MühaziRƏ 11. Şəxsiyyətyönümlü texnologiyalar


Pedaqoji prosesin inkişafının proses zamanı baş verən dəyi­şik­liklərin kəmiyyətindən asılılığı



Yüklə 65,5 Kb.
səhifə2/5
tarix31.07.2022
ölçüsü65,5 Kb.
#62957
1   2   3   4   5
Ders

1. Pedaqoji prosesin inkişafının proses zamanı baş verən dəyi­şik­liklərin kəmiyyətindən asılılığı. Müəlliflər bu asılılıqla bağlı şərh verirlər ki, (qanunauyğunluq müvafiq ifadə tərzində təqdim olunma­dığından) pedaqoji prosesdə bütün sonrakı dəyişikliklərin kəmiy­yəti əvvəlki mərhələdəki dəyişikliklərin kəmiyyətindən asılıdır. Bu o deməkdir ki, pedaqoji proses müəllimlərlə şagirdlər arasında inkişaf edən qarşılıqlı təsir kimi tədrici, “pilləli” xarakter daşıyır, pillələr arasında qazanılan nailiyyətlər nə qədər yüksək olarsa, son nəticə bir o qədər sanballı olar. Deməli, pillələr arasında yüksək nəticələri olan şagird daha yüksək ümumi nailiyyətlər əldə edə bilər.
2. Pedaqoji prosesdə şəxsiyyətin inkişafının ona təsir edən amil­lərdən asılılığı. Şəxsiyyətin inkişaf sürəti və çatdığı inkişaf sə­viy­yəsi 1) irsiyyətdən, 2) təhsil-tərbiyə və təlim mühitindən, 3) tə­lim, təhsil-tərbiyə fəaliyyətinə cəlb edilməsindən, 4) tətbiq edilən pe­­da­qo­ji təsir vasitələri və metodlarından asılıdır.
3. Pedaqoji təsirin səmərəliliyinin təlim, təhsil-tərbiyə pro­se­si­­nin idarə olunmasından asılılığı. Pedaqoji təsirin səmərəliliyi 1) şa­­girdlərlə müəllimlər arasında əks əlaqənin intensivliyindən, 2) şa­gird­lərə göstərilən təsirlərin kəmiyyətindən, xarakterindən və gü­cün­dən asılıdır.
4. Həvəsləndirmə metod və vasitələrinin pedaqoji prosesin nəticələrinə təsiri. Pedaqoji prosesin məhsuldarlığı 1) təlim-tərbiyə fəaliyyətinə daxili stimulların (motivlərin) təsirindən, 2) xarici sti­mul­ların (ictimai, pedaqoji, əxlaqi, maddi və b.) intensivliyindən, xa­rakterindən və vaxtında tətbiqindən asılıdır.
5. Pedaqoji prosesin səmərəliliyinin hissi idrakın, məntiqi id­rakın və praktikanın vəhdətindən asılılığı. Təlim, təhsil-tərbiyə pro­sesinin səmərəliliyi 1) hissi qavramanın intensivliyindən və key­fiy­yətindən, 2) qavranılan materialın məntiqi dərk olunmuş mate­ria­lın praktikada tətbiqindən asılıdır.

Yüklə 65,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin