Elmdə hüquq ümumiləşmiş məfhum hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasından göründüyü kimi, hüququn sahələri olduqca genişdir. Buraya daxildir: təhsil hüququ, yaşamaq hüququ, istirahət hüququ, əmək hüququ, mənzil toxunulmazlığı hüququ, vətəndaşlıq hüququ, sağlamlığın qorunması hüququ, seçmək hüququ, seçilmək hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, bərabərlik hüququ, şəxsi toxunulmazlıq hüququ, ana dilindən istifadə hüququ, şərəf və ləyaqətin qorunması hüququ və s.
Hüquq normalarının pozulması hallarının qarşısını almaq üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi mövcuddur.
Deməli, hüquq və onun normaları dövlət tərəfindən müəyyənləşdirilir. Bu normalara riayət edilməsi məcburidir. Onların pozulması halları dövlət tərəfindən cəzalandırılır.
Deyilənlər nəzərə alınarsa hüquq məfhumunun mahiyyəti belə ifadə olunar: adamlar arasında, vətəndaşlarla dövlət arasında münasibətləri tənzimləyən məcburi normalara hüquq deyilir.
Dostları ilə paylaş: |