64
Suleym ibn Qeys Hilali
Allah da Peyğəmbərə (s) əmr sahibi olan vəlilərini onlara tanıtmasını və na-
maz, zəkat, oruc və həcc kimi ibadətləri izah etdiyi kimi vilayəti də onlar üçün
təfsir etməsini buyurdu. Peyğəmbər də (s) Qədir Xumda
məni xəlifə olaraq təyin
etdi və xütbəsində dedi: “Ey insanlar! Allah mənə elə bir tapşırıq verib ki,
ondan
sinəm daraldı və camaatın məni inkar edəcəyindən qorxdum. Amma Allah təbliğ
etməyim üçün təhdid etdi və əks təqdirdə mənə əzab verəcəyini bil dirdi”.
Sonra insanların namaza toplanması üçün əmr verdi və namazın ardın-
ca xütbə söyləyərək buyurdu: “Ey insanlar! Allahın
mənim vəlim olduğunu,
mənim də möminlərin vəlisi olduğumu və onlara öz canlarından övla olduğu-
mu bilirsiniz?” Toplaşanlar dedilər: “Bəli, Ey Allahın elçisi!”
Peyğəmbər (s): “Əli, ayağa qalx” dedi. Sonra buyurdu: “Mən
kimin möv-
lasıyamsa, Əlidə onun mövlasıdır. İlahi, ona dost olanla dost ol və ona düşmən
olanla düşmən ol” dedi.
Salman ayağa qalxdı və dedi: “Ya Peyğəmbər! Bu necə vilayətdir?”
Peyğəmbər (s) buyurdu: “Mənim vilayətim kimidir. Mən kimə öz canından
övla (ixtiyar sahibiydimsə) idimsə, Əlidə ona öz canından övladır”.
Elə oradaca
Uca Allah bu ayəni endirdi:
“Bu gün dininizi kamala çatdırdım, sizə nemətimi
Dostları ilə paylaş: