

115 
 
 
 
 
 
 
 
 
Şəkil  50.  Gəlinlik  paltarının  getdikcə  daha  çox  erotik  üslubda  hazırlandığı 
müşahidə edilir  
 
Ekstrakoital  təmaslı  kandavlizmin  aşağıdakı  növlərini  ayırd  etmək  olar:  a) 
çimərlik  kandavlizmi;  b)  hovuz  kandavlizmi;  c)  hamam  kandavlizmi;  ç)  masaj 
kandavlizmi; d) müayinə kandavlizmi; e) poza kandavlizmi; ə) rəqs kandavlizmi.  
Arvadın  çimərliyə  aparılaraq  başqa  kişilərə  göstərilməsindən  məmnunluq 
duyulmasına çimərlik kandaulezizmi deyilir.  
Aydındır ki, çimərlik (fransızca plage) rekreasion zona kimi istifadə edilən bir 
sahədir.  Çimərlik  kandaulezizmi  ekstrakoital  təmaslı  kandaulezizmin  digər  formalarına 
nisbətən daha çox rast gəlinir. Bunu bir neçə səbəblə izah etmək olar. Birincisi, arvadını 
çimərliyə aparma daha asan baş tutur, bundan ötrü həyat yoldaşını uzun-uzadı dilə tutmağa 
ehtiyac  yoxdur.  İkincisi,  arvadını  çimərliyə  aparmaq  üçün  elə  böyük  bir  vəsait  tələb 
edilmir.  Demək  olar  ki,  bütün  ailələrin  buna  imkanı  çatır.  Sadəcə  olaraq  seçilən 
çimərlikdəki  xidmət  səviyyəsi  ödənilən  vəsaitdən  asılı  olaraq  fərqlənə  bilər.  Ancaq 
kandaulezist  əri  çimərlikdəki  xidmət  səviyyəsi  deyil,  orada  arvadına  nəzər  yetirəcək 
kişilərin  çox  olması  maraqlandırır.  Üçüncüsü,  arvadını  tez-tez  çimərliyə  aparan  kişinin 
kandaulezizmdən əziyyət çəkdiyinə heç vaxt şübhə edilmir. Bir çox hallarda nəinki kənar 
şəxslərdə, hətta həyat yoldaşında belə qətiyyən şübhə oyanmır.  

116 
 
Əlbəttə,  arvadını  çimərliyə  aparan  bütün  kişilərin  kandaulezist  olduğunu 
düşünmək yanlışlıq sayılar və onlara münasibətdə haqsızlıq hesab edilərdi. Ancaq arvadını 
çimərliyə  aparan  kişilərin  arasında  məhz  kandaulezizm  məqsədini  həyata  keçirmək 
istəyənlər  olduğunu  danmaq  mümkün  deyildir.  Arvadını  çimərliyə  aparan  kişinin 
kandaulezist  olmasından  şübhələnməyə  əsas  verən  bir  neçə  məqam  vardır.  Birincisi, 
kandaulezizmdən əziyyət çəkən ər arvadını dəniz, göl, çay və digər su hövzəsi sahilindəki 
tənha  guşələrə  aparmağa  maraqlı  olmur.  Beləsi  adamların  çox  olduğu  çimərliyi  seçir. 
İkincisi, kandaulezizmə mübtəla olmuş ər arvadının daha çılpaq görünməsinə imkan verən 
çimərlik  paltarı  seçməsində  israrlı  olur.  Kandaulezist  ər  arvadının  erotik  tipli  çimərlik 
paltarı seçməsinə maraq göstərir, hətta bəziləri «qoy səni görəndə hamısının ağlı başından 
çıxsın, əsas odur ki, sənə yaraşır» deməklə məhz bu seçimin saxlanmasına çalışır və nail 
olur. Üçüncüsü, kandaulezist ər arvadının çılpaq bədəninin daha aydın görünməsinə imkan 
verən hərəkətlər  edir, həyat  yoldaşı hiss  etmədən onu sanki sərgidə  nümayişə hazırlayır. 
Belə  hallarda  ər  başqa  kişilərin  onun  arvadına  necə  ehtirasla  baxdıqlarına  əmin  olanda 
bundan  çox  məmnun  görünür,  heç  nəyi  büruzə  vermədən  ona  xoş  təsir  bağışlayan 
mənzərənin xeyli müddət davam etməsini arzulayır.  
Ekstrakoital  təmaslı  kandaulezizmin  daha  bir  növü  hovuz  kandaulezizmi 
adlanır. Onun başlıca cəhəti ərin öz arvadını məhz hovuza aparmaqla çılpaqlaşdırıb başqa 
kişilərə  göstərmək  arzusunu  həyata  keçirməsidir.  Aydındır  ki,  hovuz  kandaulezizmi  də 
çimərlik kandaulezizmi kimi çox rast gəlinir, onlar bir-birinə çox oxşayır. 
Ərin  öz  arvadını  hamama  aparmaqla  kandaulezistik  meylini  reallaşdırması 
mümkündür. Odur ki, buna hamam kandavlizmi deyilir. Hamam kandavlizmi ona xas olan 
xüsusiyyətlərə görə çimərlik kandavlizminə çox bənzəyir.  
Hamam  kandavlizmindən  danışanda  buna  dair  məşhur  bir  tarixi  nümunəyə 
toxunmamaq mümkün deyildir. XVIII əsrdə ingilis siyasi xadimi ser Riçard Uorslidə (Sir 
Richard  Worsley)  hamam  kandavlizmi  özünü  qabarıq  şəkildə  büruzə  vermişdir.  Ancaq 
onda kandavlizmin digər formalarının da olması istisna edilmir.  
Arvadını kişi masajistin yanına aparma da elə çətin başa gəlmir və çox tez-tez 
müşahidə  edilir.  «Səni  yanına  aparmaq  istədiyim  masajisti  hamı  tərifləyir,  onun  çox 
bacarıqlı  olduğunu  hər  kəs  deyir,  gəl  biz  də  yoxlayaq»  şəklində  təklifin  qarşısında  aciz 
qalan arvad razılaşıb yoxlamağa qərar verir. Adətən belə hallarda kandaulezist ər ürəyindən 
bunu keçirir: «Arvadım tam soyunarkən onu masaj edən kişinin necə yanıqla baxdığını 
görəndə hədsiz oyanır və gördüklərimdən olmazın həzz alıram». 
Bir çox hallarda kandaulezist ər arvadını soyunma tələb edilən müayinələrdən 
keçmək  üçün  kişi  cinsli  ginekoloqun,  mama  həkiminin,  mammoloqun,  seksoloqun  və 
başqalarının yanına aparır. Belə hal müayinə kandaulezizmi adlanır. 
Kişi  kompaniyasına  arvadı  ilə  gedən  kandavlist  ər  orada  qarşıya  qoyduğu 
məqsədinə  yetişməyə  çalışır.  Belə  ki,  kişilərin  qarşısında  arvadını  seksual-erotik  təsir 
bağışlaya  bilən  poza  almağa  (müəyyən  vəziyyətdə  durmağa)  təhrik  edir.  Həmin  hadisə 
poza kandavlizmi adlanır. 
Ayrı-ayrı hallarda ər arvadının başqa kişilərlə erotik rəqs etməsini arzulayır və 
buna nail olmaq üçün əlindən gələni edir. Belə hal rəqs kandavlizmi adlanır. 

117 
 
Ərdə  olan  qadının  başqa  kişi  ilə  yavaş,  romantik  rəqs  etməsinə  münasibət 
birmənalı  deyildir.  Əlbəttə,  konkret  situasiyadan,  ailədaxili  münasibətlərdən  və  digər 
amillərdən  asılı  olaraq  bir-birindən  fərqli  münasibət  ortaya  qoyula  bilər.  Yavaş  rəqsin 
özündə nəsə bir intimlik, məhrəmlik, yaxınlıq nəzərdə tutduğu heç kimə sirr deyildir. Söz 
yox  ki,  xeyli  qadın  haqlı  olaraq  yavaş  rəqs  təklifini  qəbul  etməyi  xəyanət  sayanların 
yanıldıqlarını zənn edir. Rəqs özü bir incəsənətdir, ünsiyyət yaradılmasının çox gözəl bir 
üsuludur. Qadının ərdə olması onun əks cinsli şəxslə yavaş rəqs etmək hüququnu itirməsi 
anlamına gəlməməlidir. Artıq qadınların tam hüquqsuzluğu dövrü çox arxada qalmışdır. 
Yavaş rəqsin erotik elementlərə malik olduğunu yalnız zahirən göstərməyə çalışan və kütlə 
içərisində belə addımı atmaqdan qəti surətdə boyun qaçırmaqla özünü əxlaq carcısı kimi 
qələmə  verən  neçə-neçə  qadının  ədəbsiz  hərəkətlər  etməkdən  çəkinmədiyini  dəfələrlə 
görmüş, barələrində çox eşitmişik. Yavaş rəqs təklifini mədəni surətdə qəbul edən qadının 
ərinə  çox  hörmət  bəslədiyi,  ona  heç  vaxt  xəyanət  etmədiyi  də  tez-tez  rast  gəlinir.  Bir 
qadının  yavaş  rəqs  etməsini  onun  ərinə  təhrif  olunmuş  şəkildə  çatdırmaqla  ailədə 
xoşagəlməz  mənzərə  yaradılması  və  bunun  yaxşı  olmayan  hallarla  nəticələnməsi 
mümkündür.  
Arvadına inanmadığına görə onun başqa kişilərlə yavaş rəqs etməsinə qadağa 
qoyan ərlə nikah münasibətlərinin davam etdirilməsi sual altına bilər. Bəzi qadınlar cəmi 
bir  dəfə  yavaş  rəqsi  yoxlamağı  məqbul  sayır,  lakin  onu  təkrarlamaqla  taleyi  imtahan 
etməyi ağılsızlıq hesab edirlər. Çünki təklifin qəbulunun təkrarlanması zamanı qadını rəqsə 
dəvət etmiş kişidə münasibətləri davam etdirməyə inam yarada bilər. Bir çox qadınlar ərə 
getdikdən sonra özlərindən asılı olmadan başqa kişilərə hətta toxunmaq belə istəmir, sanki 
yaranmış  naməlum  bir  baryer  onu  belə  addımlardan  çəkindirir,  xüsusən  əri  yanında 
olmadıqda yavaş rəqs təklifini qəbul etməyi tamamilə qeyri-mümkün hesab edirlər. Buna 
görə belə qadınlar ərli qadınların həyat yoldaşı yanında olmadan restoranlara və digər oxşar 
yerlərə  getmələrini  heç  cür  başa  düşə  bilmirlər.  Qadınların  böyük  bir  qismi  ailə 
münasibətlərinin qiymətləndirilməsinə müvafiq surətdə hərəkət etməyin vsacib olduğunu 
qabardırlar. Ailənin dostu, yaxud qohumu olan bir kişinin yavaş rəqsə dəvətini pisləmək, 
bunu qəbahətli hərəkət, qınanmalı münasibət kimi qiymətləndirmək doğru olmazdı. Amma 
əri  yanında olan bir qadını içkili vəziyyətdə başqa  kişi  yavaş  rəqsə  dəvət  edirsə, bunun 
acınacaqlı halda yekunlaşmaması naminə tərəddüd etmədən təklifin mədəni surətdə rədd 
olunması  lazım  gəlir.  Ümumiyyətlə,  spirtli  içki  qəbulundan  sonrakı  rəqslərin  arxasında 
səmimiyyətdən çox ehtiraslılıq dayanır, şəfqətlilik gizlənir.  
Kandavlizmə mübtəla olan ər arvadının başqa kişilərlə yavaş, romantik, erotik 
rəqs etməsini çox arzulayır və daim buna şərait yaradır. Nümunə kimi məşhur fransız şairi 
və  bəstəkarı,  mahnılar  müəllifi  və  ifaçısı,  aktyor,  kinorejissor  və  ssenarist  Serj  Gensbur 
(Serge Gainsbourg) xatırlana bilər.  
Rəqs kandavlizminin bir forması striptiz kandavlizmi adlanır. Striptiz özü erotik 
rəqsin bir növüdür. Striptiz rəqsdə seksuallığı ifadə edə bilmək məharətidir. İngiliscə strip – 
soyunmaq,  paltarlarını  çıxarmaq  və  tease  –  həvəsə  gətirmək,  həvəsləndirmək, 
iştahalandırmaq, tamahsılandırmaq deməkdir. 

118 
 
Rusiyanın  «SPİD-info»  qəzetində  Qalina  Kotikovanın  Moskva  vilayətində 
yaşayan Alyona adlı bir qızın göndərdiyi məktub əsasında ərsəyə gətirdiyi «Öz arvadını 
bölüş» adlı məqaləsinə nəzər salaq:  
«Üçüncü  ildir  ki,  nikahdayam  və  ailə  həyatının  tezliklə  sona  çatacağını  hiss 
edirəm. Məgər yaxşı ər öz arvadı ilə belə rəftar edərmi? 
Hər  şey  bir  il  bundan  əvvəl  başladı.  Həmin  vaxt  mənim  iştirakımla  ərim 
evimizdə  fotosessiya  təşkil  etmişdi.  Təbii  ki,  şəkillərim  toples  halında  çəkilmişdir,  hətta 
əynimdə  heç  bir  paltarım  olmadığı  anda  bir  cüt  foto  lentə  alınmışdı.  Ərim  mənim 
bədənimə  həmişə  heyran  olmuş,  ezamiyyətə  gedərkən  daim  onun  yanında  olmağımdan 
ötrü bu şəkilləri də özü ilə aparacağını demişdir. Ancaq həmin vaxt fotoların yalnız ailənin 
baxması  üçün  nəzərdə  tutulmadığı  heç  cür  ağlıma  gəlməmişdi.  Çox  keçmədən  aydın 
olmuşdur  ki,  ərim  apardığı  şəkilləri  bir  dostuna  göstərərək  onun  qarşısında  özünü 
öymüşdür: baxıb zövq al, gör necə gözəl arvadım var! Ərimin dostunun arvadı bunu bilən 
kimi mənə zəng vurub söyləmişdir. Əvvəlcə mən ona inanmamışdım, xüsusən ona görə ki, 
ərimin izahına görə, guya təsadüfən bir cüt şəkli görən dostu onu aləmə yaymış, ağızlara 
salmışdır.  
Bir  az  keçəndən  sonra  ərimin  rəhbəri  bizi  daçasına
1
  dəvət  etdi.  Orada  hamı 
spirtli içki qəbul etmiş, hovuzda çimmişdi. Ərim məndən striptiz oynamağımı xahiş edərək 
dil  tökməyə  başlamışdı,  məni  yola  gətirməyə  çalışırdı  (mən  bir  vaxtlar  rəqslə  məşğul 
olmuşdum, ancaq əlbəttə, striptiz göstərməmişdim). Təklifi qəbul etmədiyimi görən ərim 
içkili  qonaqların  gözləri  önündə  çimərlik  paltarımı  əynimdən  dartıb  çıxartdı.  Mən 
ağlamağa başladım və oradan qaçdım. Evə gələndə ərim üzr istədi, çox içdiyindən belə 
etdiyini dedi və bağışlanmasına təkid etdi. Həmin gecə ərim çox ehtiraslanmışdı, məni elə 
əzizləyib nazladı ki, günahından keçdim, hər şeyi ona bağışladım.  
Bir  həftədən  sonra  qonaqlar  bizə  yığılışmışdılar,  yenə  ərim  mənə  striptiz 
oynamağı təklif etdi. Ərim öz rəhbərinin bunu xahiş etdiyini dedi. Onun sözlərinə görə, 
guya xidmətində irəli getməsi ancaq məndən asılıdır. Mən imtina edəndə ərim acıqlandı: 
«Mən  ki  səndən  onunla  yatmağını  xahiş  etmirəm!  Buna  bax,  nə  böyük  şey  imiş,  elə 
bilirsən  ki,  soyunmaqla  dünya  dağılacaq!»  Bu  sözlərdən  sonra  güzəştə  getməli  oldum. 
Ancaq mənə elə gəlirdi ki, ərimin rəhbərinin heç nə vecinə deyildi, yanında çılpaq qadının 
rəqs  etməsi  onu  zərrə  qədər  maraqlandırmır,  diqqətini  cəlb  etmirdi.  Ərim  çox  möhkəm 
oyanmış,  lap  qızışmışdı,  gecəyə  qədər  güclə  səbrini  basdı.  Onu  heç  vaxt  belə  ehtiraslı, 
şəhvətli görməmişdim. Mən başqa kişilərin yanında soyunanda ərimdə nələr baş verdiyini 
heç  cür  anlaya  bilmirəm.  Ərimin  başqa  kişilərin  qarşısında  məni  soyunmağa  vadar 
etməsinin  niyə  lazım  olduğunu  başa  düşməkdə  çətinlik  çəkirəm.  Məgər  ərim  başa 
düşmürmü ki, belə etmək ayıbdır, adamın ürəyini bulandırır, mənim üçün xoşagələn deyil 
və utandırıcıdır» [36]. 
Məktubda yazılanları həkim-seksoloq, tibb elmləri namizədi Yuri romanov belə 
şərh etmişdir: Alyonanın əri kandaulezizmdən əziyyət çəkir. Özünün çılpaq partnyorunu 
digər kişilərə göstərərkən seksual oyanma meydana çıxmasını məhz belə adlandırırlar. Bu 
seksual  kənarlanmanın  əsasında  natamamdəyərlilik  kompleksi  və  gizli  mazoxist 
tendensiyalar  dayanır.  Ola  bilsin  ki,  Alyonanın  əri  cəmiyyətdə  özünü  inamsız  və 
qətiyyətsiz  aparır,  özünə  arxayın  deyildir  və  arvadının  ləyaqəti,  məziyyəti  hesabına 

119 
 
özünüqiymətləndirməni yüksəltməyə can atır. «buyurun, baxın görün, mən necə gözəl bir 
qadına yiyələnmişəm, buna ki bir sözünüz ola bilməz!» deməklə ər həyat yoldaşının yaxşı 
cəhətlərindən yararlanmaqla «boşluğu» doldurmağa çalışır. İstisna edilmir ki, qadının ərinə 
özünüalçaltma  kimi  bir  əlamət  xasdır.  Özünüalçaltma  öz  şəxsiyyət  və  qabiliyyətini 
kiçiltməklə səciyyələnən bir hal olub, kandaulezist ərlər arasında daha çox müşahidə edilir. 
Kandaulezistin  arvadının  çılpaq  halda  başqa  kişilərin  qarşısında  qalmasının  onun  şərəf, 
mənlik  və  heysiyyətinə  toxunmaması  bunun  bariz  sübutudur.  Arvadını  ümumi  seyrə 
çıxartmış  ər  heç  də  həyat  yoldaşını  deyil,  elə  özünü  lağa,  masqaraya  qoyur.  Çılpaq 
arvadının bədəninin kütlə tərəfindən gözdən keçirilməsi ərin məhz özü üzərində həqarətə 
yol  verməsinin,  təhqir  olunmasından  ötrü  çalışmasının  danılmaz  bir  göstəricisidir.  Buna 
görə  kandaulezistin  arvadı  özünü  təmkinli  aparmalıdır.  Hətta  Alyonanın  arvadı  belə 
situasiyalara bir yumor hissi ilə yanaşa bilər [36]. 
Qeyd edək ki, bəzi hallarda kandavlizm bir müddət ekstrakoital təmas formaları 
şəklində  özünü  büruzə  verir,  lakin  çox  keçmədən  onun  koital  formaya  transformasiya 
etməsi  müşahidə  edilir.  Görünür,  belə  hallarda  ekstrakoital  təmas  formaları  sadəcə 
hazırlayıcı  mərhələ  rolunu  oynayır.  Rus  dilində  olan  mənbələrdən  birində  verilmiş 
aşağıdakı nümunəyə nəzər salaq. 
«Mən  arvadımla  hələ  yeniyetmə  olarkən  tanış  olmuşdum.  Biz  kiçik  qəsəbədə 
yaşayırdıq. Axşam düşən kimi hər kəs öz dostları ilə gəzintiyə çıxırdı. Günlərin birində 
kompaniyalarımız kəsişdi, hamımız bir yerdə olduq, elə həmin vaxtdan bizim ünsiyyətimiz 
başladı. Lakin bizim aramızda olan intim münasibətlər çox yavaş, ləng inkişaf edirdi. Qız 
həddi-büluğa  çatana  qədər  cinsiyyət  orqanları  nahiyəsinə  əlimlə  toxunmağıma  icazə 
verməmişdi, yalnız öpüşə və əllərimi döşlərinə vura bilərdim. Sveta büsthaltersiz gəzməyə 
vərdiş etmişdi. Buna görə onun döşlərinin gilələri koftasının və yaxud futbol köynəyinin 
nazik parçası altından dik durmuş vəziyyətdə görünür və ehtiraslandırıcı təsir bağışlayırdı. 
Onun  məmələrinin  həvəsləndirici  halda  görünməsi  heç  cür  gözlərimin  qabağından 
çəkilmirdi.  
Qızın  döşlərinin  yalnız  məni  deyil,  digər  oğlanları  da  oyandırdığını,  ehtirasa 
gətirdiyini  hiss  edirdim.  Bütün  oğlanların  belə  bir  xoş  hiss  keçirdiyini  anlamaq  çətin 
deyildi.  Elə  bunun  üstündə  uzun  müddət  qısqanclıqdan  iztirab  çəkmişdim.  Sonra  qızın 
məmələrinin  dik  görünüşündən  ehtiraslanan  oğlanların  hərəkətlərilə  bağlı  getdikcə 
özümdən asılı olmadan təfərrüata varmağa başladığımı hiss edirdim. Hətta yaxın dostum 
Saşanın da bundan vəcdə gəldiyinə əmin olurdum. Dostumun edə biləcəyi intim xarakterli 
bütün  hərəkətləri  xəyalıma  gətirir,  yalnız  bunun  ətrafında  fikirləşir,  təəccüblü  də  olsa, 
əvvəllər  qısqanclıqdan  əzab  çəkib  üzüldüyüm  halda,  indi  bunları  gözlərimin  qabağına 
gətirməyimdən sanki xoşhal olurdum. Sevdiyim qızın məmələrinə diqqətlə göz gəzdirən 
oğlanın  onun  koftasını  çıxartdığını,  öpüşə  qərq  edərək  yatağa  apardığını,  sonra  cinsi 
əlaqəyə girdiyini təsəvvür etdikcə bütün bədənimi qəribə hiss bürüdüyünü başa düşürdüm. 
Belə bir vəziyyətdə oğlanın hansı hisslər keçirdiyini özüm üçün aydınlaşdıranda bundan 
məmnun  olur  və  çox  təsirlənirdim.  Bütün  bunların  məni  çox  ehtiraslandırdığını,  sanki 
ağlımı əlimdən aldığını özümlə söhbətimdə artıq etiraf etməli olurdum.  
Amma  Svetadan  ayrılmaq  fikrində  deyildim.  Onunla  ilk  dəfə  cinsi  əlaqədə 
olarkən həddən ziyadə oyanmağıma baxmayaraq yavaş-yavaş və ehtiyatla hərəkət etməyi 

120 
 
qarşıma  məqsəd  qoymuşdum.  Svetanın  mənim  seks  təklifimə  heç  vaxt  rədd  cavabı 
verməməsi üçün ilk cinsi yaxınlığın uğurlu alınmasına çalışırdım. Hər şey elə gözlədiyim 
kimi də oldu, ilk cinsi əlaqə qızın xoşuna gəlmişdi. Sonra cinsi əlaqələrimiz intensiv hal 
aldı, ələ düşən hər fürsətdən maksimum yararlanırdıq. Cinsi əlaqəyə girmək üçün istənilən 
imkandan  istifadə  edirdik.  Hətta  bir  çox  hallarda  kifayət  qədər  riskli  addımlar  atırdıq. 
Xüsusən  qızın  yaşadığı  evin  yaxınlığında  elə  küçədəcə  cinsi  yaxınlıqda  olmağımız  hər 
ikimizin  xoşuna  gəlirdi.  Halbuki  qızın  ata  və  anası  hasarın  digər  tərəfindəki  bostanda 
işləyir, tez-tez orada eşələnirdi. Başqalarının bizi cinsi əlaqə vaxtı yaxalaya biləcəyini yaxşı 
başa  düşsək  də,  ancaq  bunu  təkrarlamaqda  davam  edirdik.  Bir  dəfə  dostum  bizim 
üstümüzə çıxdı. Doğrusu, biz artıq cinsi aktı başa çatdırmışdıq, lakin Sveta trususunu hələ 
əyninə geyinməmişdi. Elə həmin andaca Saşanın onun çılpaq cinsiyyət orqanlarını görə 
bildiyinə  əmin  olduğumdan  yalnız  bu  barədə  fikirləşirdim.  Həmin  fikirlər  məni  elə 
ehtiraslandırmışdı  ki,  hərəkətlərimə  nəzarət  etməyimə  gücüm  qalmamışdı.  Təzəcə  cinsi 
əlaqədə olmağıma baxmayaraq bütün vücuduma xoş bir hiss hakim kəsilmişdi. Getdikcə 
güclənməkdə olan hissin tükənməsini istəmirdim. Az qala trusuya «qurtaracaqdım». Yəqin 
ki, dostum bizi münasib olmayan məqamda yaxaladığına görə mənim həyəcan keçirdiyimi 
fikirləşirdi.  
Sonra  biz  evləndik,  ancaq  dostlarımızla  əlaqə  saxlayırdıq.  Dostum  Saşa  bizə 
gəlirdi. Onda dostumun hələ öz evi yox idi. Mən və Sveta artıq ər və arvad kimi yaşamağa 
başladığımız vaxt bəzən bir-birimizi çılpaq halda fotoqrafiyalayırdıq. Çox vaxt mən onun 
foto  ilə  şəklini  çəkirdim.  Bütün  fotoları  ailə  albomunda  onun  cildinə  yapışdırılmış 
konvertin içərisində saxlayırdıq. Bir dəfə dostum Saşa konverti aşkara çıxardı. Arvadımın 
çılpaq  fotolarını  ona  göstərdim.  Saşa  fotolara  baxdıqca  çox  ehtiraslandığını  məndən 
gizlətmədi. Onun ereksiya vəziyyətini almış cinsiyyət üzvü yaxşıca «dirəyə» çevrilmişdi. 
Eyni  vəziyyət  öz-özünə  məndə  də  yarandı.  Çox  ehtiraslandığımızdan  bir  yerdə 
masturbasiya  edərək  çılpaq  Svetanın  fotosu  üzərinə  torumumuzu  tökməyimizdən 
«xəbərimiz olmamışdı».  
Biz şəhərdə yaşasaq da, qəsəbədən olan köhnə dostlarımızla arabir görüşürdük. 
Günlərin birində onlarla bir yerdə mənim maşınıma əyləşib qonşu kənddəki gölə çimməyə 
getdik.  Adamın  sayı  çox,  maşında  yer  məhdud  olduğundan  qabaq  oturacaqda  Svetanın 
yanında  Saşa  da  özünü  birtəhər  pərçim  etmişdi.  Arxa  oturacaqda  iki  cüt  əyləşmişdi. 
Nəzərdə  tutduğumuz  yerə  gəlib  çatanda  hələ  maşında  ikən  bütün  cütlər  «əmişməyə» 
başlamışdı. Əlbəttə, mən və Sveta bir-birimizə sarıldıq. Yalnız Saşa qıraqda tək qalmışdı. 
Dostum  bizi  maraqla  müşahidə  edirdi.  Dostumun  kənarda  qalmasını  istəmədiyimdən 
Svetanın futbol köynəyini yuxarı çəkərkən onun əllərini götürüb arvadımın çılpaq döşləri 
üstünə qoydum. Dostum Svetanın döşlərini bir balaca əlləşdirdi, lakin arvadım bunu hiss 
etmədi.  Sonra  hamımız  maşından  çıxıb  suya  tərəf  qaçdıq.  Oğlanlarda  tam  çılpaq  halda 
çimmək  ideyası  yarandı.  Hamı  bu  qeyri-adi,  qəribə  ideyanı  dəstəklədi.  Ancaq  qadınlar 
trusularını  çıxardan  kimi  futbol  köynəkləri  vasitəsilə  özlərinin  ayıb  yerini  örtməyə 
başladılar. Mən arvadımı kürəyimə mindirib suda gəzdirməyə başladım. Saşanın bizə tərəf 
üzdüyünü  görəndə  qəsdən,  bilə-bilə  arvadımın  döşlərini  çılpaq  hala  gətirdim.  Saşa  bir 
qədər sərxoş olduğundan cürətlənərək zarafatlaşmaq üçün Svetanın əlindən yapışdı və onu 
suyun  dərinliyinə  çəkdi.  Sveta  onun  əllərində  çırpınıb  çapalayır  və  ciyildəyərək 

121 
 
buraxılmasını  tələb  edirdi.  Saşa  arvadımı  gətirib  əvvəlki  yerinə  qoydu.  Ancaq  arvadım 
sahilə  tərəf  qaçdı.  Biz  bir-birimizə  heç  bir  söz  demədən  bir  qədər  kənara  çəkildik  və 
hamılıqla suda üzüaşağı üzməyə başladıq. Artıq dostumun mənim arvadıma göz dikdiyinə, 
onunla  cinsi  əlaqədə  olmaq  istədiyinə  şübhəm  qalmamışdı.  İndi  mən  bunu  necə  həyata 
keçirmək haqqında fikirləşirdim». 
Söhbətin heç bir fantaziyaya uymadan, səmimi edildiyi dərhal sezilir. Burada bir 
neçə  nüans  diqqəti  cəlb  edir.  Birincisi,  ərdə  lap  yeniyetməlik  dövründən  kandaulezizm 
yarandığı  aydın  görünür.  İlk  vaxtlar  qısqanc  olan  həmin  kişidə  sonradan  tədricən 
kandaulezizm  müşahidə  edilməyə  başlayır.  İkincisi,  arvadda  ekshibisionizm  əlamətləri 
(büsthaltersiz  gəzməyə  vərdiş  etmə,  başqalarına  çılpaq  halda  görünməkdən  çəkinməmə, 
habelə  doqqinq  nişanəsi  (göz  qabağında  elə  küçədəcə  cinsi  əlaqəyə  girmə)  özünü  aşkar 
şəkildə büruzə verir. Əks təqdirdə küçədə ata-anasının hər zaman görə biləcəyi bir yerdə 
cinsi  əlaqəyə  girməz,  maşının  qabaq  oturacağında  yanında  başqa  bir  adam  ola-ola  ərinə 
sarınmazdı. Üçüncüsü, ərdə kandaulezizm sürətlə proqressivləşmə tipi üzrə cərəyan edir. 
İlk vaxtlar sevdiyi qızın döşlərinin paltar  altından hiss edilməsinə qısqanan oğlanın çox 
keçmədən  kandaulezistik  məzmunlu  dərin  fantaziyalara  qapılması,  dostu  ilə  bir  yerdə 
arvadının  çılpaq  şəkillərinə  baxaraq  masturbasiyaya  qapılması,  hətta  həyat  yoldaşının 
erotik  fotoları  üzərinə  hər  ikisinin  eyakulyasiya  etməsi,  göldə  çimərkən  rastlaşdığı 
mənzərədən  sonra  dostu  ilə  arvadının  cinsi  əlaqəsinin  necə  həyata  keçirilməsinin  təşkili 
ətrafında  fikirləşməyə  başlaması  qeyri-adi  meylin  proqressivləşən  tipli  olmasının  bariz 
əlamətləridir. Dördüncüsü, cəmiyyətdə seksual tələbatın aşkarda ödənilməsi tendensiyası 
və  əxlaqın  eroziyaya  uğraması  müşahidə  edilir.  Hələ  evlənməmiş  cütlərin  elə  küçədəcə 
cinsi  əlaqədə  olmaları,  maşında  əyləşən  cütlərin  bir-birinin  yanında  öpüşüb-
qucaqlaşmaları, iştirakçıların hamısının tam çılpaq halda çimmələri və bunun ardınca çılğın 
hərəkətlərə  yol  vermələri  seksual  tələbatın  ibtidai  insanlara  xas  olan  tərzdə  abırsızlıqla 
təmin edilməsinin bariz nümunələridir. Beşincisi, dostun yaranmış vəziyyətdən öz seksual 
tələbatını ödəməsi üçün xəyanətkarlıqla istifadə etməsi diqqətdən kənarda qalmır. Halbuki 
əsl  dost  heç  vaxt  belə  addım  atmaz,  özünə  qardaş  bilib  möhkəm  münasibət  qurduğu 
adamın  həyat  yoldaşına  pis  nəzərlərlə  baxmaz.  Əgər  dostun  kandaulezizmdən  əziyyət 
çəkdiyi aşkara çıxarılarsa, saf dostyana münasibətə sadiq qalaraq onu vaxtında agah etmək, 
yaxşı  bir  şey  vəd  etməyən  qeyri-adi  istəyindən  daşındırmağa  çalışmaq,  lazım  gələrsə 
mütəxəssisin yanına aparmaq daha ağıllı və məqsədəuyğun yoldur.  
Arvadın  başqa  kişilərlə  cürbəcür  seksual-erotik  hərəkətlərə  yol  verməsi,  hətta 
onlarla cinsi əlaqəyə girməsi nəticəsində ərdə seksual oyanma və təminolunma meydana 
çıxmasından ibarət olan pozğunluğa koital kandavlizm (candaulismus coitalis) deyilir. Belə 
hal başqa sözlə koital təmaslı kandavlizm də adlanır.  
Koital kandavlizmdən əziyyət çəkən kişinin vəziyyəti sözün həqiqi mənasında 
acınacaqlı olur. Belə kişinin keçirdiyi hisslər çox dəhşətlidir: «Arvadımın elə yanımdaca 
özünü tam olaraq başqa kişinin ixtiyarına verdiyini, ona ləzzət bəxş etdiyini, dili ilə onun 
cinsiyyət  üzvünü  oxşadığını,  onunla  cinsi  əlaqəyə  girdiyini,  içəriyə  qurtarmasını  xahiş 
etdiyini,  bundan  sonra  onun  vaginasından  yad  kişinin  spermasının  axdığını  müşahidə 
etmək, kənardan izləmək, bütün bunları öz gözlərimlə görmək istəyirəm». 

122 
 
Koital  kandavlizm  bayaqdan  barəsində  məlumat  verilən  meyl  pozğunluğunun 
«finalı»  hesab  edilir.  Burada  başlıca  şərt  arvadın  cinsi  əlaqədə  olması  və  bunu  kənar 
kişilərin görməsidir. Lakin arvad başqa kişinin ixtiyarına verilə bildiyi kimi, verilməyə də 
bilər. Buna görə koital təmaslı kandavlizmin aşağıdakı növlərini ayırd etmək olar: 
1.  Seksual  partnyorun  başqa  kişiyə  verilməməsilə  səciyyələnən  koital 
kandavlizm:  a)  seksual  partnyorun  başqa  kişiyə  verilməməsi  şərtilə  cinsi  əlaqənin  açıq 
yerdə  getməsilə  səciyyələnən  koital  kandavlizm;  b)  seksual  partnyorun  başqa  kişiyə 
verilməməsi şərtilə cinsi əlaqənin qapalı yerdə getməsilə səciyyələnən koital kandavlizm. 
2.  Seksual  partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsilə  səciyyələnən  koital 
kandavlizm:  a)  seksual  partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsi,  lakin  ərin  özünün 
iştirak etməməsilə səciyyələnən koital kandaulezizm; b) seksual partnyorun başqa kişinin 
ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməsilə səciyyələnən koital kandaulezizm. 
Seksual partnyorun başqa kişiyə verilməməsilə səciyyələnən koital kandavlizm 
zamanı ekshibisionizm elementləri üstünlük təşkil edir. Bu zaman ərlə arvad bir yerdə elə 
cinsi  əlaqədə  olur  ki,  onların  girdikləri  aktı  başqalarının  aydın  seyr  etmələri  üçün  şərait 
yaransın. Odur ki, həmin hadisənin özünün iki variantı ayırd edilir: a) seksual partnyorun 
başqa kişiyə  verilməməsi  şərtilə  cinsi  əlaqənin  açıq  yerdə getməsilə  səciyyələnən koital 
kandavlizm; b) seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin qapalı 
yerdə getməsilə səciyyələnən koital kandavlizm 
Seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin açıq yerdə 
getməsilə  səciyyələnən  koital  kandavlizm  gec-gec  rast  gəlinən  haldır.  Buna  başqa  sözlə 
doqqinqlə qovuşmuş kandavlizm də deyilir. 
Seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin qapalı yerdə 
getməsilə səciyyələnən koital kandavlizm də çox müşahidə olunmur. 
Əksər hallarda kənardan bir nəfərin baxması kandaulezist ərin təmin olunması 
üçün kifayət edir. Məsələn, kandaulezizmə mübtəla olmuş ər dostunu çağırıb ondan xahiş 
edir  ki,  arvadı  ilə  cinsi  əlaqəsinə  kənardan  tamaşa  etsin.  Amerika  Birləşmiş  Ştatlarının 
Federal Təhqiqatlar Bürosunun agenti Robert Filip Henssen (Robert Philip Hanssen) məhz 
belə kandavlistlərdən biri kimi tarixə düşmüşdür.  
Bəzi hallarda ərlə arvadın cinsi əlaqəsinə kənardan çoxlu sayda insanın tamaşa 
etməsinə  bir  tələbat  yaranır.  Əlbəttə,  belə  bir  tələbatı  ödəyə  bilmək  üçün  ər  arvadını 
götürüb insanların sekslə məşğul olmaq üçün toplaşdıqları kluba gedir, həyat yoldaşı ilə 
məhz orada cinsi əlaqəyə girir. Kluba gələn cütlər adətən partnyorlarını dəyişdikləri halda, 
kandaulezist  ər  və  onun  arvadı  heç  bir  ailəyə  qoşulmur,  bir  kimsəni  yanlarına  çəkmir, 
sadəcə  özləri  üçün  sekslə  məşğul  olurlar.  Belə  hallarda  ər  onun  arvadının  necə  cinsi 
əlaqədə  olduğunu  kənardan  çoxlu  sayda  insanın  izləyə  biləcəyini  fikirləşir  və  bundan 
seksual təminolunma əldə edir.   
Koital  kandavlizmin  xas  olduğu  ər  arvadını  çılpaq  halda  yalnız  elə  kişilərə 
göstərmək  istəyir  ki,  onlardan  libidonun  istiqamətlənməsi  baxımından  həmişə  real 
«təhlükə»  gözlənilir.  Arvadına  əl  uzada,  onu  yatağına  sürükləyə  bilən  kişilər  koital 
kandaulezizmə malik əri daha çox maraqlandırır. Ərin öz arvadını başqa kişilərin ixtiyarına 
verməsinin  müxtəlif  yolları  vardır.  Həmin  yollardan  və  kişinin  tutacağı  mövqedən  aasılı 
olaraq  seksual  partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsilə  səciyyələnən  koital 

123 
 
kandavlizm  iki  növə  bölünür:  a)  seksual  partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsi, 
lakin  ərin  özünün  iştirak  etməməsilə  səciyyələnən  koital  kandaulezizm;  b)  seksual 
partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsi,  lakin  ərin  özünün  iştirak  etməsilə 
səciyyələnən koital kandaulezizm. 
Nadir  hallarda  kandaulezizmdən  əziyyət  çəkən  ər  arvadının  başqa  kişilərlə 
görüşməsinə şərait yaradır, buna təhrik edir, lakin özü kənardan seyrçi mövqeyini tutmur, 
yalnız  sonra  həyat  yoldaşından  keçirdiyi  görüşü  təfsilatı  ilə  danışmasını  xahiş  edir. 
Arvadının başqa kişi ilə keçirdiyi cinsi əlaqəni hərtərəfli təsvir etməsini dinləyən ər hədsiz 
ehtiraslanır. Bundan sonra şəhvətin gücündən daha özünü saxlaya bilməyən ər «cürətli» 
arvadına sarılaraq onunla təmtəraqlı cinsi əlaqə yaşayır. Belə hal seksual partnyorun başqa 
kişinin  ixtiyarına  verilməsi,  lakin  ərin  özünün  iştirak  etməməsilə  səciyyələnən  koital 
kandaulezizm adlanır.  
Arvadını  başqa  kişilərlə  cinsi  əlaqəyə  girməyə  təhrik  etmənin  növbəti 
variantında ərin özü seksual yaxınlığı izləmək (dinləmək, görmək) və yaxud prosesdə özü 
iştirak etmək iqtidarında olur. Odur ki, belə hal seksual partnyorun başqa kişinin ixtiyarına 
verilməsi, lakin ərin özünün iştirak etməsilə səciyyələnən koital kandaulezizm adlanır. 
Seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak 
etməsilə  səciyyələnən  koital  kandavlizm  zamanı  parafiliyaların  müxtəlif  formaları  aşkar 
surətdə  bir-birinə  qovuşur.  Bir  yerdə  rast  gəlinən  parafiliyaların  təbiətindən  asılı  olaraq 
seksual  partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsi,  lakin  ərin  özünün  iştirak  etməsilə 
səciyyələnən koital kandavlizmin üç variantı fərqləndirilir: a) akustisizmlə qovuşmuş koital 
kandavlizm; b) vizionizmlə qovuşmuş koital kandavlizm; c) plüralizmlə qovuşmuş koital 
kandavlizm. 
Bəzi  hallarda  ər  arvadını  başqa  kişi  ilə  cinsi  əlaqəyə  təhrik  edir,  lakin  özü 
qapının arxasından, yaxud divarın digər tərəfindən onların cinsi əlaqə zamanı çıxardıqları 
intim xarakterli səslərə qulaq asır və bundan seksual tələbatının tam təmin olunduğunu hiss 
edir.  Çox  nadir  hallarda  rast  gəlinən  həmin  hadisə  akustisizmlə  qovuşmuş  koital 
kandavlizm adlanır. 
Əksər  hallarda  ər  arvadını  başqa  kişi  ilə  yataqda  olmağa  təhrik  edir,  özü  isə 
kənardan əvvəlcədən müəyyənləşdirdiyi xəlvəti bir yerdən onların cinsi əlaqəsini müşahidə 
edir  və  bundan  hədsiz  ehtiraslanır.  Ər  seyrçi  mövqeyini  tutduğuna  görə  onun  mübtəla 
olduğu  meyl  pozğunluğunun  həmin  variantı  vizionizmlə  qovuşmuş  koital  kandavlizm 
adlanır.  Belə  hallarda  kişi  öz  arvadını  başqa  kişinin  yatağında  görmək  və  onların  cinsi 
əlaqəsinə  kənardan  baxmaq  istəyir.  Məşhur  Ukrayna  həkimi  və  alimi,  seksoloq  və 
androloq,  tibb  elmləri  doktoru,  professor  Nikolay  İvanoviç  Boyko  qeyd  edir  ki,  klinik 
praktikasında dostu ilə arvadının cinsi akta girməsini və onlara tamaşa etməsini arzulayan 
kişi ilə rastlaşmışdır [25]. 
Əgər  ər  özü  kənardan  müşahidə  etmək  şərtilə  arvadını  başqa  kişi  ilə  cinsi 
əlaqəyə girməyə razı salmışdırsa, buna çox sevinir. Belə hallarda ər arvadının başqa kişi ilə 
yatmasını, özünün isə gizlincə, əvvəlcədən özünün müəyyənləşdirdiyi sahədən, məsələn, 
qonşu  otağın  qapısındakı  deşikdən  və  sairə  yerlərdən  onları  müşahidə  etmək  fikrində 
olmasını bildirir. Ancaq arvad edilən qeyri-adi təklifdən özünü itirir. Əksər hallarda ərini 
sevən arvad onun təklifinə müsbət cavab verir. Arvadını başqa kişi ilə görüşməyə təhrik 

124 
 
etmiş və məqsədinə nail olmuş ər özü xəlvəti bir yerdə dayanaraq kənardan bunu izləyir. 
Deşikdən müşahidə edilən arvadın yataqdakı davranışı istər-istəməz təbii məcradan kənara 
çıxır. Çünki arvad kənardan ərinin onları izlədiyini qabaqcadan bilir, yaxud bunu böyük 
ehtimalla gözləyir. Ancaq kandaulezist ərin bundan aldığı həzz heç bir ölçüyə sığmır. Bu 
zaman arvadının başqa kişi ilə cinsi yaxınlıqda olmasını diqqətlə izləyən ər bundan hədsiz 
ehtiraslanır və çox vaxt masturbasiya edir, yaxud «seksual tanışdan» aralanan kimi həyat 
yoldaşına sarılıb özünün seksual tələbatını təmin edir. 
Lakin  gözləmədiyi  cinsi  yaxınlıqdan  sonra  arvadda  ərinə  qarşı  nifrət,  ondan 
iyrənmə formalaşa bilər. Bu baxımdan bir pasiyent qadının öz əri haqqında danışdıqlarını 
xatırlamaq kifayətdir. Məşhur rus psixiatrı, psixiatriyada nozoloji istiqamətin banilərindən 
və Moskvada psixiatriya üzrə elmi məktəbin əsasını  qoyanlardan biri Sergey Sergeyeviç 
Korsakov
123
 belə bir nümunə gətirmişdir ki, pasiyentlərindən birinin əri günlərin birində öz 
arvadının  qarşısında  diz  çöküb  gözlərinin  yaşını  axıda-axıda  tanışlarından  bir  nəfərə 
verməsinə, bu azmış kimi üstəlik özünün qonşu otaqdakı xüsusi dəlikdən onların seksual 
yaxınlığını bütün təfərrüatı ilə görməsinə (cinsi aktı müfəssəl surətdə izləyə bilməsinə) görə 
yalvarır.  Ər  özünün  istəyini  belə  əsaslandırmağa  çalışır:  «Əzizim,  mən  sənin  yataqdakı 
müvəffəqiyyətlərini təfsilatlı görmək istəyirəm!» Ərini çox sevən və rədd cavabı verdiyi 
təqdirdə onun ümidsiz vəziyyətə düşdüyünü görən arvad qeyri-adi təkliflə razılaşmalı olur. 
Ərinin  sözlərinə  görə,  cinsi  aktı  müşahidə  edərək  heç  vaxt  keçirmədiyi  bir  məmnunluq 
duyur, misli-bərabəri olmayan səviyyədə təminolunma hiss edir. Ancaq bundan sonra əri 
ikrah hissi doğurduğundan arvad həkimə  müraciət  edir.  Şübhəsiz ki,  arvadının tanış bir 
kişiyə  verməsini  istəyən,  özü  isə  qonşu  otağın  qapısındakı  deşikdən  onların  cinsi 
yaxınlığını müşahidə etmək fikrinə düşən, buna nail olmaqdan ötrü diz çökərək və göz 
yaşları  axıdaraq  həyat  yoldaşına  yalvaran  ərdə  vizionizmlə  qovuşmuş  kandaulezizm 
olduğu  heç  bir  şübhə  doğurmur.  Bu  barədə  məşhur  rus  seksoloqları  Vasili  İvanoviç 
Zdravomıslov, Zosya Yefimovna Anisimova və Sergey Sergeyeviç Libix tərəfindən 1985-
ci  ildə  ərsəyə  gətirilən  «Funksional  qadın  seksopatologiyası»  adlı  kitabda  məlumat 
vermişlər  [31;  32].  Bundan  başqa,  məşhur  rus  psixoloqu  və  pedaqoqu  Valentina 
Mixaylovna Seluyko
124 
tərəfindən 2003-cü ildə qələmə alınan «Qeyri-ənənəvi məhəbbətin 
psixologiyası»  [53],  həmçinin  2008-ci  ildə  nəşr  etdirilən  «Qeyri-ənənəvi  məhəbbətin 
psixologiyası.  Öz  seksual  davranışından  necə  baş  çıxartmalı»  [54]  kitablarında  həmin 
məlumat bir daha xatırladılmışdır. 
Seksual  partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsilə  səciyyələnən  koital 
kandavlizmin  sonuncu  variantında  plüralizmlə  birləşmə  müşahidə  edilir.  Odur  ki,  cinsi 
münasibətlərin həmin variantı plüralizmlə qovuşmuş koital kandavlizm adlanır. Sonuncu 
halda  təmtəraqlı  elementlərin  qatılması  ucbatından  kandavlizm  rəngarəng  bir  şəkil  alır, 
çünki həm ekshibisionizm və vizionizm, həm də doqqinq və digər meyl formalarına xas 
aktivlik eyni vaxtda bir məkanda təzahür edir. 
Aydındır  ki,  belə  hallarda  kandaulezist  ər  arvadı  ilə  svinqdə  iştirak  etməyə 
təşəbbüs göstərə bilər. Odur ki, buna svinger koital kandavlizmi deyilir. Həqiqətən kişinin 
öz  arvadı  ilə  svinqdə  iştirak  etməsi  hesabına  kandaulezistik  tələbatını  təmin  etməsi 
mümkündür. Elə buna görə həmin hadisə svinq kandaulezizmi adlanır. Təsadüfi deyildir 
ki, bəzi hallarda məhz kandaulezistik meyl pozğunluğu ucbatından tərəflər qrup seksində 

125 
 
iştirak edə bilərlər. Lakin başqa situasiyalardan fərqli olaraq belə hallarda «dişdoğrayan» 
səhnələrin yer alması hökmən tələb edilmir. 
Son  illərdə  dünyanın  hər  yerində  sving  populyarlıq  qazanır  və  sürətlə  yayılır. 
«Svinger turizmi», yaxud sadəcə «sving turizmi» deyilən bir anlayış yaranmışdır. Svinger 
turizmi sabit, davamlı seksual cütlərin səfərini nəzərdə tutan bir turizm növüdür ki, həmin 
səyahəti  etməkdə  güdülən  məqsədlərdən  biri  seksual  partnyorların  müvəqqəti 
dəyişdirilməsi  –  svinq  ilə  məşğul  olmaqdır.  Svingerlər  üçün  dünyanın  müxtəlif 
regionlarında  gecə  klubları  (sving  klubları),  otellər  (sving  otelləri)  və  turistik 
infrastrukturun digər elementləri təşkil edilmişdir. 
Artıq  əxlaqın  köklü  surətdə  dəyişikliyə  uğraması  fonunda  seksual  partnyor 
mübadiləsi  tez-tez  rast  gəlinən  bir  hadisəyə  çevrilmişdir.  Buna  görə  arvadı  ilə  svingdə 
iştirak  etmə  halları  getdikcə  çoxalır.  Arvadın  svingdə  iştiraka  razılıq  verməsi  elə  asan 
deyildir. Ancaq kandavlist ər bunun da yollarını fikirləşib tapır.  
Bəzən ərin svingdə iştirak təklifinə arvadın tez, dərhal razılıq verməsi müşahidə 
olunur. Bu yerdə bir lətifə yada düşür. Ər arvadına sving klubuna getməyi təklif edir, qeyri-
adi  təklifdən  sonra  həyat  yoldaşının  kəskin  reaksiya  verəcəyini  gözləyir.  Ancaq  buna 
baxmayaraq  arvad  dərhal  razılıq  verir.  Sözünü  bitirib  müsbət  cavab  alan  ər  öz-özünə 
fikirləşir: «Bu pozğunla kluba gedim, yoxsa boşanmaq üçün məhkəməyə?» 
Son  illərdə  plüralizmlə  qovuşmuş  koital  kandavlizmin  bir  forması  kimi  ərlə 
arvada  üçüncü  tərəf  qoşulur.  Əgər  həqiqətən  kandaulezist  ər  buna  nail  olursa,  onda  baş 
verən hadisə triolizmlə qovuşmuş kandaulezizm adlanır.  
Triolizmə mübtəla olan kişilərdən bir qismi hər hansı ərin gözləri önündə, yaxud 
xəlvəti baxdığı şəraitdə onun arvadı ilə cinsi əlaqədə olmağı arzulayır. Bir kişinin arvadına 
tam yiyələnmək ehtirası onu axtarışa sövq edir. Təsadüfi deyildir ki, triolizm aktının baş 
tutmasında arvadın ərinin kandavlizmdən əziyyət çəkməsi çox mühüm rol oynayır. 
Bir qadın öz həyat yoldaşı və məşuqu ilə eyni yerdə yaşayırsa və tərəflərin hər 
üçü  bundan  məmnundurlarsa,  belə  «nikah»  artıq  «triqamiya»  adını  daşıyır.  Həmin 
«nikahda»  iştirak  edənlərin  mübtəla  olduqları  cinsi  meylin  özü  triolizm  adlanır.  Adətən 
tərəflər açıqlama verərkən mövcud vəziyyətdən razı qaldıqlarını bildirir, özlərini xoşbəxt 
hesab edir, mehriban ailələr kimi dolandıqlarını vurğulayırlar. Üçüncü adamın qoşulduğu 
«nikah»  müxtəlif  səbəblərdən  baş  tuta  bilər.  Birincisi,  qadın  həyat  yoldaşından  ayrılıb 
məşuqu ilə yaşamaq istəyir, lakin belə ayrılıq olmadan onlar bir yerdə həyat sürməyə qərar 
verirlər. İkincisi, ərlə arvaddan biri, yaxud ola bilsin eyni vaxtda hər ikisi üçüncü tərəfin 
yatağa  cəlb  edilməsini  arzulayır.  Adətən  üçüncü  tərəf  də  oxşar  arzuya  malik  insan 
olduğundan onların «sövdələşməsi» baş tutur. Nəhayət, üçüncüsü, qadının qanuni həyat 
yoldaşında  kandavlizm  əlamətlərinin  olması  istisna  edilmir.  Ola  bilsin  ki,  məhz  onun 
təşəbbüsü  və  təhriki  əsasında  yataqda  üçüncü  tərəf  peyda  olur.  Adətən  qadının  əri 
kandavlizmdən  əziyyət  çəkdikdə  başqa  kişinin  «nikaha»  qoşulmasına  etiraz  etmir,  bunu 
üzdə  büruzə verməsə də, əksinə, qəlbinin  dərinliyində baş verənlərə  görə hədsiz sevinir, 
çox məmnun qalır.  
Bir  çox  hallarda  arvadın  pornoqrafiyaya  və  yaxud  prostitusiyaya  (fahişəliyə) 
cəlb  edilməsinin  arxasında  ərin  ağır  kandavlistik  meyli  dayanır.  Ər  arvadını  belə  iyrənc 
yollara təhrik və yaxud məcbur edir. 

126 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin