3. Əmirəl-mömininlə (ə) Təlhə arasındakı söhbət Xilafət barəsində Əbu Bəkrin “hədisi”nə yeddi cavab Təlhə ibn Ubeydullah (ona “Qüreyşin dahisi” deyirdilər) dedi: “Çox təəssüf
ki, o gün səni zorla, boynunda ip olduğu halda gətirib “beyət et” dedikləri vaxt
Yaşlı səhabənin, Səhhakın oğlunun və dostlarının iddia etdiklərini də təsdiqlədilər
və onların sözlərinə şahidlik etdilər. Sən həmin vaxt da onlar qarşısında öz fəzilət
və üstünlüklərinə dəlil göstərdin. Oradakıların hamısı da səni təsdiqlədilər. Amma
sonra yaşlı səhabə Peyğəmbərin (s): “Allah bizim üçün peyğəmbərliklə xilafəti
bir yerdə (bu dünyada) cəm etmədi” söylədiyini eşitdiyini iddia etdi. Ömər, Əbu
Übeydə ibn Cərrah, Salim və Muaz ibn Cəbəl də onu təsdiqlədilər”.
Sonra Təlhə irəli gəlib dedi: “(Ya Əli!) Söylədiyin və iddia etdiyin hər şey
haqdır. Dəlil göstərdiyin fəzilət və üstünlüklərin də haqdır. Biz bunları təsdiq və
qəbul edirik. Amma xilafətə gəldikdə, o beş nəfər də eşitdiyin şeyə şahid olublar”.