Ali-Muhəmmədin sirləri
109
O kitabda İbrahimin oğlu İsmailin nəslindən olan on üç nəfərin
1
adları da
zikr edilmişdir. Onlar Allahın məxluqlarının ən yaxşıları və Onun ən
çox sevdi-
yi şəxslərdir. Allah onların dostuna dost və düşmənlərinə düşmən olar. Onlara
itaət edən doğru yolu tapar və onlara üsyan edən yoldan azar. Onlara itaət Alla-
ha itaətdir və onlara qarşı çıxmaq Allaha qarşı çıxmaqdır.
Onların adları, nəsəbləri,
vəsfl əri, hər birinin nə qədər yaşayacağı, onlardan
neçəsinin öz dinini qövmündən gizləyəcəyi,
neçəsinin dinini izhar edəcəyi, ki-
min hökumət əldə edəcəyi və Allah (göydən) İsanı (ə) endirəcəyi zamana qədər
onlara rəhbərlik edəcəyi orada yazılıdır. İsa (ə) onun arxasında namaz qılacaq və
belə deyəcək: “Siz elə İmamlarsınız ki, sizin önünüzə keçmək heç kimə caiz de-
yil”. (İmam) İsanın (ə) arxasından önə çıxıb namazı qıldıracaq. İsa (ə)
isə birinci
cərgədə dayanacaq. Onların birincisi ən üstünləridir. Sonuncularına isə onların və
onlara itaət edərək hidayətləri ilə doğru yolu tapanların mükafatı qədər əcri vardır.
Dostları ilə paylaş: