Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism


İkinci  fəsil.  Kandavlizmin  klinik  mənzərəsi,  diaqnostikası,  müalicəsi  və



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11
 
İkinci  fəsil.  Kandavlizmin  klinik  mənzərəsi,  diaqnostikası,  müalicəsi  və 
profilaktikası 
 
§ 2.1. Kandavlistin portreti 
 
– Tolik, ay Tolik, gəl svinqlə məşğul olaq. 
– Svinq nə deməkdir ki? 
– Kül başına, dünyadan xəbərin yoxdur, svinq çoxlu sayda  
insanın bir yerdə sekslə məşğul olmasıdır. 
– Yaxşı, bəs kimlər olacaq? 
– Başqa adam nəyimizə lazımdır, mən, sən, bir də sənin arvadın. Mənim bu işə 
can-başla girişməyimi yaxşı bilirsən, sənin arvadın da etiraz etmir, yaxın vaxtlarda 
söhbətimizdə dilindən eşitmişəm, qalır bir dənə sən, razılıq versən peşman olmazsan. 
– Yoox! Mən istəmirəm! 
– Özünü naza çəkməyin yetər, yaxşı, istəmirsən heç dünəndən istəmə, oturub 
sənə yalvarası deyilik ki, siyahıda adının üstündən xətt çəkirəm... 
(Lətifə) 
 
* * * 
 
«İnsanın portretini onun əməl və hərəkətləri əsasında tərtib etmək mümkündür. 
Lakin həmin portret öz prototiplərindən əhəmiyyətli dərəcədə fərqlənir». 

80 
 
İdman radioreportajı sovet məktəbinin banisi olmuş məşhur jurnalist, 
radiokommentator, 1941–1945-ci illər müharibəsinin iştirakçısı, mayor Vadim 
Svyatoslavoviç Sinyavski (Вадим Святославович Синявский; 1906–1972) 
 
Kandavlizmə  mübtəla  olmuş  ər  onun  arvadının  çılpaq  bədənini  yad  kişilərin 
gözlərilə  yediklərini  özündə  ehtiva  edən  qısqanclıqla  yoğrulmuş  «şirin»  mənəvi  əzab 
keçirir və bundan seksual oyanma hiss edir.  
Kandavlist  haqsız  olduğu  halda  özünü  haqlı  sayan,  tələbi  yerinə  yetiriləcəyi 
təqdirdə  ailəni  fəlakətlə  üzbəüz  qoyacağını  yaxşı  bilə-bilə  yenə  onu  israrla  həyata 
keçiirməyə  çalışan,  səhvini  heç  vaxt  etiraf  etməyən,  verdiyi  vədinə  xilaf  çıxan,  sözünün 
ağası olmayan, abır-həyanı, ədəb-mərifəti bir kənara qoyub şərəfsiz və cılız hisslər dalınca 
düşən, ailəni firavanlığa aparan təxirəsalınmaz işlərdən yapışmaqdansa yaxşı gələcək vəd 
etməyən lazımsız tədbirləri görməklə məşğul olan, sanki özünü gic yerinə qoyan, özünün 
ağıllı  məsləhətə  çox  ehtiyacı  olduğu  halda  başqalarının  başına  ağıl  qoymağa  çalışan, 
məntiqin qalib gəldiyinə heç vaxt inanmayan, sağlam mühakimədən uzaq olan, bütün fikri-
zikri arvadını tərifləyib soyundurmaqdan və yad kişilərə nümayiş etdirməkdən ibarət olan, 
qanmaz, qalınqafa, kütbeyin, yekəbaş, dar gözlü, məhdud baxışlı kişi cinsli bir şəxsdir.  
Kandavlizmdən  əziyyət  çəkən  ərə  birdən-birə  iki  bədbəxtlik  üz  vermiş  olur. 
Birincisi, kandavlizmə mübtəla olmuş ər özünün «ikinci yarısı» ilə öyünüb lovğalanır, tez-
tez  onun  gözəlliyi,  erotik  cazibədarlığı,  seksual  uğurları  haqqında  ətraflı  məlumat  verir. 
İkincisi, kandavlizmli ər öz arvadını başqa kişilərlə bölüşməyə nail olduqdan sonra utanıb 
xəcalət  çəkmək  əvəzinə  böyük  bir  uğura  imza  atmış  adam  kimi  misli-bərabəri  olmayan 
məmnunluq, təminolunma, qənaətlənmə hissi keçirir. 
Kandavlistin seksual tələbatının təmin edilməsinə aparan yol onun məftunedici 
əzab  çəkməsindən  keçir.  Maraqlıdır  ki,  valehedici  iztirab  keçirilməsinin  ardınca  seksual 
oyanma  gəlir.  Kandavlizm  əzab  və  şəhvətin  birləşdiyi,  iztirab  və  ehtirasın  qovuşduğu 
qəribə  bir  parafiliyadır.  Kandavlizm  kişinin  özündən  asılı  olmayan,  iradəyə  tabe  etdirilə 
bilməyən,  əxlaqi  tabu  sisteminin  üstündən  çalın-çarpaz  xətt  çəkən  bir  pozğunluqdur. 
Arzusu  və  ondan  irəli  gələn  tələbləri  yerinə  yetirildikdən  sonra  kandavlist  bir  müddət 
sakitləşir, lakin sonra yığılan seksual enerji onu növbəti addım atmağa məcbur edir. Beləcə 
kandavlizm  tutmaları  vaxtaşırı  olaraq  təkrarlanır.  Buna  görə  kandavlizm  dövri  olaraq 
kəskinləşən bir patologiyadır.  
Bəzi  adamların  məhrəm  şeyləri  öz  dost  və  tanışları  ilə,  hətta  bir  çox  hallarda 
tamamilə  kənar  şəxslərlə  bölüşmələri  həmişə  heyrətə  səbəb  olur.  Belə  şeyləri  eşidəndə 
adam  çaşıb  qalır.  Kandavlist  öz  arvadı  ilə  məhəbbət  aktının  necə  baş  verdiyini  maraq 
oyadan bütün təfərrüatı ilə, incəliyinə qədər danışır, onun çılpaq fotoqrafiyasını göstərir. 
Kandavlizm elə seksual perversiyadır ki, bu zaman ər öz seksual partnyoru olan 
qadının (arvadının, məşuqəsinin) «nyu» stilindəki surətlərini, hətta bir çox hallarda canlı 
olaraq  özünü  digər  şəxslərə  nümayiş  etdirməkdən  seksual  həzz  əldə  edir.  Kandavlizmin 
patoqnomonik əlaməti ondan ibarətdir ki, belə patologiyalı adamlar ətrafındakılara sadəcə 
hər hansı mücərrəd (qeyri-real) naturanı deyil, kifayət qədər yaxın olan bir şəxsin – həyat 
yoldaşının surətini və yaxud özünü çılpaq halda nümayiş etdirir.  

81 
 
Kandavlizm elə bir meyl pozğunluğudur ki, onun qarşısında individ tamamilə 
gücsüz olur və təslim olmaqdan başqa yolu qalmır. Kişilərin bir «azarı» olan kandavlizm 
ailə üçün ciddi təhlükədir. 
Ruslar arasında işlənən və hamıya tanış gələn atalar sözlərində deyilir ki, kişi öz 
arvadının gözəlliyi ilə öyünüb lovğalanmamalıdır, çünki bununla başqa qadınları incik sala, 
kişiləri  isə  hərəkətə  keçirə  bilər.  Belə  ki,  bir  kişinin  arvadını  çox  tərifləməsi,  onun 
gözəlliyinin misli-bərabəri olmadığından ağızdolusu danışması onu eşidən digər qadınların 
qəlbini sındıra bilər. «Gözəl olan təkcə sənin arvadın deyil» kimi sözlərin işlənməsi artıq 
zərif  cinsin  nümayəndələrinin  inciyib  küsmələrindən  xəbər  verir.  Yad  kişilərə  gəldikdə 
onlar  arvadı  ağzından  düşməyən  həmin  insanın  həyat  yoldaşının  həqiqətən  gözəl-olub 
olmadığını müəyyənləşdirmək fikrinə düşə bilərlər. 
Məşhur  fransız  yazıçısı,  tarixçi,  hüquqşünas,  maarifləndirici  filosof  və  ictimai 
xadim  Şarl  Lui  Monteskyö  (Charles-Louis  de  Montesquieu)
105
  demişdir:  «Fransızlar 
demək olar ki, öz arvadları haqqında danışmırlar: kişilər yad adamların yanında arvadları 
barəsində danışmaqdan qorxurlar, çünki kənar adamlar bu arvadları ərlərinə nisbətən daha 
yaxşı tanıyırlar». 
Ancaq kandavlist ər ataların müdrik sözlərinə məhəl qoymur, onların əleyhinə 
çıxış edir. Belə kişi qarayaxa, zəhlətökən, təngətirən olmasa da, hər halda həyat yoldaşının 
gözəl,  lətafətli,  məlahətli,  zərif  olması  barəsində  öz  fikirlərindən  əl  çəkmir,  səbatlılıq 
nümayiş  etdirir,  «sözünün  üstündə  durur».  Arvadının  gözəllikdə  tayı-bərabərinin 
olmadığını inadla söyləyir, onun incəliyini, cazibədarlığını bütün boyaları ilə, üstəlik bir 
qədər bəzək-düzək verməklə, azca şişirtməklə təsvir edir. Belə təkidli, israrlı mövqe heç 
vaxt  onu  bezikdirib  usandırmır.  Kişi  söhbəti  eşidənlərdən,  iştirakçılardan  kiminsə 
həqiqətən  onun  arvadının  yaxşı,  gözəl  olduğuna  praktikada  əmin  olmaq  fikrinə  düşə 
biləcəyinə xəlvətdə ümid edir. Heç kəs bilmədən, gizlində olan həmin arzusunun həyata 
keçməsi üçün kişi arvadını çılpaq halda nümayiş etdirməyə başlayır. Çox keçmədən ərin 
əməyi  öz  «bəhrəsini  verir».  Barəsində  tez-tez  danışılan  arvadı  məhz  çılpaq  vəziyyətdə 
çoxdan görməyə çalışan yad kişilər yaranmış vəziyyətdən dərhal istifadə edirlər. Arvadın 
gözəlliyinə,  cazibədarlığına  qəti  surətdə  əmin  olmaq  üçün  onlar  fürsəti  əldən  vermək 
istəmir, heç olmasa erogen zonalarına baxmağa hökmən can atırlar.  
Əgər arvad hər  hansı bir kişinin könlünə  yatırsa, onun baxışlarını özünə cəlb 
edirsə, kandaulezist ər bundan çox məmnun qalır. Kandaulezist ər yalnız bunu arzulayır ki, 
hər  kim  istəsə  onun  arvadını  ələ  keçirsin,  ən  müxtəlif  ekzotik  pozisiyalarda  bədəninə 
yiyələnsin. Kandaulezist ər nəyə görəsə belə bir fikirdə olur və dam bunu istəyir.  
Kandaulezist ər öz qəribə meylinə görə yeganə adam olmadığını yaxşı bilir. Bu 
mövzuda internetdə artıq xeyli sayda sayt vardır. İnsanlar məsələyə münasibətini bildirir, 
öz fikirlərini açıqlayır, verilən sualları cavablandırmağa çalışırlar. Saytlarda tarixçələr təsvir 
edilir,  şəkillər  yerləşdirilir,  belə  ailələrin  bir-birilə  tanış  olmaları  üçün  lazımi  rekvizitlər 
verilir.  Ayrı-ayrı  forumlarda  mövzu  ciddi  müzakirə  edilir.  Onlar  əsasən  əcnəbi  dillərdə 
olur. Şükürlər olsun ki, Azərbaycan dilində saytlarda belə məlumatlar hələlik çox deyildir. 
Yalnız ayrı-ayrı saytlarda epizodik xarakterli «çağırışlara» rast gəlinir. Lakin «cücərtilərin» 
olması  artıq təhlükənin  yaxınlaşmasından xəbər verir.  Seksual kənarlanmaların təbiətinə 
dair fikir yürüdəndə yalnız elmi məlumatlar əsasında qərar vermək lazımdır. 

82 
 
Kandaulezist  ər  səmimiyyətlə,  açıq  şəkildə  etiraf  edir  ki,  qeyri-adi  həvəsin 
əxlaqi-etik  və  tibbi-psixoloji  tərəfləri  onlara  qətiyyən  toxunmur.  Kandavlizmə  mübtəla 
olmuş kişi bu cür şeylərə görə zərrə qədər olsa belə narahatlıq keçirmir, ayrı-ayrı insanların 
ona hansı qiyməti verəcəklərini heç vaxt vecinə almır, buna görə anlaşılmaz və qəribə cinsi 
meyli  barəsində  görüb-eşidənlərin  ona  dərhal  tüpürəcəklərini,  onu  qeyrətsiz,  namussuz, 
şərəfsiz  hesab  edəcəklərini  qabaqcadan  yaxşı  bilir,  daim  özünü  buna  hazırlayır.  «Onlar 
hamısı  boş-boş  söhbətlərdir,  mənim  üçün  ümdə  olanı  öz  seksual  tələbatımı  təmin 
etməyimdir»  müddəası  kandaulezist  ərin  həyat  devizinə  çevrilir.  Kandavlizmdən əziyyət 
çəkən  kişi  eyni  meylə  malik  olan,  baxışlarını  bölüşən  həmcinslərilə  rastlaşdıqda  onlarla 
birlikdə məsələni məmnuniyyətlə dərindən müzakirə edir və xeyli rahatlıq tapır.  
 
§ 2.2. Kandavlizmin təsnifatı və ayrı-ayrı formalarının klinik mənzərəsi 
 
«Bizim keçirdiyimiz xəstəliklər elə min illərlə bundan qabaq olmuş 
naxoşluqlardır, lakin həkimlər onlara çox baha qiyməti olan adlar axtarıb tapmışlar».  
Naməlum müəllif 
 
* * * 
 
Səfeh İvan çarın qızı ilə evlənir və səltənətin yarısının sahibi olmaq hüququ 
qazanır. Təmtəraqlı toy edilir, məclis başa çatır, qonaqlar dağılışırlar. Yatmaq vaxtı gəlib 
çatır, gəlin onu qoyub harasa gedən İvanı xeyli gözləyir. Bəyin gəlib çıxmadığını görən 
gəlin dilxor halda onu axtarmağa başlayır. Sarayın bütün otaqlarına baxan gəlin 
mehtərlərdən İvanı görüb-görmədiklərini soruşmaq üçün at tövləsinə yollanır. Çar qızı 
adaxlısını tövlədə görəndə çox təəccüblənir və nəzakətlə ondan soruşur:  
– Mənim İvanım, sənin belə zarafat eləməyin də varmış! Bayaqdan  
səni gözləməkdən artıq yoruldum.  
Atabaxanlarla zarafat edə-edə şirin-şirin kart oynayan sarsaq İvan gəlinin 
tövləyə niyə gəlməsini soruşur:  
– Sənə nəsə lazımdır? Bura niyə düşmüsən? 
– Necə bəyəm?! Bilmirsən ki, bu gecə bizim ilk nikah gecəmizdir! Səbirsizliklə 
gözlədiyim bir gecə! Daha yubanmaq nəyə lazım, kartı qoy bir qırağa,  
sabah oynamağa vaxtın çox olacaq. 
Gəlinin «inadkarlığından» narazı kimi görünən İvan kartı saxlamaq  
fikrinin olmadığını bildirir: 
– Olsun, eybi yoxdur, indi əmr edərəm, gəlib sənin məsələni həll edərlər, bir 
pərdəni cırmaqdan ötrü oyunu bu maraqlı yerində saxlamayacağam ki?!  
İvanın necə gicliklə davranmasına məəttəl qalan mehtərlər ağızlarının suyunu 
axıda-axıda onun məhz kimə əmr edəcəyini həsrətlə gözləyirdilər... 
(Lətifə) 
 

83 
 
Əvvəlcə  kandavlizmin  ayrı-ayrı  prinsiplərə  görə  ayırd  edilən  müxtəlif 
formalarının ümumiləşdirilmiş təsnifatını verək, sonra onların hər birinin ayrılıqda klinik 
mənzərəsi ilə tanış olarıq. 
Kandavlizm formalarını təsnif etmək üçün əsas götürülən bir sıra xüsusiyyətlər 
vardır. Təsnifat vaxtı bir prinsip olaraq istinad edilən həmin xüsusiyyətlər aşağıdakılardan 
ibarətdir: 
I. Seksual partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlər; 
II. «Gözaltı edilən» kişi ilə bağlı olan xüsusiyyətlər; 
III. Meyl pozğunluğunun özü ilə bağlı olan xüsusiyyətlər. 
Seksual  partnyor  sayılan  qadınla  bağlı  olan  xüsusiyyətlər  arasında  ikisi  daha 
mühümdür: 
A. Seksual partnyorun qanuni olub-olmaması;  
B. Kandavlistik təklifin seksual partnyor tərəfindən cavablandırılması. 
«Gözaltı  edilən»  kişi  ilə  bağlı  olan  xüsusiyyətlər  sırasında  aşağıdakılar  nəzəri 
cəlb edir: 
A. «Gözaltı edilən» kişinin yaşı; 
B. «Gözaltı edilən» kişinin tanış olub-olmaması; 
C. «Gözaltı edilən» kişilərin sayı. 
Nəhayət, meyl pozğunluğunun özü ilə bağlı olan xüsusiyyətlər əhəmiyyət kəsb 
edir ki, bunların arasında daha çox diqqət yetirilənləri aşağıdakılardır: 
A. Kandavlistik təmayülün «dozası»; 
B. Kandavlistik meylin həyata keçmə səviyyəsi; 
C. Kandavlistik meylin gizli və yaxud aşkar olması; 
Ç. Kandavlistik meylə başqa parafiliyaların qoşulub-qoşulmaması; 
D. Kandavlistik meylin xarakteri; 
E. Kandavlistik meylin səbəbi və inkişaf mexanizmi; 
Ə. Kandavlistik meylin ağırlıq dərəcəsi. 
İndi  qeyd  edilən  prinsiplərə  əsasən  kandavlizm  formalarını  sistemləşdirilmiş 
(qruplaşdırılmış) şəkildə belə təsəvvür etmək olar: 
I. Seksual partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlərə görə 
A. Seksual partnyorun qanuni olub-olmamasına görə  
1. Arvada münasibətdə yaranan kandavlizm 
2. Arvadı əvəz edən qadına münasibətdə yaranan kandavlizm 
1) məşuqəyə münasibətdə yaranan kandavlizm 
2) daim ünsiyyət qurulan qadına münasibətdə yaranan kandavlizm 
B. Kandavlistik təklifin seksual partnyor tərəfindən cavablandırılmasına görə 
1. Pozitiv cavablandırılmış kandavlizm 
1) volyuntarist kandavlizm 
a) altruistik kandavlizm 
b) elpistik kandavlizm 
c) şantaj kandavlizmi 
ç) matrimonial kandavlizm 
2) könüllü kandavlizm 

84 
 
a) marginal kandavlizm 
b) mutual kandavlizm 
2. Neqativ cavablandırılmış kandavlizm 
II. «Gözaltı edilən» kişi ilə bağlı olan xüsusiyyətlərə görə 
A. «Gözaltı edilən» kişinin yaşına görə 
1. Yaşca eyni olan kişiyə yönəldilmiş kandaulezizm 
2. Yaşca fərqli olan kişiyə yönəldilmiş kandaulezizm 
1) yaşca böyük olan kişiyə yönəldilmiş kandavlizm 
2) yaşca kiçik olan kişiyə yönəldilmiş kandavlizm 
B. «Gözaltı edilən» kişinin tanış olub-olmamasına görə 
1. Tanış kişiyə yönəldilmiş kandaulezizm  
1) ailənin dostu olan kişiyə yönəldilmiş kandaulezizm 
a) ərin dostu olan kişiyə yönəldilmiş kandaulezizm 
b) arvadın dostu olan kişiyə yönəldilmiş kandaulezizm 
c)  ərlə  arvadın  hər  ikisinin  dostu  olan  kişiyə  yönəldilmiş 
kandaulezizm 
2) ailəyə qohum olan kişiyə yönəldilmiş kandaulezizm 
a) ərə qohum olan kişiyə yönəldilmiş kandaulezizm 
b) arvada qohum olan kişiyə yönəldilmiş kandaulezizm 
c)  ərlə  arvadın hər  ikisinə qohum  olan  kişiyə  yönəldilmiş 
kandaulezizm 
2. Tanış olmayan kişiyə yönəldilmiş kandaulezizm  
C. «Gözaltı edilən» kişilərin sayına görə 
1. Monokandavlizm 
2. Polikandavlizm 
1) müxtəlifmomentli kandaulezizm 
2) eynimomentli kandaulezizm 
III. Meyl pozğunluğunun özü ilə bağlı olan xüsusiyyətlərə görə 
A. Kandavlistik təmayülün «dozasına» görə 
1. Fizioloji kandavlizm 
2. Patoloji kandavlizm 
B. Kandavlistik meylin həqiqi olub-olmamasına görə 
1. Qeyri-həqiqi kandavlizm 
2. Həqiqi kandavlizm 
C. Kandavlistik meylin gizli və yaxud aşkar olmasına görə 
1. Latent kandavlizm 
2. Manifest kandavlizm 
Ç. Kandavlistik meylin həyata keçməsinin səviyyəsinə görə 
1. Fantaziya olunan kandavlizm 
2. Reallaşdırılan kandavlizm  
D. Kandavlistik meylə başqa parafiliyaların qoşulub-qoşulmamasına görə 
1. İzolyativ kandavlizm 
2. Kombinativ kandavlizm 

85 
 
1) akustisizmlə qovuşmuş kandavlizm 
2) doqqinqlə qovuşmuş kandavlizm 
3) plüralizmlə qovuşmuş kandavlizm 
4) promiskuitetlə qovuşmuş kandavlizm 
5) vizionizmlə qovuşmuş kandavlizm 
6) vizionizm, sadomazoxizm, plüralizm və narsissizmlə qovuşmuş 
kandavlizm 
7)  vizionizm,  sadomazoxizm,  plüralizm,  pornoqrafomaniya  və 
narsissizmlə qovuşmuş kandavlizm 
E. Kandavlistik meylin xarakterinə görə 
1. Adi kandavlizm 
2. Elektron kandavlizmi 
1) erotik kandavlizm 
2) pornoqrafik kandavlizm 
Ə. Kandavlistik meylin səbəbinə və inkişaf mexanizminə görə 
1. Öyünmə kandavlizmi 
2. Səxavətlilik kandavlizmi 
3. Görməmişlik kandavlizmi 
4. Uğurlara sevinmə kandavlizmi  
F. Kandavlistik meylin ağırlıq dərəcəsinə görə 
1. Yüngül kandavlizm 
1) surət kandavlizmi 
a) portret kandavlizmi 
b) fotoqrafik kandavlizm 
2) video kandavlizmi 
2. Ağır kandavlizm 
1) ekstrakoital kandavlizm 
a) çimərlik kandavlizmi 
b) hovuz kandavlizmi 
c) hamam kandavlizmi 
ç) masaj kandavlizmi 
d) müayinə kandavlizmi 
e) poza kandavlizmi  
ə) rəqs kandavlizmi 
2) koital kandavlizm 
a)  seksual  partnyorun  başqa  kişiyə  verilməməsilə 
səciyyələnən koital kandavlizm 

 
seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə 
cinsi  əlaqənin  açıq  yerdə  getməsilə  səciyyələnən 
koital kandavlizm 

 
seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə 
cinsi  əlaqənin  qapalı  yerdə  getməsilə  səciyyələnən 
koital kandavlizm 

86 
 
b)  seksual  partnyorun  başqa  kişinin  ixtiyarına  verilməsilə 
səciyyələnən koital kandavlizm  

 
seksual  partnyorun  başqa  kişinin  ixtiyarına 
verilməsi,  lakin  ərin  özünün  iştirak  etməməsilə 
səciyyələnən koital kandaulezizm 

 
seksual  partnyorun  başqa  kişinin  ixtiyarına 
verilməsi,  lakin  ərin  özünün  iştirak  etməsilə 
səciyyələnən koital kandavlizm 
► akustisizmlə qovuşmuş koital kandavlizm 
► vizionizmlə qovuşmuş koital kandavlizm 
► plüralizmlə qovuşmuş koital kandavlizm 
 
Kandavlizmin ayrı-ayrı formalarının klinik mənzərəsi  
 
Əvvəlcə seksual partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlərə görə ayırd 
edilən kandavlizm formaları haqqında danışaq. Artıq yuxarıda qeyd edildiyi kimi, seksual 
partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlər arasında ikisi daha mühümdür: 
A. Seksual partnyorun qanuni olub-olmaması;  
B. Kandavlistik təklifin seksual partnyor tərəfindən cavablandırılması. 
İlk baxışda seksual partnyorun qanuni olub-olmamasının məsələyə nə dəxli ola 
bilməsi  maraqlı  görünür.  Ancaq  dərinliyə  vardıqda  bunun  çox  dəxli  var.  Çünki  seksual 
partnyorun qanuni olub-olmamasından asılı olaraq onun kişi həyatındakı rolu fərqlənir. 
Kandavlizm  ərin  öz  seksual  partnyorunu  imkan  daxilində  daha  açıq-saçıq 
şəkildə ətrafdakılara nümayiş etdirmək arzusudur. Seksual partnyora görə kandavlizm iki 
növə ayrılır: 
1. Arvada münasibətdə yaranan kandavlizm;  
2. Arvadı əvəz edən qadına münasibətdə yaranan kandavlizm. 
Hər  şeydən  öncə,  kandavlizmə  mübtəla  olmuş  ər  arvadını  çılpaq  halda  başqa 
kişiyə göstərməyə çalışır və çox vaxt buna nail olur. Belə hal arvadın çılpaq halda başqa 
kişiyə göstərilməsi, meyl pozuntusunun özü isə arvada münasibətdə yaranan kandavlizm 
adlanır.  
Həmçinin kişinin arvadı olmayan, lakin onunla dərin emosional əlaqə saxlayan 
qadının  bir  seksual  partnyor  olaraq  çılpaq  halda  başqa  kişiyə  göstərilməsi  mümkündür. 
Belə  hal  arvadı  əvəz  edən  qadının  çılpaq  halda  başqa  kişiyə  göstərilməsi,  meyl 
pozuntusunun özü isə arvadı əvəz edən qadına münasibətdə yaranan kandavlizm adlanır. 
Kişinin məşuqəsi (aşnası), daim ünsiyyətdə olduğu başqa bir qadın (tez-tez əlaqə saxladığı 
və yaxın münasibət yaratdığı fahişə) və başqaları «arvad əvəzedicisi» rolunda çıxış edirlər. 
Arvadın yerini tutan həmin qadınların bədəninin lüt halda digər kişilərə göstərilməsindən 
də  həzz  əldə  edilir.  Lakin  arvadın  çılpaq  halda  nümayiş  etdirilməsi  zamanı  yaranan 
məmnunluq  daha  şiddətli  olur.  Çünki  arvadın  yerini  tutan  qadının  reaksiyası  bir  çox 
hallarda  reallığı  əks  etdirmir,  qeyri-səmimi  olur,  maddi  mülahizəyə  söykənir,  nikah-ailə 
münasibətlərinə dəxli olmur,  ümumiyyətlə,  individin  münasibətlərinin stabilliyi  üçün  elə 
bir  əhəmiyyət  kəsb  etmir.  Ancaq  arvad  ailə  başçılarından  və  nikah  münasibətlərinin 

87 
 
qurulmasını təmin edən tərəflərdən biri, ərin həyat yoldaşı, onun uşaqlarının anası və çox 
vaxt əsas tərbiyəçisidir. Təsadüfi deyildir ki, kandavlizmdən əziyyət çəkən kişi ilk növbədə 
arvadını,  əgər  nikahda  deyilsə,  onda  məşuqəsini,  hərgah  məşuqəsi  də  olmazsa,  daim 
ünsiyyət yaratdığı başqa bir qadını, məsələn, həyat yoldaşı qədər yaxın münasibət yaratdığı 
fahişəni  çılpaq  halda  nümayiş  etdirməyə  qərar  verir.  Arvada  münasibətdə  yaranan 
kandavlizm  tədqiqatçılar  tərəfindən  daha  çox  diqqət  yetirilən  bir  cinsi  pozğunluq 
formasıdır.  
Kandaulezistik təmayülün «dozasına» görə kandaulezizmin fizioloji və patoloji 
olmaqla daha iki növü ayırd edilir. 
Əgər kandaulezistik təmayül cüzi «dozada» olarsa, buna fizioloji kandaulezizm 
(candaulesismus  physiologica)  deyilir.  Belə  hal  başqa  sözlə  normal  kandaulezizm  da 
adlanır.  
Əgər kişi öz arvadı ilə fəxr edirsə, onun gözəlliyilə öyünürsə, belə bir cazibədar 
qadınla yatdığına görə olmazın sevinirsə, qüvvətli cinsin digər nümayəndələrinin də onun 
füsunkar  bədəni  qarşısında  baş  əydiklərini  hiss  edirsə,  başqa  kişilərin  ona  məftun 
olduqlarını  gizlədə  bilmədiklərini  aşkarcasına  duyursa,  həyat  yoldaşının  valehediciliyi 
qarşısında davam gətirməyin mümkün olmadığını söyləyirsə və bunu praktik olaraq sübut 
edirsə, burada ilk baxışda pis, yaramaz bir şey axtarmağa lüzum olmadığı qənaətinə gəlinə 
bilər.  Ümumi  götürdükdə  arvadının  heyranedici  bədənini  başqa  kişilərə  göstərməkdən 
ehtiraslanan  ərin  bir  sarsaq,  səfeh  hesab  edilməsi  həqiqətən  ədalətsizlik,  ona  qarşı  bir 
haqsızlıq kimi dəyərləndirilə bilər. Hətta ailəli kişilərin çoxunda kandaulezizmə meyllilik, 
buna bir təmayül, həvəs vardır. Qısqanclıq kompleksi olmayan kişilər üçün cüzi «dozada», 
fizioloji  ölçüdə  kandaulezistik  təmayülün  təzahür  etməsi  tamamilə  normal  bir  əlamətdir. 
Ağlabatan,  məntiqə uyğun davranmağı üstün  tutan, həyat  yoldaşının  «incə  maraqlarına» 
hörmətlə  yanaşmağı  bacaran,  mənalı  və  rəngarəng  ömür  sürməyi  arzulayan  adamlar 
bundan müəyyən qədər fayda götürə bilərlər. Gözəl arvad ərinin və başqa kişilərin nəzərini 
cəlb edə biləcək bədənə sahib olmasına görə özünü xoşbəxt hiss edir. Həmçinin həddən 
ziyadə gözəl arvada sahib olduğunu düşünən kişi bunu həyatının bir uğuru kimi qarşılayır 
və istər-istəməz öyünür. Yalnız şüurlu, dərrakəli, qanacaqlı yanaşma çərçivəsində sağlam 
mühakiməli partnyorlar mövcud vəziyyətdən öz xeyirlərinə istifadə edir, bir-birinin qədir-
qiymətini bilir, biri digərini əziz tutur, onun sevilməyə, hörmət edilməyə layiq olduğunu 
özü üçün sübut edir. Arvadının gözəlliyinə heç kimin şübhə etmədiyinə dair qənaətin hasil 
olması kişiyə sevincli anlar bəxş edir. Kişinin bundan sui-istifadə etməyə çalışmaması, öz 
arvadının (rəfiqəsinin) rəy və hisslərinə hörmət etməsi nikaha qara qüvvələrin soxulmasına 
imkan  verilməməsinin  başlıca  şərtidir.  Arvadının  gözəl,  füsunkar,  cazibədar  olması  ərin 
özü  haqqında  çox  böyük  fikirdə  olması  üçün  əsas  verməməlidir.  Hər  iki  partnyorun 
kandaulezistik  təmayülə  normal  qapılmaları,  onunla  başlarını  qarışdırmağa  çalışmaları 
intim həyata yeni rəng qataraq onlara həzz bəxş edə bilər. Bu zaman belə oyanma mənbəyi 
demək  olar  ki,  bitib-tükənmək  bilmir,  heç  vaxt  qurtarmır.  Lakin  belə  bir  qəribə  meylin 
«dozasının»  artırılması  artıq  narahatlığın  təməlinin  qoyulması  üçün  kifayət  edir. 
Kandaulezizmin parafiliyalar sırasına aid edilməsi əbəs yerə olmamışdır, bunu partnyorlar 
heç bir vəchlə unutmamalıdırlar.  

88 
 
Hərgah  kandaulezistik  təmayülün  «dozasında»  artıqlıq  olarsa,  buna  patoloji 
kandaulezizm  (candaulesismus  pathologica)  deyilir.  Belə  hal  başqa  sözlə  qeyri-normal 
kandaulezizm da adlanır.  
Kandavlistik meylin həqiqi olub-olmamasına görə kandavlizm qeyri-həqiqi və 
həqiqi olmaqla iki növə ayrılır. 
Bəzən  insan  hər  şeyi  bilmək  həvəsinə  düşür.  Hətta  belə  insan  öz  seksual 
partnyorunu  çılpaq  halda  başqalarına  göstərmək,  sonra  özündə  və  həyat  yoldaşında 
yaranan  reaksiyaları  təhlil  etmək  qərarına  gələ  bilər.  Həvəskar  adam  sadəcə  seksual 
partnyorun çılpaq halda başqalarına göstərilməsindən doğan hissləri yaşamaq və həmçinin 
həyat yoldaşına yaşatmaq xatirinə buna yol verir. Təmiz maraqdan doğan belə hal qeyri-
həqiqi kandavlizm (candaulismus spura), yaxud psevdokandavlizm (pseudocandaulismus) 
və  yaxud  yalançı  kandaulezizm  adlanır.  Buna  başqa  sözlə  tranzitor  kandavlizm 
(candaulismus  tranzitoris)  də  deyilir.  Həmçinin  onu  parsial  kandavlizm  (candaulismus 
partialis), yaxud hissəvi kandavlizm adlandırmaq olar. 
Cinsi  həyat  məsələlərinə  dair  çox  geniş  məlumatı  olan  insanlar  kandavlistik 
eksperiment  apara  bilərlər.  Bundan  başqa,  bir  çox  hallarda  uzaq  ölkədə  səfərdə  olan 
cütlərin  istirahət  vaxtı  tam  boşalmaya  nail  olmaq  məqsədilə  belə  bir  addımı  atması 
mümkündür. Yenə rus saytlarından birində «müasir baxışlı» cütün səmimi etirafını izləyək. 
«Mən  arvadım  Marina  ilə  internetdə  tanış  olmuşam.  Hər  ikimiz  Moskva 
şəhərindənik. Ancaq tanış olarkən bir-birimizdən çox uzaq məsafədəydik. Həmin vaxt mən 
Yunanıstandaydım. Demək olar ki, düz iki il əlaqə saxladıq, getdikcə bir-birimizi daha çox 
sevdiyimizi hiss edirdik... Günlərin birində onu Yunanıstana öz yanıma dəvət etdim. Biz 
bir il Yunanıstanda yaşayıb sonra vətənə qayıtmağa qərar verdik. 
Qız gəlib çıxdı, icarəyə mənzil götürdük və bir yerdə yaşamağa başladıq. Çox 
gözəl və xoşbəxt həyat sürürdük. Maddi imkanımız da pis deyildi, elə bir şeydən korluq 
çəkmirdik. Cinsi həyatımız da həmçinin normal keçirdi. Mən özüm konservativ (köhnəlik 
tərəfdarı)  və  kompleksli  adam  deyiləm,  bizim  yataqda  hər  ikimizi  cəlb  edən  istənilən 
hərəkət  qəbul  edilirdi,  hər  şeyə  «yer  tapılır»  və  vaxt  ayrılırdı.  Arvadım  mehmanxanada 
çalışırdı, ancaq mən ixtisassız fəhlə işləyirdim. İşləməyə və bir yerdə keçirməyə vaxtımız 
çatırdı.  
Biz tez-tez bara, kluba, çimərliyə gedirdik. Bəzən arvadımı rəqsə dəvət edirdilər, 
ancaq  mən  qısqanmırdım,  elə  özüm  də  başqa  qadınları  rəqsə  dəvət  edir,  onlarla 
oynayırdım. Arvadımla rəqs edən kişilər çox vaxt bir partnyor olaraq onun döşlərinə və 
hətta sağrılarına toxunur, ayaqlarını əzizləyirdilər. Mən arvadıma inanırdım, buna görə belə 
şeylərə  çox  diqqət  yetirmirdim,  münasibətlərin  bundan  dərinə  getməyəcəyini  yaxşı 
bilirdim. Bizim bir-birimizə həmişə səmimi və sədaqətli olacağımızla bağlı aramızda ciddi 
söhbət edib razılığa gəlmişdik, həmişə doğru danışacağımıza, yalan işlətməyəcəyimizə, hər 
şeyi  bir-birimizə  düz,  necə  varsa  söyləyəcəyimizə,  ürəyimizdən  keçənləri  dərhal 
bildirəcəyimizə  söz  vermişdik.  Aramızda  gizlin  heç  bir  şey  ola  bilməzdi.  Bir  dəfə  evdə 
yatağa girib uzanaraq söhbət edirdik. Ordan-burdan xeyli danışdıq, birdən Marina məndən 
soruşdu: 
– Əzizim, oradakı qarayağız qız deyəsən sənin xoşuna gəlmişdi? 
Mən ona səmimi cavab verdim, fikrini təsdiqlədim: 

89 
 
– Onu çox bəyəndim, səndən nə gizlədim, qız sağrılarını çox yaxşı oynadırdı, 
şirin və cazibəli görünürdü. 
Arvadım mənə bir qədər qəribə və anlaşılmaz şəkildə baxdı, dediyim sözlərin 
heç  də  onun  ürəyincə  olmadığını  çatdırmağa  çalışdı.  Mən  onu  intizarda  qoymayıb  tez 
sakitləşdirməyə qərar verdim və bunları dedim: 
–  Maşenka,  qısqanmaq  lazım  deyil,  səni  çox  sevdiyimi  yaxşı  bilirsən,  belə 
qarabuğdayı  qız,  yaxud  bir  başqası  nə  qədər  mənim  nəzərlərimi  cəlb  etsə  də,  onlarla 
münasibətlərim  zamanı  edə  biləcəklərimdən  asılı  olmayaraq  heç  kim  sənin  yerini  tuta 
bilməz.  Belə  qızlardan  heç  birini  sənə  dəyişmərəm,  heç  vaxt  səni  onların  ayağına 
vermərəm, bundan xatircəm ola bilərsən. 
– Əzizim, mən çox şadam, belə sözləri eşitmək xoşdur, yaxşı birdən mən sənə 
xəyanət etsəm və analoji şeyləri söyləsəm, sən buna necə baxarsan, ancaq unutma ki, belə 
bir şey olarmışsa onu yalnız əyləncə kimi qəbul etməliyik, özün demişkən, başqa kişilərdən 
heç birini əsla, heç vaxt sənə dəyişmərəm. 
Doğrusu, belə analoji cavab gözləmirdim, buna görə nə deyəcəyimi bilmirdim, 
ancaq öz-özümə fikirləşə-fikirləşə onun bir tərəfdən haqlı olduğunu görürdüm. 
– Gözəlim, məni düzgün başa düş, əgər mən sənə xəyanət etsəm bununla səni 
alçaltmaram,  hörmətdən  salmaram,  təhqir  etmərəm,  ancaq  sən  mənə  xəyanət  etsən 
hörmətdən düşərəm. Arvadın vəfasızlığı kişi üçün çox böyük təhqirdir, bunu həzm etmək 
olmur. 
– Deyirsən ki, alçalarsan, hörmətdən düşərsən, bilmək olarmı, kimin qabağında? 
– Aydındır ki, cəmiyyət qarşısında. 
– Artur, boş-boş danışma, belə axmaqlığı qırağa qoymaq lazımdır. Onsuz da sən 
bu şəhərdə heç kimi tanımırsan, özün də tezliklə Rusiyada yaşamağa hazırlaşırsan. Bizim 
burada nələrsə etməyimizdən bir kimsə xəbər tutmayacaq. Gəl, burada ancaq özümüz üçün 
həyat keçirək. 
Arvadımın  dedikləri  mənə  çox  qəribə  görünürdü,  ancaq  onun  yenidən  haqlı 
olduğunu, hər şeyi düz dediyini fikirləşirdim. 
– Marişka, düz deginən, məndən heç nəyi gizlətmə, sən həqiqətən mənə xəyanət 
etmək istəyirsən? 
–  Mən  bunu  heç  də  büsbütün  xəyanət  hesab  etməzdim,  adətən  ərə  vəfasızlıq 
edəndə  bu  barədə  ona  heç  nə  demirlər,  mənsə  sadəcə  olaraq  bizi  burada  heç  kimin 
tanımaması situasiyasından istifadə etmək, yararlanmaq istəyirəm. Başqa bir kişinin dadını 
sınaqdan  keçirmək,  onu  yoxlamaq  arzum  var,  ancaq  səni  alçaltmadan,  təhqir  etmədən, 
aramızdakı  hörməti  saxlamaq  şərtilə  bunu  həyata  keçirmək  istəyirəm.  Moskvada  belə 
şeylərlə anonim məşğul olmaq mümkün deyil.  
Mən bir qədər fikrə getdim, qərar verməkdə tərəddüd edirdim. Arvadımın atdığı 
addım  bir  tərəfdən  alqışlanmağa,  təriflənməyə  layiq  idi,  çünki  öz  arzusunu  vicdanla, 
gizlətmədən,  çox  səmimi  şəkildə  mənə  söyləmişdi,  digər  tərəfdən  qəlbimə  toxunmasını 
istəmirdi, hətta məni incik salmadan, özündən küsdürmədən bunu necə həyata keçirməyi 
də fikirləşmişdi. Bir qədər düşündükdən sonra dedim: 
– Əzizim, mən razıyam, ancaq deyə bilərsənmi, sən artıq birini tapmısan? 

90 
 
– Yox, hələlik heç kimi tapmamışam, sənə demədən, sənin razılığını almadan 
bunu  edə  bilməzdim,  indi  madam  ki, etiraz  etmirsən,  elə günü sabah çimərliyə  gedəndə 
orada taparam. 
– Bəs bunu necə edəcəksən? Mən orada ola-ola kiminsə sənə yaxınlaşacağını 
güman etmirəm. 
– Düzdür, sən orada yanımda olacaqsan, ancaq özünü elə apararsan ki, mənimlə 
bir yerdə olduğunu hiss etməzlər. Heç kimin bunu başa düşməməsi üçün bir qədər aralıda 
özün üçün gündə qaralarsan. Aramızda məsafə qalanda artıq heç kim şübhələnməyəcəkdir. 
Fikirləşdiyimiz kimi də etdik. Növbəti gün Marina ilə çimərliyə getdik. Adam 
çox idi. Arvadımdan təxminən beş metr aralıda uzandım. Arvadım qum üzərində kürəyi 
üstə uzanıb özünü günə verirdi. Çiyinlərində zolaqcıqlar qalmamasından ötrü öz lifçiyinin 
ilməyini açmışdı. Onun yanında təqribən 25 yaşında gözəl bədənə malik qanışirin, cazibəli 
bir oğlan uzanmışdı. Arvadım onu yanına çağırıb dedi: 
– Bağışlayın, sizi bir dəqiqəlik olar? 
– Əlbəttə, buyurun, nə kömək edə bilərəm? 
– Gündə qaralma üçün kremi mənim bədənimə sürtə bilərsiniz? 
Oğlan sevinə-sevinə: 
– Kremi verin, məmnuniyyətlə sürtərəm. 
Oğlan arvadımın kürəyini, belini ovuşdurdu, tədricən sağrılarına endi. Çimərlik 
paltarı kremi bütün bədənə sürtməyə əngəl törədirdi, buna görə arvadımın xahişi ilə əllərini 
içəri  salıb  hər  tərəfi,  xüsusən  onun  çılpaq  sağrılarını  ovuşdurdu.  Mən  uzanmış  halda 
sakitcə,  səssiz-səmirsiz  bir  oğlanın  arvadımı  əllədiyinə  baxırdım,  gördüklərimin  mənə 
yaxşı təsir bağışladığını, xoşuma gəldiyini xəlvəti deyə bilərəm. Oğlanın əlləri arvadımın 
cinsiyyət dodaqlarına çatmışdı. Qadının qıçlarını araladığını görən oğlan həmin nahiyəni 
daha  fəal  surətdə,  enerjili  şəkildə  ovuşdururdu.  Sonra  oğlan  qadının  bud  və  ayaqlarına 
krem  çəkməyə  başladı.  Marina  arxası  üstə  çevrildi.  Oğlan  onun  döşlərini,  məmələrinin 
gilələrini əlləşdirdi... Arvadımın sifətindəki ifadəyə görə bunun ona xoş gəldiyini sezmək 
çətin deyildi. Döşlərindən sonra oğlan qarnına krem çəkməyə başladı və qasıqdan aşağıya 
doğru  istiqamət  götürdü.  Əllərini  çimərlik  paltarının  altına  soxan  oğlan  onun  qasıq 
nahiyəsini yaxşıca ovuşdurdu. Evdən çıxmazdan bir qədər qabaq öz əllərimlə onun qasıq 
nahiyəsinin tüklərini qırxmışdım. 
Oğlan ona tapşırılmış işi qurtaran zaman ağzını arvadımın qulağına yaxınlaşdırıb 
nəsə  pıçıldayır,  onların  hər  ikisi  gülümsəyir,  sonra  xeyli  müddət  qaynayıb-qarışmış 
adamlar  kimi  bir-birini  uzun-uzadı  şəhvətli  öpüşlərə  qərq  edirlər.  Ancaq  aralarında 
başlayan  münasibət  təkcə  öpüşməklə  bitənə  oxşamırdı.  Çimərliyin  arxasında  elə  uzaq 
olmayan məsafədə balaca həyətləri olan fin evləri vardı. Ehtiraslanmış oğlan arvadımı ora 
apardı.  Mən  hiss  edilməyən  şəkildə  onların  arxasınca  getdim.  Fin  evlərindən  birinin 
qabağında görünməz yerdə dayandıqlarını gördüm. Oğlan oradakı yırğalanan kürsü tipində 
kresloda  əyləşdi,  mənim  gözəlçəm  isə  dizləri  üstündə  onun  cinsiyyət  üzvünü  sormağa 
başladı. Oğlan qadının başından tutmuşdu, cinsiyyət üzvünü onun ağzında getdikcə daha 
dərinə  soxduğu  aydın  hiss  edilirdi.  Təxminən  15  dəqiqə  sormadan  sonra  oğlan  ayağa 
qalxdı, arvadımı qaldırdı. Arvadım onun ayaqları arxasından yapışdı, beləcə oğlan onu öz 
cinsiyyət  üzvünə  otuzdurdu.  Arvadımın  həzz  alaraq  qışqırdığı  eşidilirdi.  Onlar  belə  bir 

91 
 
yolla xeyli müddət cinsi əlaqədə oldular. Sonra oğlan kürəyi üstə uzandı, mələkciyim isə 
onun üstündə oturdu, yeyin hərəkətlə enib-qalxdığı aydın görünürdü. Sonra oğlan qadını 
çevirib ona dizi üstə dayanma pozasını verdi. Öz «aqreqatını» əlinə alıb qadının üzünə tərəf 
yaxınlaşdı və toxumunu püskürtməyə başladı. Arvadım dili ilə spermanı yalayırdı. İxrac 
edilmiş spermanın bir qismi onun ağzının qıraqlarından axıb tökülürdü. Cinsi əlaqəni başa 
çatdırdıqdan sonra onlar üst-başlarını sahmana saldılar. Arvadım ona öz telefon nömrəsini 
saxladı,  yenidən  onun  dodaqlarından  öpdü.  Sonra  biz  evə  qayıtdıq.  Yol  boyu  heç  nə 
haqqında danışmadıq. Yalnız yatağa girəndə arvadım məndən soruşdu: 
–  Əzizim,  yəqin  ki,  məndən  küsməmisən.  Bunu  bir  haqsızlıq,  heysiyyətinə 
toxunan hərəkət kimi başa düşmədiyinə, məndən incimədiyinə ümid edirəm.  
– Yox, əlbəttə, narahat olmaya bilərsən, mənim gözəlçəm. 
– Əla, belə də zənn edirdim, onda mən onun yanına bir də gedəcəm, sevgilim. 
– Əzizim, necə lazım bilirsənsə elə də edərsən, sənə inanıram, canım. 
– Hər şeyi başa düşdüyünə görə mən səni belə çox sevirəm. 
Biz Yunanıstanda bir il yaşadıq, həmin müddətdə arvadım xoşuna gələn kişilərlə 
görüşmüş, dəfələrlə cinsi əlaqədə olmuşdu. Sonra biz Moskvaya qayıtdıq, indi onun mənə 
xəyanət etmədiyinə yüz faiz əminəm. Yalnız bir yerdə harasa istirahətə gedəndə arvadım 
mənə xəyanət edir...»  
Doğrusu,  qeyd  edilən  hadisəni  təsvir  edərkən  materialın  «pornoqrafik 
məzmunlu» yerlərini təxirə salmaqla keçinmək olardı, lakin ağır kandavlizmli kişinin baş 
verənlərə münasibətini, onun psixoloji halətini başa düşmək üçün mətni elə olduğu kimi 
saxlamaq qərarına gəldik. Burada bir neçə məqamı xüsusi olaraq qeyd etmək lazım gəlir. 
Birincisi, internetlə tanışlıqdan sonra qurulmuş ailədə özünəməxsus qarşılıqlı inam hökm 
sürür,  qısqanclığa  yer  ayrılmır.  İkincisi,  arvadda  eyni  vaxtda  bir  neçə  cinsi  pozğunluq 
olduğu  aydın  görünür.  Hər  şeydən  əvvəl  onda  promiskuitetə  meylilik  açıq-aşkar  özünü 
büruzə verir. Bundan əlavə, konsensual adyulter (razılaşdırılmış nikahdankənar cinsi əlaqə) 
tərəfdarı olduğu şübhə doğurmur. Təsadüfi deyildir ki, nikahdankənar cinsi əlaqə (adyulter) 
təklifi birinci dəfə məhz onun tərəfindən edilir. Qadının seksual xarakterli məsələlərə dair 
baxışlarının  son  dərəcə  liberal  olması  da  burada  rol  oynayır.  Ola  bilsin  ki,  müvafiq 
situasiyada oralizm (kişi cinsiyyət üzvünə ağızla nəvaziş göstərməyə tələbat hissi) də özünə 
çıxış  yolu  tapır.  Bundan  başqa,  qadında  böyük  ehtimalla  ekshibisionizm  olduğunu 
fikirləşmək  mümkündür.  Qadının  başqa  oğlanla  öpüşməkdən  başlayıb  cinsi  əlaqəyə 
girməyə  qədər  gedib  çıxan  müxtəlif  intim  hərəkətləri  insanların  görə  biləcəyi  yerdə, 
xüsusən ərinin gözləri önündə etməkdən çəkinməməsi məhz bundan irəli gəlir. Üçüncüsü, 
razılaşdırılmış xəyanətin ailədaxili münasibətlərə heç bir təsir etmədiyi, zərrə qədər olsa 
belə qısqanclıq hissi doğurmadığı aşkar duyulur. Dördüncüsü, seksual meyl qəribə xarakter 
aldıqda  və  qarşısıalınmaz  olduqda  sosial  normaların  əhəmiyyətini  itirdiyi  nəzərə  çarpır. 
Tamamilə  yad  bir  cəmiyyət  qarşısında  alçalmaqdan,  hörmətdən  düşməkdən  qorxu  hissi 
götürülür.  Tərəflər  qərib  yerdə  ancaq  özləri  üçün  həyat  keçirir,  «qonşu  üçün  yaşamağı» 
sanki  vətənə  saxlayırlar.  İnsanların  ancaq  öz  yaşadıqları  yerdə  ədəb-ərkanlı  görünməyə 
çalışmaları,  özlərini  mərifətli  və  nəzakətli  göstərmələri  diqqətdən  yayınmır.  Ancaq  ərlə 
arvad vaxtaşırı olaraq istirahət üçün başqa ölkəyə getdikdə dərhal fürsətdən istifadə edib öz 
qeyri-adi seksual tələbatlarını təmin etməyə başlayırlar. Beşincisi, qadında başqa bir kişini 

92 
 
dadmaq,  onu  yoxlamaq  arzusu  ürəkdən  gəlir  və  tamamilə  təbii  görünür.  Altıncısı,  ər  öz 
arvadının  cavan  oğlanla  intim  hərəkətlərini  kənardan  müşahidə  edir,  bundan  nəinki  pis 
olmur, əksinə, həmin aktivlik onun xoşuna gəlir. Bütün bunlar onun kandavlizmə mübtəla 
olduğuna dəlalət edir.  
Qeyri-həqiqi  kandavlizm  müvəqqəti  xarakter  daşıyır.  Çünki  tərəflər  seksual 
təminedilmənin ancaq maraq doğuran müvəqqəti üsulu kimi buna əl atırlar. Əksər hallarda 
tərəflər qeyri-adi təcrübəni davam etdirmək istəmirlər. 
Qeyri-həqiqi  kandavlizm  yeniliyə  cəhd  edən,  hər  şeydən  baş  çıxarmağı 
arzulayan, özünü və seksual partnyorunu istənilən situasiyaya hazırlamağı sevən adamın 
bir  hərəkəti  kimi  qiymətləndirilir.  İlk  baxışda  qeyri-həqiqi  kandavlizmin  sadəcə  seksual 
eksperiment  aparmanın  bir  forması  olaraq  təhlükəsizliyi,  hətta  cinsi  həyatı  rəngarəng 
etməsi  baxımından  müəyyən  qədər  əhəmiyyət  kəsb  etdiyi  qənaətinə  gəlinə  bilər.  Lakin 
məsələnin dərinliyinə vardıqda ona ötəri bir məşğuliyyət kimi yanaşmaq doğru olmazdı. 
Birincisi,  seksual  partnyorun  hətta  cəmi  bir  dəfə  çılpaq  halda  başqa  kişiyə  göstərilməsi, 
yaxud  onun  ixtiyarına  verilməsi  həyat  yoldaşına  qarşı  nifrət  hissi  formalaşdıra,  ona 
münasibətdə ikrah doğura bilər. Həyat yoldaşına qarşı rəğbət hissinin üstündən qalın xətt 
çəkən belə bir nifrət hissinin uzun müddət aradan qalxmaması mümkündür. İkincisi, qəribə 
tərzdə  cinsi  həyat  yaşamağın  dadına  baxdıqdan  sonra  tərəflərin  iyrənib  onu  birdəfəlik 
unudacağı mümkün ola bildiyi kimi, yenə təkrar etmək qərarının çıxarıla biləcəyi də istisna 
edilmir.  Həqiqətən qeyri-adi aktivliyin təcrübədən keçirilməsindən sonra tərəflərdən biri, 
yaxud nadir hallarda hər ikisi onu xoşlaya və sonradan yenidən təkrarlamaq fikrinə düşə 
bilər.  Üçüncüsü,  kandavlistik  təcrübə  hər  bir  kişinin  qəlbində  ola  biləcək  oxşar  meyl 
cücərtisinin sürətlə inkişaf etməsinə təkan verə bilər. 
Bir  çox  hallarda  kandavlizm  kişinin  həyatında  sarsılmaz  xarakter  alır,  çox 
möhkəm olur və normal cinsi həyatı tamamilə əvəz edə bilir. Adəti qaydada yaşanan cinsi 
akt kişiyə heç bir ləzzət bəxş etmir. Ancaq kişi kandavlistik təmayülünü reallaşdırdıqda çox 
möhkəm ehtiraslanır, güclü seksual oyanma və orqazm yaşayır. Odur ki, belə hal həqiqi 
kandavlizm  (candaulismus  vera),  yaxud  qeyri-yalançı  kandavlizm  adlanır.  Bəzi 
mənbələrdə  ona  əsl  kandavlizm,  yaxud  xalis  kandavlizm  deyilir.  Həmçinin  onu  total 
kandavlizm (candaulismus totalis), yaxud tam kandavlizm də adlandırmaq olar. 
Kandavlistik  meylin  gizli  və  yaxud  aşkar  olmasına  görə  kandavlizmin  latent 
(gizli) və manifest (aşkar) formaları fərqləndirilir.  
Bəzi hallarda ər arvadını çılpaq halda başqa kişiyə göstərmək istəsə də, sadəcə 
ona  fikrini  söyləməyə  dərhal  cürət  etmir.  Ancaq  kişidə  arvadının  yalın  bədənini  başqa 
kişiyə  göstərmək  arzusu  qalır  və  reallaşacağı  anı  gözləyir  ki,  buna  latent  kandavlizm 
(candaulismus  latentis)  deyilir.  Belə  hal  başqa  sözlə  gizli  kandavlizm  də  adlanır.  Gizli 
kandaulezizmdən  əziyyət  çəkən  ər  qəlbinin  dərinliklərində  gizlətdiyini  məqam  gəldikcə 
müəyyən qədər həyata keçirməyə çalışır.  
Digər hallarda ər məqsədinə nail olmaq üçün konkret tədbir görməyə başlayır ki, 
buna  manifest  kandavlizm  (candaulismus  manifestis)  deyilir.  Belə  hal  başqa  sözlə  aşkar 
kandavlizm də adlanır.  
Kandavlistik meylin həyata keçməsinin səviyyəsinə görə kandavlizmin iki növü 
ayırd edilir: fantaziya olunan və reallaşdırılan. 

93 
 
Bir sıra hallarda şəxs kandavlistik meylini yalnız xəyal edir, belə bir mövzuda 
xülyaya  qapılır,  ancaq  onu  həyata  keçirmək  iqtidarında  olmur  ki,  buna  fantaziya  olunan 
kandavlizm deyilir. Belə hal başqa sözlə xəyali kandavlizm də adlanır.  
Fantaziya olunan kandavlizmin səciyyəvi cəhəti individin belə bir arzunu yalnız 
xəyalına  gətirməklə  kifayətlənməsidir.  Kişinin  öz  arvadını  (məşuqəsini)  və  yaxud  onun 
surətini başqa adamlara göstərməsi və bundan həzz alması fantaziya olunan kandavlizmi 
fərqləndirən  əsas  əlamətdir.  Çılpaq  halda  olan  arvadının  başqa  kişilər  tərəfindən 
bəyənilməsi,  onların  nəzərlərini  özünə  cəlb  etməsi,  hətta  bir  çox  hallarda  belələrinin 
qucağına atılması, yatağına girməsi və digər səhnələr tez-tez kandavlist ərin xəyalına gələn 
başlıca mövzulardır.  
Forumlardan  birində  rus  kişinin  ürəyindən  keçirdiklərini  izləyək:  «Mənim  36 
yaşım var, arvadım məndən düz 10 yaş kiçikdir, 6 yaşlı qızımız var, arvadımı və qızımı 
çox istəyirəm. Xeyli vaxt bundan qabaq günlərin birində ani olaraq üçlükdə seksi sınamaq, 
onun dadına baxmaq tipli seksual xarakterdə fikirlər ağlıma gəldi, sonra keçirdiyim hissi 
öz-özümə təhlil edəndə belə bir səfehliyə görə özümü çox qınadım, başımın işləmədiyini, 
ruhən  xəstələnməyə  başladığımı  güman  edib  bir  qədər  qorxdum,  özümdən  çox  şey 
soruşdum,  axırda  «bu  cür  hərəkətlər  etmək  axmaqlıqdır,  giclikdir»  deyib  onların 
mənasızlığı barəsində qəti qərara gəldim. Bir müddət rahat dolandım, hər şeyin düzəldiyini, 
sarsaq  fikirlərin  arxada  qaldığını  zənn  etdim.  Ancaq  sonradan  bambaşqa  məzmunda, 
üstəlik əvvəlkinə baxanda daha kəskin formada yeni fikir yaranıb bütün beynimi məşğul 
etdi.  Böyük  ölçüdə  cinsiyyət  üzvü  ilə  elə  mənim  yanımda,  gözlərim  önündə  arvadımla 
intim yaxınlıqda ola biləcək bir kişi tapmaqdan ibarət qarşısıalınmaz arzu yarandı, sonra 
zehnimi tam çulğaladı, elə bil məni cana gətirdi, hərəkətə sövq etdi. İndi həmin arzu məni 
rahat  buraxmır.  Arvadıma  bunu  necə  deyəcəyimi  bilmirəm,  onun  şoka  düşəcəyindən 
ehtiyatlanıram, ancaq arzumu ona hökmən bildirmək istəyirəm, sadəcə nədən başlamağı, 
necə izah etməyi bilmirəm. Belə bir situasiya ilə rastlaşan kişi və qadınlardan münasibət 
bildirmələrini  xahiş  edirəm.  Düzdür,  dərhal  arzunun  normal  olmadığını  söyləyəcəksiniz. 
Ancaq nəzərə alın ki, onun qarşısını almaq iqtidarında deyiləm. Əgər birdən arvadım buna 
razılıq versə və ürəyimdən keçirdiyim baş tutsa, bundan sonra gözlənilməz hallarla üzləşib-
üzləşməyəcəyimizi  müəyyənləşdirməkdə  çətinlik  çəkirəm.  Öhdəsindən  gəlinməsi 
mümkün  olmayan  bir  arzu  reallaşacağı  təqdirdə  bizi  nələr  gözləyəcəyini  təsəvvür  edə 
bilmirəm. Bundan sonra arvadımla bir yerdə necə yaşayacağımı, onunla hansı səviyyədə 
ünsiyyət quracağımı fikirləşdikcə heç cür bir nöqtədə dayana, qərar tuta bilmirəm, fikirlər 
bir-birini  sürətlə  əvəz  edir.  Ola  bilsin  ki,  bunu  bir  dəfə  dadmaqla  şəhvət  hissinin  təzə 
qazandığı  qeyri-adi  xarakter  keçib  gedəcəkdir,  bəlkə  yeni  təcrübəni  hər  ikimiz 
xoşlayacağıq,  sonra  ona  aludə  olacağıq,  indidən  heç  nə  deyə  bilmirəm.  Ancaq  gözəl 
arvadımı  başqa  kişi  ilə  bölüşməklə  bağlı  yaranmış  anlaşılmaz  arzunu  özümdən 
uzaqlaşdırmaq, onu boğmaq istəmirəm, əksinə, bunu bir dəfə yoxlamaqla hər şeyə aydınlıq 
gətirməyin doğru olduğunu fikirləşirəm. Başına belə fikirlər gəlmiş və sonra onu həyata 
keçirmiş  insanların  məsləhətinə  ehtiyacım  var,  köməyinizi  əsirgəməməyinizi  xahiş 
edirəm». 
Əlavə  şərhə  ehtiyac  yoxdur.  Kişidə  fantaziya  olunan  kandavlistik  arzunun 
reallaşma ehtimalı çox böyükdür. 

94 
 
Həqiqətən bir çox hallarda individ kandaulezistik meylini reallaşdırmağa çalışır. 
Odur  ki,  buna  reallaşdırılan  kandavlizm  deyilir.  Belə  hal  başqa  sözlə  həyata  keçirilən 
kandavlizm da adlanır. 
Reallaşdırılan kandavlizm kifayət qədər ciddi bir pozuntudur. Çünki bu zaman 
kandavlizm bir seksual praktika forması kimi çıxış edir, artıq hər şey həyat səhnəsinə keçir, 
ər aktiv fəaliyyətə başlayır. 
Kandavlistin «gözaltı etdiyi» kişinin yaşına gəldikdə burada meyl pozuntusunun 
formasından  asılı  olaraq  seçimlər  bir-birindən  fərqlənir.  Kandavlistlərin  bir  qismi  cəlb 
ediləcək  kişinin  yaşca  böyük,  ikinci  qismi  əksinə  kiçik,  üçüncü  qismi  isə  eyni  olmasını 
arzulayır.  Adətən  yüngül  kandavlizm  zamanı  çirkin  oyuna  çəkilən  kişinin  yaşca  kiçik 
olması  arzu  edilir.  Ağır  kandavlizmə  mübtəla  olmuş  ər  öz  arvadını  qucağına  atmağa 
hazırlaşdığı kişinin yaşca böyük və seksual təcrübəsinin çox olmasını istəyir. Lakin bütün 
kandavlistlər üçün universal resept olduğunu söyləmək mümkün deyildir.  
Əslində  kandaulezist  ərin  arvadının  kişiləri  tanıyıb-tanımaması  mühüm 
əhəmiyyət  kəsb  edir.  Kandaulezistin  arvadını  (şəklini,  yaxud  özünü)  təklif  etmək  üçün 
nəzərdə tutduğu kişi tanış ola bildiyi kimi, onun qətiyyən tanış olmaması da mümkündür. 
Odur  ki,  «gözaltı  edilən»  kişinin  tanış  olub-olmamasına  görə  kandavlizm  aşağıdakı  iki 
növdə  ola  bilər:  1)  tanış  kişiyə  yönəldilmiş  kandavlizm;  2)  tanış  olmayan  kişiyə 
yönəldilmiş kandavlizm. 
Çox vaxt kandaulezist ər arvadını tanış kişiyə doğru sövq etdirir. Belə hal tanış 
kişiyə yönəldilmiş kandavlizm adlanır.  
Arvadın tanıdığı kişiyə onun çılpaq halda göstərilməsi bir sıra cəhətlərilə dərhal 
seçilən qeyri-adi hadisədir.  Aşağıdakılardan biri tanış kişi  qismində  «prosesə» cəlb  edilə 
bilər: a) ailənin dostu olan kişi; b) ailəyə qohum olan kişi. 
Beləliklə,  tanış  kişiyə  yönəldilmiş  kandavlizm  öz  növbəsində  iki  növ  olur:  1) 
ailənin dostu olan kişiyə yönəldilmiş kandavlizm; 2) ailəyə qohum olan kişiyə yönəldilmiş 
kandavlizm. 
Ailənin dostu olan kişi birtərəfli və ikitərəfli müstəvidə dayana bilər.  
Birtərəfli  dost  olan  kişi  dedikdə  söhbət  ailə  başçılarından  yalnız  birinin  dostu 
olan kişidən gedir. Ona görə belə kişi öz növbəsində bunlardan biri ola bilər: a) ərin dostu 
olan kişi; b) arvadın dostu olan kişi. 
Kandavlizm  zamanı  kişi  arvadını  çılpaq  vəziyyətdə  öz  dost  və  tanışlarına 
göstərir. Kandaulezist ərin dostu olan kişiləri arvad yavaş-yavaş tanımağa başlayır. Əksər 
ailələrdə  arvad  ərinin  kimlərlə  dostluq  etdiyini  yaxşı  bilir.  Ər  kandaulezizmdən  əziyyət 
çəkən  hallarda  onun  dostu  olan  kişilərdən  biri,  yaxud  bir  neçəsilə  rastlaşma  ehtimalı 
getdikcə çoxalır. Çünki arvadını göstərmək istəyən ər müəyyən əlamətdar günləri bəhanə 
edib  qonaqlıq  təşkil  etməklə,  mərasimlərdə  görüşlər  keçirməklə,  dostlarını  evinə  qonaq 
çağırmaqla və başqa yollarla məqsədinə doğru irəliləyir. 
İkitərəfli dost olan kişi dedikdə ailə başçılarından hər ikisinə, yəni eyni vaxtda 
həm ərə, həm də onun arvadına dost hesab edilən kişi nəzərdə tutulur. Şübhəsiz ki, ərlə 
arvadın hər ikisinin dostu olan kişi daha üstün tutulur. 

95 
 
Ailənin dostu olan kişi adətən kandavlist ərin plan və məqsədindən bixəbər olur. 
Ancaq  müəyyən  zaman  keçdikdən  sonra  gözlənilməz  hadisələrin  bir  neçə  dəfə 
təkrarlanması artıq dostda müəyyən şübhələr yaradır.  
Beləliklə, ailənin dostu olan kişiyə yönəldilmiş kandavlizm özü üç növ olur: a) 
ərin dostu olan kişiyə yönəldilmiş kandavlizm; b) arvadın dostu olan kişiyə yönəldilmiş 
kandavlizm; c) ərlə arvadın hər ikisinin dostu olan kişiyə yönəldilmiş kandavlizm. 
Bir  çox  hallarda  ailəyə  qohum  olan  kişi  kandaulezist  ərin  diqqət  mərkəzində 
dayanır. Ərin qəribə meylini həytata keçirmək üçün istifadə etməyə hazırlaşdığı belə bir 
kişi  yenə  birtərəfli  və  ikitərəfli  qohum  ola  bilər.  Çox  vaxt  birtərəfli  qohum  olan  kişi 
«nəzarətə  götürülür».  Əgər  ərlə  arvad  nikaha  daxil  olmazdan  qabaq  bir-birilə  qohum 
olarlarsa,  belə  hallarda  kandaulezistin  qohum  kişiləri  «toruna  salma»  ehtimalı  çoxalır. 
Çünki hər iki tərəfdən qohum olan kişilər ailəyə daha tez-tez gəlir.   
Beləliklə, ailəyə qohum olan kişiyə yönəldilmiş kandavlizm üç növ ola bilər: a) 
ərə qohum olan kişiyə yönəldilmiş kandavlizm; b) arvada qohum olan kişiyə yönəldilmiş 
kandavlizm; c) ərlə arvadın hər ikisinə qohum olan kişiyə yönəldilmiş kandavlizm. 
Bir çox hallarda kandaulezist ər arvadını tamamilə yad (özgə) olan kişiyə doğru 
istiqamətləndirir. Belə hal tanış olmayan kişiyə yönəldilmiş kandavlizm adlanır.   
Arvadın  tanımadığı kişiyə  onun  çılpaq  halda göstərilməsi  artıq  fərqli  olan bir 
hadisədir.  Əlbəttə,  arvadı  nümayiş  etdirmək  üçün  «gözaltı  edilən»  kişinin  ona  qohum 
olmaması kandaulezist əri daha çox maraqlandırır. Arvadın yaxın qan qohumu olan kişilər 
kandaulezist ərin diqqətini cəlb etmir. Çünki həmin kişilərdə öz yaxın qan qohumu olan 
arvada qarşı seksual meyl yaranmaya bilər. Məsələn, arvadın qardaşı, atası, əmisi, dayısı və 
başqa qohumları üçün onun çılpaq halda göstərilməsinin heç bir mənası yoxdur. Əksinə, 
belə  hal  baş  verərsə,  onlar  arvadın  ərinin  nataraz,  qeyri-normal  insan  olması  barəsində 
qərara  gələ  və  lazımi  tədbirlər  görə  bilərlər.  Ancaq  kandaulezist  ər  özünün  qohumlarına 
arvadını çılpaq halda göstərmək istəyir. Çünki həmin kişilərdə çılpaq arvada qarşı seksual 
meyl  yaranması  ehtimalı  çox  olur.  Hərçənd  burada  milli,  etnik  xüsusiyyətlərin,  adət  və 
ənənələrin böyük rolu vardır. Məsələn, azərbaycanlılar arasında qardaşın arvadına, yaxud 
əmioğlunun  həyat  yoldaşına,  həmçinin  dayıoğlunun  xanımına  və  başqa  qadın  cinsli 
qohumlara pis gözlərlə baxmazlar. Hətta «gəlinbacı», «əmidostu», «dayıdostu», «əmimin 
gəlini», «dayımın gəlini» kimi ifadələr artıq həmin qadınların namusunun qorunmasından, 
onlara pis gözlərlə baxa biləcək hər hansı insanla mübarizədən çəkinilməməsindən xəbər 
verir.  Halbuki  dünyanın  bir  çox  ölkələrində  hətta  ailə  üzvləri  arasında  seksual 
münasibətlərin  formalaşması  mümkündür.  Artıq  Qərbi  Avropa  ölkələrindən  bir  çoxu 
homoseksualizmin ardınca insesti də leqallaşdırmaq haqqında fikirləşməyə başlayıblar. 
Həqiqətən  əksər  hallarda  arvad  əri  tərəfindən  çılpaq  halda  göstərildiyi  başqa 
kişini tanımır. Buna görə arvad tanış olmadığı kişinin qabağında çılpaq halda qalanda, əri 
yanında olsa da, bunu özünə bağışlaya bilmir, istər-istəməz çəkinir və tez əl-ayağa düşüb 
heç olmasa ayıb yerlərini gizlətməyə çalışır. Ancaq başıbəlalı arvadın əri bütün bunları seyr 
etməkdən seksual təminolunma həddinə çatır. 
Bəzi  hallarda  ər  arvadını  çılpaq  halda  başqa  kişiyə  göstərəndə  gözlənilməz 
vəziyyət yaranır. Çünki ərin yad bildiyi, özgə hesab etdiyi həmin kişini arvad tanıyır. Belə 
olan halda ərin münasibəti dəyişə bilər.  

96 
 
Arvadın çılpaq halda göstərildiyi kişilərin sayı kandaulezist ər üçün əhəmiyyət 
kəsb  edə  bilər.  Bu  baxımdan  aşağıdakı  iki  hal  mümkündür:  1)  arvadın  yalnız  bir  kişiyə 
göstərilməsi; 2) arvadın bir neçə kişiyə göstərilməsi. 
Buna müvafiq olaraq kandavlizm daha iki formaya ayrılır: monokandavlizm və 
polikandavlizm. 
Bəzən arvadın yalnız bir kişiyə göstərilməsi kandaulezist əri qane edir ki, buna 
monokandavlizm (monocandaulismus) deyilir.  
Bir çox hallarda arvadın bir neçə kişiyə göstərilməsi zərurəti yaranır ki, buna 
polikandavlizm 
(polycandaulismus) 
deyilir. 
Polikandavlizm 
öz 
növbəsində 
müxtəlifmomentli (növbəli) və eynimomentli (qrup) ola bilər. 
Bundan başqa, kandavlistik meylə başqa parafiliyaların qoşulub-qoşulmamasına 
görə kandavlizm izolyativ və kombinativ formalara ayrılır.  
Əksər  hallarda  kandaulezistik  meyl  müstəqil  surətdə  yaranır.  Buna  izolyativ 
kandavlizm deyilir. Belə hal başqa sözlə izolyasiya olunmuş kandavlizm də adlanır. 
Kandavlizm  həmçinin  başqa  deviasiya  və  parafiliyalarla  birləşə  bilər.  Buna 
kombinativ kandavlizm deyilir. Belə hal başqa sözlə kombinasiya olunmuş kandavlizm də 
adlanır. 
Praktikada kombinasiya olunmuş kandavlizmin aşağıdakı variantları daha çox 
müşahidə  edilir:  1)  akustisizmlə  qovuşmuş  kandavlizm;  2)  doqqinqlə  qovuşmuş 
kandavlizm;  3)  plüralizmlə  qovuşmuş  kandavlizm;  4)  promiskuitetlə  qovuşmuş 
kandavlizm;  5)  vizionizmlə  qovuşmuş  kandavlizm;  6)  vizionizm,  sadomazoxizm, 
plüralizm və narsissizmlə qovuşmuş kandavlizm; 7) vizionizm, sadomazoxizm, plüralizm, 
pornoqrafomaniya və narsissizmlə qovuşmuş kandavlizm. 
Bəzi hallarda akustisizm və kandavlizm eyni şəxsdə bir yerdə rast gəlinir. Buna 
akustisizmlə  qovuşmuş  kandavlizm  deyilir.  Belə  hal  başqa  sözlə  akustik  kandavlizm  də 
adlanır. 
Ayrı-ayrı hallarda doqqinq və kandavlizm bir-birinə qovuşur. Buna doqqinqlə 
qovuşmuş kandavlizm deyilir. Belə hal başqa sözlə doqqinqli kandavlizm də adlanır. 
Nadir  hallarda  kandavlizm  plüralizmlə  qovuşmuş  vəziyyətdə  olur.  Buna 
plüralizmlə qovuşmuş kandavlizm deyilir. Belə hal başqa sözlə plüralistik kandavlizm də 
adlanır. 
Bir  sıra  hallarda  kandavlizm  promiskuitetlə  bir  yerdə  olur.  Odur  ki,  buna 
promiskuitetlə qovuşmuş kandavlizm deyilir. Promiskuitetlə qovuşmuş kandavlizmə tipik 
nümunə  olaraq  amerikan  naşiri,  «Pleyboy»  («Playboy»)  jurnalının  yaradıcısı  və  şef-
redaktoru, həmçinin «Playboy Enterprises» kompaniyasının təsisçisi Hyu Merston Hefner 
(Hugh Marston Hefner) göstərilə bilər. 
Bəzən  kandavlizm  vizionizmlə  birləşmiş  halda  olur.  Buna  vizionizmlə 
qovuşmuş  kandavlizm  deyilir.  Belə  hal  başqa  sözlə  vizionistik  kandavlizm,  yaxud 
skoptofilik kandavlizm və yaxud vuayeristik kandavlizm adlanır. 
Vuayerizm  kifayət  qədər  güclü  erotik  cəlbediciliyə  malik  olan  bir  mövzudur. 
Buna görə vuayerizm səhnəsi rəssamları daim özünə cəlb edə bilmişdir. 
Vuayerizmlə  qovuşmuş  kandavlizm  ingilis  yazıçısı  Entoni  Dimok  Pouell 
(Anthony  Dymoke  Powell)  tərəfindən  1951-ci  ildən  1975-ci  ilə  qədər  dərc  etdirilən  12 

97 
 
cilddə  «Zamanın  musiqi  sədaları  altında  rəqs»  («A  dance  to  the  music  of  time»)  adlı 
silsilədəki mövzulardan biridir.  
Elə  hallar  olur  ki,  kandavlizmi  vizionizm,  sadomazoxizm,  plüralizm  və 
narsissizm  müşayiət  edir.  Odur  ki,  buna  vizionizm,  sadomazoxizm,  plüralizm  və 
narsissizmlə qovuşmuş kandavlizm deyilir. 
Nadir  hallarda  kandavlizmə  eyni  vaxtda vizionizm,  sadomazoxizm,  plüralizm, 
pornoqrafomaniya və narsissizm qovuşur. Buna vizionizm, sadomazoxizm, plüralizm və 
narsissizmlə  qovuşmuş  kandavlizm  deyilir.  Məşhur  ispan  naqqaşı  və  sürrealist  rəssamı, 
qrafik,  heykəltəraş,  rejissor  və  yazıçı,  sürrealizmin  görkəmli  nümayəndələrindən  biri 
Salvador  Dalinin  (Salvador  Dali)  vizionizm,  sadomazoxizm,  plüralizm  və  narsissizmlə 
qovuşmuş kandavlizmdən əziyyət çəkdiyi iddia edilir. 
Xarakterinə görə kandavlizm adi və elektron olmaqla iki növə ayrılır. 
Kandavlizm nisbətən məhdud sahəni əhatə edərsə, buna adi kandavlizm deyilir.  
Kandavlizm  nisbətən  daha  böyük  kütləni  əhatə  edərsə,  buna  elektron 
kandavlizm deyilir.  
Qadın  partnyorun  personal  təsvirlərinin  internetdə  publikasiyası  dövrümüzdə 
tez-tez rast gəlinən bir hadisəyə çevrilmişdir. 
Elektron  kandavlizmi  yeni  səslin  sağlam  düşüncəli  nümayəndələrini  yolundan 
azdıra bildiyinə görə çox təhlükəlidir. Çünki yetişməkdə olan nəsil internet boyunca kütləvi 
şəkildə yayımlanmanı gördükdə bunu özünə bir «nümunə» kimi seçə bilər. 
Demək olar ki, bizim  hər birimizin qəlbində bir iblis əyləşmişdir. Həmin iblis 
eşələnib xaricə çıxan zaman etdiyimiz hərəkətlərə görə tanınmaz oluruq. Bizi tanımayan, 
nabələd  adamlar  əcayib-qəraib  hərəkətlərimizi  gördükdə  buna  elə  bir  reaksiya  nümayiş 
etdirməyə  bilərlər.  Ancaq  həyatda  nələr  etməyə  qadir  olduğumuzu  yaxşı  bilən  insanlar 
bizdən  belə  hərəkətlər  gördükdə  çaşıb  qalırlar.  Neçə  illər  ərzində  qazanılan  hörməti  bir 
nalayiq hərəkətimizlə heçə endirə bilərik. Buna görə addım atanda, həyatda yenilik etmək 
istəyəndə,  başqa  cürbəcür  işlər  görəndə  bunların  doğura  biləcəyi  əks-sədanı  qabaqcadan 
təsəvvür  etmək,  ən  yaxşısı  ləyaqəti  alçalda  bilən  istənilən  hərəkətdən  uzaq  olmağa 
çalışmaq hər birimizin borcudur.  
İblisin  insan  qəlbindən  bayıra  çıxması  səbəbindən  özünə  yer  tapan  əməllər, 
həyata  keçən  hərəkətlər  seksual  xarakterli  olduqda  vəziyyət  xüsusən  qəlizləşir.  Seksual 
həyat  məsələlərinə  toxunan  məqamlarda  hərəkətlərin  dəyərləndirilməsi  bir  başqa 
müstəviyə  keçir.  Çünki  cinsi  həyat  gündəmə  gələndə  onun  səs-küyü  daha  çox  olur, 
doğurduğu  effekt  geniş  kütləni  özünə  cəlb  edir.  Sanki  başqa  hallarda  adi  bir  şey  kimi 
görünən,  xırda  məsələ  hesab  edilən  hər  hansı  bir  xüsusiyyətin  sekslə  bağlılığı  aşkara 
çıxarıldıqda  gözlənilmədən  bir  məxsusi  itilik,  tündlük  qazanır,  istər-istəməz  narahatlıq 
yaradır, gərginliyə səbəb olur. Təsadüfi deyildir ki, dünyanın əksər ölkələrində hər hansı 
sahədə, xüsusən böyük bir vəzifəyə iddialılıq ortaya çıxdıqda, siyasi müstəvidə və başqa 
hallarda  arzuolunmaz  fiquru  gözdən  salmaq,  onu  mübarizə  meydanından  rahat 
uzaqlaşdırmaq üçün cinsi həyatı ilə bağlı qeyri-adi təsir bağışlayacaq epizodun gündəmə 
gətirilməsi kifayət edir. Bir çox hallarda dövlət təhlükəsizlik orqanı əməkdaşları tərəfindən 
təqib edilən insanın yataq səhnələri şüurlu surətdə təşkil edilir və gizli kameralar vasitəsilə 
lentə alınır, sonra lazım gəldikdə onlardan çox məharətlə istifadə edilir. Özlərini gündəmdə 

98 
 
görmək  istəyən  bəzi  şou-biznes  adamları  çox  müzakirə  olunmaq  üçün  bilərəkdən  intim 
xarakterli  məlumatlar  sızdırırlar.  Tarixin  müxtəlif  dövrlərində  seksuallığı  araşdırmış  və 
cinsi  həyat  məsələləri  haqqında  kitab  yazmış  tədqiqatçılar  bir  çox  hallarda  möhkəm 
təzyiqlərə  məruz  qalmış,  sıxışdırılmış,  əxlaqsızlığı  yaymaqda  günahlandırılmış,  titulları 
əlindən  alınmış,  qəsdən  maliyyə  sıxıntısına  məruz  qoyulmuş,  hətta  bəzən  zindanlara 
salınmışlar. Bir sözlə, cinsi həyat məsələləri həmişə şiddətli surətdə nəzərə çarpır. 
Ənənəvi nikahla başlayan seksual münasibətlərdə bir çox hallarda hədsiz sayda 
qeyri-ordinar
106
 hallar baş verməsi barəsində məlumatlar verilir.  
Kandavlizm cinsi motivasiyanın pozulmasının bir forması olub, kişinin çılpaq 
halda olan arvadını, yaxud onun surətini başqa adamlara nümayiş etdirməkdən cinsi həzz 
əldə etməsilə səciyyələnir. 
Kandavlizm seksual üstün tutmanın pozulmasının bir formasıdır. Kişiləri belə 
tünd,  kəskin  bir  addım  atmağa  məhz  nəyin  təhrik  etdiyini  söyləmək  çox  çətindir.  Lakin 
burada  mazoxizmin  bütün  əlamətləri  göz  qabağındadır.  Kandavlizm  zamanı  çox  vaxt 
mazoxizmlə ekshibisionizm bir yerdə müşahidə olunur. Təsadüfi deyildir ki, kandavlizm 
passiv  alqolaqniyanın  (mazoxizmin)  ekshibisionizmlə  qovuşmasının  mürəkkəb,  qəribə, 
təmtəraqlı  bir  formasıdır.  Psixoanalitik  ənənədə  kandavlizm  məhz  mazoxizm  və 
ekshibisionizmin qovuşması, onların birləşməsi kimi şərh olunur.  
Məşhur  polyak  seksoloqu  Kazimej  İmelinski  (Kazimierz  Imielinski) 
kandavlizm və onun yaranma səbəbləri barəsində məlumat vermişdir. 
Əlbəttə,  bir  seksual  deviasiya  olaraq  kandavlizmdə  müəyyən  mazoxist 
tendensiyalar rol oynayır [40, səh. 302]. 
Kandavlizm  zamanı  ekshibisionizmdə  olan  mexanizm  özünü  göstərir.  Lakin 
kandavlizm kişi ekshibisionizmindən yalnız onunla fərqlənir ki, burada fallosun (ereksiya 
vəziyyətində olan kişi cinsiyyət üzvünün) yerində sevimli arvadın bədəni dayanır. Xüsusən 
arvadın bədəni gözəl olduqda onun fetişizasiyası halında şəxsin qürrələnməsini və güclü 
seksual oyanma əldə etməsini aydın müşahidə etmək olar. Bu zaman həqiqətən kandavlist 
ər arvadının çılpaq halda göstərdiyi bədəninin gözəl olmasından fəxr duyur və həzz əldə 
edir. Əlbəttə, çılpaq arvadı görən kişilərin onun gözəl olması barəsində yüksək fikirləri və 
bunu  təsdiqləmələri  belə  binamusun  ürəyində  əvəzsiz  bir  rahatlıq  və  özünəarxayınlıq 
yaradır. «Bəxtəvərin arvadının nə gözəl bədəni var», «gözəl arvad elə bu cür bədənə malik 
olmalıdır» kimi ifadələr işlədilirsə və bundan həmin kişi xəbər tutursa, sevincinin həddi-
hüdudu olmur. Yad baxışlar kişinin «xüsusi malına» ünvanlandığı üçün ona ləzzət edir. 
Belə mazoxistik komponent də həmçinin kişiyə arzusunu reallaşdırmaqda müəyyən qədər 
kömək  edir.  Buna  görə  polyak  seksoloqu  Kazimej  İmelinski  haqlı  olaraq  kandavlizmi 
«mazoxizmlə  birləşən  ekshibisionizmin  bir  növü»  kimi  təqdim  etmişdir.  K.  İmelinski 
kandavlizmə  ekshibisionizmlə  mazoxizmin  qovuşmasının  xüsusi  bir  forması  kimi 
baxmışdır.  K.  İmelinski  deyirdi  ki,  kandavlizm  zamanı  özünə  əzab,  işkəncə  vermənin 
mazoxist komponenti əsas rol oynayır [33].  
Səbəbinə  və  inkişaf  mexanizminə  görə  kandavlizmin  aşağıdakı  dörd  forması 
ayırd  edilir:  1)  öyünmə  kandavlizmi;  2)  səxavətlilik  kandavlizmi;  3)  görməmişlik 
kandavlizmi; 4) uğurlara sevinmə kandavlizmi. 

99 
 
Əgər kişi arvadının həddən ziyadə gözəl olduğunu bildirirsə, erotik cazibədarlığa 
malik belə bir qadına yiyələnməsinə görə öyünürsə, çılpaq halda göstərdiyi həmcinslərinin 
ona  valeh  olduqlarına  əmin  olursa,  bundan  sonra  dost,  tanış  və  digər  kişilər  arasında 
lovğalanırsa, həmin hadisəyə öyünmə kandavlizmi deyilir. Supermen
1
 olduğunu zənn edən 
kandavlist bununla təkcə hamının heyran olduğu arvadını deyil, eyni zamanda onun yataq 
yoldaşı  olan  özünü  də  tərifləmiş  olur.  Arvadının  gözəlliyi  və  cazibədarlığı  ilə  öyünüb 
lovğalanmaqla səciyyələnən kandavlizm forması kifayət qədər geniş yayılmışdır. Öyünmə 
kandavlizmi hələ lap qədim dövrlərdən müşahidə edilmişdir. Hökmdarlardan tutmuş sıravi 
kişilərə qədər xeyli kişinin öyünmə kandavlizminə mübtəla olmaları barəsində ədəbiyyatda 
çoxlu məlumat vardır. 
Uşaqlıq illərində xəsislik üstündə möhkəm cəzalandırılmış oğlanın böyüdükdən 
sonra hər şeyini, hətta arvadını belə bölüşməyə hazır olmasından ibarət olan pozğunluğa 
səxavətlilik  kandavlizmi  deyilir.  Tədqiqatçıların  gəldiyi  qənaətə  görə,  uşaqlıq  illərində 
xəsislik  (simiclik)  üstündə  oğlanın  möhkəm  cəzalandırılması,  aramsız  tənbeh  edilməsi 
bunun  üçün  bir  əsas  olaraq  xidmət  göstərə,  ona  zəmin  hazırlaya  bilər.  Uşağa  durmadan 
təlqin edilir ki, yaxın adamlar və dostlar üçün heç nəyi əsirgəmək, verdiyinə təəssüflənmək, 
heyfsilənmək  olmaz.  Zıqqılıq  üstündə  bir  neçə  dəfə  üzü  danlanan,  məzəmmətləndirilən, 
«nəsə  bir  şeyi  verməyə  təəssüf  etmək,  buna  peşman  olmaq  pis  xasiyyətdir»  kimi 
nəsihətlərlə  qulaqları  doldurulan  uşaq  xəsisliyin  yaraşmayan  bir  cəhət  olduğunu  çox 
möhkəm  mənimsəyir,  «dərs  alır»,  böyüyəndən  sonra  topladığı  həyat  təcrübəsinə  əsasən 
əlində  olduğu  istənilən  bir  şeyi  həmişə  və  artırılmış  dərəcədə  mütləq  mənada  hamı  ilə 
bölüşməyin lazım gəldiyini düşünür, belə bir addımın daha doğru olduğuna şübhə etmir. 
Artıq  böyüyüb  kişi  olmuş  həmin  şəxs  nəsihətə  qulaq  asaraq  öz  arvadını  da  bölüşməyə 
qərar verir. Halbuki həyatda heç də hər şeyin bölüşdürülməli olmadığı elə uşaq vaxtında 
ona izah edilməliydi. Oğlana elə uşaq vaxtında başa salınmalıydı ki, məhrəm hesab edilən, 
gizli tutulan, məxfi saxlanan şeyləri bölüşməzlər. Xüsusən ailənin intim dünyasına aid olan 
bütün əlamət və hadisələr başqalarına bildirilməməlidir, bunlar bölüşmək üçün deyildir.  
Ümumiyyətlə,  uşaqlıq  dövründə  amansız  cəzalandırma  heç  vaxt  yaddaşdan 
silinmir  və  yaşa  dolduqdan  sonra  özünün  acı  nəticəsini  ortaya  qoyur.  Uşaqlıq  dövrünün 
kədərli  anları  yetkin  yaşda  insanı  cürbəcür  anormal  meyllərə  səsləyə,  onu  cinsi  həyatda 
qeyri-standart  addımlar  atmağa  haylaya  bilər.  Həqiqətən  uşaqlıq  dövründə  individin  hər 
hansı  xoşagəlməz  hadisədən  həddən  ziyadə  məyus  olması,  onun  pərt  və  dilxor  halda 
yaşaması yaddaşından silinmir. Sözümüzün canı ondadır ki, parafiliyaların yaranmasında 
uşaqlıq  illərinin  ovqatı  təlx  edən  xatirələri  müstəsna  əhəmiyyətə  malikdir.  Şübhəsiz  ki, 
kandavlizm bir parafiliya forması olaraq belə bir mexanizmdən kənarda qala bilməz. Gəlin, 
bir klinik nümunəni nəzərdən keçirək. 
2002-ci  ilin  sentyabr  ayının  7-də  Ukraynanın  «Faktlar  və  şərhlər»  adlı 
qəzetində
107 
tanınmış  jurnalist  Aleksandr  Mixayloviç  Qoroxovski
108
  maraqlı  bir  məqalə 
dərc etdirmişdi. Məqalədə təsvir edilən hadisənin bir klinik nümunə olaraq kandaulezizmin 
etiologiyası və patogenezi haqqında söhbətə aydınlıq gətirilməsi üçün əhəmiyyətini nəzərə 
alıb aşağıda onu təqdim edirik [29].  
Bir neçə ildir ki, nikahda olan gənc ər-arvad iki uşaq böyüdüb tərbiyə ediblər. 
Onların seksual həyatı adəti çərçivəyə salınmışdır. Tərəflər praktik olaraq oral nəvazişlərə 

100 
 
qədər  müxtəlif  əzizləmə  hərəkətlərinə  yer  ayırmış,  hər  cür  aktivlik  formasını  təcrübədən 
keçirmiş,  sadəcə  maraq  xatirinə  qeyri-ənənəvi  kontaktları  yoxlamış,  cürbəcür  seksual 
oyuncaq  və  ləvazimatları  sınamış,  müxtəlif  vasitələr  tətbiq  etmiş,  erotik  alt  paltarı 
geyinməklə  seks  yaşamağın  dadına  baxmışlar.  Lakin  bütün  bunlar  yalnız  fraqmentar
109
 
olmuş  və  aralarındakı  seks  əsasən  tipik  formada  keçirilmişdir.  Hərçənd  onlar  fantaziya 
düzəltməyi, xəyala qapılmağı çox sevmişlər. Çox gözəl oyun hərəkətləri etməyi bacaran 
arvad bəzən əri üçün açıq-saçıq rəqs seansları təşkil etmişdir. Əgər nikahın başlanğıcında, 
izdivacın  əvvəlində əri  öz gözəl  arvadını  çox  qısqanırdısa, ancaq zaman  keçdikcə bunu 
dayandırmışdır. Gənclər özlərini tam azad insanlar kimi aparmış, ən gözəl cinsi partnyorlar 
kimi bir-birinin qarşısında bütün xasiyyət və qabiliyyətlərini tam çılpaqlığına qədər açmış, 
biri  digərindən  heç  nəyi  gizlətməmişdir.  Daim  nəsə  yeni  bir  şeyə  can  atan,  həyata  rəng 
qatmağa təşəbbüs göstərən ər-arvadın arasında açıq və səmimi münasibət qurulmuş, onlar 
bir-birinə  ürəkdən  inanmış,  etibar  etmiş,  könüllərindən  keçirdiklərini  bir-birinə 
söyləməkdən çəkinməmişlər. Lakin elə bu gözəl hisslər ər-arvadla çox pis zarafat etmişdir. 
«Darina»  anonim  konsultativ  mərkəzində  cütlə  iş  prosesində  evlənənə  qədər  ərin  zərif 
cinslə  münasibətlərinin  elə  uğurlu  alınmadığı  artıq  məlum  olmuşdur.  Oğlanın  görüşmək 
istədiyi qızlar ondan imtina etmiş, təklifini cavabsız qoymuşlar. Lağa qoyulmasını və ələ 
salınmasını  istəməyən  oğlan  sadəcə  istehza  və  rişxənd  obyekti  olmamaqdan  ötrü  gözəl 
olmayan qızlarla münasibət qurmuşdur. Oğlan onda elə bir xüsusi hiss doğurmayan, ancaq 
bunun əvəzində təklifini müsbət cavablandıran, belə demək mümkünsə, səsinə səs verən, 
qarşılıqlı surətdə reaksiya nümayiş etdirən həmin gənc qızların çox da gözəl olmadıqlarını 
özü etiraf etmişdir. Əlbəttə, bütün bunlar oğlanda müəyyən komplekslər əmələ gətirmişdir. 
Bir külçə kimi tapdığı qızla evlənən oğlan onu ələ keçirdikdən sonra iftixar hissinin ölçüsü 
bilinməmiş,  sevinci  aşıb-daşmış,  lovğalanmağa  başlamış,  sanki  aləmə  car  çəkmək,  son 
dərəcə zərif və məlahətli görünən, eşidilməmiş və görünməmiş dərəcədə gözəlliyə malik 
olan,  hər  kəsi  heyrətə  salan,  xoş  mənada  təəccübləndirən  arvadını  hamıya  göstərmək 
istəmişdir.  Oğlan  ona  necə  gözəl  bir  xanım  nəsib  olduğunu  qışqıraraq,  var  gücü  ilə 
çığıraraq, bar-bar bağıraraq bütün dünyaya demək istəmişdir. Oğlan son dərəcə valehedici 
olan,  görənləri  heyrətləndirən  gözəl  bir  qızın  qismətinə  düşdüyünü  ilk  növbədə  öz 
yaxınlarına göstərmək həsrətilə alışıb-yanmışdır. Onun belə arzuları sonradan qəribə bir 
şəkil almış və cinsi meylinin təhrif edilməsilə nəticələnmişdir. Oğlanda «kandaulezizm» 
adlanan bir parafiliya inkişaf etmişdir.  
İndi ərin seksual oyanması və təmin edilməsi üçün arvadını çılpaq halda başqa 
kişilərə göstərməsindən ibarət qeyri-adi bir tələbat yaranmışdır. Əvvəlcə bu ərin arvadını 
dərin kəsiyi (döşündə açıq yeri) olan paltar və yaxud qısa yubka geyinməsinə nail olmaq 
üçün  onu  tilə  tutmasında  ifadəsini  tapmışdır.  Əri  belə  açıq-saçıq  geyimin  ona  çox 
yaraşdığını, onu həddən ziyadə füsunkar və cazibədar göstərdiyini bildirməklə məqsədinə 
nail olmuşdur. Sonra fotoqrafiyalarla son dərəcə maraqlanan gənc kişi öz arvadının erotik 
pozalarda şəklini  çəkməyə  başlamışdır.  Zaman keçdikcə çəkilən  şəkillər daha açıq-saçıq 
olmuşdur. Kişi fotoları tanışlarına göstərərək onları nümayiş etdirən zaman xüsusi bir həzz 
almış, məmnunluq duymuşdur. Bu fakt arvadda narahatlıq, sıxılma, utanma və hərəkətlərin 
məhdudlaşması  kimi  hallar  doğurmuşdur.  Lakin  qadın  ərköyünlənmiş  ərinin  nazını 
çəkdiyindən, onun könlünü açan hərəkətlər etməyi xoşladığından özünün narahat olması 

101 
 
kimi hissini büruzə verməməyə çalışmış, ona bildirməmək üçün əlindən gələni etmişdir. 
Qəlbi  məhəbbətlə  dolu  olan  arvad  bunun  ərinə  xoş  gəldiyini  yaxşı  bildiyi  üçün  güzəştə 
getmiş, özünün narahatlığını göstərməməyə çalışmış və məqsədinə nail olmuşdur.  
Növbəti  addım  axşam  qonaqlıqlarından  birində  striptiz  göstərməkdən  ibarət 
olmuşdur. Seksual tələbatının təmin edilməsi üçün ər onun dostlarının toplaşacağı axşam 
qonaqlığında  striptiz  göstərməsindən  ötrü  öz  arvadını  dilə  tutmuş,  çox  yalvar-yaxardan 
sonra  onu  yola  gətirə  bilmişdir.  Arvadında  striptizin  çox  yaxşı  alınacağına  onu  inandıra 
bilən ər təklifinə razı salmağı bacarmışdır. Kompaniya artıq kifayət qədər qızışmış və çox 
açıq-saçıq  rəqslər  başlamışdır.  Bərk  həvəslənmiş  kişi  öz  gözəl  arvadının  əynindəki 
paltarların  hamısını  çıxarmış,  yalnız  bir  trusuda  saxlamışdır.  Əgər  bu  arvadın  özü  və 
ətrafındakılar  tərəfindən  sadəcə  əyləncəli  zarafat,  gülməli  bir  epizod,  əhvali-ruhiyyənin 
yüksək  olduğu  vaxtda  yeni  və  maraqlı  addım  kimi  qəbul  edilmişdisə,  ancaq  kişi  bunu 
seksual  fəaliyyətinə  zəruri  bir  yanaşma  olaraq  dəyərləndirmişdir.  Əlbəttə,  qadının  çılpaq 
vəziyyətə düşməsi spirtli içki qəbulundan sonra erotik elementlərin qatıldığı bir zarafatyana 
hərəkət  kimi  qarşılana  bilərdi.  Halbuki  kişi  baş  verənləri öz fəaliyyətinə  əsaslanma  kimi 
başa  düşmüşdür.  Bundan  sonra  kişi  hər  vasitə  ilə  olursa-olsun  bu  və  yaxud  digər 
qonaqlıqda,  ziyafətdə  arvadının  striptiz  göstərməsini  istəmiş,  onu  aramsız  olaraq  dilə 
tutmuşdur.  
Hər  əyləncə  gecəsində  ər  arvadından  dostları  üçün  striptiz  ifa  etməyi  tələb 
etmişdir.  Əri  öz  arzusuna  belə  bəraət  qazandırmışdır  ki,  başqa  adamların  qarşısında 
arvadının soyunmağa başladığını görəndə və digər kişilərin onun çılpaq bədəninə qeyri-adi 
nəzərlər yetirdiyinə əmin olanda bundan olmazın dərəcədə oyanıqlıq əldə edir və seksual 
meyli  şiddətlənir.  Arvad  başqa  kişilərin  qarşısında  soyunmağa  başlayarkən  ərinin 
inanılmaz dərəcədə şadlandığına və onda güclü seksual meyl yarandığına şübhə etmirdi, 
artıq buna bir neçə dəfə əmin olmuşdu. Ancaq özünə yaxın bildiyi kəslərin, hətta sevdiyi 
adamın sifarişi əsasında tanımadığı kişilərin kompaniyasında soyunmaq, əlbəttə, arvadın 
heç cür xoşuna gələ bilməzdi. Qəribə seksual marafonun apogeyi
110
 ərin rəisinin doğum 
günü  oldu.  Ər  rəisinin  şərəfinə  axşam  təşkil  ediləcək  qonaqlıqda  arvadının  büsbütün 
soyunmaqla  striptiz  ifa  etməsini  istəmiş,  onu  dilə  tutub  buna  razı  salmışdır.  Ərinin  tam 
soyunmaqla bağlı xahişini yerinə yetirmək arvada çox ağır gəlirdi. Ancaq əri iddia edirdi 
ki,  guya  arvadının atacağı həmin addım  nəinki  onu seksual oyandıracaq,  eyni  zamanda 
bütün  xidmət  yoldaşları  yanında  hörmətinin  daha  artıq  olacağına,  karyerasında
111
  uğur 
qazanacağına və vəzifəcə yüksələcəyinə kömək edəcəkdir. Ancaq arvadı sonra danışmışdır 
ki,  böyük  ehtimalla  bu  adi  bir  şantaj  olmuşdur.  Əksinə,  arvadın  özünü  büsbütün 
çılpaqlaşdırmaqla striptiz göstərməsi ərinin bir yerdə işlədiyi yoldaşlar arasında olan-olmaz 
hörmətini heçə endirə bilərdi. Sadəcə olaraq ərinin «karyerada uğur qazanmağıma imkan 
yaratmadın»,  «mənsəbə  çatmağım  üçün  təkan  verə  bilərdin»  kimi  bitib-tükənməyən 
xülyaları  qarşısında  aciz  qalan  arvad  güc-bəla  ilə  buna  razılaşır.  Lakin  arvad  nə  qədər 
çalışmasına baxmayaraq son anda nəfsinə üstün gəlməyi bacarmamış, təzəcə rəqs etməyə 
başlayan  anda  hal-təbdən  çıxaraq  banket  zalından  qaçmışdır.  Əri  baş  verənlərdən  çox 
dilxor olmuş, arvadının hərəkətini təhqir (həqarət) kimi qarşılamış, onun seksual arzusuna 
ehtiramsızlıq və saymazlıq kimi dəyərləndirmişdir. Bundan sonra hər ikisinin intim həyatı 

102 
 
çox çətinliyə düşmüşdür. Yaranmış situasiyadan çıxış yolu tapmaqdan ötrü gənc adamlar 
mütəxəssisə müraciət etməli olmuşlar.  
Vaxtilə  heç  bir  qız  yaxın  durmayan,  lakin  sonradan  vəziyyətin  dəyişməsi 
nəticəsində qismətinə çox qəşəng bir xanım düşən kişinin öz həyat yoldaşının həqiqətən 
məlahətli  və  valehedici  olduğunu  hər  kəsə  nümayiş  etdirmək  arzusuna  görməmişlik 
kandavlizmi deyilir. 
Çox  böyük  ehtimala  görə,  ərdə  kişi  kollektivində  özünü  təsdiqləməyə
112
 
qarşısıalınmaz tələbat təzahür edir. Belə ər bunu yalnız öz seksual keyfiyyətləri hesabına 
etməyə  cəhd  göstərir:  «Əgər  hamının  təriflədiyi  belə  seksual  qadın  mənə  gəlibsə,  onda 
özümü supermen hesab edə bilərəm. Axı, hər kəsi valeh etməyi bacaran belə gözəlçə ilə 
məhz mən yatıram». 
Belə hesab etmək qəbul olunmuşdur ki, kandavlizm aşkara çıxarılan kişi şüuraltı 
olaraq  natamamdəyərlilik  kompleksindən  əziyyət  çəkir.  Onun  bütün  dünyaya  acığı, 
hiddəti,  hirsi,  kini,  qərəzi,  qəzəbi  özünü  natamam  dəyərli  adam  hiss  etməsindən 
qaynaqlanır. Kompleksli kişi istənilən üsulla özünü təsdiqləməyə can atır. Sahib olduğu 
arvadının  gözəl  görünüşlü  və  cəlbedici  çılpaq  bədəni  qısa  vaxt  ərzində  güclü  effekt 
verməklə özünü təsdiqləmək üçün kifayət edir. Başqalarının diqqətini özünə çəkən arvadın 
əri  olması  ona  bu  kompleksin  öhdəsindən  gəlməyə  imkan  verir,  çatışmazlığı  aradan 
qaldırmaqda  kömək  edir.  Buna  görə  ərin  ətrafındakı  adamların,  xüsusən  kişilərin  onun 
arvadını tərifləməsi xoş bir mənzərə yaradır, əhvali-ruhiyyəsinin yüksəlməsinə səbəb olur. 
Kənar  adamların  füsunkar  və  cazibədar  arvad  barəsindəki  tərifli,  qızğın  fikirləri,  yüksək 
qiymətləri,  müsbət  rəyləri  kişinin  istədiyinin  cavabsız  qalmaması,  sanki  səsinə  səs 
verilməsi kimi qavranılır. Bütün bunlardan halı xoş olan kişinin özünə inamı artır. Arvadın 
tərifə  layiq  olmasını  ehtiva  edən  fikirlər  inkişaf  edib  dəyişərək  kişidə  məxsusi  seksual 
oyanma  halına  çevrilir,  məhz  bunun  hesabına  cinsi  tələbatın  yüksək  səviyyədə  təmin 
olunmasına, olmazın dərəcə həzz bəxş etməsinə gətirib çıxarır. 
Arvadının  yataqdakı  uğurlarına  sevinən,  onun  başqa  kişilərlə  intim  yaxınlığı 
zamanı  aktivlik  tələb  edilən  hərəkətləri  müvəffəqiyyətlə  yerinə  yetirdiyini  kənardan 
müşahidə edən kişinin mübtəla olduğu meyl pozğunluğuna uğurlara sevinmə kandavlizmi 
deyilir. 
Kandaulezizmin  xas  olduğu  kişidə  həmin  qeyri-adi  meyl  məqamı  gələndə 
dərhal  özünü  büruzə  verir.  Fikrimizi  əsaslandırmaq  üçün  rus  saytlarından  birində  təsvir 
edilmiş söhbəti xatırlayaq. 
Bir kişi və onun arvadı universitetdə oxuduğu vaxt qəribə hadisə baş vermişdi. 
Arvad  haradasa  üçüncü  kursda  özünün  başına  gələn  qəribə  qəziyyəni  ərinə  təfsilatı  ilə 
danışmışdı. Həmin vaxt onlar hələ evlənməmişdilər, sadəcə dostluq edirdilər. Tələbələr hər 
tədris ilində universitetin poliklinikasında tibb komissiyasından keçməli olurdular. Növbəti 
dəfə  tibbi  baxışdan  keçmək  üçün  ginekoloqun  kabinetinə  daxil  olan  qız  soyunmağa 
başlayır  –  şalvar  və  trususunu  çıxarır,  yalnız  corabları  və  koftası  qalır.  Yanındakı  qapı 
dəhlizə  deyil,  başqa  kabinetə  açılırdı.  Qıza  elə  gəlir  ki,  həmin  qapı  ginekoloji  kabinetin 
prosedurlar üçün nəzərdə tutulmuş otağının qapısıdır. Belə bir qərara gəlmiş qız heç nədən 
narahat olmadan soyunmaqda davam edirdi. Halbuki həqiqətdə qapı cərrahın kabineti idi 
və orada tibbi baxışa gəlmiş ondan artıq tələbə vardı. Qapı açıq olduğundan yoldaşlar qızı 

103 
 
yaxşı görürdülər. Lakin qız bundan çox gec – dik durub başını qaldırarkən duyuq düşdü. 
Uşaqlar  səssiz-səmirsiz  gözlərini  ona  zilləmişdilər.  Həkimin  stoluna  yaxınlaşmaqdan  və 
açıq  qapıya  dalını,  daha  doğrusu  çılpaqlaşdırdığı  yumşaq  yerini  tutmaqla  dönməkdən 
başqa bir çıxış yolu qalmadığını yaxşı anlayan qız belə də edir. Ginekoloqun kartoçkanı 
yazması təxminən üç dəqiqə çəkir. Həmin müddətdə qızın tələbə yoldaşlarının baxışları 
onun çılpaq bədəninə tuşlanmışdı. Qız sonradan öyrənir ki, ona diqqətlə baxan uşaqlar eyni 
fakultədə təhsil alan birinci kurs tələbələridir. Həkim qeydlərini yekunlaşdırdıqdan sonra 
qız kresloya yaxınlaşır. Kreslo kabinetin qalan hissəsindən qalın şirma vasitəsilə ayrılmışdı. 
İçərisinə parça çəkilmiş çərçivələrdən ibarət olan və asanlıqla bükülən həmin arakəsmənin 
yanında soyunub-geyinmək lazım gəlirdi. Ancaq qız bunu çox gec görmüşdü.  
Qız  qəhqəhə  ilə  gülməklə  söhbəti  ərinə  danışır.  Ancaq  arvadının  gülməli 
söhbətini dinləyən əri qeyri-adi və bir qədər anlaşılmaz hiss keçirir. Onda eyni vaxtda həm 
qısqanclıq, həm də çox güclü oyanma yaranır. Qısqanclıq ehtiraslanmaya qarışıb qəribə 
təsir bağışlayır. Belə təəccüblü həyəcanlanma ərin həyatında birinci dəfə baş verirdi. Kişi 
bundan  sonra  nəyin  ona  xoş  gəldiyini  başa  düşməyə  başladı.  Hər  dəfə  həmin  hadisəni 
xatırladıqca onun vücudunu qəribə hiss bürüyürdü. 
Məşhur  avstriyalı  həkim  və  psixoanalitik,  məhkəmə  təbabəti  eksperti,  seksual 
deviasiyalar  tədqiqatçısı,  nəhəng  nəzəriyyəçi  və  klinisistlərdən  biri,  həmçinin  dahi 
Ziqmund Freydin ardıcılı İsidor Ayzek Zadger (Isidor Isaak Sadger)
113
 belə bir hipotez irəli 
sürmüşdür  ki,  kandavlist  özünü  məhz  öz  seksual  partnyorunun  bədəni  ilə  tamamilə 
identifikasiya  edir  (eyniləşdirir),  onun  şüurunun  dərinliyində  özünü  təzahür  etdirir.  Bu 
barədə  alman  antropoloqu,  etnomusiqişünası,  psixoanalitik  və  seksoloqu  Ernst  Vilhelm 
Yulius  Bornemann  (Ernst  Wilhelm  Julius  Bornemann)
114
  məlumat  vermişdir.  Sadəcə 
Ernest Borneman (Ernest Borneman) kimi məşhur olan araşdırıcı 1984-cü ildə Hannibal 
şəhərində dərc etdirdiyi «Məhəbbət leksikonu» («Lexikon der liebe») adlı əsərində həmin 
məsələdən danışmışdır [1]. 
Yeniyetməlik 
və 
gənclik 
illərində 
seksual 
meylin 
realizasiyasının 
istiqamətləndirilməsi  baxımından  uğursuzluq  olması  həyatın  sonrakı  dövründə  istər-
istəməz özünün qaçılmaz nəticələrini ortaya qoyur. Bunu aydın başa düşmək üçün məşhur 
ispan sənətkarı Salvador Dalinin (Salvador Dali) həyatına dair məlumata nəzər yetirmək 
maraqlı  olardı.  Bu  barədə  kandavlizm  formalarının  təsnifatı  mövzusunda  ətraflı 
danışılacaqdır. 
Bir  çoxlarının  fikrincə,  kandavlizm  psixi  kənarlanmadır.  Belələrinin  gəldiyi 
qənaətə  görə,  psixikasında  ciddi  bir  dəyişiklik  olmayan  adam  belə  nalayiq  hərəkətə  yol 
vermək istəməz, bunu heç cür özünə sığışdırmaz. Həqiqətən kandavlizm bir psixopatoloji 
vəziyyətdir,  psixikada  ciddi  patoloji  dəyişikliyin  baş  verməsilə  səciyyələnən  ayrıca  bir 
haldır.  «Kandavlizm  simptomokompleksi»,  «kandavlizm  sindromu»  kimi  terminlərin 
işlənməsi məhz bundan xəbər verir. 
Kandavlizmin  maniakal  epizodlu  bipolyar  affektiv  pozğunluq,  şizofreniya  və 
digər psixi xəstəliklər zamanı rast gəlinə bilməsi nəzəri olaraq mümkündür, lakin konkret 
olaraq  ədəbiyyatda  belə  məlumatlar  verilməmişdir.  Bunun  səbəbi  kandavlizmin  özünün 
dərindən araşdırılmamasında və ona kifayət qədər yer ayrılmamasında axtarıla bilər. 

104 
 
Arvadın  özünün  xəbəri  olub-olmaması,  proseslərdə  şəxsən  iştirak  edib-
etməməsi  kandavlizmin  ağırlıq  dərəcəsini  müəyyənləşdirmək  üçün  çox  əhəmiyyətlidir. 
Arvada münasibətdə yaranan kandaulezizm ağırlıq dərəcəsinə görə yüngül və ağır olmaqla 
növbəti iki növə bölünür. 
Əgər  kandaulezistik  təmayül  arvadın  özünün  bilavasitə  canlı  olaraq  iştirakı 
olmadan  həyata  keçirilərsə,  buna  kandavlizmin  yüngül  forması,  yaxd  sadəcə  yüngül 
kandavlizm (candaulismus mitis) deyilir. Latınca mitis – yumşaq, yüngül deməkdir. Belə 
hal başqa sözlə intakt kandavlizm də adlanır. Ona həmçinin sadə kandavlizm də deyilir. 
Hətta bəzi mənbələrdə «mini-kandaulezizm» terminindən istifadə olunur. Bunu «cansız» 
kandaulezizm, yaxud kandaulezizmin «cansız» forması kimi təsəvvür etmək olar. Yüngül 
kandaulezizm  zamanı  ər  müəyyən  vasitələrdən  istifadə  edir.  Odur  ki,  belə  hal  vasitəli 
kandaulezizm də adlanır. Ona başqa sözlə dolayı kandaulezizm də deyilir. 
Seksual partnyor olan qadının yalnız surətini və yaxud intim hərəkətlərinin yer 
aldığı  video  görüntülərini  başqa  kişilərə  göstərməklə  məhdudlaşan  hal  kandavlizmin 
yüngül  forması  hesab  edilir.  Bir  çoxlarının  gəldiyi  qənaətə  görə,  yüngül  kandavlizm 
müalicə tələb etmir. 
Əksər hallarda ər arvadının çılpaq şəkillərini və yaxud intim səhnələrin yer aldığı 
video  görüntülərini  başqa  kişilərə  göstərməklə  kifayətlənir.  Kandaulezist  kişi  ən  çox 
fotoaparatdan  (fotoqrafiya  üçün),  videokameradan  (video  görüntünü  lentə  almaq 
məqsədilə)  və  başqa  texniki  vasitələrdən  istifadə  edir.  Yüngül  kandaulezizm  dost,  tanış, 
qohum və yaxud tamamilə yad (özgə) olan kişiyə arvadını və yaxud seksual partnyor kimi 
seçdiyi  qadının  (məşuqənin,  daim  əlaqə  saxladığı  fahişənin)  fotoqrafiyalarını  və  yaxud 
intim  səhnələrin  yer  aldığı  video  görüntülərini  nümayiş  etdirməkdən  ibarət  olan  cinsi 
pozğunluqdur. Buna görə yüngül kandaulezizm özü iki növ olur: 1) surət kandaulezizmi; 
2) video kandaulezizmi. 
Arvadın surəti çıxarılmaqla başqa kişilərə göstərilməsindən seksual oyanma və 
təminolunma yaranmasına surət kandaulezizmi deyilir. Surət kandaulezizmi özlüyündə iki 
növə bölünür: a) portret kandaulezizmi; b) fotoqrafik kandaulezizm. 
Arvadın çılpaq halda olan portreti hazırlanır, sonra başqa kişilərə göstərilir. Belə 
yolla  seksual  tələbatın  təmin  edilməsinə  portret  kandaulezizmi  deyilir.  Portret
115
  özü 
kandavlist kişinin məqsədinə yetişməsi üçün onun karına gələ bilən vasitələrdən biridir. 
Bəzən kişi arvadının çılpaq halda olan bədənini təsvir etməyi rəssamdan xahiş 
edir.  Bir  çox  hallarda  özü  rəssamlıq  etməyi  bacaran  kişilər  kandaulezistik  meylini 
reallaşdırmış  olurlar.  Böyük  yaradıcı  insanlarda  məhz  spesifik  oyanma  və  ehtiraslanma 
mexanizmi səbəbindən şedevrlər (şah əsərlər) meydana çıxdığını istisna etmək olmaz.  
Yalnız  fotoqrafiyaların  göstərilməsilə  məhdudlaşan  kandavlizmə  fotoqrafik 
kandavlizm  deyilir.  Fotoqrafik  kandavlizm  öz  çılpaq  arvadının  fotoqrafiyalarını  kənar 
şəxslərə  göstərən  kişinin  bundan  olmazın  seksual  həzz  əldə  etməsidir.  Belə  hallarda 
fotoqrafiya
116
 kandavlistin öz arzusuna qovuşması üçün istifadə etdiyi bir vasitədir. 
Arvadın çılpaq halda fotosurəti çıxarılmaqla baş verən kandaulezizm barəsində 
ədəbiyyatda  kifayət  qədər  məlumat  vardır.  Bu  zaman  kişi  aldığı  fotoaparatla  gizlincə, 
yaxud aşkarda arvadının lüt şəklini çəkir, sonra onları başqa kişilərə, daha çox tanışlarına 
göstərir və bundan seksual ləzzət əldə edir (şəkil 49). 

105 
 
Öz  partnyoru  olan  qadının  gözəlliyilə  öyünmək  üçün  onun  xəbəri  olmadan 
çılpaq  halda  və  yaxud  intim  situasiyalarda  çəkilmiş  fotoqrafiyalarını  başqa  kişilərə,  çox 
vaxt  tanışlarına  göstərən  ərin  davranışı  müəyyən  mənada  kandavlizmə  çox  oxşayır. 
Şəkillərə göz yetirən kişilərin həmin qadını çox tərifləmələri, ona valeh olmaları ərin özünə 
inamını  gücləndirir.  Çünki  ər  patriarxal  adətlə  özünü  başdan  çıxaran  gözəlliyə  malik 
qadının sahibi, onun yiyəsi hesab edir. Füsunkar və zərif qadının həddən ziyadə valehedici 
olması,  ona  görən  hər  kəsi  məftun  etməsi  «sahibin»  könlündə  olmazın  bir  məmnunluq 
doğurur [22]. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin