Onların müqabilində on iki İmamın (ə) bəyanı Peyğəmbər (s) buyurdu: “Mən bu evdə olan bütün kişi və qadınların hamı-
sını şahid tuturam ki, Əli ibn Əbu Talib ümmətim arasında mənim xəlifəmdir.
O, möminlərə öz canlarından daha övladır. O, vəfat etdikdə bu oğlum “əlini
Həsənin başına qoydu), o da vəfat etdikdə bu oğlumdur (əlini Hüseynin başına
qoydu). Sonra Hüseynin övladlarından bir-biri ardınca gələcək doqquz nəfərdir.
Onlar Allahın bu sözündə nəzərdə tutduğu şəxslərdir: “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”. 1 Sonra Peyğəmbər (s) İmamlar
(ə) barəsində nazil olan bir ayəni belə buraxmadan hamısını oxudu”.
Peyğəmbərin (s) yuxusu O üçü qalxıb getdilər. Mən və səhabələrim Salman, Əbu Zərr və Miq-
dad, eləcə də Fatimə, Həsən və Hüseyn də qaldılar. Peyğəmbərin xanımları və
Fatimədən başqa Peyğəmbərin (s) digər qızları da getdilər. Sonra Peyğəmbər
(s) buyurdu: “Bu üçünü və Bəni-Üməyyədən doqquz nəfərin - ikisi Əbu Süfyan
ailəsindən və yeddisi isə Həkəm ibn Əbul-As nəslindən olanların ümmətimi
köhnə cahiliyyə dinlərinə qaytardıqlarını gördüm”.
Əli (ə) bunları dediyi vaxt Ziyadın evi Peyğəmbər (s) səhabələri ilə doluydu.
Onlara səslənib buyurdu: “Eşitdiklərinizi doğru yolu tapmaq istəyənlərdən başqa
hər kəsdən gizləyin. Ey Ziyad! Məndən sonra şiələrim barədə Allahdan qorx!”
Ziyadın yanından çıxdıqda üzünü bizə tərəf tutub dedi: “Müaviyə onun
qardaşı olduğunu iddia edəcək və o da şiələrimi qətlə yetirəcək. Allah ona lənət
eləsin”.
1
“Nisa” surəsi, ayə 59.