Vacib və ondan daha vacib elm Şüyx Səduq “Xisal”da Muhəmməd ibn Əli Macələveyhin belə dediyini qeyd
edir: Muhəmməd ibn Yəhya Əttar, Muhəmməd ibn Əhməddən, o da Əhməd
ibn Muhəmməddən, o da Abbas ibn Mərufdan, o da Əli ibn Məhziyardan,
o da Həkəm ibn Bəhluldan, o da İsmayıl ibn Həmmamdan, o da Ömər ibn
Üzeynədən, o da Süleym ibn Qeys Hilalidən İmam Əlinin (ə) Əbu Tüfeyl Amir
ibn Vasilə Kənaniyə belə dediyini eşitdiyini nəql edir:
“Ey Əbu Tüfeyl! Elm iki qisimdir: elmin biri insanların nəzər yetirməklə
əldə etmələri mümkün olan elmdir, bu, İslamın nişanələridir (və ya
xüsusiyyətləridir), digəri isə insanların nəzər yürütməyi tərk etməli olduqları
elmdir, bu elm, Uca Allahın qüdrətidir (və ya hikmətidir)”.