Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə63/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   59   60   61   62   63   64   65   66   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Mühazirənin növləri. Dinləyicilərin maraq dərəcəsinə və məzmununa görə mühazirələr fərqlənir. Dinləyicilərin maraq dərəcəsinə görə mühazirələri üç qrupa ayırmaq mümkündür: dinləyicilər üçün maksimum maraqlı olan mühazirələr, dinləyicilər üçün az maraq doğuran mühazirələr və dinləyicilər üçün maraqsız keçən mühazirələr.

Mühazirələr məzmununa görə də üç qrupa ayırılır: tematik mühazirələr, icmal mühazirələr, yekun mühazirələr.

Seminar. Latın sözündən (seminarium) alınıb, mənası pöhrə ağac əkəndir. Pedaqoji prosesin təşkili formalarından biri olan seminar məşğələsi bir sıra xüsusiyyətlərə malikdir. Seminar da məşğələ cədvəlinə daxil edilir və həmin cədvələ uyğun keçirilir.

Seminar məşğələsi də tədris proqramı əsasında təşkil edilir. Bu məşğələnin də müddəti mühazirənin müddəti qədərdir. Bu məşğələ sabit tərkibli qrup tələbələrini əhatə edir.

Seminar məşğələsinin spesifik cəhətləri də vardır. Seminarda tələbə dinləyici kimi iştirak etməli olmur. O, işləməli, fəal düşünməli, müxtəlif fikirləri tutuşdurmalı, mühakimə yürütməli olur. Tələbə seminar məşğələsinin mövzusu üzrə verilmiş plana uyğun olaraq göstərilən mənbələri nəzərdən keçirir və qarşıdakı müzakirəyə hazır gəlir. Deməli, Milli pedaqogikaya görə təsdiq edilmiş cədvələ tədris proqramına əsasən bir qoşa akademik saat ərzində sabit tərkibli qrupdakı şəxslərin fikri fəallığına maksimum imkan verən məşğələyə seminar deyilir.

Seminar məşğələsinin növləri müxtəlifdir: tematik seminarlar və xüsusi seminarlar; nəzəri istiqamətli seminarlar



və praktik istiqamətli seminarlar; problemli seminarlar və referativ seminarlar.

Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin