əsl qohum və sonradan (kürəkən) qohumu edən Odur. Rəbbin qadirdir!”
1
İmam Əli (ə) Allahla bəndələri arasında bir səbəbdir
Ya Əli! Sən məndən və mən də səndənəm. Ətin ətimə və qanın qanıma
qarışmışdır. Sən məndən sonra Allahla məxluqları arasındakı səbəbsən. Kim
sənin vilayətini inkar etsə, özü ilə Allah arasındakı səbəbi (bağı) qoparmışdır
və cəhənnəmin ən alt dərəcələrindən birində olacaq.
Ya Əli! Allah yalnız mənimlə və sonra səninlə tanınar. Sənin vilayətini in-
kar edən Allahı və Onun rübubiyyətini inkar etmişdir.
1
“Furqan” surəsi, ayə 54.
Ali-Muhəmmədin sirləri
209
Ya Əli! Sən məndən sonra Allahın yer üzündəki ən böyük əlaməti və
qiyamətdə ən böyük rüknsən. Kim sənin kölgənə sığınsa, qələbə çalar. Çünki
məxluqların hesabı sənə həvalə edilmişdir və sənə (vilayətinə) qayıdacaqlar.
Mizan sənin mizanın, yol (Sirat) sənin yolun, (qiyamət) dayanacağı sənin da-
yanacağın və hesab sənin hesabındır. Sənə arxalanan xilas olar və sənə müxalif
çıxan məhv və həlak olar. İlahi, şahid ol! İlahi şahid ol!”
Sonra Peyğəmbər (s) aşağı endi.
210
Suleym ibn Qeys Hilali
HƏDİS 45
Dostları ilə paylaş: |