Pedaqoji proses kateqoriyasının mahiyyəti. Yuxarıda deyildiyi kimi, təlim, tərbiyə, təhsil və psixoloji inkişaf pedaqoji prosesin tərkib hissələridir. Təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarında fərqə nisbətən oxşarlıq üstünlük təşkil edir. Bu səbəbdən də onlar daha ümumi olan pedaqoji proses kateqoriyasında
qovuşurlar.
Təlim, tərbiyə, təhsil üçün oxşar olan cəhətlər bunlardır: hər üçündə iki tərəf iştirak edir (öyrədən və öyrənən, tərbiyələndirən və tərbiyə olunan); hər üç halda göstərilən təsir pedaqoji-psixoloji səciyyə daşıyır; hər üç halda pedaqoji-psixoloji təsir məqsədyönlü, planlı və mütəşəkkil olur, hər üç halda pedaqoji-psixoloji təsirin məzmununu milli və ümumbəşəri dəyərlər, yəni Azərbaycan xalqı üçün faydalı biliklər, bacarıq və vərdişlər, habelə mənəvi keyfiyyətlər təşkil edir. Deməli, Azərbaycanda milli və ümumbəşəri dəyərlərə adamların məqsədyönlü, planlı və mütəşəkkil yiyələnmələri pedaqoji prosesdir.
Dostları ilə paylaş: |