122
Suleym ibn Qeys Hilali
Sonra dedilər: “Biz (bu çirkaba) bulaşdığımıza və etdiyimiz işlərə görə tövbə
edərək Allahdan bağışlanma diləyirik”.
Biz Peyğəmbərin (s) bir söz söylədiyini eşitdik. Mənasının və təvilinin
yalnız xeyir olduğunu bilirik. Belə buyurdu: “Yanımda
məqam və dərəcə əldə
etmiş bir dəstə səhabəm Hovuzun başında yanıma gələcəklər. Ancaq onlar dur-
durulacaq və məni gördükləri zaman məndən uzaqlaşdırılıb sol tərəfə aparıla-
caqlar. Mən deyəcəyəm: “Ya Rəbbim! Səhabələrim! Səhabələrim!”
Mənə belə
cavab veriləcək: “Onların səndən sonra nələr etdiklərini sən bilmirsən. Onlar-
dan ayrıldığın gündən bəri onlar mürtəd olub köhnə vəziyyətlərinə qayıtdılar”.
“Ömrümüzə and
olsun ki, Peyğəmbər dünyadan köçdüyü gün xəlifəliyi
Əliyə təslim etsəydik, ona tabe olub və beyət
etsəydik doğru bir yolda olar,
hidayət tapar və uğur qazanmış olardıq. Amma Allah ixtilaf, təfriqə, bəla və
imtahanların olmasını təqdir etdi. Allahın elmində olanların,
qəza və qədərinin
baş verməsi isə labüddür”.