Peyğəmbərin (s) İmam Mehdi (ə) müjdəsi Əbu Muhəmməd Fəzl ibn Şazan ibn Xəlil “isbatul-rəcəti” kitabında Həsən
ibn Əli ibn Fəzzal və Əbu Nəcrandan, onlar da Həmmad ibn İsadan, o da Ab-
dullah ibn Məskandan, o da Aban ibn Əbu Əyyaşdan, o da Süleym ibn Qeys
Hilalidən Salman Farisinin belə dediyini nəql edir:
Peyğəmbər (s) buyurdu: “Ey camaat, sizi Mehdi ilə müjdələyimmi?!”
Dedilər: “Bəli”. Dedi: “Bilin ki, Uca Allah bu ümmətə yer üzü zülm və
ədalətsizliklə dolduğu bir vaxtda onu haqq və ədalətlətlə dolduracaq bir rəhbər
və imam göndərəcək. O övladlarımdan Hüseynin doqquzuncu övladıdır, adı
adımdan, künyəsi isə künyəmdəndir.
Bilin ki, ondan sonra həyatda heç bir xeyir yoxdur, dövləti yalnız qiyamətdən
qırx gün qabaq sona çatacaq”.