DAŞinmaz əmlakin iSTİsmari iLƏ bağli müLKİ MƏsuliYYƏTİN İcbari siğortasi üZRƏ yaddaş VƏRƏQƏSİ



Yüklə 25.01 Kb.
Pdf просмотр
tarix26.12.2016
ölçüsü25.01 Kb.

DAŞINMAZ ƏMLAKIN İSTİSMARI İLƏ BAĞLI MÜLKİ MƏSULİYYƏTİN  

İCBARİ SIĞORTASI ÜZRƏ 

YADDAŞ  VƏRƏQƏSİ 

 

 Daşınmaz  əmlakın  istismarı  ilə  bağlı  mülki  məsuliyyətin  icbari  sığortası 



hüquqi  şəxslərin,  

həmçinin  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərin  öz  fəaliyyətini  həyata  keçirməsi  üçün 

istifadə  etdiyi  etdiyi  daşınmaz  əmlak  olan  binalar,  tikililər,  qurğular,  sahələrin  istismarı,  o  cümlədən 

həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı fiziki 

şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərərin əvəzinin ödənilməsini 

nəzərdə tutur.  

 Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun  ərazisində inşaat, təmir, yenidənqurma və 

ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və 

ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi 

hesab olunur:   

 



 



 elektrik  və  ya  qaz  cihazlarından  istifadə  nəticəsində  yaranan  yanğın,  yaxud  belə  yanğının 

qarşısının alınması üçün görülən tədbirlərin nəticələri

 

qaz partlayışı; 



 

elektrik naqillərində baş verən qısa qapanma; 



 

su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma



 

hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və 



digər bu kimi formalarda təsiri. 

 

 



Sığortalının (sığorta olunanın - xeyrinə icbari sığorta müqaviləsi bağlanmış şəxsin) mütləq bilməli 

olduğu məsələlər 

Hadisə baş verdikdə nə etməli? 

 

1.



 

Hadisə baş verdikdə _______ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin. 

2.

 

112  xidməti  vasitəsilə  Fövqəladə  Hallar  Nazirliyinə  dərhal  məlumat  verin,  ehtiyac  olduğu  halda  digər 



aidiyyəti qurumlara xəbər verin. 

3.

 



Hadisə  nəticəsində  xəsarət  alan  şəxslər  varsa,  onların  həyatını  xilas  etmək  üçün  “Təcili  yardım”  (103) 

çağırın. “Təcili yardım” gələnədək xəsarət alanlara ilk tibbi yardım göstərin. 

4.

 

Hadisə nəticəsində dəyən zərərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün.  



5.

 

Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin. 



6.

 

Zərər  dəymiş  əmlakı  sığorta  şirkəti  ona  baxış  keçirənədək  hadisədən  dərhal  sonrakı  vəziyyətdə 



saxlayın (təmir və ya bərpa etdirməyin).  

7.

 



Zərər  dəymiş  daşınmaz  əmlaka  baxış  keçirilməsi  üçün  sığorta  şirkətinin  nümayəndələrinə  şərait 

yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.  

Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür: 

 

-



 

zərərin  qarşısının  alınması  və  həcminin  azaldılması,  hadisəsinin  nəticələrinin  aradan  qaldırılması 

yaxud  digər  fəsadlara  səbəb  olmaması, 

zərər  dəymiş  əmlakın  başqa  şəxslərin  hərəkətinə  mane 

olmaması,

 əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması 

üçün  zəruri  tədbirlərin  görülməsi, 

o  cümlədən  bu  məqsədlərlə  əmlak  hadisə  yerindən 

kənarlaşdırıldıqda; 

-

 

sığorta  hadisəsi  barədə  məlumatlandırıldıqdan  5  gün  müddətində  sığorta  şirkətinin  nümayəndəsi 



zərər dəymiş əmlaka baxış keçirmədikdə; 

-

 



digər  hallarda  zərər  dəymiş  əmlakın  hadisədən  dərhal  sonrakı  vəziyyətdə  saxlanmamasına  sığorta 

şirkətinin yazılı razılığı olduqda. 

 

8.



 

Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin. 

9.

 

Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta 



şirkətindən  tələb  edin  və  onu  dolduraraq  dərhal  sığorta  şirkətinə  təqdim  edin. 

Yazılı sığorta tələbi sizin 

tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər. 

 

 



 

Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 

 

     Aşağıdakı hallarda sığorta ödənişi verilmir: 

 

1.

 



Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə 

bağlı olduqda;  

2.

 

Sığorta  tələbi  üçüncü  şəxsin  pul,  qiymətli  kağızlar,  qiymətli  metallar  və  qiymətli  daşlar,  sənət  əsərləri,  o 



cümlədən  rəsm  əsərləri,  qravüralar,  heykəllər,  həmçinin  modellər,  plan  və  eskizlər,  ixtira  patentləri, 

sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;  

3.

 

Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;  



4.

 

Sığorta  tələbi  sığortalının  və  ya  sığorta  olunanın  cərimə,  dəbbə  pulu,  peniya  ödəməsi  üzrə  əmlak 



mənafeləri ilə bağlı olduqda;  

5.

 



Məsuliyyəti  istisna  edən  hallardan  başqa  hadisə  zərərçəkənin  müvafiq  hadisənin  baş  verməsinə 

yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə  ilə birbaşa səbəb əlaqəsində olan 

qəsdən cinayət törətməsi ilə bağlı baş verdikdə

6.

 



 

Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi nəticəsində sığorta 

şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda

7.

 



Zərər  dəymiş  əmlakın  sığorta  şirkətinə  təqdim  edilməsi  ilə  bağlı  qanunvericilikdə  nəzərdə  tutulmuş 

tələblərə riayət  edilməməsi  və  ya  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  nəzərə  alınmaqla,  sığorta 

hadisəsi  barəsində  sığortalının  sığorta  şirkətinə  qəsdən  yanlış  məlumat  verməsi  nəticəsində  sığorta 

şirkəti sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından 

tam və ya qismən məhrum olduqda

8.

 



Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən 

aldıqda;  zərərvuran  zərərin  əvəzini  qismən  ödəmiş  olduqda  sığorta  ödənişindən  ödənilmiş  məbləğ 

həcmində imtina edilir

9.

 



Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə. 

 

 



  



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə