Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism


§ 2.4. Kandavlizmin müalicəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11
§ 2.4. Kandavlizmin müalicəsi 
 
«Sağalmanın şərtlərindən biri onu arzulamaqdır». 
Roma stoik-filosofu, şair və dövlət xadimi  
Lusi Anney Kiçik Seneka (Lucius Annaeus Seneca minor) 
 
* * * 
 

134 
 
«Həkimin sizdə müşahidə etdiyi xəstəliyin adını bilməsi onun hələ həmin 
naxoşluq barəsində mükəmməl məlumata malik olması demək deyildir». 
Amerikan yazıçısı, «Merfi qanunları» haqqında məşhur kitabın müəllifi Artur 
Blox (Arthur Bloch; 1948-ci ildə doğulmuşdur) 
 
Kandavlizm  problemi  ilə  əlaqədar  olaraq  insanlar  tibbi  yardım  almaqdan  ötrü 
çox nadir hallarda müraciət edirlər. Kandavlizmə mübtəla olmuş kişilər heç vaxt həkimə 
müraciət etmək istəmirlər. Çünki onlar belə davranışdan olmazın həzz alırlar. Kandavlist ər 
burada heç bir qəbahət görmür. Çünki kandavlizm ərin seksual tələbatının təmin edilməsi 
yoludur.  
Azərbaycanlı  kişilərin  məhz  kandavlizm  problemi  ilə  bağlı  həkimə  müraciət 
etmələri ümumiyyətlə, inandırıcı görünmür. Ona görə ki, kandavlizmə mübtəla olmuş ər 
özündəki  əlaməti  açıqlayan  kimi  onun  dərhal  nakişi  hesab  ediləcəyini  bilir.  Tarixin  lap 
uzaq  dövrlərindən  üzü  bəri  azərbaycanlılar  arasında  kişilik  yüksək  tutulmuş,  kişinin  öz 
arvadını qorumağa, onun namusunu hifz etməyə, qeyrətini çəkməyə borclu olduğu uşaqlıq 
illərindən  aşılanmış,  kişi  sözü  hər  şeyə  təminat  vermiş,  yaxşı  əməl,  təqdirəlayiq  hərəkət 
məhz  kişi  hərəkəti  kimi  qiymət  almış,  əksinə,  yaramaz  bir  davranış  müşahidə  edildikdə 
kişiyə yaraşmayan hərəkət, belə bir xasiyyətin özü isə nakişilik kimi dəyərləndirilmişdir. 
Dünyanın  məşhur  səyyah,  yazıçı  və  etnoqrafları  Qafqazı  gəzib  dolandıqdan  sonra 
xatirələrində  azərbaycanlılar  arasında  kişi  sözünün  həllediciliyini  məftunluqla  təsvir 
etmişlər.  Tanınmış  fransız  yazıçısı,  dramaturq  və  jurnalisti  Aleksandr  Düma-ata 
(Alexandre  Dumas  pere)
130
  «Qafqaz  səfəri»,  «Qar  yığını»,  «Sultanetta»,  «Parisdən 
Həştərxana»  və  başqa  əsərlərində  azərbaycanlıların  qonaqpərvərliyini,  səxavətliliyini 
qələmə  almış,  bu  xalqın  zəngin  mədəniyyətə  malik  olduğunu  göstərmiş,  xüsusən  dadlı 
mətbəxindən və söz bütövlüyünün  rolundan bəhs  etmişdir.  Həqiqətən görkəmli sənətkar 
haqlıydı, axı, azərbaycanlılarla bir şey barəsində sövdələşəndə onlardan imzalanmış sənəd 
tələb etməyə ehtiyac yoxdur. Əgər kimsə söz verdisə, sövdələşməni bitmiş hesab etmək 
olar. Kişi sözü hər cür imzalanıb möhürlənmiş sənəddən üstündür.  
Təəssüf ki, milli-mənəvi dəyərlərimizin qorunması, gözəl adət və ənənələrimizin 
saxlanması uğrunda nə qədər mübarizə aparılsa da, bu barədə xeyli əsər yazılsa da, mətbuat 
səhifələrində  ondan  çox  danışılsa  da,  ancaq  sözünə  əməl  etməyən,  vədinə  dönük  çıxan, 
ailəsini qorumağı bacarmayan, arvadının, qızının, gəlininin nalayiq və namussuz hərəkətlər 
etməsinə  göz  yuman,  şərəfsizliyini  boynuna  alan  kişilərlə  son  vaxtlar  tez-tez  rastlaşmaq 
olur. İndi pozğun arvadının çörəyini yeyən ərciklər, tirinin altındakı zərif cinsli şəxslərin 
min  hoqqadan  çıxdığını  görməyib  ağızdolusu  qeyrətdən  dəm  vuran  kişiciklər  çoxalıb. 
Həyat  yoldaşının  həddən  ziyadə  açıq-saçıq  geyindiyini,  çılğın  hərəkətlərə  yol  verdiyini 
dostyana, mədəni şəkildə, bir qədər də başıörtülü işarə etmək istəyəndə «ə, nə danışırsan, 
lap biabırçılıq olub, görmürsənmi filankəsin arvadı gündə Dubaydadır, bəhmənkəsin gəlini 
neçə  yüz  minlik  maşın  sürür...»  kimi  mülahizələrlə  mövcud  vəziyyəti  «xırdalamağa» 
çalışır,  belələrilə  müqayisədə  özününkülərinin  gül  parçası  olduğu  təsəvvürünü  yaradır. 
Əminliklə  demək  olar  ki,  açıq-saçıqlığın  geniş  vüsət  tapmasında,  qeyrətsizliyin 
çoxalmasında kandavlizmə mübtəla olmuş kişilərin çox böyük rolu vardır. 

135 
 
Ancaq  çox  nadir  hallarda  kişilər  özləri  kandavlizm  münasibətilə  həkimə 
müraciət  edə  bilərlər.  Bunun  aşağıdakı  üç  səbəbini  göstərmək  olar.  Birincisi,  ailədə 
yaranmış  seksual  disharmoniya  artıq  münasibətlərin  davam  etdirilməsinə  imkan  vermir. 
İkincisi, arvadın konkret olaraq güzəştsiz tələbi ortaya çıxır, «ya ailə, ya da sənin gic-gic 
hərəkətlərin»  qərarı  qarşısında  seçim  etməyə  məcbur  olur,  ancaq  ailəsinin  dağılmasını 
istəmir.  Üçüncüsü,  meyl  pozuntusundan  irəli  gələn  hərəkətləri  iradəyə  tabe  etdirmək 
mümkün olmasa da, hər halda məqsədə yetişdikdən sonra vicdan əzabı çəkən, belə şeylərin 
bitib-tükənməməsindən artıq yorulan, təngə gələn kişi əməlli-başlı ölçü götürmək və lazımi 
tədbir görmək qərarına gəlir. 
Bir  çox  hallarda  kandavlizmə  mübtəla  olmuş  kişinin  arvadı  tibbi  yardım 
almaqdan ötrü mütəxəssisə müraciət edir. Əlbəttə, qadını buna təhrik edən səbəblər daha 
çoxdur.  Birincisi,  qadın  heç  cür  boşanmaq  istəmir,  ailəsinin  dağılmasına,  uşaqlarının 
gələcəyinə  görə  narahatlıq  keçirir.  İkincisi,  arvad  ərində  müəyyən  bir  psixi  pozuntu 
olmasından  şübhələnir.  Üçüncüsü,  formalaşan  seksual  disfunksiya  ailədə  normal 
münasibətlərin davam etməsini əngəlləyir, dözülməz vəziyyət yaradır. Dördüncüsü, arvad 
ərində müşahidə olunan hazırkı pozğunluğun daha təhlükəli formaya keçəcəyindən, yaxud 
yeni  kənarlanma  növlərinin  qoşula  biləcəyindən  ehtiyat  edir.  Beşincisi,  arvadın  başqa 
cəhətdən heç cür pis hesab edilə bilməyən, yaxşı keyfiyyətləri olan ərinə sadəcə bir insan 
olaraq yazığı, rəhmi gəlir, ona kömək etmək istəyir. Altıncısı, arvad cəmiyyət içərisində 
imicinə xələl gələcəyindən, karyerasında büdrəyəcəyindən ehtiyatlanır. 
Həqiqətən kandavlizm nikah-ailə münasibətlərini sarsıda bilən bir pozuntudur. 
Kandavlizmlə  mübarizənin  təkcə  tibbi  aspektdən  deyil,  eyni  zamanda  sosial  baxımdan 
əhəmiyyət kəsb etməsi məhz buradan qaynaqlanır. 
Kompleksli kişinin tələblərinin yerinə yetirilməsi lazım gələn hallarda arvadın 
«Bəli,  baş  üstə,  yaxşı,  qoy  olsun»  sözlərini  həddən  ziyadə  tez  deməsi,  ancaq  «Xeyr, 
alınmayacaq, çox pis, edə bilmərəm» kəlmələrini söyləmək üçün yubanması, onları çox 
gec dilinə gətirməsi ərin xeyrinə işləyir. Əlbəttə, vəziyyətin dəyişməsindən ruhlanan kişi 
bundan çox məharətlə istifadə edir. Ailə münasibətlərində güzəştə getməkdən qiymətli ola 
biləcək ikinci bir addım tapmaq çətindir, bəlkə də mümkün deyildir. Ancaq hər hansı meyl 
pozğunluğuna,  xüsusən  kandavlizmə  mübtəla  olmuş  ərin  tələbləri  qarşısında  güzəştə 
getmək  onun  cızdığı  planlarının  həyata  keçməsinə  kömək  etməyə  bərabərdir.  Arvadının 
xasiyyətinin mülayim olmasından sui-istifadə edən kişi tezliklə məqsədinə çatır. 
Kandavlizm  barəsində  müfəssəl  məlumatı  olmayan  bəzi  insanlar  arvadı  belə 
yaramazla  ailə  qurmasına  görə  qınayırlar.  Halbuki  burada  bilinməyən  bir  neçə  məqam 
vardır. Birincisi, kişi yalnız ailə qurduqdan sonra özündəki qəribəliyi aşkara çıxara bilər. 
Həqiqətən bir çox ailələrdə nikahın bağlanmasından xeyli zaman keçdikdən sonra kişidə 
kandavlizm  əlaməti  özünü  göstərməyə  başlayır.  İkincisi,  kandavlizmə  mübtəla  olmuş 
kişinin qeyri-adi meyl pozğunluğundan əziyyət çəkdiyini zahirən müəyyənləşdirmək, bunu 
əməllərindən  sezmək,  hərəkətlərindən  duymaq,  davranışından  anlamaq  çox  çətindir  və 
əksər  hallarda  mümkün  deyildir.  Əgər  kandavlist  kişi  öz  qəribəliyini  evlənmək  istədiyi 
qızdan  gizlətməyi,  yalnız  ailə  qurduqdan  sonra  ona  bildirməyi  qarşısına  məqsəd 
qoymuşdursa, onun qeyri-adi meyl pozğunluğundan əziyyət çəkdiyini qabaqcadan təyin 
etmək  olduqca  çətinləşir.  Son  vaxtlar  ailə  qurmağa  hazırlaşan  insanların  nikahdan  əvvəl 

136 
 
sağlamlıq halının yoxlanması kimi gözəl bir tədbir həyata keçirilir. Lakin belə bir tədbir 
kandavlizm kimi qeyri-ənənəvi cinsi meyl formalarını aşkara çıxarmaq iqtidarında deyildir. 
Yalnız  təcrübəli  həkimlər,  xüsusən  psixiatr  və  seksoloqlar  ciddi  anamnez  toplayarkən 
kişidə kandavlizm olmasından müəyyən qədər şübhələnə bilərlər.  
Bir  sözlə  desək,  qızın  sevdiyi  oğlanda  kandavlizmi  aşkara  çıxarması  böyük 
ehtimalla mümkün deyildir. Elə buna görədir ki, kandaulezist oğlanla hətta uzun müddət 
münasibətdə  olan,  lakin  heç  nədən  şübhələnməyən  qız  yalnız  onunla  evləndikdən  sonra 
bunu  aşkara  çıxara bilir.  Məsələn,  rus saytlarından birində verilmiş məlumatda 26  yaşlı 
Oksana baş verənləri belə açıqlayır: «Biz üç aydır ki, görüşürük. İlk vaxtlar onun praktik 
olaraq dostunun olmaması mənim diqqətimi cəlb etdi. Sevdiyim oğlan heç kimlə bir yerə 
getmirdi. Ona heç kim zəng vurmurdu. Yalnız arabir işlə bağlı nəsə soruşurdular. Bir dəfə 
onun  korporativ  «tusovka»
131
  yerində  olarkən  hamı  mənə  qəribə  baxdı.  Sonra  onun 
qəribəliyindən  xəbər  tutdum.  Oğlan  guya  təsadüfən  olurmuş  kimi  mənim  çılpaq 
fotoqrafiyalarımı  adamların  görə  biləcəyi  yerə  səpələyirdi.  Artıq  yoldaşları  şəkillərin 
bilmədən ətrafa dağılmasına inanmırdılar. Oğlan çılpaq şəkillərimi bütün ofisin kişilərinə 
göstərmək üçün mümkün olan hər yoldan yararlanır, xüsusən onların diqqətini cəlb etmək 
üçün kifayət qədər açıq-saçıq olan surətimi monitorun işçi stoluna qoyurdu. Mənə qədər 
onun həyatında başqa qızlar da olmuşdur. ofisdəki bütün kişilər həmin qızların hamısının 
lüt-üryan  şəkillərini  görmüşdülər.  Sonra  qızlar  məsələdən  agah  olan  kimi  oğlandan 
aralanmışdılar. İndi ofisin işçiləri mənim şəkillərimə baxırdılar. Həmin vaxtdan etibarən 
özümün çılpaq halda şəklimin çəkilməsinə heç bir vəchlə bir kimsəyə imkan vermirəm. 
Ancaq bundan sonra özümü necə aparmaqda qərar verməkdə çətinlik çəkirəm». 
Həyatda  kompleksli  kişidən  pis  yoldaş  heç  vaxt  ola  bilməz.  Kompleksli  kişi 
həmişə pis olan həyat yoldaşıdır. Bədbəxtlik burasındadır ki, belə kişi heç özünü də sevmir 
və  neqativ  münasibətini  başqalarına  sirayət  etdirməyindən  qalmır.  Özünü  sevməyən, 
bədgüman olan, özünə hörmət qoymayan, daim arvadını incidən, onu narahat edən kişidən 
həyat cığırdaşı, həmrah olmaz. Əslinə qalsa hər kəsə cəmi bir dəfə nəsib olan həyatı belə 
yaramazla  keçirməyə  də  dəyməz.  Arvadın  kandavlist  ərinin  istəkləri  yolunda  itirəcəyi 
həyatına  heyfi  gəlməlidir.  Ömrü  kandavlistlə  çürütməkdənsə,  vaxtında  ondan  aralanmaq 
daha  yaxşıdır.  Bütün  bunları  deməkdə  məqsəd  kandavlizm  qeydə  alınan  ailənin  tez 
dağılmasına  çağırış  etmək,  tərəflərin  boşanmasına  nail  olmaq  deyildir.  Psixiatr  və 
seksoloqlar yaxşı bilirlər ki, həqiqi parafiliyalardan qurtulmaq üçün hikmətli sözlər, ağıllı 
nəsihətlər, içilən andlar, verilən vədlər yetərli ola bilməz. Parafiliyaların yüngül, tranzitor 
formalarında tərbiyələndirici söhbətlər, çəkindirici tövsiyələr, edilən dualar lazımi  nəticə 
almağa imkan verə bilər. Ancaq parafiliyaların ağır, stabil formalarında belə şeylər heç bir 
işə yaramır. Parafiliyanın öhdəsindən gələ bilməkdən ötrü təcrübəli mütəxəssis tərəfindən 
qəbul  edilmiş  qaydalara  uyğun  nizamlı  və  ardıcıl  mübarizə  aparılması  lazımdır. 
Kandavlizmə  mübtəla olmuş ər yalnız belə müalicəni götürməyə razılıq verdiyi təqdirdə 
arvadı  onunla  yollarını  ayırmaya  bilər.  Arvadın  kandavlist  ərinə  reaksiyaları  və 
münasibətlərini  davam  etdirməyə  razılığının  səbəbləri haqqında  müvafiq bölmədə  ətraflı 
məlumat  verilmişdir.  Burada  onu  əlavə  edə  bilərik  ki,  ərinin  qeyri-adi  meyldən 
uzaqlaşmağa  cəhd  etdiyini  görən  arvad  həkimin  təyin  etdiyi  müalicənin  dəqiq  yerinə 
yetirildiyinə əmin olmaqdan savayı, ona psixoloji dəstəyini əsirgəməməlidir. 

137 
 
Aydındır  ki,  əgər  qadının  lap  yaxın  vaxtlarda  tanıdığı  gənc  oğlan  onu  elə 
küçənin ortasında soyundurmağa çalışırsa, açıq-saçıq olan nəsə bir şey geyinməyə təhrik 
edirsə,  heç  bir  yerini  gizlətmədən  çox  qəribə  pozalarda  şəklini  çəkməyi  təklif  edirsə, 
həmçinin başqa yollarla onun çılpaq bədənini başqa kişilərə nümayiş etdirməyə can atırsa, 
ayıq-sayıq,  ehtiyatlı  olmaq,  onun  hərəkətlərinə  diqqət  vermək  lazımdır.  Lakin  daim 
səksəkə içərisində həyat sürməyi istəməyən qadınların bir çoxu yubanmadan kandaulezist 
ərini başından rədd etməyə çalışır, normal kişi tapacağına ümid edərək ondan uzaqlaşırlar. 
Təsadüfi deyildir ki,  kandaulezist kişilərin nikahı  çox  çəkmir.  Lakin  kandaulezist ərlərin 
böyük əksəriyyəti həyatın başqa sahələrində tamamilə ziyansız, əlindən pislik gəlməyən, 
safdil  və  ürəyitəmiz  insanlardır.  Onların  bu  keyfiyyətlərini  nəzərə  alan  bəzi  arvadlar 
boşanmaq istəmirlər. 
Tibbi  yardım  almaqdan  ötrü  ilk  növbədə  həkim-psixiatra,  həkim-seksoloqa, 
psixoterapevtə, klinik psixoloqa müraciət etmək lazımdır. Bəziləri yaxşı mütəxəssis kimi 
tanıdığı  və  ürək  qızdırıb  sözünü  deyə  bildiyi  həkimə  müraciət  edir,  ancaq  onun  başqa 
ixtisas  üzrə  çalışdığının  fərqinə  varmır.  Məsələn,  nevroloq,  ümumi  praktika  həkimi, 
androloq, ginekoloq və başqa ixtisaslı həkimlərə müraciət edilməsi halları çox müşahidə 
olunur.  Əgər qeyd  edilən  ixtisaslar üzrə  çalışan həkim  həqiqətən  yaxşı  mütəxəssisdirsə, 
parafiliya  diaqnozu  aşkara  çıxarılan  kimi  mütləq  söhbət  edib  həkim-psixiatra,  həkim-
seksoloqa,  psixoterapevtə,  klinik  psixoloqa  müraciət  etməyin  lazım  gəldiyini  başa  salır, 
məhz onların gözlənilən effekti verə biləcəklərini aydınlaşdırır. Ümumiyyətlə, pasiyentin 
parafiliyadan əziyyət çəkdiyi aşkar olunarsa, onu lağa qoymaq,  mübtəla olduğu meylinə 
barmaqarası baxmaq, yaxud «buna nə var ki, bir-iki dənə sakitləşdirici dərman yazaram, 
bir az da söhbət edərəm, çıxıb gedər, ancaq filan qədər pul qopara bilərəm» kimi vicdansız 
qənaətlə vəziyyətdən öz mənafeyi üçün istifadə etmək olmaz. Yalnız vaxtında mütəxəssisə 
müraciət  edilən  halda  parafiliyanın  korreksiyasının  mümkünlüyü  haqqında  danışmağa 
dəyər.  
Həkimlərin bir qismi kandavlizmdən əziyyət çəkən şəxsləri heç cür xəstə hesab 
etmir, onların durumunu sadəcə yumşaq dildə «səhhət üçün yaramayan bir kənarlanma» 
kimi dəyərləndirirlər. Lakin sağlam olmayan hər bir insana artıq sağlamlığı pozulmuş kimi 
baxılmalıdır.  Söz  yox  ki,  «xəstələnmə»  və  «xəstəlik»,  bunlara  müvafiq  surətdə 
«xəstələnən»  və  «xəstə»  sözlərinin  arasındakı  fərqi  silmək,  ortadan  götürmək  olmaz. 
Amma  sağlam  olmayanla  sağlam  olana  da  eyni  gözlə  baxmaq  düzgün  deyildir. 
Kandavlizm  səhhəti  yerində  olmayan,  sağlam  hesab  edilməyən  insanın  meyl 
pozuntusudur.  Nəzərə  alsaq  ki,  kandavlizm  bir  parafiliya  formasıdır,  özü  də  sadə 
pozğunluq  deyildir,  onda  buna  ciddi  surətdə  yanaşmaq  vacibdir.  Bildiyimiz  kimi, 
parafiliyalar müalicəyə asan tabe olmayan cinsi pozğunluqlardır. Bu mənada kandavlizmə 
adi bir kənarlanma kimi baxmaq, onu sadəcə əyləncə kimi dəyərləndirmək olmaz. 
Bir  sıra  şəxslər,  hətta  həkimlərdən  bəziləri  yüngül  kandavlizmin  müalicəyə 
ehtiyacı olmadığını bildirməklə yanlışlığa yol verirlər. Birincisi, yüngül kandavlizmin özü 
də xoşagələn deyildir, söz yox ki, ağır formaya nisbətən şükür ediləsi vəziyyətdir, ancaq 
istənilən halda qadının ürəyini bulandırır, ailədə diskomfort yaradır. İkincisi, kandavlizm 
yüngül  formadan  ağır  formaya  transformasiya  edə  bilər.  Üçüncüsü,  yüngül  kandavlizm 
daxil olmaqla hər hansı qeyri-normal təmayül başlı-başına buraxıldıqda zaman uzandıqca 

138 
 
digər parafilik elementləri özünə birləşdirmə təhlükəsi olur. Parafiliya dünyasında «rəzalət 
qanunu» hökm sürür. Həmin qanuna görə, eyni vaxtda bir neçə meyl pozuntusunun təməli 
qoyulur.  Aqil  atalarımız  «dərd  gələndə  dərdlə  gələr»  sözlərini  əbəs  yerə  deməyiblər. 
Sadəcə  olaraq  situasiyaya  müvafiq  surətdə  parafiliya  formalarından  biri  təzahür  edir, 
dominant mövqe tutur, sonra «rüşeym» halında olan digər pozğunluqlar məqam gəldikcə 
«cücərməyə»  başlayır.  Xüsusən  kandavlizmin  qəliz,  təmtəraqlı  parafiliya  formalarından 
biri olduğu nəzərə alınmalı, onun təhlükəli ola biləcəyi unudulmamalıdır. Ümumiyyətlə, 
həyat  yoldaşını  «razılaşdırılmış  xəyanətə»  təhrik  edən  hər  hansı  parafiliya  forması  artıq 
təhlükəsiz hesab edilə bilməz.  
Kandaulezizmin 
müalicəsi 
konkret  olaraq  işlənib  hazırlanmamışdır. 
Parafiliyaların ümumi müalicə strategiyaları eynən burada tətbiq edilir.  
 
§ 2.5. Kandavlizmin profilaktikası 
 
«Skeptik yeni xəstəlik haqqında məqaləni oxumağa qabil olan və barəsində təzə 
məlumat əldə etdiyi naxoşluğun heç bir simptomunu özündə tapmayan insandır». 
Naməlum müəllif 
 
* * * 
 
Gənc ər-arvad seksoloqun yanına gələrək intim münasibətlərindən  
məmnun olmamalarından şikayət edirlər:  
– Təsəvvür edirsiniz, həkim, bütün pozaları təcrübədən keçirmişik, hər cür 
oyundan çıxmışıq, seks-şopda oyuncaq qalmayıb, daşımışıq evimizə, ancaq bunların heç 
birinin faydası yoxdur, seksual təminedilmə mümkün olmur. 
Belə de – həkim danışmağa başlayır – yaxşı, qoy görüm, sizin probleminizin 
həlli üçün bir ağıllı məsləhət verə bilirəm. Pəncərəyə boylana-boylana danışan həkim 
birdən küçədə cinsi əlaqədə olan itləri görür, tez yanına məsləhətə gələn cütü çağırıb 
soruşur: siz belə cinsi əlaqədə olmusunuz, bunu heç yoxlamısınız?  
– Yox, həkim, doğrusu, ağlımıza gəlməyib!  
– Onda sınaqdan keçirib düz iki həftədən sonra təzədən  
yanıma gələrsiniz, baxaq görək, nə alınır. 
İki həftə sonra həkimin yanına gələn gənclərin sifətində  
açıq-aşkar təbəssüm duyulurdu: 
– Həkim, çox sağ olun, hədsiz xoşumuza gəldi, olduqca yaxşıdır. Söz yox ki, ilk 
vaxtlar yoldan keçənlərə görə bir qədər sıxılırdıq, ancaq indi öyrəşmişik! 
(Lətifə) 
 
Təəssüf  ki,  kandaulezizmin  müalicəsi  kimi  profilaktikası  da  işlənib 
hazırlanmasını  gözləyir.  Parafiliyalar  üçün  qəbul  edilmiş  profilaktika  tədbirləri  eynən 
burada tətbiq edilir. Amma buna baxmayaraq kandavlizmin qabaqlanması üçün görülməsi 
vacib olan bir sıra tədbirlər haqqında danışmaq vaxtı çatmışdır. 

139 
 
Kandavlizmin  profilaktikasında  arvadın  özünəhörmət  qanununa  necə  əməl 
etməsi çox önəmlidir. Ailə qurulan ilk gündən arvad daim ona qarşı hörmət qoyulmasına 
nail olmalı və özünə inanmalıdır. Sonra zaman keçdikcə arvad hər gün zərrə qədər olsa da 
bu hörmət və inamı artırmalıdır, daha onun üstündən götürməli deyildir. Özünəhörmət və 
özünəinam baxımından yığımcıl olmaq çox vacibdir, belə demək mümkünsə, «adamın bir 
əli həmişə üstünə əlavə etməlidir». Özünəhörmət və özünəinam elə nadir keyfiyyətlərdir 
ki, onlar xərclənmək üçün deyil, məhz yığılmaq üçündür. Hər gün bunlara əlavə edilməsi 
alınmaz  qala  yaradır,  basılmaz  divar  hörür.  Arvadın  özünə  həddən  ziyadə  çox  hörmət 
qoyduğu, gücünə inandığı bilinəndən sonra nəinki kənar şəxslər, heç həyat yoldaşının özü 
də  yaramaz  təkliflə  ona  üz  tuta  bilməz.  Söz  yox  ki,  kişi  qəlbindən  keçirdiyi,  ancaq 
açıqlamağa  ehtiyat  etdiyi  sözü  ilk  olaraq  məhz  arvadına  deməli,  onunla  bölüşməli, 
məsləhətləşməlidir.  Alınmaz  qala,  basılmaz  divar  dedikdə  arvada  söz  söyləməyin 
mümkünsüzlüyü  başa  düşülməməlidir.  Arvad  elə  söz  demək  üçün  bir  həyat  yoldaşıdır. 
Amma arvada hər sözü də demək, onu təhqir etmək olmaz. Arvad ona başqa kişi ilə bir 
balışa  baş  qoyması  təklifi  deyiləcək  qədər  əlçatan  olmamalıdır.  Bir  sözlə,  özündə 
kandavlizm  əlamətlərinin  yarandığına  şübhə  etməyən  ər  arvadının  özünə  çox  hörmət 
qoymasından ehtiyat edərək qəlbini sızladan rəzil fikirlərini ona söyləməkdən çəkinə bilər. 
Arvad özünə hörmət qoymağa çalışmaqla bərabər, eyni zamanda sevimli ərinə 
layiq  həyat  yoldaşı  olmağı  bacarmalıdır.  Kişinin  hörmətini  qazanmağın  başlıca  yolu 
səmimi və nəzakətli olmaq, hüquqların tapdalanmasına yol verməməkdir. 
Ağıllı arvad haqlı olduğuna əmindirsə, hüququnun tapdalanmasına heç vaxt yol 
vermir,  öz  hüquqlarını  qorumağı  bacarır,  onların  tanınmasını  hər  kəsdən,  lap  elə  ərinin 
özündən  tələb  edir,  azadlığının  boğulmasına  qətiyyən  imkan  yaratmır.  Arvad  onun 
maraqlarını  boğan,  ailəni  təhlükə  qarşısında  qoya  bilən  hər  hansı  xahişi  rədd  etməyi 
bacarmalı, yaramaz və nalayiq təklifi yerinə yetirməyin mümkün olmadığını söyləməkdən 
çəkinməməli,  rüsvayçılığa  aparan  əmələ  qarşı  müqavimət  göstərməkdən  utanmamalı, 
gələcək biabırçılığın vaxtında qarşısını almaq üçün elə bu gün tədbir görməyə başlamalı, 
bunları  sabaha  saxlamamalıdır.  Bununla  bir  vaxtda  arvad  ədalətli  olmağa,  düzgün 
davranmağa, ərinin hüquqlarına hörmətlə yanaşmağa borcludur.  
Aydın məsələdir ki, ər kandavlizmdən əziyyət çəkdikdə artıq ailədəki vəziyyət 
bir  başqa  xarakter  alır.  Belə  hallarda  ən  doğru  yol  ərə  kandavlistik  əmələ  ehtiyac 
olmadığını izah etmək, bunun üçün «şükürlər olsun ki, özünü təsdiqləmisən, gül kimi ailən, 
uşağın var, artıq belə cılız yola əl atmaqla bunu başqalarına bildirməyə ehtiyacın yoxdur», 
«uşaqlıq dövrü arxada qalıb, biz artıq yekə adamlarıq, gəl bütün xırda hissləri bir kənara 
qoyub bu gün üçün yaşayaq, gələcəyimiz barəsində fikirləşək, sabahın planlarını cızaq» və 
başqa  şəkildə  təsirli  sözlərlə  onu  meylindən  daşındırmağa  çalışmaq,  lakin  bununla 
kifayətlənməyib yubanmadan mütəxəssisin yanına yollanmaq, kobudluq etməmək, həyat 
yoldaşını  alçaltmamaq,  əksinə,  ona  mənəvi  dəstək  vermək,  dayaq  durmaq,  təyin  edilən 
müalicənin  düzgün  yerinə  yetirilməsinə  çalışmaq,  vaxtlı-vaxtında  klinik  psixoloqla 
məsləhətləşmək lazımdır.  
Kandavlizmin  profilaktikasında  spirtli  içkilərdən,  narkotik  vasitələrdən  və 
psixikaya aktiv təsir göstərməyə qabil digər zərərli vasitələrdən uzaq durmağın çox mühüm 
rolu vardır.  Heç  kimə  sirr deyildir ki,  ağlı başdan  çıxaran vasitələr parafiliyalardan irəli 

140 
 
gələn  arzuların  reallaşmasına  şərait  yaradır.  Xüsusən  spirtli  içkilərin  qəbulu  çox 
təhlükəlidir.  Birincisi,  içki  abır-həyanı  götürür.  İkincisi,  içki  insanı  lüzumsuz  hərəkətlər 
etməyə  cürətləndirir.  Bayaqdan  deməyə  cəsarət  etmədiyi  sözləri  sərxoş  adam  indi 
asanlıqla, geniş təqdimatla deyir, hətta nalayiq ifadələr işlətməkdən çəkinmir. Üçüncüsü, 
spirtli içki qəbulunun fonunda müəyyən müddət ərzində cinsi meyl güclənir. Dördüncüsü, 
spirtli içki ləyaqətsizlik edilən hallarda özünə bəraət üçün bir amilə çevrilir. Hətta elə hallar 
olur  ki,  parafiliyadan  əziyyət  çəkən  adam  özünü  ağır  sərxoş  kimi  aparır,  vəziyyətdən 
istifadə  edib  öz  məqsədinə  yetişir,  səhərisi  gün  dava-dalaşlı  müzakirə  vaxtı  «içkili 
olmuşam,  özümdə  deyildim,  heç  nədən  xəbərim  olmayıb»  deməklə  çox  asan  şəkildə 
qurtula bilir, başqalarının da ona deməyə sözü qalmır. «İçkilidir, fikir vermə» kəlmələrini 
tez-tez eşidirik. 
Təsadüfi  deyildir  ki,  nalayiq  hərəkətlərin  çox  böyük  bir  qismi  məhz  içkili 
anlarda  törədilir.  Spirtli  içki  qəbulu  elə  buna  görə  haram  buyurulub.  İçkidən  sui-istifadə 
edilən ölkələrdə parafilik halların çox tez-tez müşahidə edilməsinin başlıca səbəblərindən 
biri  məhz  bundan  ibarətdir.  Söz  yox  ki,  əgər  bir  adam  parafiliyaya  mübtəla  olubsa,  içki 
qəbul etmədiyi vaxtda onun həmin pozğunluğu yoxa çıxmır, sadəcə olaraq ayıq halda olan 
insan bunu hər zaman büruzə verə bilmir, məqam gözləyir, ona görə «başqa vaxta qalsın, 
bu gün heç bir şey alınan deyil» qənaəti zamanın uzanmasına gətirib çıxarır. Ancaq içki 
qəbulu qeyri-adi meylin reallaşacağı anı tezləşdirir, «vaxtını qabağa çəkir». 
Kandavlizm kimi halların qarşısının alınmasında ictimai rəy mühüm rol oynaya 
bilər. Belələrinə doğru yol göstərilməsi çox vacibdir. 
Bundan  başqa,  kandavlizm  və  digər  cinsi  pozğunluqların  meydana  çıxmasını 
qabaqlamaq  məqsədilə  ailə  tərbiyəsinin  düzgün  təşkil  edilməsi,  xüsusən  cinsi  tərbiyənin 
dürüst verilməsi olduqca zəruridir. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin