Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11

 
Şəkil 84. Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo; 1696–1770) 
 

165 
 
1767-ci ildə dünyasını dəyişən C. B. Pittoni Venesiyada San Cakoço kilsəsində 
dəfn  olunmuşdur.  Sənətkar  özünün  axırıncı  işini  məhz  həmin  kilsə  üçün  icra  etmişdir. 
Sonuncu əsərində artıq neoklassisizmin təsiri duyulmuşdur. 
45
Etti Uilyam (ingiliscə William Etty; rusca Уильям Этти; 1787–1849) – ingilis 
naqqaşı. 
 
 
Şəkil 85. Uilyam Etti (William Etty). 1844-cü ilin oktyabrında Devid Oktavius 
Hill (David Octavius Hill) və Robert Adamsonun (Robert Adamson) çəkdikləri fotoşəkil 
əsasında yaradılmış avtoportret 
 
Uilyam  Etti  1787-ci  ilin  10  martında  Yorkda  anadan  olmuş,  1849-cu  ilin  13 
noyabrında elə orada vəfat etmişdir.  
46
Kolorist – 1) şəkildə boyaları düzməkdə mahir olan rəssam; kolorit ustası; 2) 
fabrikdə parça rəngləyən usta.  
47
Jozef Ferdinand Buassar de Buadenye (fransızca Joseph Ferdinand Boissard 
de Boisdenier; rusca Джозеф Фердинанд Буассар де Буаденье; 1813–1866) – fransız 
romantik rəssamı və naqqaşı. Çox vaxt qısaca olaraq Fernan Buassar (Fernand Boissard) 
adlandırılır. 
1813-cü  ilin  4  martında  Endr  departamentində  doğulmuşdur.  Əsasən  dini 
məzmunlu  mənzərələr  üzərində  işləmişdir.  1866-cı  ilin  1  dekabrında  53  yaşında  ikən 
Parisdə vəfat etmişdir. 
48
Hüqo  Viktor  Mari  (Victor  Marie  Hugo;  1802–1885)  –  fransız  yazıçısı  (şair, 
prozaik,  dramaturq),  fransız  romantizminin  başçısı  və  nəzəriyyəçisi.  1802-ci  ilin  26 
fevralında  Bezansonda  doğulmuşdur.  1841-ci  ildən  Fransa  Akademiyasının  üzvü 
olmuşdur. 1885-ci ilin 22 mayında 83 yaşında ikən Parisdə vəfat etmişdir. 
 

166 
 
 
Şəkil 86. Viktor Mari Hüqo (Victor Marie Hugo; 1802 – 1885) 
 
49
Bodler  Şarl  Pyer  (fransızca  Charles  Pierre  Baudelaire;  rusca  Шарль  Пьер 
Бодлер; 1821–1867) – fransız şairi, prozaik, tənqidçi, esseist və tərcüməçi, bütün sonrakı 
Avropa poeziyasının inkişafına təsir göstərmiş simvolizm və dekadans estetikasının banisi. 
 
 
 
Şəkil  87.  Şarl  Pyer  Bodler  (Charles  Pierre  Baudelaire;  1821–1867).  Fransız 
rəssamı,  karikaturaçı,  fotoqraf,  yazıçı  və  jurnalist  Etyen  Karjanın  (Etienne  Carjat) 
fotoqrafiyasından bir fraqment
 

167 
 
 
Şəkil 88. Şarl Pyer Bodlerin (Charles Pierre Baudelaire) avtoportreti 
 
 
Şəkil 89. Şarl Pyer Bodlerin (Charles Pierre Baudelaire) məzarı 
 
1821-ci  ilin  9  aprelində  Parisdə  doğulmuşdur.  1848-ci  il  inqilabında  iştirak 
etmiş, barrikadalarda vuruşmuş, lakin sonralar ictimai tərəqqiyə inamını itirmişdir. 1857-ci 
ildə «Şər çiçəkləri», 1860-cı ildə «Saxta cənnət», 1869-cu ildə «Kiçik mənsur poemalar» 
və  başqa  əsərlərində  dekadentliyin  ilk  əlamətləri  duyulur.  Lakin  yaradıcılığında  burjua 
mühitinə, zülmə, haqsızlığa qarşı üsyankarlıq və zəhmətkeşlərə rəğbət motivləri də ifadə 
olunmuşdur.  «Gözəllik  himni»,  «İnsan  və  dəniz»,  «Yaxşı  yalan»  və  digər  şeirləri 
Azərbaycan dilinə tərcümə edilmişdir. 
Həşişin  insan  orqanizminə  təsirinin  kifayət  qədər  aydın  başa  düşülən,  yaxşı 
anlaşılan təsvirlərindən  biri  məhz  Bodlerə  məxsusdur.  Onun qeydləri çətənə bitkisindən 
alınan  psixotrop  təsirli  məhsullar  haqqında  yazmış  bütün  sənətkarlar  üçün  uzun  illər 
ərzində bir etalon olmuşdur. Məşhur fransız psixiatrı, klinik psixofarmakologiyanın əsasını 
qoyanlardan  biri  Jak  Jozef  Moro  de  Tur  (Jacques-Joseph  Moreau  de  Tours)  tərəfindən 
təməli  qoyulan  «Həşişçilər  klubu»  onun  nəzərlərini  çox  cəlb  edir.  Bodler  1844-cü  ildən 
1848-ci  ilə  qədər  «Həşişçilər  klubu»na  getmiş  və  davamesk  qəbul  etmişdir.  Davamesk 
Şimali Afrika psixotrop məhsulu olub, tərkibində yüksək miqdarda tetrahidrokannabinolun 
olması  ilə  fərqlənir,  XVIII–XIX  əsrlərdə  Misirdə,  Tunisdə  və  Əlcəzairdə  populyar 

168 
 
olmuşdur. Xüsusən Əlcəzairdə çox istifadə edildiyinə görə ədəbiyyatların bir çoxunda onu 
«həşişin Əlcəzair növü», yaxud sadəcə «Əlcəzair həşişi» adlandırırdılar. 
Teofil  Qotyenin  şəhadətinə  görə,  klubun  həyatında  aktiv  iştirak  edən  Bodler 
«eksperimentləri  gedişində  həşişi  cəmi  bir,  yaxud  iki  dəfə  qəbul  etmişdir,  heç  vaxt  onu 
daimi  istifadə  etməmişdir.  Aptekdə  alınan  və  jiletin  cibində  daşınan  bu  xoşbəxtlik  onda 
ikrah  doğurmuş,  onun  ürəyini  bulandırmışdır».  Sonralar  Bodler  opiuma  öyrəşir,  lakin 
1850-ci  illərin  əvvəllərində  meylinin  qabağını  ala,  onun  öhdəsindən  gələ  bilir,  öz 
psixodelik təcrübəsi haqqında üç böyük məqalə yazır. Həmin məqalələr 1860-cı ildə «Süni 
cənnət» məcmuəsini təşkil etmişdir. Məqalələrdən ikisi kannabinoidlərə həsr olunmuşdur. 
1851-ci  ildə  «Çaxır  və  həşiş»,  1858-ci  ildə  «Həşiş  haqqında  poema»  dərc  edilmişdir. 
Bodler  onların  təsirinin  maraqlı  olduğunu  bildirmiş,  lakin  yaradıcı  şəxsiyyət  üçün 
qəbuledilməz hesab etmişdir. Bodlerin gəldiyi qənaətə görə, «çaxır insanı ünsiyyətcil edir 
və xoşbəxt göstərir, həşiş onu təcrid edir. Çaxır iradənin tərifini göylərə qaldırır, həşiş onu 
məhv edir». Buna baxmayaraq Bodler öz məqalələrində obyektiv müşahidəçi kimi çıxış 
edir, həşişin psixotrop effektlərini şişirtmir və artıq dərəcədə öyüd-nəsihət vermək istəmir. 
Buna  görə  öz  təcrübəsindən  çıxardığı  qeyri-qənaətbəxş,  kifayətləndirməyən  nəticələr 
müəyyən etimad payı olan məlumatlar kimi qavranılır, qəbul edilir. 
1865-ci ildə Bodler Belçikaya köçür. Cansıxıcı və darıxdırıcı Belçika həyatına 
nifrət etməsinə və sağlamlığının sürətlə pisləşməsinə baxmayaraq iki il yarımdan artıq bir 
müddətdə orada qalır. Namyurda Sen-Lu kilsəsində olarkən Bodler huşunu itirir və birbaşa 
daş pilləkənlərin üstünə yıxılır.  
1866-cı  ildə  Bodler  ağır  xəstələnir.  Şair  öz  naxoşluğunu  belə  təsvir  edirdi: 
«boğulma  başlayır,  fikirlərim  qarışır.  Yıxılma  duyğusu  meydana  gəlir,  başım  gicəllənir, 
çox güclü baş ağrısı yaranır, soyuq tər basır, qarşısıalınmaz apatiya başlayır». 
Məlum səbəblərə görə şair özündəki sifilis xəstəliyi haqqında qəsdən heç bir şey 
söyləməmişdir. Buna baxmayaraq xəstəlik hər gün onun halını pisləşdirir. 1866-cı ilin 3 
aprelində  Bodler  ağır  vəziyyətdə  Brüssel  xəstəxanasına  çatdırırlar,  lakin  anası  gəlib 
çıxdıqdan sonra onu mehmanxanaya köçürürlər. Həmin vaxt Bodler çox qorxunc, dəhşətli 
bir görünüş əldə etmişdi, belə ki, ağzı əyilmiş, baxışları büsbütün dayanmış, sözləri tələffüz 
etmək  imkanını  praktik  olaraq  tam  itirmişdir.  Xəstəlik  proqressivləşir  və  artıq  bir  neçə 
həftədən  sonra  fikirlərini  cəmləşdirib  fadə  edə  bilmir,  tez-tez  prostrasiyaya  qapılır  (ruh 
düşkünlüyü,  üzgünlük,  laqeydlik,  bezginlik),  artıq  yatağı  tərk  etməkdən  qalır.  Buna 
baxmayaraq  onun  bədəni  hələ  müqavimət  göstərməkdə  davam  edir,  şairin  idrakı 
(dərrakəsi) sönür. Onu Parisə köçürür və dəlilər üçün klinikada yerləşdirilir. 1867-ci ilin 31 
avqustunda elə oradaca dünyasını dəyişir. 
Monparnas qəbristanlığında dəfn olunur, bir vaxtlar nifrət etdiyi atalığı ilə eyni 
qəbirdə torpağa tapşırılır. 1871-ci ilin avqustunda dar məzar şairin anasının da cənazəsini 
qəbul edir. Müfəssəl epitafiyada Bodler haqqında cəmi üç sətir var: «General Jak Opikin 
oğulluğu  və  Karolina  Arşanbo-Defainin  oğlu.  1867-ci  ilin  31  avqustunda  Parisdə  46 
yaşında ikən vəfat etmişdir». Şair Bodler haqqında heç bir söz işlənməmişdir. 
50
Pradye
 
Jan  Jak  (fransızca  Jean-Jacques  Pradier;  rusca  Жан-Жак  Прадье; 
1790–1852)  –  İsveçrə  mənşəli  fransız  rəssamı  və  heykəltəraşı.  Bəzən  sadəcə  Ceyms 
Pradye (James Pradier) adlandırılır. 

169 
 
1790-cı ilin 23 mayında İsveçrənin Cenevrə şəhərində doğulmuşdur. 1852-ci ilin 
4 iyununda 62 yaşında ikən Fransanın Bujival şəhərində vəfat etmişdir.  
 
 
Şəkil 90. Jan Jak Pradye (Jean-Jacques Pradier)  
 
51
Şasserio  Teodor  (fransızca  Theodore  Chasseriau;  rusca  Теодор  Шассерио; 
1819–1856) – fransız rəssamı 
Teodor Şasserio 1819-cu ilin 20 sentyabrında Santo-Dominqo şəhərində anadan 
olmuşdur. 1856-cı ilin 8 oktyabrında Paris şəhərində 37 yaşında ikən vəfat etmişdir.  
 
 
Şəkil 91. Teodor Şasserio (Theodore Chasseriau). Avtoportret, 1835-ci il. 
 
52
Fransız  naqqaşı,  impressionist  hərəkatının  ən  görkəmli  və  orijinal 
nümayəndələrindən biri İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas) çox vaxt 
qısaca Edqar Dega (Edgar Degas) adlanır. 
İler-Jermen-Edqar  de  Qa  1834-cü  ilin  19  iyulunda  Paris  şəhərində  anadan 
olmuşdur. 1917-ci ilin 27 sentyabrında 83 yaşında vəfat etmişdir. 
 

170 
 
 
Şəkil 92. İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas). Avtoportret, 
1854–1855-ci il. Paris şəhərinin Orse muzeyində saxlanılır. 
 
53
Jerom  Jan-Leon  (fransızca  Jean-Leon  Gerome;  rusca  Жан-Леон  Жером; 
1824–1904) – fransız rəssamı, naqqaş və heykəltəraş, akademizm nümayəndəsi. 
1824-cü  ilin  11  mayında  Vezulda  doğulmuş,  1904-cü  ilin  10  yanvarında  80 
yaşında Parisdə vəfat etmişdir. 
 
 
Şəkil  93.  Jan-Leon  Jerom  (Jean-Leon  Gerome;  1824–1904).  XX  əsrin 
başlanğıcında çəkilmiş fotoqrafiya. 
 
54
«Neoyunan» (rusca «неогрек») – 1820-ci illərdə meydana çıxmış və klassik 
yunan nümunələrinə «qayıtmağa» əsaslanan arxitektura stili. 
55
Tragizm  (rusca  трагизм)  –  1)  ədəbiyyatda:  dram  əsərində  faciə  ünsürü, 
faciəvilik; 2) faciə, faciənin olması, faciəlilik. 

171 
 
56
Yu
 
Şarl  Dezire  (fransızca  Charles  Desire  Hue;  rusca  Шарль  Дезире  Ю) 
mənbələrdən bəzisində 1825-ci ildə, digərlərində isə 1830-cu ildə anadan olduğu göstərilir. 
Həmçinin ölüm tarixi dəqiq deyildir. Bəziləri 1880-ci, digərləri isə 1883-cü ildə öldüyünü 
yazırlar.  Sənətkarın  1830-cu  ildə  anadan  olduğunu  iddia  edənlər  onun  1880-ci  ildə  50 
yaşında vəfat etdiyini bildirirlər. Halbuki rəssamın 1825-ci ildə doğulduğunu güman edən 
müəlliflər onun 58 yaşında 1883-cü ildə dünyasını dəyişdiyini qeyd edirlər. 
57
Karre  Mişel  Antuan  Floranten  (fransızca  Michel  Antoine  Florentin  Carre; 
rusca  Мишель  Антуан  Флорантен  Карре;  1821  –  1872)  –  fransız  dramaturqu  və 
librettisti.  
1821-ci ilin 20 oktyabrında Bezansonda doğulmuşdur. 1872-ci ilin 27 iyununda 
arjanyoyda vəfat etmişdir.  
Qeyd  edək  ki,  Mişel  Antuan  Floranten  Karre  çox  vaxt  «ata  Mişel  Karre» 
adlandırılır,  çünki  fransız  kinorejissoru,  ssenarist,  aktyor  və  librettist  Mişel  Karrenin 
atasıdır. Müvafiq olaraq sonuncu «oğul Mişel Karre» adlandırılır. 
58
Dias Ejen (fransızca Eugene Diaz; rusca Эжен Диас) bir çox mənbələrdə Ejen 
Diaz kimi yazılır. 
59
Sen-Jorj Jül-Anri Vernua de (fransızca Jules-Henri Vernoy de Saint-Georges; 
rusca  Жюль-Анри  Вернуа  де  Сен-Жорж;)  –  məşhur  fransız  dramaturqu  və  prozaiki, 
nəhəng miqdarda opera və balet librettolarının müəllifi. 
1799-cu ilin 7 noyabrında Parisdə doğulmuşdur. Lakin mənbələrin bəzilərində 
onun 1799-cu ildə deyil, iki il sonra 1801-ci ildə dünyaya gəldiyi qeyd edilir. 1875-ci ilin 
23 dekabrında vəfat etmişdir. 
Onun tərəfindən yazılan və musiqiçilərin diqqətini cəlb edən libretto rus dilində 
ilk dəfə yalnız 2012-ci ildə nəşr olunmuşdur. 
 
 
Şəkil 94. Jül-Anri Vernua de Sen-Jorj (Jules-Henri Vernoy de Saint-Georges; 
1799/1801–1875) 

172 
 
 
60
Puni Sezar (italyanca Cesare Pugni; rusca Цезарь Пуни) – italyan bəstəkarı. 
Doğularkən  adı  Çezare  Punyi  olmuşdur.  1802-ci  ilin  31  mayında  Sardinsk  krallığında 
Genuyada doğulmuşdur. Milan, Paris, London və Sankt-Peterburq teatrlarında işləmişdir. 
312  baletin,  10  operanın,  40  messin,  həmçinin  simfoniya,  kantata  və  digər  əsərlərin 
müəllifi olmuşdur. 1870-ci ilin 14 yanvarında 67 yaşında ikən Rusiya imperiyasının Sankt-
Peterburq şəhərində vəfat etmişdir.  
 
 
Şəkil 95. Sezar Puni (Cesare Pugni; 1802–1870) 
 
61
Petipa  Marius  İvanoviç  (fransızca  Marius  Petipa;  rusca  мариус  Иванович 
Петипа;  1818–1910)  –  fransız  və  rus  balet  solisti,  baletmeyster,  teatr  xadimi  və  balet 
pedaqoqu. 

173 
 
 
Şəkil 96. Marius İvanoviç Petipa (Marius Ivanovich Petipa) 1898-ci ildə  
 
1818-ci ilin 1 martında Fransanın Marsel şəhərində doğulmuşdur. 1910-cu ilin 1 
iyulunda  92  yaşında  Rusiya  imperiyasının  Tavri  quberniyasının  Qurzuf  şəhərində  vəfat 
etmişdir.  
62
Jid  Andre  Pol  Giyom  (fransızca  Andre  Paul  Guillaume  Gide;  rusca  Андре 
Поль Гийом Жид; 1869–1951) – fransız yazıçısı, prozaik, dramaturq və esseist. 
 
 
Şəkil 97. Andre Pol Giyom Jid (Andre Paul Guillaume Gide) 1920-ci ildə 
 
A.  Jid  təkcə  XX  əsr  fransız  ədəbiyyatına  deyil,  eyni  zamanda  fransızların  bir 
neçə nəslinin əhvali-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.  

174 
 
Andre  Jid  1869-cu  ilin  22  noyabrında  Parisdə  doğulmuşdur.  1893-cü  ildə  24 
yaşı  olarkən  ağciyərlərinin  ağır  xəstəliyindən  (vərəmə  şübhə  olmaqla)  sonra  Andre  Jid 
müalicə  olunmaq  məqsədilə  Şimali  Afrikaya  yollanmışdır.  Orada  gənc  ərəblər  təzə-təzə 
yazmağa başlayan yazıçının bircinsli məhəbbətə qoşulan həqiqi təbiətini aşkara çıxarırlar. 
1893-cü  və  1895-ci  illərdə  Afrika  boyunca  səyahətlərdən  aldığı  təəssüratlar  1902-ci  ildə 
işıq üzü görən «İmmoralist» povestində öz əksini tapır. 
Özündən üç yaş böyük olan əmisi qızı, fanatik protestant və məşum qadın kimi 
ad  çıxaran  Madlen  Rondoya  bəslədiyi  məhəbbətin  fonunda  Jid  homoseksuallığını  başa 
düşür  və  bundan  narahat  olur,  çox  həyəcanlanır.  Qorxuya  düşən  yazıçı  1895-ci  ildə 
keçirdiyi təlaşına görə həkimə  müraciət  edir. Həkim  söz  verir ki, nikaha  daxil olduqdan 
sonra hər şey normaya düşəcək, yoluna qoyulacaqdır. 
Amma  həkimin  dedikləri  özünü  doğrultmur.  1910-cu  illərin  axırlarında 
gənclərin digər pərəstişgahı fransız yazıçısı, şair, dramaturq, rəssam və kinorejissor, XX əsr 
fransız  ədəbiyyatında  ən  nəhəng  simalardan  biri  Jan  Moris  Ejen  Kleman  Kokto  (Jean 
Maurice  Eugene  Clement  Cocteau)  ilə  «soyuq  müharibə»  halında  olur.  Bunun  səbəbi 
fransız kinorejissoru gənc Mark Alleqrenin (Marc Allegret) hər iki ədəbiyyatçıya pərəstiş 
etməsindəydi. Jidin sonralar məşhur rejissor kimi tanınacaq Alleqre ilə mürəkkəb çoxillik 
münasibəti  onun  1925-ci  ildə  qələmə  aldığı  «Saxtakarlar»  romanında  əksini  tapmışdır. 
Həmin  roman  yazıçının  ən  qiymətli  əsəri  hesab  edilir.  Özünün  xeyli  sayda  əlamətini 
romanın baş qəhrəmanı yazıçı Eduara şamil etmişdir. 
Jid  1911-ci  ildə  «Koridon»  traktatını  yazaraq  orada  sübut  edir  ki, 
homoseksuallıq psixi kənarlanma deyil, insan seksuallığının tamamilə təbii bir formasıdır. 
Onun  fikrincə,  homoseksuallıq  daha  mədəni  olan  və  estetik  şüur  səviyyəsi  yaxşı  inkişaf 
edən  cəmiyyətlərə  xas  bir  əlamətdir.  Ən  böyük  incəsənət  əsərlərində  homoseksuallıq 
özünün  parlaq  əksini  tapır.  Əfsanəvi  qədim  yunan  şair-dastançısı  Homer  və  qədim 
Romanın  ən  böyük  şairlərindən  biri  Publi  Vergili  Marondan  (Publius  Vergilius  Maro) 
tutmuş  ingilis  şairi  və  dramaturqu  Uilyam  Şekspir  (William  Shakespeare)  və  italyan 
heykəltəraşı,  rəssam,  arxitektor,şair  və  mütəfəkkiri  Mikelancelo  Buonarrotiyə 
(Michelangelo  Buonarroti) qədər xeyli  sayda dahinin əsərində homoseksuallıq barəsində 
danışılır. Traktat 1924-cü ildə Fransada dərc edildikdən sonra ictimai qalmaqalı qızışdırmış 
oldu. Jid hətta dostları tərəfindən obstruksiyaya məruz qoyuldu. 
Bununla  bərabər  Jid  bütün  həyatı  boyu  öz  arvadına  dərin  hiss  bəsləmişdir. 
Onunla  dramatik  münasibətləri  yazıçının  bir  çox  əsərləri  üçün  ilkin  material  xidmətini 
görmüşdür.  Lakin  Jidin  arvadına  bəslədiyi  münasibət  elə  platonik  məhəbbət  olaraq 
qalmışdır.  Bunun  səbəbi  Madlenin  fiziki  yaxınlıq  qarşısında  nevrotik  qorxu  keçirməsi 
(koitofobiya) olmuşdur. 
Andre  Jid  «həqiqətə  cəsarətli  məhəbbətlə  və  dərin  psixoloji  açıqgözlülüklə 
bəşəri problemlərin təqdim olunduğu mənalı və bədii cəhətdən qiymətli əsərlərinə görə» 
1947-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı almağa layiq görülmüşdür. Elə həmin 
il yazıçı Oksford universitetinin fəxri doktoru olmuşdur. 1951-ci ilin 19 fevralında Parisdə 
vəfat etmişdir. 
63
Semlinski  Aleksandr  fon  (almanca  Alexander  von  Zemlinsky;  rusca 
Александр фон Цемлинский) – Avstriya bəstəkarı və dirijoru. 

175 
 
1871-ci  ilin  14  oktyabrında  Avstriya-Macarıstanda  Vyana  şəhərində 
doğulmuşdur.  1942-ci  lilin  15  martında  71  yaşında  ikən  Amerika  Birləşmiş  Ştatlarının 
Nyu-York şəhərində vəfat etmişdir. 
 
Şəkil 98. Aleksandr fon Semlinski (Alexander von Zemlinsky; 1871–1942) 
 
Semlinskinin atası şöhrətpərəst olmuş, öz familiyasına aristokratlığı (kübarlığı, 
əsilzadəliyi) bildirən «fon» sözünü əlavə etmişdir. Halbuki Semlinskinin əcdadları arasında 
heç  kim  aristokrat  olmamışdır.  Bundan  başqa,  ata  familiyanın  birinci  variantı  olan 
«Semlinski» sözündəki birinci «S» hərfini «Z» ilə əvəz etmişdir.  
64
Bley  Frans  (ingiliscə  Franz  Blei;  rusca  Франц  Блей)  –  Avstriya  yazıçısı, 
tərcüməçi və ədəbi tənqidçisi. Bəzi mənbələrdə Frans Blay kimi təqdim edilir. 1871-ci ilin 
yanvar ayının 18-də Vyana şəhərində doğulmuşdur. 1942-ci ilin 10 iyulunda 71 yaşında 
Nyu-Yorkda vəfat etmişdir. 
65
Pedantik (rusca педантический) – pedantizmə söykənən. 
İnsanın hər hansı hərəkətində son dərəcə dəqiqliyi və səliqəliliyi nəzərdə tutan 
şəxsiyyət  keyfiyyətinə  pedantiklik,  yaxud  pedantizm  (pedantismus)  deyilir.  Latınca 
paedagogans – təlqin edən, verən, fransızca pedant – müəllim, öyrədən deməkdir.  
66
Rasional (rusca рациональный) – rasionalizmə söykənən. 
«Rasionalizm»  termini  iki  mənada  işlənir:  1)  fəlsəfədə:  təfəkkürü  duyğu 
qavrayışından  ayıran  və  yanlış  olaraq  zəkanı  insan  idrakı  və  davranışının  əsası  sayan 
idealist  fəlsəfi  cərəyan;  2)  məcazi  mənada:  əql  və  idrak  ilə  iş  görmə;  öz  işində  və 
hərəkətlərində ancaq əqlə və idraka əsaslanma. 
Rasionalizm  əqli  yeganə  idrak  vasitəsi  hesab  edən  bir  cərəyandır.  Fransızca 
rationalisme – rasionalizm, latınca rationalis – ağıllı, ratio – zəka deməkdir. 
67
Pouell  Entoni  Dimok  (ingiliscə  Anthony  Dymoke  Powell;  rusca  Энтони 
Димок Поуэлл) – ingilis yazıçısı, romanist. Onu həmçinin Pauell kimi yazırlar. 1905-ci 
ilin 21 dekabrında doğulmuşdur. 2000-ci ilin 28 martında 95 yaşında vəfat etmişdir. 

176 
 
2008-ci ildə «Tayms» qəzeti 1945-ci ildən həmin vaxta qədər yaşayıb-yaratmış 
50 ən böyük Britaniya yazıçısının adlarının olduğu siyahıya Pouelli də daxil etmişdir. 
29 yaşında evlənmiş və iki uşaq böyüdüb tərbiyə etmişdir. 
Pouellin  müasiri,  görkəmli  ingilis  yazıçısı,  romanist,  belletrik  bioqrafiyalar 
müəllifi, XX əsr ingilis prozasında ən incə stilistlərdən biri Artur İvlin Sent Con Vo (Arthur 
Evelyn Sent John Waugh) onun «Rəqs» silsiləsini yüksək qiymətləndirmişdir. Sənətkar bu 
silsiləni  fransız  yazıçısı,  novellist  və  tənqidçi,  ədəbiyyatda  modernizmin  nümayəndəsi 
Valentin  Lui  Jorj  Ejen  Marsel  Prustun  (Valentin  Louis  Georges  Eugene  Marcel  Proust) 
əsərlərilə müqayisə etmişdir. İvlin Vo qeyd etmişdir ki, Marsel Prustun əsərlərindən fərqli 
olaraq Entoni Dimok Pouellin silsiləsi «daha realistik və gülməli alınmışdır». 
 
 
Şəkil 99. Entoni Dimok Pouell (Anthony Dymoke Powell; 1905–2000) 
 
68
Peyzaj  –  1)  mənzərə;  2)  rəssamlıqda  mənzərə  şəkli;  3)  ədəbiyyatda  təbiət 
təsviri. 
Peyzajçı (peyzajist) – 1) mənzərəçi; 2) rəssamlıqda mənzərə şəkli çəkən rəssam; 
3) ədəbiyyatda mahir təbiət təsvirçisi olan yazıçı. 
69
Konrad  Vits  (almanca  Konrad  Witz;  rusca  Конрад  Виц)  alman  və  İsveçrə 
rəssamı. Təxminən 1400-cü ildə Baden-Vürtemberqdə, ehtimalla Rotvaylda doğulmuşdur. 
1445/1146-cı ildə Bazeldə, yaxud Cenevrədə vəfat etmişdir.  
70
Smuqleviç Fransisk (polyak dilində Franciszek Smuglewicz; rusca Франциск 
Смуглевич)  –  Polşa  rəssamı,  Litva  milli  naqqaşlıq  məktəbinin  banisi.  1745-ci  ilin  6 
oktyabrında  Varşavada  anadan  olmuşdur.  1807-ci  ilin  6  sentyabrında  Vilnada  vəfat 
etmişdir. 
71
«Esfirin bəzənməsi» (fransızca «La toilette d’Esther») fransız rəssamı Teodor 
Şasserionun  (Theodore  Chasseriau)  çəkdiyi  şəkildir.  Onu  həmçinin  «Esfirin  çimməsi», 
«Esfirin üz-gözünü bəzəməsi» kimi tərcümə etmək olar. Mənzərə ekzotik erotizm janrına 
aid edilə bilər. Mənzərənin baş personajı Bibliya çariçası Esfirdir. Bibliyada ona ayrıca bir 
kitab həsr olunmuşdur. Bibliya süjeti burada canlı və çox həssas səhnəni təsvir etmək üçün 
yalnız bir bəhanə kimi istifadə olunur. Mənzərə baron Artur Şasserio tərəfindən 1934-cü 

177 
 
ildə  muzeyə  vəsiyyət  edilmişdir.  Hal-hazırda  Luvrda  Sulli  qalereyasının  ikinci 
mərtəbəsində 63-cü zalda saxlanılır. 
72
Hersoq (rusca герцог) – Qərbi avropada yüksək zadəgan rütbələrindən biri. 
73
Kreasiya  (creatio)  nəyinsə  yaradılması,  törədilməsi,  əmələ  gətirilməsidir. 
Latınca «kreasiya» («creatio») sözü hərfi mənada «yaratma», «törətmə», «əmələ gətirmə» 
deməkdir. 
Hər hansı zadəgan titulunun, məsələn belə bir qrafın və yaxud başqasının təsis 
edilməsinə  titul  kreasiyası  deyilir.  Adətən  Qərbi  Avropa  monarxları  tərəfindən  həyata 
keçirilmişdir. Hər hansı şəxsə titul verilməsi barəsində qərar çıxarılır. Çox vaxt titulun yeni 
nəslə  ötürülməsi  hüququ  olur.  Əgər  sonsuzluq,  xəstəlik,  qətl  və  digər  səbəblər  üzündən 
daşıyıcı  nəslin  kökü  kəsilərsə,  həmçinin  monarx  tərəfindən  tituldan  məhrum  edilərsə, 
bundan sonra təkrarən və bir neçə dəfə titul təsis edilə bilərdi. Buna görə də «titulun birinci 
kreasiyası»,  «titulun  ikinci  kreasiyası»  və  digər  məfhumlar  işlənməsinə  zərurət 
yaranmışdır.  Fransalı  Lüdovik  (Louis  de  France)  Orlean  hersoqlarının  (Duc  d’Orleans) 
ikinci kreasiyasının birinci nümayəndəsidir. 
74
Lüdovik  XIV  (fransızca  Louis  XIV;  rusca  Людовик  XIV;  1638–1715)  – 
1643-cü ilin 14 mayından Fransa və Navarra kralı. 
1638-ci  ilin  5  sentyabrında  Sen-Jermen-an-Le  şəhərində  doğulmuşdur. 
Doğularkən  Lui  Dyodonne  (Louis-Dieudonne)  adını  almışdır.  Həmçinin  «Günəş-kral» 
(«Louis XIV Le Roi Soleil») adını qazanmışdır. Bundan başqa, Böyük Lüdovik (Louis le 
Grand)  hesab  edilmişdir.  Burbonlar sülaləsindən olduğundan  çox vaxt  De  Burbon  XIV 
Lüdovik  adlandırılmışdır.  XIV  Lüdovik  1643–1715-ci  illərdə  Fransa  kralı  olmuşdur, 
göründüyü kimi, onun hakimiyyətdə olduğu dövr düz 72 il çəkmişdir. Onun hakimiyyətdə 
olduğu dövr Fransa mütləqiyyətinin zirvəsi hesab edilir. Fasiləsiz müharibələr aparılması, 
xüsusən İspaniya irsi uğrunda müharibənin olması, kral sarayının böyük xərc çəkməsi, ağır 
vergilər  yığılması  sadə  xalqənm  vəziyyətini  hədsiz  pisləşdirmiş,  çoxlu  üsyana  səbəb 
olmuşdur. Günlərin birində kral ov vaxtı atdan enərkən ayaqlarını zədələmişdir. Sonra yara 
pisləşmiş  və  qanqrenaya  keçmişdir.  Həkimlər  ayağın  amputasiyasını  (kəsilib  atılmasını) 
məsləhət görmüşlər. Lakin kral belə bir əməliyyatın keçirilməsini öz şəninə sığışdırmamış, 
onun  yolverilməz  olduğunu  bildirmişdir.  Kral  bir  neçə  sutka  aqoniya  vəziyyətində  olan 
XIV Lüdovik 1715-ci ilin 1 sentyabrında Versalda saray adamlarının əhatəsində səhər saat 
9-a 15 dəqiqə işləyəndə vəfat etmişdir. 
 

178 
 
 
Şəkil 100. XIV Lüdovik 
 
Bəzi  tədqiqatçıların  fikrincə,  özündən  çox  razı  olan,  özünü  bütün  cəmiyyətdə 
üstün keyfiyyətlərə malik yeganə vücud hesab edən, habelə rəhbər mövqedə olduğu vaxt 
özbaşınalıq  edən  adamları  səciyyələndirmək  üçün  işlətdiyimiz  «dövlət  mən  özüməm» 
ifadəsi ilk dəfə Fransa kralı XIV Lüdovikə isnad edilir. 1655-ci ildə zadəganlar, şəhərlilər 
və  ruhanilərdən  ibarət  Fransa  parlamentinin  iclasında  XIV  Lüdovikdən  öz  siyasətini 
dəyişməsi xahiş edilmişdi. Kral «nə üçün?» deyib təəccüb etmiş və qaşlarını çatmışdı. İclas 
iştirakçıları bir ağızdan söyləmişdilər: «Çünki bu siyasət dövlətin siyasətinə ziddir». Onda 
kral  soyuqqanlıqla  «dövlət  mən  özüməm»  cavabını  vermişdi.  Parlament  də  əlahəzrətin 
iradəsi  ilə  hesablaşmağa  məcbur  olmuşdu.  Tədqiqatçıların  bəziləri  XIV  Lüdovikin  bu 
ifadəni işlətdiyinə şübhə edirlər. Lakin burası var ki, Fransa kralları həmişə özlərini belə 
aparmış, şəxsiyyətləri barədə yüksək fikirdə olmuşlar. Məşhur Fransa yazıçısı Aleksandr 
Düma üç muşketyor haqqında özünün bənzərsiz trilogiyasının üçüncü hissəsi olan «Vikont 
de  Brajelon  və  ya  on  il  sonra»  romanında  kral  XIV  Lüdovikin  nitqində  həmin  ifadəni 
olduğu kimi işlətmişdir. 
Azərbaycan  yazıçısı  Cəlil  Məmmədquluzadənin  bir  felyetonunda  deyilir: 
«Firəngistanın padşahı on dördüncü Lüdovik həmişə deyərdi: dövlət ibarətdir tək mənim 
vücudumdan» [2]. 
75
Dofin  (fransızca  dauphin;  rusca  дофин)  –  1830-cu  ilin  inqilabında  Fransada 
vəliəhd,  şahzadə.
 
Dofin  Fransa  taxt-tacı  varisinin  XIV  əsrdən  tituludur.  Ona  tam  halda 
Fransa dofini (Dauphin de France) və yaxud Vyen dofini (Dauphin de Viennois) deyilir.  
76
Patronessa  (rusca  патронесса)  –  bəzi  ölkələrdə  xeyriyyə  təşkilatına 
himayədarlıq edən qadın. 
77
Adresat (rusca адресат) – adına nəsə göndərilən, ötürülən, verilən, göstərilən 
şəxsdir.  Ona  başqa  sözlə  adres  sahibi  də  deyilir.  Fransızca  adresser  –  müraciət  etmək, 
göndərmək, yönəltmək deməkdir. 

179 
 
78
Bastard (rusca бастард) – nikahdankənar cinsi kontaktdan qazanılan uşaq.  
79
Delakrua  Ferdinand  Viktor  Ejen  (fransızca  Ferdinand  Victor  Eugene 
Delacroix; rusca Фердинанд Виктор Эжен Делакруа; 1798–1863) – fransız boyakarı və 
qrafiki,  Avropa  boyakarlığında  romantik  istiqamətin  seçilmiş  nümayəndəsi,  mütərəqqi 
romantizmin görkəmli nümayəndəsi. 
Delakrua  1798-ci  ilin  26  aprelində  Paris  şəhərində  doğulmuşdur.  Delakrua 
fransız rıtsarı Filipp de Mezyerin (Philippe de Mezieres) şagirdidir. Onun yaradıcılığı XIX 
əsr  dünya  boyakarlığı  zirvələrindən  biridir.  Delakrua  1863-cü  ilin  13  avqustunda  65 
yaşında Parisdə vəfat etmişdir. 
 
 
Şəkil  101.  Ferdinand  Viktor  Ejen  Delakrua  (Ferdinand  Victor  Eugene 
Delacroix; 1798–1863). Avtoportret, 1837-ci il 
 
80
Çox  vaxt  Markiz  de  Sad  (Marquis  de  Sade)  adlandırılan  məşhur  fransız 
aristokratı,  siyasətçi,  yazıçı  və  filosofu  Donasyen  Alfons  Fransua  de  Sad  (Donatien 
Alphonse François de Sade) 1740-cı ilin iyun ayının 2-də Parisdə doğulmuş, 1814-cü ilin 2 
dekabrında 74 yaşında ikən elə həmin şəhərdə vəfat etmişdir. 
 
 
Şəkil 102. Donasyen Alfons Fransua de Sad (Donatien Alphonse François de 
Sade; 1740–1814) 
 

180 
 
81
Potaskuxa  (rusca  потаскуха)  –  yüngül  davranışlı  qadının  bir  formasıdır. 
Nikahda  olmasına  baxmayaraq  kənarda  kişilərlə  seks  yaşamağı  sevən  ərli  qadını  ifadə 
etmək  üçün  jarqon  kimi  «potaskuxa»  sözü  işlənir.  Lüğətlərimizdə  onun  tərcüməsi 
verilməmişdir. Onu «aparılan qadın», «evdən çıxarılan qadın» kimi təsvir etmək olar.  
82
«İnfant  İzabellanın  kameristkasının  portreti»  (flamand  dilində  «Sael  doegter 
van de Infante tot Brussel»; rusca «Портрет камеристки инфанты Изабеллы») – Piter 
Paul  Rubensin  əsəri  olan  bir  portret.  Təxminən  1623–1626-cı  illərdə  (böyük  ehtimalla 
1625-ci  ildə)  yaradıldığı  güman  edilir.  Mənzərə  Rubens  yaradıcılığı  üçün  xarakterik 
olmayan psixoloji portret janrına bir müraciətdir. Portret saray xanımı ispan infantı İzabella 
Klara Yevgeninin (Isabel Clara Eugenia de Austria) təsvir edir. Ancaq əsərin adı burada 
infantın kameristkasının təsvir edildiyini göstərir. Xatırladaq ki, İspaniya və Portuqaliyada 
monarxiya  dövründə  şahzadəyə  infant,  keçmişdə  xanımların  xüsusi  xidmətində  olan 
qulluqçuya isə kameristka deyirdilər. 
83
Pinakoteka  (fransızca  pinacotheque;  rusca  пинакотека)  qədim  yunanlarda 
naqqaşlıq, rəssamlıq təsvirlərini saxlamaq üçün otağa deyirdilər. Yunanca pinax – şəkil, 
mənzərə,  təsvir  və  theke  –  anbar,  otaq,  saxlanılan  yer  deməkdir.  Lüğətlərdə  pinakoteka 
dedikdə şəkil muzeyi, yaxud şəkil qalereyası nəzərdə tutulur. 
84
Ser  Riçard  Uorsli  (Sir  Richard  Worsley)  1751-ci  ilin  13  fevralında  anadan 
olmuş, 1805-ci ilin 8 avqustunda vəfat etmişdir.  
85
Seymur  Doroti  Fleminq  (Seymour  Dorothy  Fleming)  1758-ci  ilin    oktyabr 
ayının 5-də doğulmuş, 1818-ci ilin sentyabr ayının 9-da vəfat etmişdir.  
86
İdilliya  (rusca  идиллия)  –  1)  ədəbiyyatda:  təbiət  ağuşunda  asudə  və  sakit 
həyatı təsvir edən bədii əsər; 2) məcazi mənada: dinc, sakit həyat. 
İdillik (rusca идиллик) – idilliyaçı (idilliya müəllifi). 
İdillik janr (rusca идиллический жанр) – idilliya tərzində olan janr. 
İdillik münasibət (rusca идиллическое отношение) – dinc, sakit münasibət. 
87
Reputasiya (rusca репутация) – ad, etibar, şöhrət. 
88
Miledi  (rusca  миледи)  –  İngiltərədə  imtiyazlı  siniflərdən  olan  ərli  qadına 
hörmətlə müraciət. 
89
Reynolds  Coşua  (ingiliscə  Joshua  Reynolds;  rusca  Джошуа  Рейнольдс; 
1723–1792)  –  ingilis  tarixi  və  portret  naqqaşı,  XVIII  əsr  portret  naqqaşlığı  ingilis 
məktəbinin  görkəmli 
nümayəndəsi,  incəsənət  nəzəriyyəçisi, 
Kral  Rəssamlar 
akademiyasının  birinci  prezidenti,  London  Kral  Cəmiyyətinin  üzvü,  antik  incəsənəti 
öyrənmək məqsədilə yaradılmış Diletantlar Cəmiyyətinin üzvü. 1723-cü ilin 16 iyulunda 
Böyük Britaniyanın Devon qraflığının Plimpton şəhərində doğulmuşdur. 1792-ci ilin 23 
fevralında 69 yaşında Böyük Britaniyanın paytaxtı London şəhərində vəfat etmişdir. 
 

181 
 
 
Şəkil 103. Ser Coşua Reynolds (Joshua Reynolds). Avtoportret 
 
90
Bulvar  romanı  (rusca  бульварный  роман)  –  ciddi  məzmundan  və  bədii 
keyfiyyətdən məhrum olan, adətən oğru, fırıldaqçı, avantürist və digər yaramaz ünsürlərin 
həyatını təsvir edən romana deyilir. 
91
«Doqquzluq  gəlmək»  bir  frazeoloji  ifadədir.  Doqquzluq  gəlməyə  rus  dilində 
belə deyirlər: обвести вокруг пальца, умело обмануть, ловко обмануть, провести [7, 
səh. 811, sol sütun]. 
Filoloqlar  Qulu  Məmmədqulu  oğlu  Məhərrəmli  və  Rafiq  Ələkbər  oğlu 
İsmayılovun  2015-ci  ildə  çap  etdirdikləri  «Azərbaycan  dilinin  frazeologiya  lüğəti»ndə 
«doqquzluq  gəlmək»  dedikdə  «aldatmaq»  başa  düşüldüyü  qeyd  edilir.  Həmin  istilahın 
sinonimi kimi aşağıdakı frazeoloji ifadələr göstərilir: əyri yola əl atmaq; fırıldaq işlətmək; 
hiylə gəlmək; hiylə işlətmək; hiyləyə əl atmaq; kələk gəlmək; nömrə gəlmək [15, səh. 96]. 
Görkəmli  dilçi  Musa  İsrafil  oğlu  Adilov  1982-ci  ildəçap  etdirdiyi  «Niyə  belə 
deyirik» adlı kitabında «doqquzluq gəlmək» ifadəsi haqqında söhbətində yazır: «Müasir 
dilimizdə «aldatmaq» anlayışını ifadə etmək üçün bir vulqarizm kimi işlənən bu birləşmə 
əslində çox qədim türk adətləri ilə əlaqədar yaranıb formalaşmışdır» [2, səh. 151].  
Bəzən  «qabağına  doqquzluq  çaxarmaq»  ifadəsi  işlənir.  Rus  dilində  həmin 
ifadəyə belə deyirlər: утереть нос [19, səh. 495, sol sütun]. 
92
Gillrey  Ceyms  (ingiliscə  James  Gillray;  rusca  Джеймс  Гиллрей)  –  ingilis 
karikaturaçı  rəssamı  və  oymaçısı.  1756-cı  (bəzi  mənbələrə  görə  1757-ci)  ilin  13 
avqustunda  Çelsidə,  indiki  London  rayonunda  anadan  olmuşdur.  Əsasən  1792-ci  ildən 
1810-cu  ilə  qədər  dərc  etdirdiyi  aşılanmış  siyasi  və  sosial  satiraları  ilə  məşhurluq 
qazanmışdır.  C.  Gillrey  haqlı  olaraq  «siyasi  karikaturanın  atası»  adlandırılmışdır.  İki  ən 
nüfuzlu  və  təsirli  karikaturaçıdan  biri  hesab  edilir.  Digər  karikaturaçı  məşhur  ingilis 
rəssamı,  milli  naqqaşlıq  məktəbinin  banisi  və  nəhəng  nümayəndəsi,  illüstrator,  satirik 
qravüralar müəllifi Uilyam Hoqart (William Hogarth) naqqaşlıq və qrafikada yeni janrlar 
kəşf etmişdir. Lakin incəlikləri daha ağıllı təsvir etməsinə, yumor hissinin güclü və həyat 
bilgilərinin geniş olmasına, resurs məhsuldarlığına, ərsəyə gətirdiyi əsərlərin həddən ziyadə 
gözəl  alınmasına  və  gülüş  doğuran  xüsusiyyətinin  kəskin  duyulmasına  görə  bütün 
karikaturaçılar arasında birinci yer tərəddüd edilmədən məhz Ceyms Gillreyə verilir. Onun 
baronetdən  tutmuş  aş  nazir  və  generallara  qədər  yaratdığı  satirik  əsərlər  sevilə-sevilə 

182 
 
baxılır.  Sənətkarının  əsərlərinin  əksəriyyəti  üçün  böyük  qrotesk  və  boyaların  parlaq 
çalarlarının zəngin palitrası xarakterikdir.  
Ceyms Gillrey 1815-ci ilin 1 iyununda London şəhərində vəfat etmişdir. 
 
 
Şəkil 104. Ceyms Gillrey (James Gillray; 1756/1757–1815) 
 
 
 
 
Şəkil 105. Uilyam Hoqart (William Hogarth; 1697–1764). Avtoportret, 1745-ci 
il 
 
93
Bioqrafik film – tanınmış, məşhur insanların, şöhrətli şəxsiyyətlərin həyat yolu 
haqqında söylənən əfsanələri, edilən rəvayət və hekayələri, danışılan nağılları, açıqlanan 
təhkiyələri özündə birləşdirən kinematoqrafik janrdır. Onlar başqa sözlə bioqrafiya filmi, 
yaxud film-bioqrafiya adlanır. Bioqrafik filmlərin əsas məqsədi fakt və hadisələrin gedişinə 
müəyyən personaların təsirini açıb göstərməkdir. Real həyat hadisələrinə istinad etdiyindən 
bunların  mühüm  tarixi  əhəmiyyəti  vardır.  Bir  çox  insanların  bioqrafik  filmləri  maraqla 
izləmələrinin səbəbi məhz həqiqətə uyğun fakt və hadisələrin açılmasıdır. «Biabırçı ledi U» 
filmi məhz belələrindəndir. 

183 
 
94
Rabenhold  Holli  (ingiliscə  Hallie  Rubenhold;  rusca  Холли  Рабенхольд)  – 
britaniyalı tarixçi. Onu həmçinin Helli Rubenhold kimi də yazırlar. 1971-ci ildə Amerika 
Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində doğulmuşdur. 
 
 
Şəkil 106. Holli Rabenhold (Hallie Rubenhold). 
 
95
Dormer Natali (ingiliscə Natalie Dormer; rusca Натали Дормер) – britaniyalı 
aktrisa. 
  

184 
 
 
Şəkil 107. Teleseriallar ulduzu Natali Dormer (Natalie Dormer). 1982-ci ilin 11 
fevralında Böyük Britaniyanın Redinq şəhərində anadan olmuşdur. 
 
96
Ohanyan Robert Robertoviç (rusca Роберт Робертович Оганян; 1964–2008) 
– erməni əsilli rus yazıçısı, ingilis və fransız dillərindən tərcüməçi. 1964-cü ilin 2 mayında 
doğulmuş, 2008-ci ilin 12 martında 44 yaşında ikən vəfat etmişdir. 
 
Şəkil 108. Robert Robertoviç Ohanyan (1964–2008) 
 
97
Saatçi  Çarlz  (ingiliscə  Charles  Saatchi;  rusca  Чарльз  Саатчи)  –  Böyük 
Britaniya biznesmeni, sahibkar, öz qardaşı Morislə birlikdə «Saatçi və Saatçi» («Saatchi & 
Saatchi»;  1995-ci  ilə  qədər  dünyada  ən  nəhəng  agentlik  olmuşdur)  reklam  agentliyinin 
həmtəsisçisi,  art-diler,  incəsənət  əsərlərinin  qiymət  qoyanı  və  kolleksioneri,  «Saatçi 
qalereyası» («The Saatchi gallery») sahibi. 

185 
 
 
 
Şəkil  110.  Çarlz  Saatçi  (Charles  Saatchi).  1943-cü  ilin  9  iyununda  İraqın 
paytaxtı Bağdad şəhərində anadan olmuşdur. 73 yaşlı sənətkar hazırda Böyük Britaniyada 
yaşayır. 
 
 
Şəkil 111. Çarlz Saatçi. Rəssam Pol Harvinin (Paul Harvey) əsəri 
 

186 
 
98
Elüar Pol (fransızca Paul Eluard; rusca Поль Элюар; 1895–1952) yüzdən artıq 
poetik  məcmuə  buraxdırmış  istedadlı  fransız  şairidir.  1895-ci  ilin  14  dekabrında  Sena 
departamentinin Sen-Deni şəhərində doğulmuşdur. Əsl adı Ejen Emil Pol Qrendel (Eugene 
Emile Paul Grindel) olmuşdur. 1952-ci ilin 18 noyabrında Parisdə 57 yaşında ikən vəfat 
etmişdir. 
 
 
Şəkil 109. Pol Elüar (Paul Eluard; 1895–1952) 
 
99
Nurəliyeva  Pərvin  Ələmdar  qızı  –  gənc  yazıçı,  Prezident  mükafatçısı  və 
təqaüdçüsü. 
 
 
Şəkil 113. Pərvin Ələmdar qızı Nurəliyeva  
 
100
Ernst Maks (almanca Max Ernst; rusca Макс Эрнст; 1891–1976) – XX əsr 
dünya  avanqardında  nüfuzlu  fiqurlardan  biri,  alman  və  fransız  rəssamı  (1891-ci  ilin  2 
aprelində Almaniya imperiyasının Bryul şəhərində doğulmuş, 1976-cı ilin 1 aprelində 85 
yaşının tamam olmasına bir gün qalmış Paris şəhərində vəfat etmişdir) 
 

187 
 
 
Şəkil  112.  Maks  Ernst  (Max  Ernst;  1891–1976)  –  solda  və  alman  sosial-
demokrat siyasətçisi, Nobel mükafatı laureatı Villi Brandt (əsl adı Herbert Ernst Karl Fram 
(Herbert Ernst Karl Frahm) – sağda 1972-ci ildə Münhendə Olimpiya oyunları zamanı 
 
101
Bohema  (rusca  богема)  –  1)  daimi  gəliri  olmayan,  sərsəri  həyat  keçirən 
ziyalılar təbəqəsi (aktyorlar, rəssamlar, şairlər və başqaları bohema dairəsi əmələ gətirirlər); 
2) belə bir mühitdə yaşayan adamların pozğun həyatı.  
102
Muza – 1) qədim yunan mifologiyasında: incəsənət və elm ilahəsi; 2) məcazi 
mənada: ilham; ilham mənbəyi; şeir; yaradıcılıq. 
103
Tryuk (rusca трюк) – 1) hünər, məharət, ustalıq; 2) məcazi mənada: fırıldaq, 
hiylə, hoqqa, kələk, oyun. 
Tryukçu  (rusca  трюкач)  –  1)  tryuk  ustası;  2)  məcazi  mənada:  fırıldaqçı, 
hiyləbaz, hoqqabaz, kələkbaz, oyunbaz. 
Tryukçuluq  (rusca  трюкачество)  –  1)  tryuk  ustası  olma;  2)  məcazi  mənada: 
fırıldaqçılıq, hiyləbazlıq, hoqqabazlıq, kələkbazlıq, oyunbazlıq. 
Tryukçuluqla  (rusca  трюкаческий)  –  1)  tryuk  ustası  olmaqla;  2)  məcazi 
mənada: fırıldaqçılıqla, hiyləbazlıqla, hoqqabazlıqla, kələkbazlıqla, oyunbazlıqla. 
104
Şansonye  (fransızca  chansonnier;  rusca  шансонье)  –  Fransa  estrada 
müğənnisi, kuplet və «monmartr» stilində janr mahnıları ifaçısı, çox vaxt onların sözlərinin 
və  musiqisinin  müəllifidir.  Fransızca  «chanson»  sözü  hərfi  mənada  «mahnı»,  «nəğmə» 
deməkdir.  «Şansonetka»  sözü  iki  mənada  işlənir:  1)  kafeşantanlarda  oxunulan  oynaq, 
bayağı nəğmə; 2) köhnəlmiş söz: belə nəğmələri oxuyan müğənninin özü. 
105
Şarl  Lui  Monteskyö  (Charles-Louis  de  Montesquieu)  –  fransız  yazıçısı, 
tarixçi,  hüquqşünas,  maarifləndirici  filosof  və  ictimai  xadim,  cəmiyyətin  öyrənilməsində 
naturalistik yanaşmanın tərəfdarı. 
Təbiətşünaslıq və ictimaiyyat, həmçinin incəsənət və din sahələrində geniş biliyə 
malik  olmuş,  hakimiyyətlərin  bölünməsi  haqqında  mükəmməl  doktrina  işləyib 
hazırlamışdır. 
1689-cu  ilin  18  yanvarında  Fransanın  Bordo  yaxınlığında  yerləşən  La-Bred 
qəsrində doğulmuşdur. Dünyaya gələrkən adı belə olmuşdur: Şarl Lui de Sekonda, baron 
Lya  Bred  i  de  Monteskyö  (Charles-Louis  de  Seconda,  Baron  de  La  Brede  et  de 
Montesquieu). Lakin mənbələrin çoxunda sadəcə Monteskyo kimi yazılır. 1755-ci ilin 10 
fevralında 66 yaşında ikən Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir. 

188 
 
Monteskyö zadəgan ailəsindən çıxmış bir mütəfəkkir və yazıçıdır. Sonsuz (uşağı 
olmayan)  dayısının  adı,  qraf  titulu,  vəzifəsi  və  bütün  var-dövləti  irsən  ona  keçmişdir. 
Monteskyö  əvvəlcə  dini  təhsil  müəssisəsində  oxumuş,  sonra  hüquq  elmini  öyrənmişdir. 
Tutduğu vəzifədən imtina edərək botanika, anatomiya, fizika kimi təbiət elmlərini və tarixi 
öyrənməyə başlamış, Avropa boyunca səyahətdə olarkən qitə ölkələrinin siyasi və ictimai 
quruluşunu  dərindən  araşdırmışdır.  İyirmi  il  ərzində  apardığı  araşdırmalarının  nəticəsi 
olaraq 1748-ci ildə «Qanunların ruhu» əsərini çap etdirmişdir. 1990-cı ildə həmin əsər rus 
dilinə  tərcümə  olunaraq  «Qanunların  ruhu  haqqında»  adı  altında  nəşr  edilmişdir. 
«Qanunların  ruhu»  əsəri  istər  həmvətənlərinin,  istərsə  də  xarici  ölkələrdə  çalışan 
məsləkdaşlarının  dünyagörüşünə,  onların  fikirlərinin  zənginləşməsinə  çox  güclü  təsir 
göstərmiş,  hər  kəsin  əhvali-ruhiyyəsində  dərin  iz  buraxmışdır.  Monteskyönün  fəlsəfi 
konsepsiyası  deizm  və  mexaniki  materializm  prinsiplərinə  əsaslanmışdır.  Monteskyö 
Fransa Elmlər Akademiyasına üzv seçilmişdir. Bir yazıçı olaraq məşhurlaşmasında onun 
«Fars məktubları» adlı romanı xüsusi rol oynamışdır. Fransanın ali cəmiyyətinin əxlaqını 
və  siyasi  rejimini  satira  atəşinə  tutan  həmin  kitabın  satışı  çox  keçmədən  qadağan 
edilmişdir. Monteskyö «Elm, incəsənət və sənətkarlıq ensiklopediyası, yaxud izahlı lüğəti» 
adlı mənbədə xeyli sayda məqalənin müəllifi olmuşdur. 
Monteskyö  nikahlılığın  tərəfdarı  olmuş,  nikahsızlığın  əxlaqsızlıqdan, 
pozğunluqdan  doğduğunu  vurğulamışdır.  «Kişilərin  vəfasızlıq  və  dəmdəməkiliyinin  ən 
yaxşı  dəlili,  onların  dönüklüyünün  əsas  səbəbi  nikah  institutunun  tətbiq  edilməyə 
başlamasıdır». «Nikahsızlıq əxlaqsızlıqdan doğmuş, pozğunluqdan irəli gəlmişdir. Hər iki 
cins onların həyatını daha yaxşı etməli olan nikahdan qaçır, gen durur, əvəzində onları pis 
hala gətirən birlikdə yaşamağa üstünlük verir». 
 
 
 
Şəkil 114. Monteskyönün doğulduğu və işlədiyi La-Bred qəsri 
 
 

189 
 
 
Şəkil 115. Şarl Lui Monteskyö (Charles-Louis de Montesquieu; 1689–1755)  
 
106
Ordinar  –  1)  coğrafiyada:  çayda,  körfəzdə  və  digər  təbii  su  hövzəsində 
(hovuzunda) suyun bir neçə il ərzindəki orta səviyyəsi; 2) adi. Ordinar hadisə dedikdə adi 
hadisə  nəzərdə  tutulur.  Buna  müvafiq  olaraq  qeyri-ordinar  hadisə  adi  olmayan  bir 
hadisədir, qeyri-adi haldır. 
107
«Faktlar  və  şərhlər»  (rusca  «Факты  и  комментарии»)  –  rus  dilində  çıxan 
ümumukrayna  gündəlik  qəzetidir.  1997-ci  ilin  avqustundan  dərc  edilir.  Çox  vaxt  sadəcə 
«Faktlar» adlandırılır. «Faktlar» qəzeti bazar günü və bazar ertəsindən başqa həftədə beş 
dəfə çıxır.  
108
Qoroxovski  Aleksandr  Mixayloviç  (rusca    Александр  Михайлович 
Гороховский)  –  Ukraynanın  tanınmış  jurnalisti.  1973-cü  ilin  28  iyulunda  Ukraynanın 
paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 
 
 
Şəkil 116. Ukrayna jurnalisti Aleksandr Mixayloviç Qoroxovski 
 
109
Fraqmentar – bəzi mənbələrdə «fraqmental» kimi yazılır. Lakin müəlliflərin 
böyük  əksəriyyəti  həmin  sözün  «fraqmentar»  kimi  yazılmasının  daha  doğru  olduğunu 
qeyd edirlər. 
110
Apogey  (rusca  апогей)  –  1)  astronomiyada  Ay  orbitinin  yerdən  ən  uzaq 
nöqtəsi; 2) ən yüksək dərəcə, ən yüksək nöqtə, ən yüksək zirvə. 

190 
 
111
Karyera (rus. карьера) – 1) köhnəlmiş söz: peşə, sənət; 2) mənsəb – hər hansı 
bir  sahədəki  fəaliyyətə  görə  cəmiyyətdə  tutulan  mövqe.  Karyera  etmək  (rus.  сделать 
карьеру) – artmaq, böyümək, müvəffəqiyyət əldə etmək, mənsəbə çatmaq. 
112
Özünütəsdiq  (rusca  самоутверждение)  –  subyektin  öz  şəxsiyyətini,  onun 
dəyərini,  yaradıcılıq  fəaliyyətini  və  şüurunu  təsdiq  etməsidir.  Ona  başqa  sözlə 
autoaffirmasiya,  yaxud  avtoaffirmasiya  deyilir.  İngilis  dilində  olan  mənbələrdə  «self-
affirmation» termini işlənir.  
113
Zadger  İsidor  Ayzek  (ingiliscə  Isidor  Isaak  Sadger;  rusca  Исидор  Айзек 
Задгер;  1867–1942)  –  məşhur  avstriyalı  həkim  və  psixoanalitik,  məhkəmə  təbabəti 
eksperti,  seksual  deviasiyalar  tədqiqatçısı,  nəhəng  nəzəriyyəçi  və  klinisistlərdən  biri, 
həmçinin dahi Ziqmund Freydin ardıcılı. 
 
 
Şəkil 117. İsidor Ayzek Zadger (Isidor Isaak Sadger; 1867–1942) 
 
114
Bornemann Ernst Vilhelm Yulius (Ernst Wilhelm Julius Bornemann; Эрнст 
Вильгельм  Юлиус  Борнеманн;  1915–1995)  –  alman  antropoloqu,  etnomusiqişünası, 
psixoanalitik və seksoloqu. 
 
 
Şəkil 118. Ernst Vilhelm Yulius Bornemann (Ernst Wilhelm Julius Bornemann; 
1915–1995) 
 

191 
 
115
«Portret  (fransızca  portrait;  rusca  портрет)  –  hər  hansı  bir  şəxsin,  yaxud 
adamlar qrupunun təsviridir. Avropa mədəniyyətində «portrait» sözü ilk vaxtlar istənilən 
obyektin  «təsvirinin  yenidən  hasil  edilməsini»  bildirmişdir.  Köhnə  fransız  sözü  olan 
«portraire»  hərfi  mənada  «hər  hansı  bir  əlaməti  cizgilərdə  yenidən  yaratmaq»,  «təsvir 
etmək» deməkdir. Onun köhnə «parsuna» kəlməsindən, sonuncunun isə latınca «adam», 
«şəxs», 
«şəxsiyyət» 
kimi 
anlaşılan 
«persona» 
sözündən 
götürüldüyü 
müəyyənləşdirilmişdir.  
Portret  boyakarlıq,  heykəltəraşlıq  və  qrafikanın,  eləcə  də  foto  sənətinin  əsas 
janrlarından  biridir.  Portreti  çəkilən  şəxslə  təsvir  arasındakı  oxşayış  portretin  əsas 
meyarıdır. 
116
Fotoqrafiya  (fransızca  photographie;  latınca  photographia;    rusca 
фотография)  –  1)  foto  ilə  şəkil  çəkmə;  2)  foto  ilə  çəkilmiş  şəkil;  3)  fotoqrafxana 
(əksxana0. 
İşıqla  çəkmə  texnikası  fotoqrafiya  adlanır.  Çox  vaxt  ona  başqa  sözlə  işıqla 
çəkmə  deyilir.  Yunanca  photos  –  işıq  və  grapho  –  yazıram,  çəkirəm,  təsvir  edirəm 
deməkdir.  
117
Pikant  (rusca  пикантный)  –  1)  kəskin,  tünd;  2)  məcazi  mənada:  maraq 
doğuran, maraq oyadan, maraqlı; 3) çox cazibəli, incə, zərif. 
Pikantlıq  (rusca  пикантность)  –  1)  kəskinlik,  tündlük;  2)  məcazi  mənada: 
maraqlılıq; 3) cazibəlilik, incəlik, zəriflik. 
118
Video  (rusca  видео)  –  mütəhərrik  təsvirin  formalaşması,  yazılması,  emal 
edilməsi,  ötürülməsi,  saxlanması  və  yenidən  canlandırılmasını  həyata  keçirən,  televiziya 
prinsiplərinə, həmçinin  audiovizual  törətmə  məhsullarından istifadəyə  əsaslanan  elektron 
texnologiyadır.  Bəzən  informasiya  fiziki  daşıyıcıda  yazılır.  Videodisk,  videokasset  və 
başqaları belə daşıyıcılardandır. 
119
Toples (ingiliscə topless; rusca топлесс) – ictimai yerdə, çox vaxt çimərlikdə 
bədənin  yuxarı  hissəsinin  paltarsız  olması,  örtülməməsi  halını  bildirmək  üçün  istifadə 
edilən termindir. İngiliscə topless üstü götürülmüş, üstü olmayan, yuxarı hissədən məhrum 
olan, yuxarısız deməkdir. Toples qurşağa qədər açıq, çılpaq qalmaqdır. Halbuki kişilərə 
münasibətdə  də  toples  mümkündür.  Sadəcə  olaraq  kişi  döşlərinin  açıq  qalması  elə  bir 
erotik-seksual  hiss  doğurmur.  Çimərlik  paltarı  olmaqla  toples  dedikdə  yuxarı  hissəsi 
(büsthalteri)  olmayan  çimərlik  kostyumunun  geyinilməsi  başa  düşülür.  Qadın  üçün 
nəzərdə  tutulan,  lakin  onun  döşlərini  örtməyən  çimərlik  paltarından  istifadə  edildiyi 
hallarda  bunu  müşahidə  etmək  olar.  Çox  vaxt  toples  dedikdə  qadının  döşlərinin  açıq 
vəziyyətdə olması başa düşülür.  
Dünyanın bəzi ölkələrində qanunla qadağan edilir və yaxud məsləhət görülmür. 
Buna  görə  toples  halında  olan  insandan  paltar  geyinməsinin  tələb  edilməsi  onun 
azadlığının əlindən alınmasına bərabər tutulmur.  
120
Nyu (fransızca nu; rusca ню) – heykəltəraşlıqda, naqqaşlıqda, fotoqrafiya və 
kinematoqrafiyada  bədii  janr  olub,  çılpaq  insan  bədəninin  gözəllik  və  estetikasını  əks 
etdirir. Nyu» istilahı fransızca «çılpaqlıq», «lütlük», «lüt-üryanlıq» anlamını özündə ehtiva 
edən «nudite» sözünün qısaldılmış şəklidir. 

192 
 
121
İm Luitqard  (almanca Luitgard Im; rusca Луитгард Им)  – məşhur alman 
kino və teatr aktrisası. 
 
 
 
Şəkil  119.  Luitqard  İm  (Luitgard  Im).  1930-cu  ilin  12  yanvarında  doğulmuş, 
1997-ci ilin 21 fevralında 67 yaşı tamam olandan təxminən ay yarım sonra vəfat etmişdir. 
 
122
Trenajor  (rusca  тренажѐр)  –  müxtəlif  şəraitlərdə  və  yaxud  yüklərə  məruz 
qoyulduqda obyekti idarə etmək və onunla əlaqədar vərdişləri təkmilləşdirmək üçün tədris-
təlim  qurğusudur.  İngiliscə  train  –  məşq  etmək,  öyrənmək,  məşq  etdirmək,  öyrətmək 
deməkdir. Təyinatına görə təlim və idman trenajorları fərqləndirilir. İdman trenajorları çox 
vaxt ayrıca zallarda təşkil edilir. Odur ki, belə yerlərə trenajor zalları deyilir. 
123
Sergey  Sergeyeviç  Korsakov  1854-cü  ilin  22  yanvarında  Qus-Xrustal 
şəhərində  anadan  olmuşdur.  S.  S.  Korsakov  ulu  babalarından  irsən  aldığı  kökəlməyə 
meyllilik ucbatından bədən çəkisinin artıq olmasından və bunun nəticəsində ürək-damar 
sistemi  xəstəliklərindən  əziyyət  çəkmişdir.  1898-ci  ilin  20  iyununda  44  yaşında  ikən 
məzuniyyət götürüb Voloqdaya gedərkən yolda ürək tutması (birinci infarkt) olmuş, yerli 
xəstəxanada beş gün yatdıqdan sonra Moskvaya qayıtmış, burada müalicə həkimləri onda 
«ürəyin  piylənməsini»  müəyyən  etmişlər.  Elə  həmin  ilin  iyul  ayının  ortalarında 
Korsakovda  ikinci  ürək  tutması  olmuşdur.  Kəskinləşən  xəstəlik  universitet  tələbələrilə 
praktik məşğələləri aparmaqdan azad olmaq üçün ərizə verməsinə məcbur etmişdir. 1899-
cu ilin iyununda Sergey Korsakov mütəxəssislərlə məsləhətləşmək üçün Vyana şəhərinə 
yollanmışdır.  Orada  xəstədə  piylənmə  və  miokarditlə  əlaqədar  olan  ürək  hipertrofiyası 
aşkara  çıxarılmışdır.  Vyanadan  Roqas  şəhərinə  gedən  alim  orada  doktor  Bayali 
institutunda vanna qəbul etmiş və gimnastik tapşırıqlar yerinə yetirmişdir. Sərhəd xaricində 
1899-cu  ilin  25  avqustuna  qədəq  qalan  S.  S.  Korsakov  özündə  xeyli  yaxşılaşma  hiss 
etmişdir.  Lakin  1900-cü  il  başlayan  kimi  vəziyyəti  yenidən  pisləşmiş  və  22  yanvarda 

193 
 
özünün  46-cı  ad  gününü  yataqda  keçirmişdir.  S.  S.  Korsakov  1900-cü  ilin  1  mayında 
paytaxt Moskvada dünyasını dəyişmişdir. 
 
 
 
 
Şəkil 120. Sergey Sergeyeviç Korsakov (1854–1900). Müxtəlif illərdə 
çəkdirdiyi şəkillər 
 
124
Seluyko Valentina Mixaylovna (rusca Валентина Михайловна Целуйко) – 
həm  psixoloji,  həm  də  pedaqoji  elmlər  namizədi,  Volqoqrad  Dövlət  Pedaqoji 
Universitetinin təhsil və inkişaf psixologiyası kafedrasının dosenti.  
 
 
Şəkil 121. Valentina Mixaylovna Seluyko 
 
125
Mənbələrin  bəzisində  verilən  məlumata  görə,  Andronik  Birinci  Komnin 
1118-ci ildə doğulmuşdur.  Ancaq başqa  mənbələrdə onun  1123-cü ildə dünyaya  gəldiyi 
göstərilmişdir.  Birinci  İsaak  Komninin  oğlu  olan  Andronik  imperatriça  Mariyaya  qarşı 
üsyan  qaldıraraq  hakimiyyəti  ələ  keçirmiş,  1183-cü  ildən  Komninlər  sülaləsindən 
imperator olmuşdur. Komninlər sülaləsinin Konstantinopol taxt-tacında əyləşən sonuncu 
nümayəndəsi  kimi  tarixə  düşmüşdür.  Konstantinopolun  varlı  dairələrinə  (şəhər 

194 
 
zadəganlarına)  arxalanan  Birinci  Andronik  başlıca  olaraq  demaqoqluq  və  amansız 
terrorçuluq  yolu  ilə  feodal  pərakəndəliyi  meyllərinə  qarşı  mübarizə  aparır,  bürokratik 
aparatın möhkəmlənməsinə çalışır, məmurların vəzifədən sui-istifadə etmələrinin qarşısını 
almaq  və  korrupsiyanı  (rüşvətxorluğu)  ləğv  etmək  məqsədilə  ağır  cəzalar  tətbiq  edir, 
Qərblə ticarət əlaqələrinin qurulması məqsədilə bir sıra tədbirlər həyata keçirirdi. Birinci 
Andronik  Komninin  dövründə  Dalmasiyanı,  Dunay  çayı  boyunca  yerləşən  strateji 
cəhətdən mühüm ərazilər və Kipr adası itirilmiş, Bizans süqut etməyə başlamışdır. Siciliya 
normanları  Fessalonikanı  ələ  keçirərək  qarət  etdilər.  Normanlarla  müharibədə  Birinci 
Andronikin  müvəffəqiyyətsizliyindən  istifadə  edən  Konstantinopol  aristokratiyası  üsyan 
qaldırdı. Nəticədə Birinci Andronik Komnin devrildi (taxtdan salındı) və 1185-ci ilin 12 
sentyabrında edam olundu. 
126
Basilevs (rusca басилевс; yunanca basileus) – Qədim Yunanıstanda Miken 
epoxasında böyük olmayan yaşayış məskəninin idarəedicisi, Homer dövründə hərbi gücü, 
kahini və məhkəmə hökuməti olan tayfa və yaxud tayfa birliklərinin başçısı (bir monarx 
olaraq  ilk  vaxtlar  seçilirdi,  sonralar  irsən  ötürüldü),  orta  əsrlərdə  Bizans  imperatorlarının 
rəsmi  titulu,  həmçinin  Skif  və  Bosfor  çarlığı  hökmdarları.  Onu  həmçinin  «basiley», 
«bazilevs», «vasilevs» də adlandırırdılar. 
 
 
Şəkil  122.  Bizans  imperatoru  Birinci  Andronik  Komnin  (Andronikos  I 
Komnenos).  
 
127
Qalife Qaston Aleksandr Ogüst de (Gaston Alexandre Auguste de Galliffet) – 
markiz,  fransız  kavaleriya  generalı,  Paris  kommunasının  cəlladı,  hərbi  nazir.  Ayrı-ayrı 
ədəbiyyatlarda  Qaliffe,  Qallife,  Qalliffe  kimi  də  yazılır.  1830-cu  ilin  23  yanvarında 
Fransanın  paytaxtı  Paris  şəhərində  anadan  olmuş,  1909-cu  ilin  8  iyulunda  elə  həmin 
şəhərdə vəfat etmişdir.  
 
 

195 
 
 
 
 
 
Şəkil 123. Qaston Aleksandr Ogüst de Qalife (Gaston Alexandre Auguste de 
Galliffet; 1830–1909). Müxtəlif illərdə çəkdirdiyi şəkillər 
 
128
«Tezötən çaxotka» dedikdə vərəm xəstəliyinin çox tez inkişaf edən, qısa vaxt 
ərzində ölümlə nəticələnən forması başa düşülür. 
129
Marks  Karl  Henrix  (almanca  Karl  Heinrich  Marx;  rusca  Карл  Генрих 
Маркс;  1818–1883)  –  məşhur  alman  filosofu,  sosioloq,  iqtisadçı,  yazıçı,  şair,  siyasi 
jurnalist və ictimai xadim. 
 
 
Şəkil 124. Karl Henrix Marks (Karl Heinrich Marx) 1875-ci ildə 
 

196 
 
122
Düma-ata  Aleksandr  (fransızca  Alexandre  Dumas  pere;  rusca  Александр 
Дюма  отец;  1802–1870)  –  fransız  yazıçısı,  dramaturq  və  jurnalisti.  1802-ci  ilin  24 
iyulunda doğulmuş, 1870-ci ilin 5 dekabrında 68 yaşında vəfat etmişdir. 
 
Şəkil 125. Aleksandr Düma-ata (Alexandre Dumas pere; 1802–1870) 
 
131
Təəssüf ki, lüğətlərdən heç birində «tusovka» sözünə rast gəlinmir. Doğrusu, 
onun ekvivalenti qismində bir anlığa ürəyimdən «curluq» sözü keçdi, lakin tam əhatə edə 
bilmədiyinə görə fikrimdən daşındım. Rusların «tusovka» dediyi birlik mahiyyətinə görə 
hər  hansı  konkret  məqsəd  olmadan  özünü  sərbəst  aparmaqla,  sıxılmadan,  qeyri-məcburi 
ünsiyyət yaratmaq, tanış olmaq, fikirlərini bölüşmək üçün müntəzəm olaraq görüşən, rahat 
şəkildə toplaşan insanların istənilən kompaniyasıdır. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin