60
Suleym ibn Qeys Hilali
nəzərlərində fəzilətləri olan hər kəsi və onların adlarını bir dənəsini belə burax-
madan saydılar.
Toplanmış insanların sayə iki yüzdən çox idi. Bəziləri kürəklərini qibləyə
çevirmiş və bəziləri də camaatın içinə girmişdilər. Yadımda qaldığı qədər
Qü reyş dən olanlar bunlar idilər: Əli ibn Əbu Talib, Sad ibn Əbu Vaqqas,
Əbdürrəhman ibn Ovf, Zübeyr, Təlhə, Əmmar, Miqdad, Əbu Zərr, Haşim ibn
Ütbə, Abdullah ibn Ömər, Həsən (ə), Hüseyn (ə), İbn Abbas, Muhəmməd ibn
Əbu Bəkr, Abdullah ibn Cəfər və Übeydullah ibn Abbas. Ənsardan olanlar isə
bunlar idilər: Übey ibn Kəb, Zeyd ibn Sabit, Əbu Əyyub Ənsari, Əbu Heysəm
ibn Teyhan, Muhəmməd ibn Məsləmə, Qeys ibn Sad ibn Übadə, Cabir ibn Ab-
dullah, Əbu Məryəm, Ənəs ibn Malik, Xeyd ibn Ərqəm, Abdullah ibn Əbu
Əvfa, Əbu Leyla və onunla birgə yanında dayanmış, saqqalı yeni tərləmiş ağ
üzlü bir gənc olan oğlu Əbdürrəhman.
Sonra Həsən Bəsri oğlu Həsənlə birgə gəldilər. O da saqqal yeri yenicə
tərləmiş, ağ üzlü və orta boylu bir gəncdi.
Süleym deyir: “Mən ona və Əbu Leylanın oğlu Əbdürrəhmana baxdım.
Hansının daha gözəl olduğuna qərar verə bilmədim. Amma Bəsrinin oğlu
Həsən daha cüssəli və daha uzun boylu idi.
Camaat artırdı, söhbət isə səhərdən günortaya qədər sürdü. Əffanın oğlu
evində idi və bu söhbətdən xəbəri yoxdu. Əli ibn Əbu Talib (ə) sakit dayanmış,
özü və Əhli-Beytindən heç kəs bir söz demirdilər.
Dostları ilə paylaş: