Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə67/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   63   64   65   66   67   68   69   70   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Laborator məşğələ. Laborator məşğələ orta ümumtəhsil məktəblərində də, orta və ali ixtisas məktəblərində də təşkil edilir. Fəndən və ixtisasdan asılı olaraq laboratoriyalarda təşkil edilən məşğələlərin məzmunu və aparılma üsulları başqa-başqa olur. Buna baxmayaraq, bütün mərhələlərdə keçirilən laborator məşğələlər üçün ümumi olan cəhətlər vardır. Məsələn, fəndən asılı olaraq, laborator məşğələ zamanı tələbələr (şagirdlər) ya fiziki, ya fizioloji, ya kimyəvi, ya bioloji, ya texnoloji və s. prosesləri bilavasitə müşahidə etmək imkanına malik olurlar. Onlar çox halda həmin proseslərin təşkilatçıları və tədqiqatçılarına çevrilirlər.

Laborator məşğələnin başlıca məqsədi fənnin elmi-nəzəri əsaslarını daha dərindən mənimsətməkdən, müxtəlif cihazlardan və müasir texnikadan istifadə etməklə eksperiment qoymaq üsullarına və bacarıqlarına yiyələnməkdən ibarətdir.



Fənnin xüsusiyyətlərindən və təhsil müəssisəsinin imkanlarından asılı olaraq laborator məşğələni frontal, qrup və fərdi formada təşkil etmək olur.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin