142
Suleym ibn Qeys Hilali
dan uzaq olduğunu söyləməsi, həmiçinin Peyğəmbərin (s) vəfatından
bəri bu
günədək məzlum olduğunu iddia etməsi barədə suala necə cavab verdi?
Dedilər: “O üçü bizim yanımızda rəhmət diləyib və biz də bunu eşitmişik.
Sənin söylədiklərin barədə dedi: “Əgər seçməyi Allah ümmətin ixtiyarına qo-
yubsa, onlar üçün məsləhətli olanı əgər öz rəy və nəzərlərinə görə seçirlərsə
(beləliklə, onların öz seçimləri Allahın və Peyğəmbərinin (s) seçimindən
daha doğrudursa), o zaman məni seçib və beyət ediblər. Beləliklə mənə beyət
hidayətdir, insanlar arasında itaəti və yardımı vacib rəhbərəm.
Çünki onlar
mənim barəmdə məşvərət edib və seçiblər.
Əgər Allahın və Peyğəmbərinin (s) seçimi onların özləri üçün seçimlərindən
daha xeyirlidirsə, həqiqətən də Allah və Peyğəmbəri (s)
məni seçmiş, bu
ümmətə xəlifə təyin eləmiş, Allahın Peyğəmbərinə (s) nazil etdiyi kitabında
da mənə itaəti və yardımı onlara əmr etmişdir. Bu isə mənim dəlilim və haqlı
olmama ən güclü sübutdur.
Dostları ilə paylaş: