Ali-Muhəmmədin sirləri
57
Düşmənlərimiz özlərindən əvvəlki rəhbərləri barədə yalan
və batil hədislər
nəql edirlər. Məmurlara və hakimlərə yaxınlaşmaq üçün bizə yalan və böhtan
atmaqla gözdən salır, söyləmədiyimiz sözləri adımızdan nəql edirlər.
Bunların ən böyüyü və ən çoxu imam Həsənin (ə)
ölümündən sonra
Müaviyənin zamanında oldu. Hər yerdə şiələr öldürülür, əlləri və ayaqla-
rı kəsilirdi. Bizim məhəbbətimiz və bizə bağlılıq
səbəbilə hər cür böhtan və
zənnlə onları dara çəkirdilər.
Bu bəlalar imam Hüseynin (ə) qətlindən sonra İbn Ziyadın zamanına qədər
getdikcə şiddətləndi və artdı.
Sonra Həccac gəldi, şiələrimizi hər cür cinayət,
hər cür zən və böhtanla qətlə yetirdi. Belə ki, əgər
bir kəs üçün kafi r və ya
məcusi deyilməsi onun üçün “Hüseynin şiəsi” deyilməsindən daha xoş idi!!!
Dostları ilə paylaş: