Ali-Muhəmmədin sirləri
127
vaxt bir kişi onlarla qarşılaşdı və dedi: “Sən nə gözəl miniksən!” Peyğəmbər
(s) buyurdu: “Bu ikisi də nə gözəl minicilərdir! Bu iki balam mənim dünyadakı
reyhanlarımdır (ətirli güllərimdir)”.
Peyğəmbərin (s) yanında güləşmələri
Onları Fatimənin (ə) evinə gətirdikdə dedi: “Bir-birinizlə güləşin!”
Onlar
güləşməyə başladılar. Peyğəmbər (s) “Haydı Həsən! Haydı Həsən!” deyirdi.
Fatimə (ə) soruşdu: “Ya Peyğəmbər! Hüseyndən böyük olduğu halda “haydı
Həsən” deyirsən?” Peyğəmbər (s) buyurdu: “Cəbrayıl da “Haydı Hüseyn” de-
yir”. Sonda Hüseyn Həsəni yerə yıxdı.
Peyğəmbər (s) onlara imam deyə müraciət edir
Bir gün Həsən (ə) və Hüseyn (ə) qarşıdan gələrkən Peyğəmbər (s) onla-
ra baxdı və dedi: “Allaha
and olsun ki, bu ikisi Cənnət gənclərinin ağalarıdır,
ataları isə onlardan daha xeyirlidir. Mənim nəzərimdə insanların ən yaxşısı, ən
sevimlisi, ən hörmətlisi atanız və sonra da ananızdır. Allahın nəzərində heç kim
məndən və qardaşım, vəzirim, ümmətim arasında
xəlifəm və məndən sonra hər
bir möminin mövlası olan Əli ibn Əbu Talibdən üstün deyil. Bilin və agah olun
ki, qardaşım, dostum, vəzirim, vəsim, məndən sonra
xəlifəm və hər bir mömin
kişi və qadının vəlisi Əli ibn Əbu Talibdir. O dünyadan köçdükdə yerinə oğlum
Həsən keçəcək. O da vəfat etdikdə yerinə oğlum Hüseyn keçəcək.
Daha sonra
Hüseynin nəslindən onun ardınca doqquz imam gələcəkdir.
Onlar hidayət olmuş və hidayət edəndirlər. Onlar haqq ilə və haqq da onlarla-
dır. Qiyamət
gününə qədər nə onlar haqdan, nə də haqq onlardan ayrılar! Yer üzü-
nü tutan onlardır, onlara xatir yer üzü sakitləşir. Onlar Allahın
möhkəm ipi və qop-
mayan yapışmalı olduğunuz ipləridir. Allahın yer üzündəki höccətləri, məxluqları
üzərində şahidləri, elminin xəzinədarları və hikmətinin mədənləridirlər.
Onlar Nuhun gəmisi kimidirlər. O gəmiyə minən
xilas olar və onu tərk
edən boğular. Onlar Bəni-İsrailin “Hittə” qapısına bənzəyirlər. O qapıdan girən
mömin və çıxan isə kafi rdir. Allah kitabında onlara itaəti vacib etmiş və onların
vilayətini əmr etmişdir. Onlara
itaət edən Allaha itaət etmiş, onlara qarşı çıxan
isə Allaha qarşı çıxmışdır”.
Dostları ilə paylaş: