Ali-Muhammedin sirleri indd


tamamladım və sizin üçün din olaraq İslama razı oldum”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə82/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   78   79   80   81   82   83   84   85   ...   410
Ali-Muhemmedin sirleri

tamamladım və sizin üçün din olaraq İslama razı oldum”.
1
  Peyğəmbər (s) 
təkbir söyləyib dedi: “Allahu Əkbər! Mənim peyğəmbərliyim və Allahın dini 
məndən sonra Əlinin vilayətilə tamamlanır”.
Həmin vaxt Əbu Bəkr və Ömər ayağa qalxıb dedilər: “Ya Peyğəmbər! Bu ayələr 
xüsusi olaraq Əli haqqındadır?” Peyğəmbər (s) buyurdu: “Bəli, onun və qiyamətə 
qədər olacaq qəyyumlarım haqqındadır”. O ikisi dedilər: “Ya Peyğəmbər! Onları 
bizə bəyan et!” Peyğəmbər (s) buyurdu: “Qardaşım, vəzirim, varisim, ümmətim 
üzərində xəlifəm və məndən sonra bütün möminlərin mövlası Əlidir, sonra oğlum 
Həsən və ondan sonra oğlum Hüseyndir. Sonra bir-birinin ardınca oğlum Hüseynin 
doqquz övladıdır. Quran onlarla və onlar da Quranladırlar. Hovuzumun başında 
mənə qovuşana qədər onlar Qurandan və Quran da onlardan ayrılmayacaq”.
(Oradakıların) hamısı dedilər: “Bəli, Allaha and olsun, bunları  eşitdik 
və söylədiklərinə eynilə  şahid olduq”. Bəziləri isə dedilər: “Söylədiklərinin 
hamısını yox, amma böyük bir qismini əzbərləmişdik. Bunların hamısını 
əzbərləyənlər bizim ən xeyirli və fəzilətli olanlarımızdır”.
İmam Əli (ə) buyurdu: “Doğru söyləyirsiniz! İnsanların hamısının əzbər-
ləməkdə bərabər deyillər. Allahı sizə şahid tuturam, bunları Peyğəmbərdən (s) 
eynilə eşidib əzbərləyənlər ayağa qalxıb və eşitdiklərini xəbər versinlər”.
1
 “Maidə” surəsi, ayə 4.


Ali-Muhəmmədin sirləri
65
Zeyd ibn Ərqəm, Bərra ibn Azib, Əbu Zərr, Miqdad və Əmmar ayağa qal-
xıb dedilər: “Biz şahidlik edirik ki, Peyğəmbərin (s) sözlərini əzbərlədik. O, 
minbərin üzərində ayaq üstə dayanmışdı və sən də yanında idin. Belə deyirdi: 
“Ey insanlar! Allah mənə imamınızı, məndən sonra ümmətim arasındakı Qai-
mi, vəsimi və xəlifəmi təyin etməyimi əmr etdi. O, Allahın kitabında itaəti va-
cib, itaətinin Allahla və mənim itaətimlə bərabər tutulduğu və sizlərə vilayətini 
qəbul etməyiniz əmr olunan şəxsdir. Mən nifaq əhlinin tənələrindən və inkarla-
rından qorxaraq Rəbbimə üz tutdum. O da bunları təbliğ etmədiyim halda mənə 
əzab verəcəyini bildirdi.
Ey insanlar! Allah kitabında sizə namazı əmr etdi və mən onu sizə açıq-
ladım. Zəkatı, orucu və həcci əmr etdi və mən onları da sizə açıqlayıb təfsir 
etdim. Sonra da sizə vilayəti əmr etdi. Mən sizi şahid edirəm ki, vilayət - əlini 
Əlinin (ə) sinəsinə qoyaraq - buna aiddir, bundan sonra iki oğluna və sonra 
onların nəslindən gələcək vəsilərə  məxsusdur. Hovuzumun yanında mənə 
qovuşanadək onlar Qurandan və Quran da onlardan ayrılmayacaq. 
Ey insanlar! Məndən sonra sığınacağınızı, imamınızı, vəlinizi və 
hidayətçinizi sizə bəyan etdim. O, qardaşım Əli ibn Əbu Talibdir. Onun sizin 
aranızdakı məqamı mənim sizin aranızdakı məqamım kimidir. Dininizdə onu 
izləyin və bütün işlərinizdə ona itaət edin. Çünki Allahın mənə öyrətdiyi bütün 
elm və hikmətlər onun yanındadır. Ondan və özündən sonrakı vəsilərdən soru-
şun və öyrənin. Onlara bir şey öyrətməyə çalışmayın, onlardan önə keçməyin 
və onlardan geridə qalmayın. Onlar haqq ilə, haqq da onlarladır. Nə haqq onlar-
dan, nə də onlar haqdan ayrılarlar”. Sonra əyləşdilər.
1
Süleym deyir: Sonra Əli (ə) buyurdu: “Ey insanlar! Məgər bilmirsiniz ki, 
Allah kitabında “Ey Əhli-Beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin