-Bəs universitetlər iş dünyasının tələblərinə nə
səviyyədə cavab verirlər?
-Ümumiyyətlə bu sahədə ölkədə vəziyyət
ürəkaçan deyil. Universitetlərimiz iş dünyası ilə
əməkdaşlıq edə bilmirlər. Əslində bu əməkdaşlıq həm
universitetlər, həm də şirkətlər üçün faydalıdır. Belə
ki, hazırda texnologiya sürətlə inkişaf edir. Bu inkişaf
ilə tanış olmağa, ondan isrifadə etməyə şirkətlər daha
çox maraqlıdırlar. Ona görə də, texnologiyada baş
verən yeniliklərdən universitetlərdən daha çox
şirkətlər xəbər tutur və istifadə edirlər. Ona görə də,
universitetlərlə iş dünyası arasında sıx münasibətlərin
olması böyük önəm kəsb edir. Misal üçün, universitet
neft mühəndisliyi sahəsinə mütəxəssis hazırlayırsa,
gərək bu sahə üzrə ölkədə fəaliyyət göstərən böyük
şirkətlərlə görüşsün, tədris plaranı hazırlayarkən
onlarla məsləhətləşsin və s. Çünki elə ola bilər ki,
universitetin tədris etdiyi fənlərin bəziləri heç o
şirkətlərə lazım deyil. Bəlkə onlar universitet
rəhbərliyinə daha lazımlı fənlərin tədris olunmasını
tövsiyə edəcəklər və s.
Azərbaycanda universitet və iş dünyası arasında əməkdaşlığın düzgün qurulmaması əsas müzakirə
mövzularındandır. Müsahibimiz, Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı ilə
söhbətimiz də elə bu barədə oldu
Dostları ilə paylaş: |