MühaziRƏ 11. Şəxsiyyətyönümlü texnologiyalar



Yüklə 65,5 Kb.
səhifə1/5
tarix31.07.2022
ölçüsü65,5 Kb.
#62957
  1   2   3   4   5
Ders


MÜHAZİRƏ 11.
Şəxsiyyətyönümlü texnologiyalar
Pedaqogikanın ən mühüm sahələrindən biri də pedaqoji prosesdir. Bu prosesə tədris məkrəzlərində aparılan bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələləri daxildir. Bəzi pedaqoji ədəbiyyatlarda bu anlayışın əvəzində daha çox “təlim-tərbiyə” prosesi işlədilmişdir. Lakin son dövrün pe­da­qoji ədəbiyyatında bu anlayışlar tam pedaqoji proses kimi təqdim olunur. Bu da təbiidir, çünki təlim, təhsil, tərbiyə və inkişaf bir-bi­rin­dən ayrılıqda həyata keçirilən proseslər deyil. Onlar eyni məqsədə xidmət edən vahid pedaqoji prosesin bir-biri ilə üzvi əlaqədə olan ay­rılmaz cəhətlərdir .
“Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatda əsasən belə təqdim olunur: Qarşıya qoyulmuş məq­sədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Bu qarşılıqlı tə­sir qabaqcadan nəzərdə tutulmuş şəkildə şagirdlərin vəziyyətinin, xas­sə və keyfiyyətlərinin dəyiş­məsinə gətirib çıxarır. Başqa sözlə de­sək, pedaqoji prosesdə mə­nim­sənilən sosial təcrübə şəxsiyyətin key­fiy­yətinə çevrilir.
Pedaqoji proses dinamik sistemdir. Onun öz strukturu (quru­lu­şu) və struktur elementləri (komponentləri) vardır. Pedaqoji pro­ses öz məqsədi, vəzifələri, məzmunu, metodları, müəllim və şagird­lərin qarşılıqlı təsir formaları sayəsində əldə olunmuş nəticələri ilə xarakterizə olunur. Məqsəd, məzmun, fəaliyyət və nəticə kompo­nen­ti – sistem yaradan komponentlərdir.
Məqsəd komponenti pedaqoji fəaliyyətin bütün müxtəlif məq­səd və vəzifələrini birləşdirir. Məzmun komponenti həm ümumi məqsədə, həm də konkret vəzifəyə qoyulan mənanı əks etdirir.Fəaliyyət komponenti pedaqoq və şagirdlərin qarşılıqlı təsi­ri­ni, onların əməkdaşlığını, prosesin təşkili və idarə olunmasını əks etdirir. Pedaqoji ədəbiyyatda bu komponentə təşkilati və ya təşkilati-idarəetmə komponenti də deyilir. Nəticə komponenti isə prosesin baş verməsinin səmərəliliyi, qarşıya qoyulmuş məqsədə uyğun olaraq əldə olunmuş nailiy­yət­lər­lə xarakterizə olunur.
Həyata keçirildiyi yerdən və şəraitdən asılı olmayaraq peda­qo­ji prosesi səciyyələndirən digər cəhətlər də vardır. Pedaqoji prosesin obyektisubyekti vardır. Cərəyan etdiyi şəraitdən asılı olaraq pedaqoji prosesin subyekti ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi, va­lideyn, idarə rəhbəri və s.) və ya kollektiv orqanlar da (məktəb pe­da­qoji şurası, institut rektorluğu, yerli komitə və s.) ola bilər.
Pedaqoji prosesin obyekti də ayrı-ayrı fərdlərdən (uşaqlardan, şagirdlərdən, tələbələrdən, əsgərlərdən və s.) və onların qrupundan (bir sinfin şagirdlərindən, məktəbin şagirdlərindən, tələbələr qru­pun­­dan və s.) ibarət ola bilir. Pedaqoji prosesin obyekti heç də hə­mi­şə passiv olmur, fəallıq da göstərir, nəinki subyektin tərbiyəvi tə­si­rinə məruz qalır, bir çox hallarda özü subyektə təsir göstərir və bu­nunla da pedaqoji prosesin səmərəliyinin artmasına səbəb olur.
Tam pedaqoji prosesə daxil olan təlimdə əsas məqsəd yalnız şagirdlərin bilikləri mənimsəmələrini təmin etməkdən ibarət deyil, həm də öyrədilən biliklər vasitəsi ilə şagirdləri məqsədyönlü ictimai-faydalı fəaliyyətə sövq etmək, çətinlikləri və maneələri şüurlu və tə­kidlə aradan qaldırmaq bacarığını onlarda formalaşdırmaq, şagird şəx­­siyyətinin bütövlüyünə şərait yaratmaqdır. Tərbiyə də təlim kimi üç funksiyanı – sırf tərbiyəvi, öyrədici və inkişaf etdirici funksiyanı ye­rinə yetirir. Təlim prosesində elmi anlayışların, təsəvvürlərin, qa­nun və nəzəriyyələrin, bacarıq və vərdişlərin formalaşması, tərbiyə prosesində isə əxlaqi, ideya, estetik və s. keyfiyyətlərin, qaydaların, ideyaların, ictimai mənalı münasibətlərin, davranışların formalaşması üstünlük təşkil edir. Təlim və tərbiyə uşaqların psixi inkişafını şərtləndirdiyi kimi, inkişaf da öz növbəsində təlim və tərbiyənin müvəffəqiyyətinə imkan verir. Tam pedaqoji prosesə daxil olan pro­ses­­lərin spesifikliyi onun əsas funksiyalarını müəyyənləşdirən zaman özü­nü göstərir. Təlim prosesinin əsas funksiyası öyrətmək, təhsil pro­sesinin əsas funksiyası təhsil almaq, tərbiyə prosesinin əsas funk­siyası tərbiyə etmək, inkişaf prosesinin əsas funksiyası isə inkişaf et­dir­məkdir. Adı çəkilən proseslərin hər biri tam pedaqoji prosesdə digər funksiyaları da yerinə yetirir: təhsil təkcə təhsilalma funk­si­ya­sı­nı yox, həm də tərbiyəedici, həm də inkişafetdirici funksiyasını da yeri­nə yetirir. Təlim isə həm təhsilləndirici, həm tərbiyəedici, həm inkişafetdirici, həm nəzarətedici funksiyanı yerinə yetirir və s.



  1. Bütün digər proseslər kimi pedaqoji prosesində qanunauyğunluqları vardır.

Pedaqoji ədəbiyyatda pedaqoji prosesin qanunauyğunluğu an­la­yı­şını “pedaqogikanın qanunauyğunluğu” və ya “metodikanın qa­nu­na­uyğunluğu” anlayışları ilə eyniləşdirmək hallarına da rast gəl­mək olur. Halbuki, pedaqoji qanunauyğunluqları, yəni təlim, tər­bi­yə, təhsil və inkişaf qanunauyğunluqlarını bir elm kimi peda­qo­gi­ka­nın qanunauyğunluqları ilə eyniləşdirmək olmaz. Çünki birincilər obyek­tiv prosesə, ikincilər isə bu proses haqqındakı elmə aiddir. Pe­da­qogikanın və ya metodikanın bir elm kimi öz inkişaf qa­nu­na­uyğunluqları vardır və onlar heç də həmişə pedaqoji prosesin qanu­na­­uyğunluqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, bəzən nəinki metodika sahəsində, hətta pedaqogika sahəsində də təlim və tərbi­yənin qanunauyğunluqları pedaqogikanın qanunauyğunluqları ilə eyniləşdirilir.
Pedaqoji mənbələrdə vurğulanır ki, pedaqoji prosesin həm təlim üçün, həm də tərbiyə üçün ümumi qanunauyğunluqları vardır. Bunlar aşağıdakılardır:

Yüklə 65,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin