Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
Aşağıdakı hallarda sığorta ödənişi verilmir:
1.
Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə
bağlı olduqda;
2.
Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o
cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri,
sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
3.
Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
4.
Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak
mənafeləri ilə bağlı olduqda;
5.
Məsuliyyəti istisna edən hallardan başqa hadisə zərərçəkənin müvafiq hadisənin baş verməsinə
yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan
qəsdən cinayət törətməsi ilə bağlı baş verdikdə;
6.
Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi nəticəsində sığorta
şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;
7.
Zərər dəymiş əmlakın sığorta şirkətinə təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş
tələblərə riayət edilməməsi və ya qanunvericiliklə müəyyən edilmiş hallar nəzərə alınmaqla, sığorta
hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış məlumat verməsi nəticəsində sığorta
şirkəti sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından
tam və ya qismən məhrum olduqda;
8.
Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən
aldıqda; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ
həcmində imtina edilir;
9.
Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə.