Pedaqoji prosesin təşkili formaları tədris planı ilə bağlılıq dərəcəsinə görə iki böyük qrupa ayrılır: tədris planı üzrə məşğələlər və tədris planından kənar iş növləri.
Tədris planı üzrə məşğələlər də iki qrupa ayrılır: auditoriya məşğələləri və auditoriyadankənar məşğələlər.
Təsdiq edilmiş məşğələ cədvəli üzrə zənglə başlayıb zənglə qurtaran tədris işi formalarına auditoriya məşğələləri deyilir.
Tədris planı üzrə auditoriya məşğələləri: mühazirə, seminar, dərs, laborator məşğələ və s. auditoriya məşğələləridir.
Mühazirə. Mühazirəni səciyyələndirən bir sıra xüsusiyyətlər vardır. Məşğələ cədvəli ilə bağlılığı onun xüsusiyyətlərindəndir. Pedaqoji prosesin təşkili formalarından biri kimi, mühazirə həmişə məşğələ cədvəlinə uyğun təşkil edilir.
Tədris proqramı ilə bağlılıq da mühazirəni səciyyələndirən xüsusiyyətdir. Mühazirə bu və ya digər fənn üzrə tədris proqramının müəyyən mövzusuna həsr olunur. Həmin mövzu əvvəlki mövzu üzərində qurulur və növbəti mövzunun öyrədilməsinə zəmin yaradır.
Dinləyicilərin tərkibinin mühazirəyə dəxli vardır. Mühazi- rədə, adətən, sabit tərkibli dinləyicilər iştirak edirlər.
Mühazirə zənglə başlayır, zənglə də bitir; onun davametmə müddəti dəyişməzdir, bir qoşa akademik saatdır.
Deyilənləri nəzərə alan Milli pedaqogika mühazirəyə belə tərif verir: məşğələ cədvəlinə və tədris proqramına uyğun olaraq sabit tərkibli birləşmədəki dinləyicilərlə bir qoşa akademik saat ərzində aparılan məşğələyə mühazirə deyilir.
Dostları ilə paylaş: |