Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 21 Peyğəmbərin (s) Həsən (ə) və Hüseynə (ə)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə170/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   166   167   168   169   170   171   172   173   ...   410
Ali-Muhemmedin sirleri

126
Suleym ibn Qeys Hilali
HƏDİS 21
Peyğəmbərin (s) Həsən (ə) və Hüseynə (ə) 
qarşı olan böyük sevgisi
Peyğəmbərdən (s) su istəmələri 
Aban Süleymin belə dediyini nəql edir: “Əli ibn Əbu Talib, Salman, Əbu 
Zərr və Miqdad şəxsən, həmçinin Əbul Həcaf Davud ibn Əbu Ovf Ovfi  də Əbu 
Səid Xudridən mənə belə nəql elədilər: 
“Peyğəmbər (s) qızı Fatimənin yanına gəldi. Fatimə qazanın altını yandırır 
və ailəsi üçün yemək bişirirdi. Əli (ə) evin bir küncündə yatmışdı. Həsən (ə) və 
Hüseyn (ə) də onun yanında yatmışdılar.
Peyğəmbər (s) qızını yanına oturtdu və onunla söhbət etməyə başladı. 
Fatimə qazanın altını yandırırdı və xidmətçisi yox idi. Bu vaxt Həsən (ə) yu-
xudan oyandı  və üzünü Peyğəmbərə (s) tutub dedi: “Atacan, mənə su ver!” 
Peyğəmbər (s) ona sarıldı. Qalxıb özünün süd verən dəvəsinin yanına getdi və 
öz əlilə dəvəni sağdı. Sonra bir qabda Həsən (ə) üçün gətirdi. Südün üzü yağ 
bağlamışdı. Bu zaman Hüseyn də (ə) yuxudan oyandı və üzünü Peyğəmbərə (s) 
tutub dedi: “Atacan, mənə su ver!” 
Peyğəmbər (s) buyurdu: “Oğlum, qardaşın səndən böyükdür və səndən əvvəl 
məndən su istədi”. Hüseyn (ə) dedi: “Mənə ondan əvvəl su ver!” Peyğəmbər (s) 
həm ona şəfqətlə davranır, öpür və qardaşının daha əvvəl içməsi üçün ondan 
icazə istəyirdi. Amma Hüseyn (ə) razılaşmırdı.
Fatimə  (ə) dedi: “Atacan, sanki Həsəni Hüseyndən daha çox sevirsən?” 
Peyğəmbər (s) dedi: “Həsəni ondan çox sevmirəm. Onların ikisi də  mənim 
üçün bərabərdirlər. Amma əvvəl Həsən məndən su istədi. Mən, sən, bu ikisi və 
bu yatan Cənnətdə bir evdə və bir dərəcədə olacağıq”.
Ravi deyir: “Əli (ə) hələ də yatmışdı və bunların heç birindən xəbəri yox 
idi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin