Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism


Lidiya  şahı  Kandavla  və  onun  arvadına  həsr  olunmuş  məşhur  əsərlərin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11

Lidiya  şahı  Kandavla  və  onun  arvadına  həsr  olunmuş  məşhur  əsərlərin 
xronoloji ardıcıllıqla düzülüşü 
 
Əsərin yaradılma tarixi 
Əsərin adı və janrı 
Əsərin müəllifi 
Bizim eradan əvvəl V əsr  «Tarix» 
Halikarnaslı Herodot 
(Herodotus) 

20 
 
Bizim eranın I–II əsrləri  Müxtəlif əsərlər 
Heroneyalı Plutarx 
(Plutarchos) 
Təxminən  1540–1550-ci 
illər  
 
«Şah Kandavl öz mənzilində arvadı 
Nissiyanı Gigə göstərir» adlı yastı 
mayolika formasında əsər 
Anonim italyan keramisti 
1646/1670-ci il 
«Lidiya çarı Kandaules öz arvadını 
Qiqesə göstərir» («King Candaules of 
Lydia showing his wife to Gyges») 
Yakob Yordans (Jacob 
Jordaens) 
1674-cü il  
 
«Şah Kandavl və hüquq magistri» 
(fransızca «Le Roi Candaule et le 
maitre en droit» 
Jan de Lafonten (Jean de La 
Fontaine; 1621–1695) 
1675–1680-ci illər 
 
«Kandaules gizlincə arvadını Qiqesə 
göstərir» («La femme de Candaule 
decouvre Gyges») adlı əsər 
Eqlon Hendrik van der Ner 
(Eglon Hendrick van der 
Neer) 
1683-cü il 
 
«Kandavl – Giges» dialoqu 
Bernar Le Bovye de 
Fontenelin (Bernard le Bovier 
de Fontenelle) 
1720-ci illərin əvvəlləri 
«Şah Kandavlın ölümü» («Death of 
king Candaules») adlı naqqaşlıq əsəri 
Covanni Battista Pittoni 
(Giovanni Battista Pittoni) 
1830-cu il 
«Lidiya çarı Kandaules çarpayıda 
uzanmağa hazırlaşan arvadını 
gizlincə öz nazirlərindən biri Qiqesə 
göstərir» («Candaules, king of Lydia, 
shews his wife by stealth to Gyges, 
one of his ministers, as she goes to 
bed») 
Uilyam Etti (William Etty) 
1841-ci il 
 
«Şah Kandavl və Gig tablosu» 
(fransızca «Tableau Le Roi Candaule 
et Gyge spar»), yaxud «Heterasını 
təklif edir» (fransızca «Hetaire 
offerte») 
Jozef Ferdinand Buassar de 
Buadenye (fransızca Joseph 
Ferdinand Boissard de 
Boisdenier) 
1844-cü 
ilin 
oktyabr 
ayının 1-dən 5-ə qədər 
«Şah  Kandavl»  (fransızca  «Le  roi 
Candaule») novellası 
Pyer  Jül  Teofil  Qotye  (Pierre 
Jules Theophile Gautier) 
1848-ci il 
«Şah  arvadı  Nissiya»  (La  reine 
Nyssia») 
Jan  Jak  Pradye  (Jean-Jacques 
Pradier) 
1850-ci il 
 
«Lidiya  çarı  gizlincə  öz  gözəl 
arvadını  etibarlı  dostu  Qiqesə 
göstərir» («Candaules, king of Lydia, 
showing  the  beauty  of  his  queen  to 
his confidant Gyges») 
Teodor  Şasserio  (Theodore 
Chasseriau) 
1855-ci il 
«Şah  Kandavlın  arvadı»  (fransızca 
«La  femme  du  roi  Candaule») 
əsərinin eskizi 
İler-Jermen-Edqar  de  Qa 
(Hilaire  Germain  Edgar  de 
Gas) 

21 
 
1858–1859-cu illər 
 
«Şah Kandavl» («Le Roi Candaule»)  Jan-Leon  Jerom  (Jean-Leon 
Gerome) 
1864-cü il 
«Şah  Kandavl  haqqında  mif» 
(ingiliscə  «The  myth  of  king 
Candaules», fransızca «Le mythe du 
roi Candaule»), yağlı boya vasitəsilə 
çəkilmiş 72,4 x 59,7 sm (28,5 x 23,5 
v) ölçülərində olan şəkil 
Şarl  Dezire  Yu  (Charles 
Desire Hue) 
1865-ci il  
«Şah Kandavl» operası 
Mişel 
Antuan 
Floranten 
Karrenin  (Michel  Antoine 
Florentin  Carre)  librettosu  və 
Ejen  Diasın  (Eugene  Diaz) 
musiqisi əsasında 
1868-ci il  
 
«Şah Kandavl» baleti 
Marius İvanoviç Petipa 
1899/1901-ci il 
«Şah Kandavl» 
Andre  Pol  Giyom  Jid  (Andre 
Paul Guillaume Gide) 
1935–1936-cı illər  
«Şah Kandavl» 
Aleksandr 
fon 
Semlinski 
(Alexander von Zemlinsky) 
 
«Şah Kandavl» librettosu 
Frans Bley (Franz Blei) 
1951–1975-ci illər 
 
«Zamanın  musiqi  sədaları  altında 
rəqs»  («A  dance  to  the  music  of 
time») adlı silsilə 
Entoni 
Dimok 
Pouell 
(Anthony Dymoke Powell) 
 
 
Şəkil 3. «Şah Kandavl öz mənzilində arvadı Nissiyanı Gigə göstərir». Təxminən 
1540-cı ildən 1550-ci ilə qədər olan zaman arasında anonim italyan keramisti tərəfindən 
yastı mayolika formasında yaradılmış əsər 

22 
 
 
Yunan  filosofu,  yazıçı,  tarixçi,  bioqraf  və  moralist  Heroneyalı  Plutarx 
(Plutarchos)
36
 məşhur Kandavl tarixi hadisəsini iki dəfə xatırlamışdır. 
Təxminən 1540-cı ildən 1550-ci ilə qədər olan zaman arasında anonim italyan 
keramisti  tərəfindən  yastı  mayolika
37
  formasında  «Şah  Kandavl  öz  mənzilində  arvadı 
Nissiyanı Gigə göstərir» əsəri yaradılmışdır (şəkil 3). 
 
 
Şəkil  4.  Yakob  Yordans  (Jacob  Jordaens).  «Lidiya  şahı  Kandavl  öz  arvadını 
Gigə göstərir» (ingiliscə «King Candaules of Lydia showing his wife to Gyges»), 1646-cı 
il. 
 
Flamand  barokkosunun  görkəmli  nümayəndələrindən  biri,  rəssam  Yakob 
Yordans  (Jacob  Jordaens)
38
  «Lidiya  şahı  Kandavl  öz  arvadını  Gigə  göstərir»  («King 
Candaules  of  Lydia  showing  his  wife  to  Gyges»)  adlı  əsərini  yaratmışdır  (şəkil  4). 
Mənbələrin bəzisində həmin əsərin 1646-cı ildə, digərlərində isə 1670-ci ildə yaradıldığı 

23 
 
göstərilir.  Həmçinin  əsərin  adı  bir  qədər  fərqli  şəkildə  göstərilir.  Belə  ki,  bir  çox 
mənbələrdə əsər sadəcə «Lidiya şahı Kandavlın arvadı» adlandırılır. 
1674-cü ildə fransız şairi Jan de Lafonten (Jean de La Fontaine; 1621–1695)
39
 
«Şah  Kandavl  və  hüquq  magistri»  (fransızca  «Le  Roi  Candaule  et  le  maitre  en  droit» 
əsərində  məşhur  süjetə  istinad  etmişdir.  Bəzi  mənbələrdə  əsərin  adı  «Şah  Kandavl  və 
qanunda usta» kimi göstərilir. Əslində «hüquq magistri»
40
 və «qanunda usta» ifadələri bir-
birinə çox yaxın olsalar da, ancaq bunlardan birincisi orijinala çox yaxın olduğundan məhz 
onun daha doğru olduğu qənaətinə gəlinir. 
Hollandiya  qızıl  əsrinin  görkəmli  nümayəndəsi,  niderland  naqqaşı  və 
mənzərəçisi Eqlon Hendrik van der Ner (Eglon Hendrick van der Neer)
42
 1675–1680-ci 
illərdə  «Kandavl  arvadını  gizlincə  Gigə  göstərir»  («La  femme  de  Candaule  decouvre 
Gyges»)  adlı  əsərini  yaratmışdır  (şəkil  5).  Mənbələrin  bir  qismində  əsərin  1675-ci  ildə 
yaradıldığı bildirilir. Bundan başqa, yaradılmış əsərin adı mənbələrin bəzisində «Kandavlın 
arvadı və Gig», digərlərində isə «Kandavlın yataq otağında» kimi göstərilir. 
 
 
 
Şəkil 5. Eqlon Hendrik van der Ner (Eglon Hendrick van der Neer). «Kandavl 
arvadını gizlincə Gigə göstərir» («La femme de Candaule decouvre Gyges»), 1675–1680-
ci illər 
 
Fransız yazıçısı və alimi Bernar Le Bovye de Fontenelin (Bernard le Bovier de 
Fontenelle)
42
 1683-cü ildə «Kandavl–Giges» dialoqunu qələmə almışdır. 
Müvəqqəti  şahın  səsli-küylü  seksuallığı  təsvir  halında  növbəti  dəfə  Venesiya 
palatsosunun
43
  tavanı  altında  göründü.  Venesiya  məktəbinin  yetirməsi  olmuş  italyan 

24 
 
naqqaşı Covanni Battista Pittoni (Giovanni Battista Pittoni)
44
 1720-ci illərin əvvəllərində 
«Şah Kandavlın ölümü» («Death of king Candaules») adlı əsərini yaratmışdır (şəkil 6). 
 
 
Şəkil  6.  Covanni  Battista  Pittoni  (Giovanni  Battista  Pittoni).  «Şah  Kandavlın 
ölümü» («Death of king Candaules»). İtaliya. 1720-ci illərin əvvəlləri. 161 x 210 santimetr 
ölçülərində olan,  yağlı  boya  vasitəsilə  çəkilmiş  şəkil.  1923-cü ildən  Sankt-Peterburqdakı 
Dövlət ermitajında saxlanılır. 
 
Bəzi mənbələrdə «Şah Kandavlın ölümü» əsərinin italyan rokokosu üslubunda 
işləyən nəhəng rəssam, freska və qravüralar ustası, Venesiya  məktəbinin axırıncı böyük 
nümayəndəsi Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo) tərəfindən yaradıldığı 
qeyd edilməklə yanlışlığa yol verilir. Bunu üç səbəblə izah etmək olar. Birincisi, onların 
hər ikisi Venesiya məktəbindən çıxmış sənətkarlardır. İkincisi, hər iki sənətkarın adları və 
atalarının  adları  eynidir,  yalnız  soyadlarına  görə  seçilirlər.  Üçüncüsü,  C.  B.  Tyepolo 
Venesiya Naqqaşlıq və Heykəltəraşlıq Akademiyasının prezidenti vəzifəsində çalışarkən 
C. B. Pittoni onu əvəz etmişdir.  
Növbəti rəssamlıq nümunəsi kimi ingilis naqqaşı Uilyam Etti (William Etty)
45 
tərəfindən  yaradılmış  mənzərə  xatırladıla  bilər.  Kolorist
46
  kimi  məşhur  olan  sənətkarın 
yaradıcılığının başlıca mövzusu çılpaq qadın naturası olmuşdur. Onun tərəfindən 1830-cu 
ildə ərsəyə gətirilmiş «Lidiya çarı Kandavl arvadı çarpayıda uzanmağa hazırlaşarkən onu 
gizlincə öz nazirlərindən biri Gigə göstərir» («Candaules, King of Lydia, shews his wife by 
stealth to Gyges, one of his Ministers, as she goes to bed») adlı əsər çox məşhurdur (şəkil 
7). Bəzi mənbələrdə əsərin 1820-ci ildə yaradıldığı iddia edilir. Mənzərənin süjet xətti kimi 
Herodotun  «Tarix»  əsərinin  birinci  kitabındakı  səhnə  xidmət  göstərmişdir.  Kandavl 
cangüdəni  Gigi  evinə  dəvət  edir,  yataq  otağında  gizlədir,  arvadı  Nisanı  yatmağa 
hazırlaşarkən  ona  göstərir.  yağlı  boyalarla  çəkilmiş  şəkil  bəzi  mənbələrdə  belə  bir  adla 
təqdim  edilir:  «Lidiya  çarı  Kandavl  çarpayıda  uzanmağa  hazırlaşan  arvadını  gizlincə  öz 
cangüdəni  Gigə  göstərir».  Çox  vaxt  onu  qısaca  olaraq  belə  adlandırırlar:  «Kandavl  öz 

25 
 
arvadını  xəlvəti  Gigə  göstərir».  Ancaq  mənbələrdə  əsərin  ən  qısa  adının  belə  olduğu 
deyilir: «Kandavlın ehtiyatsızlığı» («The imprudence of Candaules»). Əsər hazırda Böyük 
Britaniyanın  paytaxtı  London  şəhərinin  bədii  muzeyi  olan  «Britaniya  Teyti»  («Tate 
Britain») qalereyasında saxlanılır. 
 
 
Şəkil  7.  Uilyam  Etti  (William  Etty).  «Lidiya  çarı  Kandavl  arvadı  çarpayıda 
uzanmağa  hazırlaşarkən  onu  gizlincə  öz  nazirlərindən  biri  Gigə  göstərir»  («Candaules, 
King of Lydia, shews his wife by stealth to Gyges, one of his Ministers, as she goes to 
bed»), 1830-cu il. 45,1 x 55,9 santimetr ölçülərində olan və yağlı boyalarla çəkilmiş şəkil. 
Böyük Britaniyanın paytaxtı London şəhərinin bədii muzeyi olan «Britaniya Teyti» («Tate 
Britain») qalereyasında saxlanılır. 
 
Rəssam  yaratdığı  mənzərədəki  süjetdən  tamaşaçıların  qadınların  mülkiyyət 
olmamasından  və  onların  hüquqlarını  pozan  hər  kəsin  ədalətli  şəkildə 
cəzalandırılacağından  ibarət  əxlaqi  dərs  götürəcəklərinə  ümid  edir.  Lakin  öz  fikir  və 
niyyətini aydınlaşdırmaq üçün rəssam bütün gücünü ortaya qoymur. Mənzərə 1830-cu ildə 
Kral  Akademiyasında  sərgiyə  qoyulur  və  dərhal  şiddətli  tənqidə  məruz  qoyulur, 
pornoqrafik təsvirin və xoşagəlməz süjetin sinik (abırsız, ədəbsiz, utanmaz) kombinasiyası 
kimi  qavranılır,  zorakılıq  və  amorallığın    qarışdırılması  kimi  çox  pislənilir,  əxlaq 
qaydalarına  zidd  olduğu  bildirilir.  Ancaq  buna  baxmayaraq  incəsənət  həvəskarı  Robert 
Vernon  tərəfindən  alınır  və  1847-ci  ildə  millətə  hədiyyə  edilir.  1929-cu  ildə  mənzərə 
«Teyt» qalereyasına satılır və hal-hazırda orada saxlanılmaqla nümayiş etdirilir. 
Fransız  romantik  rəssamı  və  naqqaşı  Jozef  Ferdinand  Buassar  de  Buadenye 
(Joseph  Ferdinand  Boissard  de  Boisdenier)
47
  tərəfindən  1841-ci  ildə  yaradılan  «Şah 
Kandavl  və  Gig  tablosu»  (fransızca  «Tableau  Le  Roi  Candaule  et  Gyge  spar»)  çox 
məşhurdur  (şəkil  8).  Mənbələrin  çoxunda  həmin  əsər  sadəcə  «Şah  Kandavl  və  Gig» 

26 
 
(fransızca «Le Roi Candaule et Gyge») adlandırılır. Ancaq mənbələrin bir qismində əsərin 
adı  belə  göstərilir:  «Heterasını  təklif  edir»  (fransızca  «Hetaire  offerte»).  Tabloya  baxan 
insan  ruhlanır,  özünü  yazıb-yaratmağa  təhrik  olunmuş  kimi  hiss  edir,  sanki  ona  ilham 
verilir. 
 
 
Şəkil  8.  Jozef  Ferdinand  Buassar  de  Buadenye  (fransızca  Joseph  Ferdinand 
Boissard  de  Boisdenier).  «Şah  Kandavl  və  Gig  tablosu»  (fransızca  «Tableau  Le  Roi 
Candaule  et  Gyge  spar»),  yaxud  «Heterasını  təklif  edir»  (fransızca  «Hetaire  offerte»), 
1841-ci il 
 
Fransız şairi və romantik məktəbin tənqidçisi Pyer Jül Teofil Qotye (Pierre Jules 
Theophile  Gautier)  1844-cü  ilin  oktyabr  ayının  1-dən  5-ə  qədər  «Press»  («La  Presse») 
qəzetində  beş  felyeton  şəklində  dərc  etdirdiyi  «Şah  Kandavl»  (fransızca  «Le  roi 
Candaule») novellasında Herodotu çox dəqiq təqib edir, onun fikirlərini əlində rəhbər tutur, 
sadəcə olaraq hekayəyə (əfsanəyə) antik və Şərq koloriti qatır. Şah arvadının adının Nissiya 
olduğu bizim eranın II əsrinin birinci yarısında yaşayıb-yaratmış yunan yazıçısı Hefestion 
Ptolemeydən götürülmüşdür. Lakin novellada Nissiya baktriya satrapının qızı kimi təqdim 
edilir, Gig isə cangüdəndən qvardiya komandanına çevrilir. 
Herodotun  süjetini  inkişaf  etdirən  Qotye  şah  Kandavlın  həyatı  bahasına  başa 
gələn  əməlini  boş-boşuna  şöhrətpərəstlik  (şöhrət  düşkünlüyü)  kimi  izah  etməmiş,  eyni 
zamanda  şahı  bir  estet,  incəsənəti  sevən  insan,  qeyri-adi  gözəlliyi  başqa  adamlardan 
gizlətməyi arzulamayan bir ehtiraslı şəxs kimi təsvir etmişdir.  
Qotyenin  novellasında  şah  arvadının  təhqir  olunmağa  görə  qisas  alma  arzusu 
Herodotun əsərində olduğu kimi izah edilir. Lakin Qotye bədii effekti gücləndirmək üçün 
yazırdı ki, Nissiya ərindən savayı heç kimin yanında üzü açıq gəzməmişdir. Çox böyük 
ehtimalla qadının kişilərdən üzünü gizlətməsi Nissiyanın vətəninin adətlərinə uyğun gəlir. 
Ancaq belə bir adət Kiçik Asiya üçün həddən artıq ciddi görünür. 
Novella  kütlə  arasında  müvəffəqiyyət  qazanır.  Növbəti  il  «Novellalar» 
məcmuəsində dərc edilir. Sonralar daha bir neçə dəfə onun yenidən nəşr edilməsinə ehtiyac 
yaranır.  

27 
 
«Şah  Kandavl»  haqqında  fərəhlə  rəyini  bildirən  Viktor  Mari  Hüqo  (Victor 
Marie  Hugo)
48
  Teofil  Qotyeyə  yazdığı  məktubunda  novellanın  onu  vəcdə  gətirdiyini 
çatdırmış, əsərə məftun olduğunu aşağıdakı sözlərilə ifadə etmişdir: «Möcüzəli gücünüzlə 
sübut etdiniz ki, «romantik poeziya» adlandırılan bir şey günlərin birində bütün dahiləri 
birləşdirir,  yunan  dühası  başqa  zəkalarla  qovuşur.  Sizin  poemanızı  oxuduqca  hər  anda 
Günəşin  valehedici  şüalarını  duyursan.  Əlbəttə,  bu  çox  gözəldir,  olduqca  yaxşıdır, 
məftunedicidir». 
Həmçinin  fransız  şairi,  prozaik,  tənqidçi,  esseist  və  tərcüməçi,  bütün  sonrakı 
Avropa poeziyasının inkişafına təsir göstərmiş simvolizm və dekadans estetikasının banisi 
Şarl  Pyer  Bodler  (Charles  Pierre  Baudelaire)
49
  Teofil  Qotyenin  yaradıcılığı  haqqında 
etüddə novellaya yüksək qiymət verir. Fransız və dünya ədəbiyyatı klassiki Ş. P. Bodler 
qeyd edir ki, «bundan daha çox işlənmiş, gələcəkdən daha artıq dərəcədə xəbər verən faciə 
seçmək çətindir». 
Novelladan ilhamlanan İsveçrə mənşəli fransız rəssamı və heykəltəraşı Jan Jak 
Pradye  (Jean-Jacques  Pradier)
50
  1848-ci  ildə  «Şah  arvadı  Nissiya»  heykəlini  yaratmışdır 
(şəkil 9). Mənbələrin bir çoxunda sadəcə «Nissiya» («Nyssia») adlandırılır. 
 
 
 
Şəkil 9. Jan Jak Pradye (Jean-Jacques Pradier). «Şah arvadı Nissiya» (La reine 
Nyssia»),  1848-ci  il.  Mərmərdən  hazırlanmış  heykəl.  Monpelye  şəhərində  İncəsənət 
muzeyində saxlanılır. 
 
Daha  bir  əsər  fransız  rəssamı  Teodor  Şasserionun
 
(Theodore  Chasseriau)
51
 
1850-ci  ildə  yaratdığı  «Lidiya  şahı  Kandavl  gizlincə  öz  arvadını  Gigə  göstərir» 
(«Candaules,  king  of  Lydia,  showing  the  beauty  of  his  queen  to  his  confidant  Gyges») 
əsəridir (şəkil 10). Bəzi mənbələrdə əsər belə adlandırılır: «Lidiya çarı Kandavl gizlincə öz 
gözəl arvadını etibarlı dostu Gigə göstərir». 
 

28 
 
 
Şəkil 10. Teodor Şasserio (Theodore Chasseriau). «Lidiya şahı Kandavl gizlincə 
öz arvadını Gigə göstərir» (ingiliscə «Showing the beauty of his queen to his confidant 
Gyges»), 1850-ci il 
 
Fransız  naqqaşı,  impressionist  hərəkatının  ən  görkəmli  və  orijinal 
nümayəndələrindən biri İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas)
52 
1855-
ci  ildə  «Şah  Kandavlın  arvadı»  (fransızca  «La  femme  du  roi  Candaule»)  adlı  mənzərə 
çəkməyi niyyət etmiş, lakin onun yalnız eskizini hazırlamışdır (şəkil 11). Bəzi mənbələrdə 
eskizin 1855–1856-cı illərdə hazırlandığı qeyd edilir. 
 
 
Şəkil  11.  İler-Jermen-Edqar  de  Qa  (Hilaire  Germain  Edgar  de  Gas).  «Şah 
Kandavlın arvadı» (fransızca «La femme du roi Candaule») əsərinin eskizi, 1855-ci il. 

29 
 
 
Fransız  rəssamı,  naqqaş  və  heykəltəraş,  akademizm  nümayəndəsi  Jan-Leon 
Jerom  (Jean-Leon  Gerome)
53
  1858–1859-cu  illərdə  «Şah  Kandavl»  (ingiliscə  «King 
Candaules», fransızca «Le Roi Candaule») adlı əsərini yaratmışdır (şəkil 12). Əsəri bəzən 
belə adlandırırlar: «Şah Kandavl öz gözəl həyat yoldaşını Gigə göstərir». Hazırda həmin 
əsər Puerto-Rikoda Ponse incəsənət muzeyində saxlanılır.  
 
 
Şəkil 12. Jan-Leon Jerom (Jean-Leon Gerome). «Şah Kandavl» (ingiliscə «King 
Candaules»,  fransızca  «Le  Roi  Candaule»),  1858–1859-cu  illər,  Puerto-Rikoda  Ponse 
incəsənət muzeyində saxlanılır. 
 
Jan-Leon  Jeromun  əsərləri  bəzən  «neoyunan»
54
  stilinə  aid  edilir.  Mənbələrin 
böyük  əksəriyyətində  əsərin  1859-cu  ildə  yaradıldığı  göstərilir,  ancaq  cüzi  bir  qismində 
onun  1858-ci  ildə  işıq  üzü  gördüyü  qeyd  edilir.  Bunu  nəzərə  aldıqda  əsərin  yaradılma 
tarixinin 1858–1859-cu illər kimi göstərilməsi daha məqsədəuyğun görünür. 
«Şah Kandavl» əsəri Herodotun «Tarix» əsərindəki süjet əsasında yaradılmış bir 
erotik  kompozisiyadır.  Rus  yazıçısı,  çoxlu  sayda  populyar  əsərin  müəllifi  Aleksandr 
Anatolyeviç Şestimirovun fikrincə, erotika situasiyanın tragizmini
55
 yumşaltmağa çağırır. 
Nəticədə həm tarixi süjet həvəskarlarında, həm də nyu janrının dəyərləndiricilərində Jerom 
yaradıcılığı  populyar  olur  (məşhurluq  qazanır).  Salonda  müvəffəqiyyət  qazanmasından 
ruhlanan rəssam bundan İncəsənət məktəbində professor yerini almaq üçün yararlanmağa 
cəhd edir, onlara müvafiq ərizə göndərir, lakin heç bir cavab almır. 

30 
 
Fransız rəssamı Şarl Dezire Yu (Charles Desire Hue)
56
 tərəfindən 1864-cü ildə 
yağlı  boya  vasitəsilə  «Şah  Kandavl  haqqında  mif»  (ingiliscə  «The  myth  of  King 
Candaules») adlı əsər yaradılmışdır (şəkil 13). Bəzi mənbələrdə əsər «Hökmdar Kandaules 
haqqında mif», yaxud sadəcə «Şah Kandavl mifi» adlandırılır. 
 
 
Şəkil 13. Şarl Dezire Yu (Charles Desire Hue). «Şah Kandavl haqqında mif» 
(ingiliscə «The myth of king Candaules», fransızca  «Le mythe du roi Candaule»), yağlı 
boya vasitəsilə çəkilmiş 72,4 x 59,7 sm (28,5 x 23,5 v) ölçülərində olan şəkil, 1864-cü il 
 
Fransız  dramaturqu  və  librettisti  Mişel  Antuan  Floranten  Karrenin  (Michel 
Antoine  Florentin  Carre)
57 
librettosu  və  Ejen  Diasın  (Eugene  Diaz)
58
  musiqisi  əsasında 
1865-ci ildə «Şah Kandavl» operası yaradılmışdır. Lakin elə bir xüsusi qiymət almamış, 
çox müvəffəqiyyət qazanmadığı hesab edilmişdir.  
Pyer  Jül  Teofil  Qotyenin  novellası  əsasında  məşhur  fransız  dramaturqu  və 
prozaiki, nəhəng miqdarda opera və balet librettolarının müəllifi Jül-Anri Vernua de Sen-
Jorj  (Jules-Henri  Vernoy  de  Saint-Georges)
59
  tərəfindən  yazılan  libretto  musiqiçilərin 
diqqətini  cəlb  edir.  İtalyan  bəstəkarı  Sezar  Puni  (Cesare  Pugni)
60
  tərəfindən  bəstələnən 
musiqiyə 1868-ci ildə Peterburq şəhərində Böyük Daş Teatrın səhnəsində Marius İvanoviç 
Petipa
61
 «Şah Kandavl» baletini oynayır.  
Fransız yazıçısı, prozaik, dramaturq və esseist Andre Pol Giyom Jidin (fransızca 
Andre  Paul  Guillaume  Gide)
62
  məlum  mifin  motivləri  əsasında  1899/1901-ci  ildə  «Şah 

31 
 
Kandavl»  pyesini  yazmışdır.  Andre  Jidin  pyesi  əsasında  Avstriya  bəstəkarı  və  dirijoru 
Aleksandr  fon  Semlinski  (Alexander  von  Zemlinsky)
63
  tərəfindən  1935–1936-cı  illərdə 
eyniadlı opera «Der König Kandaules» yaradılmış, lakin tamamlanmamışdır. Opera yalnız 
1991-ci  ildə  dirijor  Entoni  Bomont  (Antony  Beaumont)  tərəfindən  orkestrləşdirilmişdir. 
Ancaq əksər mənbələrdə librettonun 1992-ci ildən 1996-cı ilə qədər orkestrləşdirildiyi, ilk 
dəfə 1996-cı ildə Hamburq şəhərində nümayiş etdirildiyi göstərilir. 
 Avstriya  yazıçısı,  tərcüməçi  və  ədəbi  tənqidçisi  Frans  Bley  (Franz  Blei)
64
 
tərəfindən fransız dilindən tərcümə əsasında bir alman librettosu yaradılmışdır. Libretto şah 
Kandavl  haqqında  deyilənləri  faktik  olaraq  təkrarlamış,  lakin  tarixi  hadisələri  daha 
pedantik
65 
və rasional
66 
şəkildə açıqlamışdır. 
İngilis  yazıçısı,  romanist  Entoni  Dimok  Pouell  (Anthony  Dymoke  Powell)
67
 
1951-ci  ildən  1975-ci  ilə  qədər  12  cilddə  «Zamanın  musiqi  sədaları  altında  rəqs»  («A 
dance to the music of time») adlı silsiləsini dərc etdirmişdir. Əsər məşhur fransız rəssamı 
Nikola  Pussenin  (Nicolas  Poussin)  mənzərəsi  əsasında  belə  adlandırılmışdır.  Yazıçının 
məhz  həmin  əsəri  ona  daha  çox  məşhurluq  gətirmişdir.  Əsərdə  diqqət  yetirilən 
mövzulardan biri kandavlizm olmuşdur. Vuayerizmlə qovuşmuş kandavlizm mövzusunun 
romanlar  ardıcıllığından  keçdiyini  sezməmək  mümkün  deyildir.  Yazıçının  uydurduğu 
personaj,  baş  cinayətkar,  yaramaz  Kennet  Uidmerpul  (Kenneth  Widmerpool)  arvadı  öz 
məşuqu ilə yaxınlıqda olarkən onu müşahidə edir.  
Bundan başqa, xeyli sayda filmdə şah Kandavl və onun arvadı canlandırılmış, 
kandavlizmin mahiyyəti açıqlanmışdır. 
Tarix  boyu  kandavlizmə  mübtəla  olmuş  kişilər  haqqında  danışanda  şah 
Kandavlın  ardınca  daha  bir  neçə  məşhur  tarixi  şəxsiyyətin  adını  çəkmək  lazım  gəlir. 
Hökmdar,  rəssam,  boyakar,    peyzajçı  (mənzərəçi)
68
,  heykəltəraş,  yazıçı,  şair,  bəstəkar, 
müğənni,  aktyor,  kinorejissor,  ssenarist,  siyasətçi  və  başqa  kişilər  arasında  kandavlizm 
dəfələrlə qeydə alınmışdır. Buradan belə bir nəticə hasil olur ki, bir-birindən fərqli ixtisaslar 
üzrə çalışan kişilər kandavlizmdən əziyyət çəkə bilərlər.  
 
* * * 
 
Tarix  boyu  bir  çox  hökmdarlarda,  maddi  imkanının  geniş  olmasına  görə 
seçilmək istəyən təkəbbürlü kişilərdə öyünmə kandavlizmi olmuşdur. Hətta bəzi hallarda 
kişi  arvadına  bir  «əşya»  kimi  yanaşmış,  onun  çılpaq  bədənini  yad  adamlara  göstərmək 
lazım gələndə əmrinin dərhal yerinə yetirilməsini istəmişdir. Çox nadir hallarda arvadın 
qeyri-adi təklifi yerinə yetirməkdən boyun qaçırması qüdrətli və imkanlı kişinin nüfuzuna 
xələl gətirmişdir. Buna parlaq bir nümunə olaraq Vaştinin başına gələnləri xatırlaya bilərik. 
Əhəmənilər sülaləsindən olan fars şahı Artakserks (I Kserks) bizim eradan əvvəl 
486–465-ci  illərdə  hakimiyyətdə  olmuşdur.  Qədim  fars  dilində  «Xsayarsa»  sözü  hərfi 
mənada  «qəhrəmanlar  padşahı»,  yaxud  «şahlar  arasında  qəhrəman»  deməkdir.  36  yaşı 
olanda taxt-taca çıxmışdır. Yəhudi mənbələrində Ahaşveroş kimi tanınır. 
Ester kitabında (The book of Esther) qeyd edilir ki, Ahaşveroş fars taxt-tacının 
qanuni varisi deyildi. Lakin varlı və güclü olduğundan xalq arasında yaxşı təəssürat yarada 
bilmiş və bütün Persiya torpaqlarında öz hökmranlığını bərqərar etmişdir. Ahaşveroş bir 

32 
 
neçə  uğurlu  müharibə  aparmış,  nəticədə  127  əyalətdən  ibarət  olan  və  Hindistandan 
Efiopiyaya  qədər  uzanan  nəhəng  bir  imperiya  üzərində  padşahlıq  etmişdir.  Ahaşveroş 
Nevuxadnesarın nəvəsi  və  axırıncı  fars şahı Belşasarın qızı  Astin ilə  evlənmişdir.  Astin 
yəhudi  dilində  Vaşti  adlanır.  Həmin  söz  hərfi  mənada  «arzu  edilən  arvad»,  «sevilən 
xanım» deməkdir. 
 
 
Şəkil 14. Fars şahının (böyük ehtimalla Kserksin) şəkli olan barelyef. Persepolda 
şah sarayı 
 
 
Şəkil 15. Lülə halında bükülmüş kağız formasında olan Ester kitabı. XIII/XIV 
əsr. Ənənəvi olaraq hər iki tərəfdən deyil, yalnız sol tərəfdən diyircəyə (çarxa) bərkidildiyi 
görünür. 
 
Ahaşveroş möhkəm, sarsılmaz və mətanətli bir adam olmuş, dəmir əllərilə öz 
şahlığını müvəffəqiyyətlə idarə etmiş, gəldiyi qəti qərarın yerinə yetirilməsinə nail olmuş, 
xəyanətdə  şübhələndiyi  hər  hansı  şəxsi  dərhal  edam  etdirməkdən  çəkinməmişdir.  Hətta 
yəhudilər  tərəfindən  Yeruşalaimdə  (Qüdsdə)  «Allah  evi»nin  tikintisini  dayandırmışdır. 
Xatırladaq ki, Əhəmənilər sülaləsindən olan, qədim fars dilində Kuruş, digər mənbələrdə 
Koreş adlandırılan fars şahı Böyük II Kir yəhudilərə Bet-Amikdaşı yenidən inşa etmələrinə 
icazə  vermişdi.  Yəhudilərin  hiyləgər  düşmənləri  olan  şomronit  və  ammonitlər  həmin 

33 
 
qərarın  ləğvi  yolunda  aramsız  kampaniyalar  aparmış,  vəziyyətin  dəyişməsindən  həmişə 
yetərincə yararlanaraq yenə məqsədlərinə nail olmuşdular.  
 
 
Şəkil 16. Padşah arvadı Vaşti 
 
«Allah  evi»nin  inşasını  dayandıran  Ahaşveroş  bir  qədər  narahat  olmuşdur. 
Hökmdar  yəhudi  dövlətinin  və  Yeruşalaimdəki  məbəd  tikintisinin  bərpasının  onun 
imperiyasının  dayaqlarını  laxlada  biləcəyindən  ehtiyat  etmişdir.  Buna  görə  şah  həmin 
yetmiş  illik  müddətin  başa  çatmasını  səbrsizlik  və  həyəcanla  gözləmişdir.  Ahaşveroş 
hakimiyyətdə  olduğu  üçüncü  ildə  qərara  gəlir  ki,  axırıncı  yəhudi  şahlarından  olan 
Yexoniyanın (ivrit dilində «Yehoyaxin» sözü hərfi mənada «Allah tərəfindən qoyulmuş» 
deməkdir)  qovulmasından  sonra  təyin  edilən  yetmiş  illik  müddət  artıq  başa  çatmışdır. 
Halbuki təqvimə görə, həmin hadisədən 67 il keçmiş, hələ üç il qalmışdır. Sadəcə olaraq 
Ahaşveroş  qədim  adətə  əsaslanaraq  hökmranlığın  natamam  ilini  bütöv  il  olaraq  hesab 
etmişdir. Beləcə Yerusalim məbədinin bərpası dayandırılmış oldu. Şah həsrətlə gözlədiyi 
müddətin başa çatdığını və onun üçün heç bir xoşagəlməz hadisənin baş vermədiyini görüb 
yəhudi  peyğəmbərlərinin  bu  məsələdə  səhvə  yol  verdiklərini  düşünmüş  və  arzuladığı 
günün yetişməsini təntənəli surətdə qeyd etməyə qərar vermişdir. Möhtəşəm ziyafətin düz 
180 gün keçirilməsi nəzərdə tutulmuşdur. Bütün prinslər (şahzadələr), zadəganlar (əyanlar) 
və  yüksək  çinli  məmurlar    təntənəli  qonaqlığa  dəvət  olunurlar.  Fars  şahının  əyləşdiyi 
sarayın bütün zənginliyi bu ziyafətdə geniş göstərilir.  
Təmtəraqlı ziyafətin sonunda Ahaşveroş Şuşanın bütün əhalisi üçün yeddi gün 
ərzində xüsusi banket təşkil edir. Kütlənin rəğbətini qazanmaq məqsədini güdən banketdə 
sadə  insanlara  fəxri  yerlər  təqdim  olunur,  onların  çox  kiçik  arzuları  belə  dərhal  yerinə 
yetirilir.  Yəhudilər də həmçinin şah qonaqlığına dəvətlilər  sırasında  idilər.  Lakin  «Əhdi-
Ətiq»  personajı  Mardoxey  (ivritcə  Mordexay)  haram  yeməklə  və  şərabla  yoldan 
çıxarılmamaqdan  ötrü  yəhudiləri  saraya  getməməyə  inandıra  bilir.  Buna  baxmayaraq 
yəhudilərdən  bir  çoxu  başdan  çıxaran  şeylərin  cəzbedici  qüvvəsi  qarşısında  aciz  qalaraq 

34 
 
Mardoxeyin  fikri  ilə  razılaşmır,  onun  xəbərdarlığına  məhəl  qoymurlar.  Ziyafətə  təşrif 
buyuran  yəhudilər  şah  stolunu  bəzəyən  əşyalar  arasında  Bet-Amikdaşın  müqəddəs 
qablarını  və  yeməkxana  ləvazimatlarını  gördükdə  bundan  dəhşətə  gəlirlər.  Ancaq  dala 
qayıtmağın  yersiz  olduğunu  fikirləşən  yəhudilər  digər  qonaqlarla  bir  yerdə  qalaraq 
şənlənirlər.  
Ahaşveroş  hörmətli  qonaqlarını  qəbul  edən  vaxt  onun  arvadı  Vaşti  də  öz 
apartamentində (son dərəcə qəşəng və kifayət qədər böyük olan otağında) qadınlar üçün 
bal (rəqs gecəsi) təşkil edir. Banketin yeddinci günü aramsız içdiyi şərabın təsirindən dili 
açılan Ahaşveroş öz var-dövləti, rəhbərlik etdiyi nəhəng imperiyası haqqında danışmaqla 
öyünür, üstəlik bir yastığa baş qoyduğu arvadının gözəlliyini göylərə qaldırır, füsunkarlıq 
və  cəlbedicilikdə  onun  tayı-bərabəri  olmadığını  əminliklə  bəyan  edir.  Özünü  öyən, 
lovğalığından yerə-göyə sığmayan Ahaşveroş sözlərinin doğru olduğunu sübut etməkdən 
ötrü  xidmət  edən  yeddi  xədimi  (Mequman,  Bizfe,  Xarbon,  Biqfe,  Avaqfe,  Zefar  və 
Karkas) Vaştinin dalınca göndərir, onun bütün gözəllik və əzəmətini qonaqlara göstərmək 
üçün məclisə təşrif buyurmasını bildirir. Məclisdəki knyazlara göstərilməkdən ötrü əyninə 
heç bir şey geyinmədən, yalnız başına şah çələngi qoymaqla gəlməsindən ibarət amoral 
əmrin xidmətçilər tərəfindən arvada çatdırılmasından sonra vəziyyət dəyişir. Vaşti bundan 
dəhşətə gəlir, ərindən çox inciyir və hər zaman bildiyini edən şahın ağılsız fərmanını yerinə 
yetirməkdən imtina edir. Ziyafətə çılpaq halda çıxa bilməyəcəyini bəyan edən şah arvadı 
deyir: «Sən şahsan, ancaq unutma ki, bir vaxtlar mənim atamın yanında mehtər olmusan. 
Atamın Navuxadnesar olduğunu gərək unutmayasan. Mənim atam bir vedrə spirt içdiyi 
halda,  heç  vaxt  sərxoş  olmazdı,  ancaq  sən  azca  çaxır  içən  kimi  artıq  özündə  deyilsən». 
Əslində  həqiqət  olan  belə  sözləri  eşitmək  şaha  ağır  gəlir.  Hökmdar  bunu  qaba  hərəkət, 
ədəbsizlik kimi qəbul edir, kobudluğa görə onun cəzalanmasını ürəyindən keçirir. Əmrinin 
icra  olunmamasından  azğınlaşan,  bundan  bərk  qəzəblənən  Ahaşveroş  birdən  qanunun 
aliliyini, məhz onun daim hökmran olduğunu yadına salır. Ahaşveroş qəbul edilə bilməyən 
əmr verdiyini, öz hökmranlığını legitimlik riskinə məruz qoyduğunu fikirləşir, qanun və 
hüquqa görə necə hərəkət etməli olduğunu soruşur. Şah Vaştini itaətsizlik (tabe olmama) 
üstündə mühakimə etməyi öz müdrik adamlarından (əllamələrindən) xahiş edir. 
Vəziyyətin qəlizləşməsini istəməyən əllamələrdən biri, rabbi Yossi bar Hanina 
belə  bir  cavab  verir:  «Şah  arvadının  bədəni  cüzam  səpkilərilə  örtülü  olduğundan  özünü 
çılpaqlaşdırmaqdan  utanmış  və  yalnız  buna  görə  lüt  halda  içəri  girərək  şahı  pərt  etmək 
istəməmişdir». Mişnanın ağıllı adamları başqa bir izah verirlər: «Mələk Qabriel elə edib ki, 
ziyafətdə olduğu müddətdə Vaştinin quyruğu çıxıb, buna görə xanım soyunmaqla hörmətli 
qonaqlar arasına çıxmaqdan utanıb». Əlbəttə, bunların heç biri dəlisov şahın ağlına bata 
bilməzdi. 
Ancaq müdrik olduğuna şübhə edilməyən insanların xeyli qismini qanunilikdən 
və  yaxud  əxlaqilikdən  çox  şahlığın  mövcudluğu  narahat  edir,  belələrini  hökmdarlığın 
davam etdirilməsi daha artıq dərəcədə maraqlandırır. Buna görə özlərini ağıllı sayan həmin 
yaramazlar  Vaştinin  niyə  çılpaq  halda  məclis  iştirakçıları  önünə  çıxmaqdan  imtina 
etməsinin  səbəbini  soruşurlar.  Onlar  bəyan  edirlər  ki,  şah  arvadı  iştirakçılar  arasında 
seksual  intizamsızlıq  atmosferinin,  əxlaqsızlıq  və  pozğunluq  ab-havasının  meydana 

35 
 
çıxmasına  imkan  verə  biləcək  bir  məclisin  təşkil  edildiyini  özü  şəxsən  qabaqcadan 
bildiyinə görə qeyri-adi təklifə hazır olmalıydı.  
Şah hüquq məsləhətçisi Baqasa müraciət edərək ondan yol göstərməsini xahiş 
edir. Mənşəcə fars olan Baqas çağırışı sevinclə qəbul edir və yaranmış böhranı həll etmək 
üçün  yaradıcı  hüquqi  qərar  tapılmasından  ötrü  zamana  ehtiyac  olduğunu  bildirir.  Lakin 
ondan fərqli olaraq Memuxan adında kiçik bir məmur tez tərpənir. Həmin vaxtlar heç kim 
tərəfindən  tanınmayan  yəhudi  şaha  ədalətin  lazım  gəlmədiyini,  əksinə,  onun  öz  amoral 
əmrinin haqlı olduğunu istədiyini tez anlayır və bundan yararlanmağa başlayır. Memuxan 
öz fikrini söyləməyə cürət edən yeganə məsləhətçi kimi şahın diqqətini cəlb edir. Məmur 
Vaştini vəzifəsindən çıxarmağı, yubanmadan onu saraydan uzaqlaşdırmağı məsləhət görür, 
fikrini belə əsaslandırır ki, digər qadınlar Vaştidən nümunə götürərək öz ərlərinə itaətsizlik 
göstərə  bilərlər.  Hökmdarın  qəlbinə  yol  tapdığına  şübhə  etməyən  məmur  əminliklə 
Vaştinin  təkcə  şah  qarşısında  deyil,  bütün  knyazların  qabağında  və  hökmranlığın  əhatə 
etdiyi  ərazidəki  xalqın  önündə  günah  işlətdiyini,  bunun  başqa  qadınlara  pis  örnək 
olduğunu, əgər vaxtında tədbir görülməsə, itaətsizliyin başqa sahələrə, hətta orduya sirayət 
edə biləcəyini söyləyir. Məmurun mühakiməsinə görə, şahın sözünə qulaq asmayan, onun 
əmrini  kənara  qoyan  bir  qadınla  ünsiyyətin  davam  etdirilməsi  özünə  hörmətsizlik  kimi 
qarşılana bilər. Nəticədə ərinə saymazlıq göstərən Vaştini dərhal saraydan rədd edib onun 
yerinə  başqa  bir  gözəl  qadının  gətirilməsi  məsləhəti  verilir.  Sonralar  Aman  kimi 
məşhurlaşacaq  həmin  məmurun  sözləri  dəlibaş  şahın  ağlına  girir.  Bundan  sonra  Aman 
şahın  sevimlisinə  çevrilir.  Şahın  əmri  ilə  Vaştinin  şah  arvadı  titulu  əlindən  alınır. 
Ahaşveroşun gözəl arvadı dərhal edam edilir.  
 
 
Şəkil 17. Konrad Vits
69
.  Artakserksin  önündə  əyləşən  Esfir.  Təxminən  1434–
1435-ci illər. Bazel bədii muzeyində saxlanılır. 
 
Bundan  sonra  bütün  ərazi  boyunca  şah  üçün  layiq  arvad  axtarışına  başlanılır. 
Nəhəng  imperiyanın  bütün  yerlərindən  ən  gözəl  qadınlar  şahın  sarayına  göndərilir.  Şah 
tərəfindən  Vaştinin  yerinə  arvad  olaraq  seçilməkdən  ötrü  qızlar  növbəyə  düzülürlər.  Bir 
qədər əvvəl barəsində qısa məlumat verilmiş Mardoxeyin həddən artıq gözəl, məlahətli və 
şəfqətli bir qohumu vardı. Binyamin nəslindən olan Avixaylın qızı Ester erkən yaşlarından 
ata-anasını itirir. Mənbələrdə Adass, yaxud Yesfir kimi təqdim edilən, ivrit dilində Ester 
adlandırılan yetim qız əmisi Mardoxeyin yanında qalır və onun doğma övladı kimi tərbiyə 

36 
 
edilir. Saraya göndərilən gözəlçələr arasında Ester də olur. Mardoxey qıza özünün yəhudi 
mənşəli olduğunu gizlətməyi məsləhət görür, yalnız bu sirri aça biləcəyi məqam yetişəndə 
onu deməyi tapşırır. Esterin cazibədarlığı və gözəlliyi qarşısında özünü itirən, heyran olan 
şah onu özünə arvad seçir. Beləcə təxminən dörd ildən sonra Vaştinin yerini Esfir tutur. 
Ester vəfalı yəhudi qızlarını əhatəsinə yığır, sirri kənara çıxartmamağı onlardan tələb edir.  
 
 
Şəkil 18. Fransisk Smuqleviç. Ester Artakserksin önündə, 1778-ci il
70
 
 
 
Şəkil  19.  Teodor  Şasserio.  «Esfirin  bəzənməsi»  (fransızca  «La  toilette 
d’Esther»)
71
. Luvr muzeyində saxlanılır. 
 
 Arvadının məsləhəti əsasında Mardoxey şahın məsləhətçisi olur və tez-tez onun 
sarayına gedir. Çox keçmədən iki kamergerin (saray xadiminin) şahın həyatına qəsd etmək 
fikrinə düşdüyünü aşkara çıxaran Mardoxey xəbəri Esterə söyləyir. Arvad hazırlanmış sui-

37 
 
qəsd  planı  haqqında  məlumata  şaha  çatdırır,  onu  xəbərdar  edir.  Həqiqətən  belə  bir 
cinayətin düşünüldüyü təsdiqlənir və sui-qəsdçi əlbirlər asılır. Adətə görə, baş verən bütün 
hadisələr şah salnaməsinə yazılır.  
Fars  imperiyası  ərazisində  yaşayan  yəhudilərin  məhv  olunmaqdan  xilas 
edilməsini yaddaşlarda hifz etməkdən ötrü «purim» adlı bir bayram keçirilir. Akkad dilində 
«puru» sözü hərfi mənada «bəxt», «qismət», «nəsib», «tale» deməkdir. 
Maraqlı olduğu nəzərə alınaraq bir qədər ətraflı şərh edilən tarixi hadisədə şahın 
öz  qarşısıalınmaz  kandavlistik  meylini  həyata  keçirməkdən  ötrü  hər  cür  imkanından 
yararlanmağa çalışdığı, həmçinin şərabın buna təkan verdiyi dərhal aydın nəzərə çarpır. 
 
* * * 
 
Dünyanın  məşhur  kandavlistlərindən  biri  Fransalı  Lüdovik  (Louis  de  France) 
olmuşdur. Onu tarixdə I Lüdovik (Louis de I), yaxud Orlean Lüdoviki (Louis d’Orleans) 
kimi  tanıyırlar.  Orlean  hersoqlarının  (Duc  d’Orleans)
72
  ikinci  kreasiyasının
73
  birinci 
nümayəndəsidir.  Bəziləri  Fransalı  Lüdovik  deyən  kimi  dərhal  XIV  Lüdoviki  nəzərdə 
tutmaq istəyərlər, lakin onlar ayrı-ayrı şəxslərdir
74

 
 
Şəkil 20. Milanlı Valentinanın sağ ikən çəkilən portreti 
 

38 
 
Birinci Lüdovik 1372-ci ilin 13 martında doğulmuşdur. Orlean Lüdoviki arvadı 
Valentina  Viskontinin  (Valentina  Visconti)  gözəlliyilə  fəxr  etmiş,  onu  başqalarına 
göstərmək imkanını əldən vermək istəməmişdir.  
 
 
Şəkil 21. Valentina Viskontinin təxminən 1386-cı ildə çəkilən portreti 
 
Valentina  1371-ci  ildə  Milanda  dünyaya  gəlmişdir.  Bəzi  mənbələrdə  onun 
1366-cı  ildə  dünyaya  gəldiyi  göstərilir.  Milanın  birinci  hersoqu  Gian  Galeatso  Viskonti 
(Gian  Galeazzo  Visconti)  və  fransız  prinsessası  İzabella  Valuanın  (Isabelle  de  France) 
yeganə qızı olmuşdur. Lakin şahzadə xanım növbəti doğuş vaxtı ölmüş, Valentina erkən 
anasız qalmış, Paviyada öz nənəsi Byanka Savoyskayanın yanında tərbiyə almışdır. Çox 
gözəl  oxumuş,  əla  təhsil  almış  və  nəhəng  məbləğdə  cehizlə  təchiz  edilmişdir.  Valentina 
Avropanın ən çox arzu edilən gəlinlərindən biri olmuş, dörd dəfə nişanlanmışdır. Öz siyasi 
mövqeyini  möhkəmləndirməkdən  ötrü  atası  onu  rəsmi  olaraq  «Sevgili»  («Ou  le  Bien-
Aime») ləqəbi verilmiş, 1380-ci ildən Fransa kralı olmuş Ağılsız VI Karlın (Charles VI le 
Fol)  kiçik  qardaşına  ərə  getməsinə  razılıq  vermişdir.  1386-cı  ilin  25  noyabrında  böyük 
şərtlər  daxilində  nikah  müqaviləsi  bağlanmışdır.  Lakin  qızının  hələ  ailə  qurmaq  üçün 
yaşının  çox  erkən  olduğunu  görən  atası  onu  Milanda  yubatmağa  qərar  vermişdir.  Toy 
mərasimi yalnız 1387-ci ilin 8 aprelində Milanda olmuşdur. Əslində vaxtın uzadılmasında 
bir  kələk  vardı,  burada  heç  də  erkən  ərə  vermənin  qarşısını  almaq  deyil,  nikah 
müqaviləsinin dəyişdirilməsinə cəhd edilməsi məqsədi güdülmüşdür. Çünki Milan hersoqu 
yeni arvadı Katerina Viskontinin (Caterina Visconti) ona bir oğlan doğacağına və bununla 
əlaqədar  olaraq  nikah  müqaviləsində  dəyişiklik  etməyə  imkan  qazanacağına  ümid 
bəsləyirdi.  Həqiqətən  1388-ci  ilin  7  sentyabrında  Valentinanın  qardaşı  Covanni  Mariya 

39 
 
Viskonti  (Giovanni  Maria  Visconti)  doğulur  və  mirasın  ötürülməsi  baxımından  nikah 
müqaviləsində müvafiq müddəanın dəyişdirilməsi, ona yenidən baxılması zərurəti yaranır. 
1389-cu ilin 17 avqustunda nikah mərasimi Melyonda baş tutur. Valentina ər evinə misli 
görünməmiş  bir  cehizlə  yola  salınır.  Gənc  cüt  bir  müddət  Vensen  şəhərində  yaşamağa 
qərar verir. Həmin dövrdə Valentina üç uşaq doğur, lakin körpələrdən ikisi vaxtından əvvəl 
ölür. 
Ağılsız  VI  Karlın  sarayında  Valentinanın  günü  yaxşı  keçmir.  Çünki  kralın 
arvadı  İzabella  Bavarskaya  (fransızca  Isabeau  de  Baviere)  gəlinlə  heç  cür  yola  getmək 
istəmir. Çox vaxt Yelizaveta Bavarskaya (almanca Elisabeth von Bayern), yaxud sadəcə 
İzabo  (Isabo)  adlandırılan  kral  arvadı,  onun  ana  tərəfdən  qohumları  (dayısı  və  xalası 
uşaqları)  Valentinanı  sarayda görmək  istəmirlər.  Tarixçilər bunu izah  edərkən iki səbəb 
göstərirlər. Birinci səbəb odur ki, Karl öz gəlininə simpatiya bəsləmiş, Valentinaya ayrıca 
diqqət  yetirmiş,  onun  belə  münasibətini  bəyənməyənlərin  üstünə  nifrətlə  getmişdir.  Kral 
gəlinini  «sevimli  bacısı»  hesab  etmiş,  saray  mərasimlərinin  hamısında  onun  həmişə 
yaxından  iştirakını  tələb  etmişdir.  Kralın  gəlini  belə  üstün  tutması,  ona  xüsusi  hörmət 
bəsləməsi,  daim  diqqət  yetirməsi,  xətrini  əziz  tutması  saray  adamlarının  ürəyincə  ola 
bilməzdi. Buna görə Valentinanı sarayda əhatə edən insanlarda ona qarşı paxıllıq, həsəd 
yaranmışdır.  İkinci  səbəb  budur  ki,  gəlinin  saraya  gəlməsindən  sonra  kral  arvadı 
İzabellanın Birinci Lüdoviklə münasibətlərində əngəl yaranmışdır.  
Gəzən  şayələrə  görə,  Valentinanın  əri  ilə  kral  arvadı  İzabella  arasında  roman 
(eşqbazlıq)  yaşanırdı.  Birinci  Lüdovik  kral  arvadının  qaynı  (ərinin  qardaşı)  olmasına 
baxmayaraq  onlar  sevişirdilər.  İfritə  İzabella  Valentinanı  ərinə  qarşı  sui-qəsd  təşkil 
etməkdə  və  onu  tilsimləməkdə  günahlandırırdı.  Kral  arvadı  ərinin  başını  belə  fikirlərlə 
durmadan doldururdu ki, gəlin taxt-tacın Orlean Lüdovikinə keçməsindən ötrü canfəşanlıq 
edir. Hətta arvad müəyyən arqumentlər gətirməklə fikrini əsaslandırmağa çalışırdı. Belə ki, 
Valentinanın  atası  bir  vaxtlar  öz  dayısını  taxtdan  salmışdır.  Onun  dayısı  kral  arvadının 
babası  olduğundan  köhnə  ədavət  lap  qızışmışdı.  Hətta  kral  arvadının  sonrakı  antimilan 
siyasətini  məhz  bununla  əlaqələndirirlər.  Valentina  dofini
75
  zəhərli  alma  ilə  zəhərləməyə 
cəhd  göstərməkdə  və  cadugərlikdə  günahlandırılırdı.  Gəlini  görən  kimi  kralın  əhvalının 
yaxşılaşması  cadu  nəticəsində  əmələ  gələn  xəta  kimi  dəyərləndirilirdi.  Həqiqətən 
Valentinanın və yaxud onun ərinin yanında kralın əhvali-ruhiyyəsinin düzəlməsi, özünü 
dərhal yaxşı hiss etməyə başlaması açıq-aşkar görünürdü və kənardakılar bunu qısqanclıqla 
qarşılayırdılar.  Buna  görə  Valentinanın  ayağına  cadugərlik  (ovsunçuluq,  sehrbazlıq)  və 
qara  magiya  yazırdılar.  Ağılsız  kralın  hər  yeni  tutmasından  sonra  gəlinə  nifrətin  ölçüsü 
artırdı.  
Yaranmış mübahisələrdən sonra Valentina Parisdən Sent-Pol şəhərinə qovulur. 
Arvadını düşmənlərindən qorumaqdan ötrü Lüdovik 1396-cı ilin martında Asnierə köçür. 
Orada  olduqları  müddətdə  Valentina  daha  dörd  uşaq  doğur.  Lüdovik  Bluadakı  qəsrini 
genişləndirir  və  möhkəmləndirir.  Təxminən  1400-cü  ildə  Valentina  asnierdən  Bluaya 
köçür.  Qəsr  mürəkkəb  coğrafi  ərazidə  olduğundan  (hökmdarın  düşmənləri  sayılan 
Burqund hersoqlarının malikanələrinin yaxınlığında yerləşdiyindən) Valentinanın əri oranı 
əsl  qalaya  çevirir.  1402-ci  ildə  Valentinanın  atası  taun  xəstəliyindən  dünyasını  dəyişir, 
onun dul qalan arvadı Katerina Milan hökumətini idarə etməyə başlayır. 

40 
 
Siyasi  situasiyanın  mürəkkəb  olması  və  hakimiyyət  uğrunda  mübarizənin 
kəskinləşməsi  ilə  əlkaqədar  olaraq  ağılsız  kralın  adından  hakimiyyəti  idarə  etmək 
imkanından yararlanmaq fikrinə düşən Lüdovik kral arvadı İzabella ilə müqavilə bağlayır. 
Onların məhəbbət əlaqələri davam etdiyindən kral arvadı razılıq verir. Lüdovik burqundlar 
əleyhinə  mübarizədə  ona  kömək  edir.  1407-ci  ilin  23  noyabrında  İzabella  öz  axırıncı 
uşağını doğur, lakin körpə cəmi bir neçə saat sonra ölür. Həmin gün Orlean Lüdoviki öz 
məşuqəsi kral arvadı İzabellanın Paris şəhərində Köhnə məbəd küçəsində yerləşən evindən 
çıxarkən qətlə yetirilir. 1407-ci ilin 23 noyabrında Orlean Lüdoviki öz düşməni, Burqund 
hersoqu  Qorxmaz  Janın  (Jean  sans  peur)  sifarişi  əsasında  Raul  Danketonvill  tərəfindən 
qətlə yetirilmişdir.  
Ərinin  öldürülməsindən  sonra  Valentina  Parisə  gələrək  günahkarların 
cəzalandırılmasını  kraldan  xahiş  edir.  Zəif  kral  əvvəlcə  öz  razılığını  bildirir,  lakin  çox 
keçmədən fikrindən daşınaraq onu saraydan uzaqlaşdırır.  
Valentina  ərinin  38  yaşında  ikən  öldürülməsini  çox  kədərlə  qarşılayır,  şiddətli 
şəkildə  ağlayır,  bundan  çox  əsəbiləşir,  göz  yaşlarının  gümüş  rəngli  fontanı  onun  gerbi, 
«artıq mənim üçün heç nə hər şeydir, hər şeysə heç nədir» («Plus ne m’est rien, rien ne 
m’est plus») kəlmələri devizi olur. Ərinin öldürülməsinə cəmi bir il dözən Valentina 1408-
ci ilin dekabr ayının 4-də Bluada dünyasını dəyişir. Valentina ölüm yatağında uşaqlarını 
başına  toplayıb  onları  öz  evlərinin  böyüklüyünü  qoruyub  saxlayacaqlarına  və  atalarının 
öldürülməsinə  görə  qisası  yerdə  (cavabsız)  qoymayacaqlarına  söz  verib  and  içmələrinə 
vadar edir.  
Valentinanın  Milana  hökmdarlıq  etmək  hüququ  sonralar  XII  Lüdovik  və  I 
Fransisk arasında italyan müharibəsinə səbəb olmuşdur. Qeyd edək ki, Fransa kralı XII 
Lüdovik  Orlean  Lüdovikin  nəvəsidir,  I  Fransisk  (François  I)  isə  XII  Lüdovikin  əmisi 
oğludur.  
Valentina italyan, fransız, alman dillərində səlis danışmış, latın dilini mükəmməl 
bilmişdir.  Arfada  çalmağı  bacarmış,  mütaliəni  sevmiş,  topladığı  kitablar  Fransa  Milli 
Kitabxanasının nüvəsini təşkil etmişdir. Onun şərəfinə bir neçə şeir yazan XIV əsr fransız 
şairi və şeirşünası Estaş Deşanın (Eustache Deschamps) patronessası
76
 olmuşdur. 
Həmçinin italyan mənşəli orta əsr fransız yazıçısı Kristina de Pizanın (Christine 
de Pizan) adresatı
77
 olmuşdur.  
Əlavə  olaraq  Valentina  dövrünün  sayılıb-seçilən  adamlarından  bir  neçəsinin 
anası kimi məşhurluq qazanmışdır. 
Valentina ölkənin kralı Orlean Lüdoviklə nikahda olduğu müddətdə düz on uşaq 
doğmuşdur.  
Valentinanın  bir  oğlu  Birinci  Orlean  Karlı  (Charles  d’Orleans)  xüsusən  çox 
tanınırdı.  Orlean  hersoqu  Birinci  Orlean  Karlı növbəti dövr  Fransa şairləri içərisində ən 
məşhurlarından biri, görkəmli fransız feodalı və hərbi rəisi, Valua kral evinin üzvü, qraf 
olmuşdur. Fransa kralı XII Lüdovikin atasıdır. 
Valentinanın digər oğlu Orlean Filippi de Vertü qrafı olmuşdur. 
Başqa  oğlu  Orlean  Janı  (Jean  d’Orleans)  həmçinin  Xeyirxah  III  Jan  kimi 
məşhurlaşmışdır.  Orlean  Janı  Angulem  qrafı  (comte  d’Angouleme)  olmuşdur,  kral  I 
Fransiskin babasıdır. 

41 
 
Qızı Orlean Marqaritası Etamp qrafı Riçard Bretana ərə getmişdir. 
Valentinanın dörd oğlu və iki qızı uşaq yaşlarında ölmüşlər. 
 
 
Şəkil 22. Orlean Lüdoviki (I Lüdovik) 
 
Bundan başqa, Valentina 1405-ci ildə öz ərinin bastardı
78
 olan Jan de Dünuanı 
(Jean de Dunois) faktik olaraq oğulluğa götürmüşdür. Hərbçi olan həmin insan çox vaxt 
Orlean bastardı olan Jan (Jean le batard d’Orleans) adlandırılmışdır. Birinci Lüdovikin və 
Marietta  Dengienin oğludur.  Beş  yaşı  olanda  atasını itirmiş, bundan  bir il sonra  analığı 
Valentina dünyasını dəyişmişdir. 
Ehtimal  edilir  ki,  Birinci  Lüdovik  öz  arvadını  deyil,  məşuqəsini  başqalarına 
göstərməkdən həzz almışdır. Maraqlı olduğunu nəzərə alıb həmin tarixi vərəqləyəcəyik. 
Fransız  boyakarı  və  qrafiki,  Avropa  boyakarlığında  romantik  istiqamətin 
seçilmiş nümayəndəsi,  mütərəqqi romantizmin görkəmli nümayəndəsi Ferdinand Viktor 
Ejen  Delakrua  (Ferdinand  Victor  Eugene  Delacroix)
79
  tərəfindən  1825–1826-cı  illərdə 
yağlı  boyalarla  çəkilmiş  «Öz  məşuqəsini  göstərən  Orlean  Lüdoviki»  («Louis  d’Orleans 
unveils a mistress») adlı mənzərədə məhz bundan bəhs edilir (şəkil 23). 
İspaniyanın  paytaxtı  Madrid  şəhərində  Tissen-Bornemiz  (Tissen-Bornemisa) 
kolleksiya fondunda saxlanılan şəkil bir tərəfdən incəsənət əsəri, digər tərəfdən diqqətlə 
baxılarkən  tarixin  hər  hansı  hissəsi  qeyri-ixtiyari  olaraq  xatırlamağa  imkan  verən 
mükəmməl bir abidədir. Ejen Delakrua tərəfindən təsvir edilmiş «Öz məşuqəsini göstərən 
Orlean  Lüdoviki»  («Louis  d’Orleans  unveils  a  mistress»)  adlı  mənzərəsindən  bir 
fraqmentdə məhz ən məşhur kandavlist Orlean Lüdoviki təsvir edilmişdir. Əsəri həmçinin 
«Orlean Lüdoviki öz məşuqəsinin gözəlliyilə öyünür» kimi tərcümə etmək olar.  
İstedadlı  rəssam  dövrünün  əxlaqi  eybəcərliyini  yaratdığı  mənzərədə  təcəssüm 
etdirmişdir. Əsərin süjet xətti zəmanənin dünyagörüşünü bu aspektdən tamamlayır. Bahalı 
paltarlar geyinmiş varlı hersoq çarpayıda uzanmış gənc qadının üstündəki örtüyü götürür. 
Üstünün açıq qalmasından utanıb sıxılan qadın sifətini çevirir və əllərilə döşlərini örtməyə 
çalışır.  Karıxıb  həyəcanlanmış  məşuqəsinin  çılpaq  bədənini  diqqətlə  gözdən  keçirən  və 
onun gözəlliyilə öyünən kişinin nəsə mədhedici sözlər dediyi, tərifləyici  ifadələr işlətdiyi 
onun sifət cizgilərindən aydın görünür. 

42 
 
Delakruanın  portretində  Orlean  Lüdovikinin  öz  məşuqəsinin  gözəl  bədənini 
nümayiş etdirdiyi kişi zahirən VI Karla oxşayır, lakin bunu dəqiq demək çətindir, həmçinin 
yataqdakı 
əxlaqsızın 
İzabo, 
Valentina, 
yoxsa 
Odetta 
olduğu 
dəqiq 
müəyyənləşdirilmədiyindən suallar doğurur.  
 
 
Şəkil  23.  Ferdinand  Viktor  Ejen  Delakrua.  «Öz  məşuqəsini  göstərən  Orlean 
Lüdoviki»  («Louis  d’Orleans  unveils  a  mistress»).  1825–1826-cı  illər.  Yağlı  boyalarla 
çəkilmiş  şəkil.  İspaniyanın  paytaxtı  Madrid  şəhərində  Tissen-Bornemiz  (Tissen-
Bornemisa) kolleksiya fondunda saxlanılır. 
 
Qadının İzabo olması daha çox ehtimal edilir. Hərçənd kandavlist ərin təkcə öz 
məşuqəsini deyil, eyni zamanda arvadını da nümayiş etdirməsi çox müşahidə edildiyindən 
portretdəki  qadının  Valentina  olduğuna  güman  artır.  Həmçinin  Odetta  da  ola  biləcəyi 
istisna edilmir. 
Ümumiyyətlə, həmin dövrün Fransa kral sarayının tarixini danışmaq bir qədər 
məsuliyyətli,  eyni  zamanda  asan  olmayan  işdir.  Çünki  Aleksandr  Düma-ata  (Alexandre 
Dumas  pere),  Onore  de  Balzak  (Honore  de  Balzac),  Donasyen  Alfons  Fransua  de  Sad 
(Donatien Alphonse François de Sade) və başqa məşhur müəlliflərin əsərlərindən tutmuş 
digər  mötəbər  mənbələrə  qədər  çox  müxtəlif  ədəbiyyatı  qaldırmaq  lazım  gəlir.  Əlbəttə, 
söhbət həmin müəlliflərlə rəqabət apara bilməyin çətinliyindən deyil,  mövcud materialın 
təhlil süzgəcindən keçirilməsinin böyük zəhmət tələb etməsindən gedir.  
Avropanın aristokratik dairələrində qeyd edilən dövrdə hökmranlıq etmiş ədəb 
və  əxlaq  qaydaları  nəinki  nikahdankənar  məhəbbət  əlaqələrini  mühakimə  etmir,  əksinə, 

43 
 
belə halların olması bəyənilir, təqdirəlayiq dəyişikliklər kimi qiymətləndirilir. Məşuqələrin 
çox olması ilə öyünmə bir dəb halını alırdı. Lakin qadına qiymətsiz bir «xüsusi mülkiyyət» 
kimi  baxılırdı.  Hətta  adlı-sanlı  kişinin  öz  məşuqələrilə  lovğalanması  onun  yeni  at,  it  və 
başqa heyvanları alarkən öyünməsinə bərabər tutulurdu. 
İntibah  epoxasının  ən  çox  oxunan  fransız  müəlliflərindən  biri,  Yekaterina 
Mediçi zəmanəsinin saray həyatının xronisti Pyer de Burdeyl (Pierre de Bourdeille) də öz 
münasibətini  bildirmişdir.  Çox  vaxt  senyor  de  Brantom  (seigneur  de  Brantome)  kimi 
tanınan  araşdırıcı  yazırdı:  «Sonralar  Parisdə  Barbett  qapısının  yaxınlığında  öldürülmüş 
Orlean hersoqu Lüdovik başqa cür hərəkət etmişdi (onun böyük bir şuluqçu olduğuna və 
saray  xanımları  içərisində  əsil-nəcabətli,  adlı-sanlı,  kübar  olanlarını  yoldan  çıxarmağı 
sevdiyinə etiraz etmək mümkün deyildi): hersoq başını tovladığı qadınlardan biri ilə yatır, 
ertəsi gün səhər ertədən arvadın ərini öz evində yataq otağında qəbul edilir. Hersoq ona öz 
hörmət  və  ehtiramını  təsdiq  etmək  üçün  gəlmiş  ərə  yataqdakı  qadının  çılpaq  bədənini 
göstərir.  Xanımın  başını  döşəkağı  (mələfə)  vasitəsilə  örtərək  onu  tanınmaz  edir,  ancaq 
bütün bədənini çılpaqlaşdırır, gələn kişinin ona göz yetirməsinə şərait yaradır, hətta əllərilə 
ona toxunmasına icazə verir, ancaq heç bir vəchlə sifətini görməsinə imkan yaratmır. Sonra 
hersoq kişidən ona tanış olmayan bu gözəl qadından xoşu gəlib-gəlmədiyini inadla soruşur. 
Kişi  göz  yetirdiyi  çılpaq  qadının  gözəlliyindən  heyrətə  düşdüyünü,  ona  valeh  olduğunu 
bildirir. Ancaq kişi baxdığı qadının onun arvadı olduğunu heç cür anlamır. Nəhayət, hersoq 
qonağını  lütfkarlıqla  yola  salır,  onu  buraxır.  Bədbəxt  kişi  öz  arvadına  baxıb  ləzzət 
aldığından xibər halda, heç nəyi bilmədən çıxıb gedir. 
Əgər  gələn  kişi  öz  arvadı  ilə  yataqda  olarkən  ona  çılpaq  halda  daha  yaxşı 
baxsaydı,  həmişə  gözdə  olan,  daimi  nəzərləri  altına  düşən  müəyyən  əlamətlərini  aşkara 
çıxarardı və hersoqun yatağında onu görən kimi belə əlamətlərdən bir çoxunu sezən kimi 
üzünü görmədən elə həmin andaca onu tanıyacağını fikirləşmək olardı. Elə buradan ərlərə 
belə bir məsləhət verilir: arvadı hər iki ucdan öyrənməyin, ona yaxşı-yaxşı baxmağın zərəri 
yoxdur. 
Başıbəlalı və uğursuz ərin yataq otağını tərk etməsindən sonra Orlean hersoqu 
məşuqəsindən çox güclü qorxub-qorxmadığını soruşur. Saatın təxminən dörddə biri qədər 
çəkən zaman kəsiyinin qadın tərəfindən necə keçirildiyini, onun hansı dəhşət və vahimə 
yaşadığını  təsəvvür  etmək  çətin  deyildir.  Bədbəxt  qadının  hansı  vəziyyətlə  üzbəüz 
qaldığını və bundan necə qorxduğunu hər kəs özündə düşünüb asanlıqla mühakimə edə 
bilər. Qadının əri bir qədər fərasətli və cəsarətli olsaydı, mələfənin qıraq tərəfini bir qədər 
qaldırsaydı,  dərhal  onu  tanıyacaqdı.  Bununla  qadının  axırı  çatdığını  düşünmək  olardı. 
Lakin hersoq məşuqəsinə bəyan etmişdi ki, əgər belə şey olsaydı, kişi öz hirsini arvadının 
üstünə  tökmək,  ondan  qisas  almaq  fikrinə  düşsəydi,  bu  halda  ədəbsizlik  və  kobudluq 
etdiyini bəhanə gətirib onu elə yerindəcə öldürərdi.    
Maymaq, fərsiz, bacarıqsız ər növbəti gecə öz arvadı ilə yataqda olarkən orlean 
hersoqunun onların önündəcə öz çılpaq məşuqəsilə necə öyünüb lovğalandığını, belə bir 
gözəlliyə malik qadını heç vaxt görmədiyini, ancaq hökmdarın mələfə ilə xanımın başını 
örtməsi səbəbindən onun üzü barəsində heç bir fikir yürüdə bilmədiyini danışmışdır. Qadın 
ona  doğru  danışan  ərinin  söhbətini  dinlədikcə  bir  anlığa  dəhşətli  hadisələr  fikirləşmiş, 
xəyalına vahiməli səhnələr gətirmişdir.  

44 
 
Yeri  gəlmişkən,  əxlaqsız  qadın  hersoqdan  qeyri-qanuni  uşaq  dünyaya  gətirir. 
Bic olan uşağa Orlean bastardı ləqəbi verilir. Uşaq böyüdükdən sonra fransız taxt-tacının 
dayağı və İngiltərəni qorxudan bir hərbçi olur. Dünua qraflarının alicənab və cəsarətli nəsli 
məhz ondan törəmişdir». 
Çox  vaxt  Markiz  de  Sad  (Marquis  de  Sade)  adlandırılan  məşhur  fransız 
aristokratı,  siyasətçi,  yazıçı  və  filosofu  Donasyen  Alfons  Fransua  de  Sad  (Donatien 
Alphonse  François  de  Sade)
80
  tərəfindən  «Lətifələr,  hekayələr  və  fablio»  adlı  əsərində 
danışılmış əxlaqi əhəmiyyətə malik, ibrətli hekayədə VI Karl və Orlean hersoqunun eyni 
bir qadını sevmələrinə münasibətdə məlumat əldə etmək olar.  
Markiz de Sadın «Özü özünə buynuz qoymuş kişi, yaxud ağıla gələ bilməyən 
qarışıq»  («Le  Cocu  de  lui-meme,  ou  le  Raccommodement  imprevu»)  adlı  hekayəsində 
vəfasız bir əri təsvir etmişdir. Kişi bir kübar qadın haqqında pis şeylər danışmış, mənfi fikir 
söyləmişdir.  Həmsöhbət  olduğu,  lakin  yaxşı  tanımadığı  birisinin  qarşısında  özünü 
tərifləyən, adlı-sanlı və son dərəcə gözəl bir xanımla yatmasına görə öyünən kişi gecəni 
keçirdiyi  qadının  potaskuxa
81
,  onun  ərinin  isə  buynuzdaşıyan  (dəyyus)  olduğunu 
bildirmişdir.  Sən  demə,  onun  «buynuzdaşıyan»  kimi  təqdim  etdiyi  kişi  elə  söhbət 
yoldaşıymış.  Müsahib  yeni  tanışını  öz  evinə  dəvət  edir  və  məşuqəsinin  sifətini 
göstərmədən onun bütün bədənini çılpaqlığı ilə nümayiş etdirir, hətta onunla cinsi əlaqəyə 
girməkdən  ötrü  dilə  tutur.  Axırda  yola  gətirilən  kişi  «üzünü  görmədiyi»  əxlaqsızla  cinsi 
əlaqədə olur. Bundan sonra evin yiyəsi olan kişi məhəbbət nəşəsindən hələ soyumamış, 
özünə  gəlməmiş  xanımın  sifətini  açıb  göstərir.  Yataqdakı  qadının  qeybətçi,  söz 
saxlamayan, çərənçi kişinin həyat yoldaşı olduğu aşkarlanır. Ehtiyatsızlıq edib çoxlu şeylər 
danışan, boşboğaz, xəbərçi kişi indi özü özünə «buynuz qoymuş» olur. 
 
Şəkil 24. Kral və Odinetta 
 
Bir  qədər  yuxarıda  İzabo  və  Valentina  haqqında  məlumat  verilmişdir,  indi 
Odetta  barəsində  bir  neçə  kəlmə  demək  lazım  gəlir.  Odetta  de  Şamdiver  (Odette  de 
Champdivers)  Fransa  kralı  Ağılsız  Altıncı  Karlın  məşuqəsi  olmuşdur.  Onu  həmçinin 
Odinetta, yaxud Udina da adlandırırdılar. Ona «balaca kraliça» ləqəbi verilmişdir. 1391-ci 
ildə Burqundiyada doğulmuş, təqribən 1425-ci ildə vəfat etmişdir. 
 
* * * 
 

45 
 
Lidiyada baş verən qəribə hadisə həmçinin Avropa rəssamlarının bir çoxunun 
mənzərələri  üçün  süjet  kimi  xidmət  göstərmişdir.  Tarix  boyu  rəssam,  boyakar  və 
heykəltəraşlar  arasında  kandavlizm  dəfələrlə  qeyd  edilmişdir.  Nümunə  üçün  böyük 
flamand boyakarı və  rəssamı  Piter Paul  Rubens  (Pieter Paul  Rubens), ispan naqqaşı və 
sürrealist  rəssamı,  qrafik,  heykəltəraş,  rejissor  və  yazıçı,  sürrealizmin  görkəmli 
nümayəndələrindən biri Salvador Dali (Salvador Dali), fransız heykəltəraşı Fransua Ogüst 
Rene Roden (François-Auguste-Rene Roden) və başqaları xatırlana bilər. 
Kandavlizmdən  bəhs  edilən  ədəbiyyatların  demək  olar  ki,  hamısında  böyük 
flamand boyakarı və rəssamı Piter Paul Rubensin (Pieter Paul Rubens) adı çəkilir. Əlbəttə, 
onun adının belə pis mənada məşhurluq qazanması əbəs yerə ola bilməzdi. 
Hüquqşünas  ailəsində  doğulmuş  sənətkarın  adının  bir  çox  mənbələrdə  Piter 
deyil, məhz Peter kimi yazılmasının daha doğru olduğu göstərilir.  
 
 
Şəkil  25.  Piter  Paul  Rubens  (Pieter  Paul  Rubens;  1577–1640).  Avtoportret, 
1623-cü il 
 
P. P. Rubens öz tablolarında (lövhələrində) qadın gözəlliyi idealını yaratmışdır. 
Onun  kompozisiyalarına  insan  ehtiraslarının  dinamikası  və  rənglərin  parlaqlığı  xasdır. 
Həyatın  təbii  təzahürlərinin  tərənnümü  Rubens  yaradıcılığının  məğzini  təşkil  edir.  Əgər 
Piter Paulun 1620-ci illərə aid portretlərində zahiri parlaqlıq üstün yer tuturdusa, 1630-cu 
illərdə  onun  tabloları  daha  intim  və  fərdiləşdirilən  xarakter  daşıyırdı.  Piter  Paul  iki  dəfə 
evlənmişdir.  
1909-cu ilin oktyabrında məşhur humanist Yan Brantın və Klara de Moyun qızı 
İzabella  Brant  (Isabella  Brant)  ilə  nikaha  girmişdir.  İzabella  Brant  rəssama  üç  uşaq 
doğmuşdur,  lakin  həm  özü,  həm  də  uşaqları  çox  az  yaşamışdır.  1611-ci  ildə  dünyaya 
gətirdiyi Klara Siren 1623-cü ildə 12 yaşında vəfat etmişdir. 1614-cü ildə doğduğu Albert 
1657-ci ildə 43 yaşında dünyasını dəyişmişdir. 1618-ci ildə doğduğu Nikolaas 1655-ci ildə 
37  yaşında  ölmüşdür.  Ananın  özü  1626-cı  ilin  20  iyununda  34  yaşı  olarkən  taun 
xəstəliyindən dünyasını dəyişmişdir.  
Rəssam  arvadı  İzabella  Brantı  sevmiş,  ona  böyük  hörmət  bəsləmiş, 
məmnuniyyətlə şəkillərini çəkmişdir. 
 

46 
 
 
Şəkil 26. Piter Paul Rubens. İzabella Brantın portreti, təxminən 1610-cu il 
 
 
 
Şəkil  27.  Piter  Paul  Rubens.  «İnfant  İzabellanın  kameristkasının  portreti» 
(flamand  dilində  «Sael  doegter  van  de  Infante  tot  Brussel»)
82
.  Təxminən  1625-ci  il. 
Hazırda Sankt-Peterburq Dövlət Ermitajında saxlanılır. 
 
İkinci  arvadı  Yelena  Furman  (Helene  Fourment)  16  yaşında  olarkən  rəssam 
onunla evlənmişdir. Qeyd edək ki, sənətkarın ikinci arvadı mənbələrdə Yelena Fourmen, 
Yelena  Fourment,  yaxud  Yelena  Furment [51]  kimi  yazılır. Rubensin dostu, xalı (xalça, 
gəbə) ticarəti ilə məşğul olmuş Daniel Furmanın qızıdır. 1614-cü ilin 11 aprelində dünyaya 
göz açan Yelena sənətkara beş uşaq doğmuşdur. Ən kiçik uşaq rəssamın ölümündən sonra 

47 
 
dünyaya  gəlmişdir.  Yelena rəssamın ölümündən sonra  Yan Baptist  van  Brukxovenə ərə 
getmiş və ona bir oğlan doğmuşdur. 
 
 
Şəkil  28.  Piter  Paul  Rubens.  Yelena  Furmanın  portreti.  Münhen,  Köhnə 
pinakoteka
83
  
 
 
 
Şəkil 29. Piter Paul Rubens. Yelena Furman və onun iki uşağının portreti. Paris, 
Luvr muyzeyi
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin