Ali-Muhəmmədin sirləri
83
Aban Süleymin belə dediyini söyləyir: “O gün, Əlinin sözlərinə görə üzü
nurlanmayan və fərəhlənməyən heç bir tərəfdarı qalmadı. Çünki Möminlərin
əmiri (ə) məsələni bəyan etdi, haqqı aşkar elədi, pərdələri qaldırdı və təqiyyə
etmədi. Keçmişdəkilər barəsində şübhə edən, onlar haqqında (mənfi danışmaq-
dan çəkinən), təqvaları və günahdan uzaq durmaq məqsədilə onlardan uzaqlaş-
mayan Quran qariləri də yəqin əldə etdilər. Düşüncəli və müəyyən istiqamətdə
fi kirləri olmayanlar da həmin gün şübhəni və tərəddüdü tərk etdilər.
Osmana və ondan əvvəlkilərə beyət etmədikləri səbəblərlə (Əliyə (ə)) beyət
etməyənlərdən başqa ətrafdakıların hamısı ona beyət etdi. Beyət etməyənlərin
üzlərindən narahatlıq oxunur, sıxıldıqları bilinir və Əlinin sözlərinə ikrah hiss
etdikləri görünürdü.
Gözlərimizi nurlandıran bu gündən əvvəl üzərimizə doğan belə bir günə şa-
hidlik etməmişdim. Çünki həmin gün Möminlərin əmiri (ə) camaatın gözündəki
pərdələri qaldırdı, haqqı ortaya çıxardı, məsələni açıqladı və təqiyyə etmədi.
O gündən və həmin məclisdən sonra (Əlinin (ə)) tərəfdarları çoxaldı və
danışmağa başladılar. Halbuki bundan əvvəl ordunun ən az bir hissəsini təşkil
edirdilər. Qalan camaat isə Allaha və Peyğəmbərə nisbətdə Əlinin məqamı
barədə məlumatları olmadığı üçün onunla birlikdə döyüşürdülər. O məclisdən
sonra şiələr cəmiyyətin əksəriyyətini və ən böyük hissəsini təşkil etdilər.
Dostları ilə paylaş: