Allah cənnəti açıq-aşkar günah edən kəsə haram edib Hüseyn ibn Səid “Zöhd” kitabında, Əyyaşi təfsirində, Kuleyni “Kafi ”də
bir neçə əshabımızdan, onlar da Əhməd ibn Muhəmməd ibn Xaliddən, o da
Osman ibn İsadan, o da Ömər ibn Üzeynədən, o da Aban ibn Əbu Əyyaşdan,
o da Süleym ibn Qeysdən Əmirəl-möminin Əlinin (ə) belə buyurduğunu nəql
edir: Peyğəmbər buyurdu: “Həqiqətən də Allah cənnəti açıq-aşkar günah edən,
həyası az, nə dediyinə və barəsində nə deyildiyinə əhəmiyyət verməyən kəsə
haram edib. Əgər diqqətlə nəzər salsan onun boşboğaz və ya Şeytanın şəriki
olduğunu görərsən”.
Deyildi: “Ya Peyğəmbər, insanların arasında Şeytanın şərikləri var?”. Bu-
yurdu: “Məgər Allahın bu ayələrini oxumursunuz: “...mallarına və övladlarına