ALİ Tİbb təHSİl piLLƏSİNİn döVLƏt standarti rezidentura səVİYYƏSİ ÜZRƏ 060907 –“otorinolarinqologiya” İXTİsasinin



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix09.10.2019
ölçüsü0,73 Mb.
#29311
1   2   3   4
LOR


PFR-02. 

AUDİOLOGİYA  

Peşə bilikləri 

PFR-02.01. 

Karlıq, karlallıq, onun yayılması, etiologiyası, diaqnostikası, müalicəsi, eşitmənin 

protezləşdirilməsini; 

PFR-02.02. 

Surdologiya, loqopediya, surdoloqopedik yardımın, kabinetlərin təşkili, eşitmənin 

protezləşdirilməsi, eşitmə aparatları, növləri, koxlear implantasiyanı;  

PFR-02.03. 

Əhalinin kütləvi profilaktik müayinəsi zamanı eşitmə zəifliyinin erkən aşkarlanma üsulları, 

ağıreşitmə və karlığın risk faktorlarını; 

PFR-02.04. 

Standart və qeyri-parametrik statistik təhlli üsulları; 

PFR-02.05. 

Xəstələrin dispanser müşahidəsi, prifilaktik tədbirləri; 

PFR-02.06. 

Profilaktikanın prinsipləri və variantları, onun təşkili; 



Peşə bacarıqları 

PFR-02.07. 

Əmək qabiliyyətinin müvəqqəti və davamlı surətdə itirilməsi tibbi sosial ekspertizanın 

aparılması; 

PFR-02.08. 

Akumetriyanı və audioloji müayinə üsullarının (tonal, danışıq audiometriyası, 

impedansometriya, BERA, otoakustik emissiya) aparılmasını; 

PFR-03. 

RİNOLOGİYA  


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 



Peşə bilikləri 

PFR-03.01. 

Ölkədə rinoloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator müəssisələrin 

işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili; 

PFR-03.02. 

Rinoloji xəstəliklərinin yayılması, nomenklaturası, təsnifatı, etiologiyası, patogenezi, klinik 

simptomları, diaqnostikası, müalicə prinsiplərini, ölüm göstəricilərini; 

PFR-03.03. 

QBB xəstəlikləri şöbəsinə təcili hospitalizasiya tələb edən rinoloji xəstəliklər üzrə 

təxirəsaınmaz halların siyahısı; 

PFR-03.04. 

Rinologiyada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri qrupunun 

təsir mexanızmi, dərman tətbiqi zamanı baş vermiş fəsadları; 

PFR-03.05. 

Rinoloji xəstəliklər zamanı əməliyyat aparmaq üçün göstəriş və əks-göstərişlər;  

PFR-03.06. 

Rinogen orbital və kəllədaxili ağırlaşmaları, etiologiyası, təsnifatı, klinikası, müalicəsini, 

cərrahi müdaxilənin formalarını; 



Peşə bacarıqları 

PFR-03.07. 

Rinoloji müayinə üsullarını (endoskopik və rentgenoloji müayinə və olfaktometriya 

tənəffüsün funksional testlərini); 

PFR-03.08. 

Burun və üz sınıqlarının diaqnostikasını, müalicəsini, repozisiyasını, immobilizasiyanı, 

zəruri təcili yardımın göstərilməsini; 

PFR-03.09. 

Burun qanaxmaları, onların etiologiyası, koaqulyasiya üsullarını, zəruri təcili yardımın 

göstərilməsini; 

PFR-03.10. 

Burun və burunətrafı ciblərin xəstəlikləri zamanı lazım olan əsas və əlavə müayinə 

üsullarının həcmini təyin etməyi, bu zaman aparılan cərrahi müdaxilələri; 

PFR-03.11. 

Rinolikvoreya, etiologiyası, diaqnostikası, formaları, klinikası, cərrahi müalicə üsullarını; 

PFR-03.12. 

Xarici burunun defekt və deformasiyasını, rinoplastikanı; 

PFR-03.13. 

Müxtəlif burun və burunətrafı ciblərin xəstəliklərində cərrahi və dərman müalicəsi 

prinsiplərinin xarakteristikasını verməyi, konservativ və cərrahi müalicəyə göstərişləri 

təyin etməyi; konkret xəstəlik zamanı farmakoloji, fizioterapevtik və cərrahi müalicə 

üsullarını seçməyi; əməliyyatlar zamanı lokal, regional və ümumi anesteziyanın 

seçilməsini, tətbiqini və aparılmasını; 

PFR-04. 

BAŞ-BOYUN VƏ UDLAQ XƏSTƏLİKLƏRİ  

Peşə bilikləri 

PFR-04.01. 

Ölkədə otorinolarinqoloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator 

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili; 

PFR-04.02. 

QBB xəstəlikləri şöbəsinə təcili hospitalizasiya tələb edən baş-boyun və udlaq xəstəlikləri 

üzrə təxirəsaınmaz halların siyahısı; 

PFR-04.03. 

Baş-boyun və udlaq xəstəliklərinin yayılması, nomenklaturası, təsnifatı, etiologiyası, 

patogenezi, klinik simptomları, diaqnostikası, müalicə prinsipləri, ölüm göstəricilərini; 

PFR-04.04. 

Udlaq xəstəliklərində dispanserizasiyanın mahiyyəti, məqsədi, xəstəliklərin aşkar edilməsi 

üsulları, müalicə prinsipləri; 

PFR-04.05. 

Baş-boyun və udlaq xəstəliklərinin profilaktikası tədbirlərini, profilaktik müayinənin təşkili 

və aparılmasının ümumi prinsiplərini; 



060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-04.06. 

Təcili yardım tələb edən baş-boyun və udlaq xəstəlikləri, bu zaman aparılan müayinələrin 

diaqnostik əhəmiyyətini; 

PFR-04.07. 

Baş-boyun və udlaq xəstəlikləri zamanı tətbiq edilən medikamentoz və cərrahi müalicə 

üsullarının effektlilik göstəricilərini; 

PFR-04.08. 

Baş-boyun və udlağın bəd xassəli şişlərin yayılmasını, formalarını, klinik simptomlarını, 

biopsiyası üsullarını, morfoloji xüsusiyyətlərini aşkar etməyi, şüa, kimyəvi və cərrahi 

müalicəsini; 

PFR-04.09. 

Yuxunun fiziologiyası, xəstəlikləri, polisomnoqrafiya, xorultu və obstruktiv yuxu apnesinin 

müalicəsini 

Peşə bacarıqları 

PFR-04.10. 

Pasiyentin xəstəliyi haqda ətraflı informasiyanın toplanması; obyektiv müayinə üsullarının 

tətbiqi; xəstəliyin ümumi və xüsusi əlamətlərini aşkar etmək, xüsusən, təxirəsalınmaz 

yardımı tələb edən hallarda; 

PFR-04.11. 

Baş-boyun və udlaq xəstəlikləri zamanı aparılan müayinə üsullarını (farinqoskopiya, 

bronxoskopiya, ezofaqoskopiya, rentgenoloji və ultrasəs) və onların xəstəliyi təyin etməkdə 

rolunu; 

PFR-04.12. 

Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək; xəstəni bu vəziyyətdən çıxarmaq üçün 

lazımi tədbirlərin görülməsi; 

PFR-04.13. 

Hospitallaşmaya göstərişləri təyin etmək və onu təşkil etmək; 

PFR-04.14. 

Differensial diaqnostikanın aparılması, kliniki diaqnozun, xəstənin aparılma sxemi, planı 

və taktikasının əsaslandırılması;  

PFR-04.15. 

Zəruri dərman vasitələrini və digər müalicə tədbirləri təyin etmək; 

PFR-04.16. 

Müxtəlif baş-boyun və udlaq xəstəliklərinin cərrahi və dərman müalicəsi prinsiplərinin 

xarakteristikasını verməyi, konservativ və cərrahi müalicəyə göstərişləri təyin etməyi; 

konkret xəstəlik zamanı farmakoloji, fizioterapevtik və cərrahi müalicə üsullarını seçməyi; 

bu əməliyyatlarda lokal, regional və ümumi anesteziyanın seçilməsini, tətbiqini və 

aparılmasını; 

PFR-05. 

LARİNQOLOGİYA VƏ FONİATRİYA  

Peşə bilikləri 

PFR-05.01. 

Ölkədə larinqoloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator 

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili; 

PFR-05.02. 

QBB xəstəlikləri şöbəsinə təcili hospitalizasiya tələb edən larinqoloji xəstəliklər üzrə 

təxirəsaınmaz halların siyahısı; 

PFR-05.03. 

Larinqoloji xəstəliklərin yayılması, nomenklaturası, təsnifatı, etiologiyası, patogenezi, 

klinik simptomları, diaqnostikası, müalicə prinsipləri, ölüm göstəricilərini; 

PFR-05.04. 

Qırtlaq xəstəliklərinin profilaktikası tədbirlərini, profilaktik müayinənin təşkili və 

aparılmasının ümumi prinsiplərini; 

PFR-05.05. 

Təcili yardım tələb edən qırtlaq xəstəlikləri, bu zaman aparılan müayinələrin diaqnostik 

əhəmiyyətini; 

PFR-05.06. 

Qırtlaq xəstəlikləri zamanı tətbiq edilən medikamentoz və cərrahi müalicə üsullarının 

effektlilik göstəricilərini; 


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-05.07. 

Qırtlağın bəd xassəli şişlərin yayılmasını, formalarını, klinik simptomlarını, biopsiyası 

üsullarını, morfoloji xüsusiyyətlərini aşkar etməyi, şüa, kimyəvi və cərrahi müalicəsini; 

Peşə bacarıqları 

PFR-05.08. 

Pasiyentin xəstəliyi haqda ətraflı informasiyanın toplanması; obyektiv müayinə üsullarının 

tətbiqi; xəstəliyin ümumi və xüsusi əlamətlərini aşkar etmək, xüsusən, təxirəsalınmaz 

yardımı tələb edən hallarda; 

PFR-05.09. 

Qırtlaq xəstəlikləri zamanı aparılan müayinə üsullarını (vasitəli və vasitəsiz larinqoskopiya, 

yuxarı tənəffüs yollarının endoskopik müayinəsini rentgenoloji), nitq qüsurlarını, səs, nitq 

və udqunma pozğunluqlarında istifadə olunan obyekiv diaqnostika metodlarını və onların 

xəstəliyi təyin etməkdə rolunu; 

PFR-05.10. 

Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək;  

PFR-05.11. 

Qırtlaq travmaları, tənəffüs yollarının yad cisimləri, qırtlağın kəskin və xroniki 

stenozlarının diaqnostikasını, müalicəsini, xəstəni bu vəziyyətdən çıxarmaq üçün lazımi 

tədbirlərin görülməsini;larinqotraxeal intubasiyanı; 

PFR-05.12. 

Differensial diaqnostikanın aparılması, kliniki diaqnozun, xəstənin aparılma sxemi, planı 

və taktikasının əsaslndirılması;  

PFR-05.13. 

Zəruri dərman vasitələrini və digər müalicə tədbirləri təyin etmək; 

PFR-05.14. 

Müxtəlif qırtlaq xəstəliklərinin cərrahi və dərman müalicəsi prinsiplərinin xarakteristikasını 

verməyi, konservativ və cərrahi müalicəyə göstərişləri təyin etməyi; konkret xəstəlik 

zamanı farmakoloji, fizioterapevtik və cərrahi müalicə üsullarını seçməyi; qırtlaq 

əməliyyatları zamanı lokal, regional və ümumi anesteziyanın seçilməsini, tətbiqini və 

aparılmasını; 

PFR-05.15. 

Foniatrik müalicə metodlarını (fonocərrahiyyə, reabilitasiya); 

PFR-05.16. 

Qırtlağın bəd xassəli şişlərin yayılmasını, formalarını, klinik simptomlarını, biopsiyası 

üsullarını, morfoloji xüsusiyyətlərini aşkar etməyi, şüa, kimyəvi və cərrahi müalicəsini, 

traxeotomiya (təcili, planlı, dəridənkeçən-perkutan); 

PFR-06. 

DİGƏR ÜMUMİ CƏRRAHİYYƏ SAHƏLƏRİ 

PFR-06.01. 



CƏRRAHİ İNFEKSİYALAR 

Peşə biliklər 

PFR-06.01.1. 

Cərrahi infeksiyaların prinsiplərini, səbələrini, patomexanizmlərini, 

epidemiologiyasını, diaqnozunu və müalicəsini bilməlidir; 

PFR-06.01.2. 

Cərrahi infeksiyaların klinik təzahürlərini və müalicələrini bilməlidir; 

PFR-06.01.3. 

Cərrahi infeksiyaların profilaktika tədbirlərini bilməlidir; 

PFR-06.01.4. 

Virus infeksiyalarının profilaktika tədbirlərini bilməlidir; 



Peşə bacarıqlar 

PFR-06.01.5. 

Cərrahi infeksiyaları təyin etməyi və müalicəsini bacarmalıdır  

PFR-06.01.6. 

Əməliyyatdan sonrakı infeksiyaların erkən diaqnozunu təyin etməyi və müalicəsini 

bacarmalıdır; 

PFR-06.01.7. 

Yumşaq toxumaların ağır infeksiyası olan xəstələri aparmağı bacarmalıdır; 

PFR-06.01.8. 

İnfeksiyaya nəzarət tədbirlrlərini gündəlik işində tətbiq etməyi bacarmalıdır; 



060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-06.02. 

YARA SAĞALMASI 

Peşə biliklər 

PFR-06.02.1. 

Yara sağalmasının mexanizmlərini bilməlidir; 

PFR-06.02.2. 

Ağırlaşmamış və ağırlaşmış gedişli yaraların müalicə prinsiplərini bilməlidir; 

PFR-06.02.3. 

Xroniki yaraların patogenezini bilməlidir

PFR-06.02.4. 

Yara sağalmasına təsir edən fizioloji və patoloji amilləri bilməlidir 

PFR-06.02.5. 

Pozision travma (yataq yarası) baş verəndə müalicə və profilaktika prinsiplərini 

bilməlidir; 



Peşə bacarıqlar 

PFR-06.02.6. 

Bütün yaraların aparılmasını bacarmalıdır; 

PFR-06.02.7. 

Ümumi cərrahiyyədə istifadə edilən kəsikləri yerinə yetirməyi və bu yaraları tikməyi 

bacarmalıdır; 

PFR-06.02.8. 

Yara sarğılarını və yara müalicəsi üçün məlum olan əlavə vasitələri istifadə etməyi 

bacarmalıdır; 

PFR-06.03. 



YANIQLAR 

Peşə biliklər 

PFR-06.03.1. 

Yanığın etiologiyasını, profilaktikasını, sosial və psixoloji nəticələrini bilməlidir; 

PFR-06.03.2. 

Dəri və dərialtı toxumaların histologiyasını və klinik anatomiyasını bilməlidir; 

PFR-06.03.3. 

Termik, elektrik və kimyəvi yanıqların mexanizmini, patogenezini və 

patomorfologiyasını bilməlidir; 

PFR-06.03.4. 

İnhalyasion yanıqların patogenezini və aparılmasını bilməlidir; 

PFR-06.03.5. 

Yanıq xəstəliyinin patofiziologiyasını, patomorfologiyasını, mikrobiologiyasını və 

yanıqda immun dəyişiklikləri bilməlidir 

PFR-06.03.6. 

Yanıq yaralarının sağalma və müalicə xüsusuiyyətlərini bilməlidir; 

PFR-06.03.7. 

Yanıq yaralarında istifadə olunan yerli və ümumi antibakterioterapiyaları bilməlidir; 

PFR-06.03.8. 

Yanıq xəstələrinin intensiv terapiya xüsusiyyətlərini bilməlidir; 

Peşə bacarıqlar 

PFR-06.03.9. 

Yanıq xəstəsinin təcili, erkən və uzaq mərhələlərdə aparılmasını bacarmalıdır (Əlavə 3 

PFR-06.03.10. 



Yanıq xəstəsinin çox displinili aparılmasını və koordinasiyasını bacarmalıdır; 

PFR-06.04. 



CƏRRAHİ İMMUNOLOGİYA 

Peşə biliklərı 

PFR-06.04.1. 

Ümumi immünoloji prinsipləri bilməlidir; 

PFR-06.04.2. 

Yaşlı xəstələrdə baş verən immunoloji dəyişiklikləri bilməlidir; 

PFR-06.04.3. 

Orqanizmin infeksiyalara qarşı müdafiə mexanizmlərini bilməlidir; 

PFR-06.04.4. 

İmmunosupressorların təsir mexanizmlərini və əlavə təsirlərini bilməlidir; 

PFR-06.04.5. 

İmmunosupressiv xəstələrdəki cərrahi infeksiyaları və bunların aparılmasını bilməlidir; 


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-06.04.6. 

İmmunosupressiv cərrahi xəstələrin aparılmasını bilməlidir; 



Peşə bacarıqlar 

PFR-06.04.7. 

İmmunosupressiv xəstələrdə təcili və planlı cərrahi əməliyyatları və əməliyyatsonrası 

aparmanı bacarmalıdır; 

PFR-06.04.8. 

İmmunosupressiv dərmanların tətbiqini bacarmalıdır; 



PFR-07. 

İNTENSİV TERAPİYA VƏ TƏHLÜKƏLİ VƏZİYYƏTLƏR 

PFR-07.01. 



İNTENSİV TERAPİYA  

Ümumi biliklər 

PFR-07.01.1. 

Orqanizmin cərrahi aqressiyaya verdiyi reaksiyaları bilməlidir; 

PFR-07.01.2. 

İntensiv terapiya şöbəsindəki profilaktik tədbirləri bilməlidir; 

PFR-07.01.3. 

İntensiv terapiyada çox istifadə olunan dərmanların farmakologiyasını bilməlidir; 

PFR-07.01.4. 

İntensiv terapiya alan xəstələrdə qidalandırmaya göstərişləri və üsullarını bilməlidir; 

PFR-07.01.5. 

Mexaniki ventilyasiyanın göstərişlərini və ağırlaşmalarını bilməlidir; 

PFR-07.01.6. 

Mexaniki ventilyasiya vaxtı tənəffüsün fiziologiysını bilməlidir; 

PFR-07.01.7. 

İntensiv terapiya bölümündə infeksiyaları və bunların aparılmasını bilməlidir; 

PFR-07.01.8. 

İntensiv terapiyda monitorizasiyanı bilməlidir; 

PFR-07.01.9. 

Yaşlı intensiv terapiya xəstələrində problemləri və bunların həllli yollarını bilməlidir; 

PFR-07.01.10. 

İntensiv terapiya xəstələrində nevroloji problemləri və onların həlli yollarını bilməlidir; 

PFR-07.01.11. 

Sepsis və onun rasional antibiotikoterapiyasını bilməlidir; 

PFR-07.01.12. 

Antibiotik resistent və nosokomial infeksiya aşkara çıxartmağı bilməlidir; 

PFR-07.01.13. 

Xəstələrə qayğının təşkilini bilməlidir; 

Ümumi bacarıqlar 

PFR-07.01.14. 

İntensiv terapiya şöbəsində daxili və xarici koordinasiyanı bacarmalıdır; 

PFR-07.01.15. 

İntensiv terapiya şöbəsinə yatışa və çıxışa göstərişləri təyin etmək; 

PFR-07.01.16. 

Perikardiosentezi, plevral drenajı və təcili torakotomiyanı bacarmalıdır; 

PFR-07.01.17. 

İntesiv terapiya xəstələrinin konservativ və cərrahi aparılmasını bacarmalıdır; 

PFR-07.01.18. 

İntensiv terapiya xəstələri üçün tədbirlərin müasirliyini təmin etmək; 

PFR-07.01.19. 

İntensiv terapiya xəstələrində invaziv və qeyri-invaziv monitorizasiya üsullarını 

bacarmalıdır; 

PFR-07.01.20. 

İntensiv terapiya xəstələrinin yaxınları ilə etik ünsiyyətləri qurmağı bacarmalıdır; 

PFR-07.01.21. 

Sepsisin intensiv terapiyanı və rasional antibiotikoterapiyanı aparmağı bacarmalıdır; 

PFR-07.01.22. 

Antibiotik resistent və nosokomial infeksiyaların rasional antibiotikoterapiyasını  

bacarmalıdır; 

PFR-07.02. 



ŞOK VƏ ÜRƏK-AĞCİYƏR REANİMASİYASİ 

Ümumi biliklər 

060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-07.02.1.  Şokun patofizyologiyasını, etiyologiyasını və təsnifatını bilməlidir; 

PFR-07.02.2.  Kritik vəziyyətlərin mexanizmlərini, həyatqurtarma tədbirlərinin prinsiplərini, ardıcıllığını 

və hədəf göstəricilərini bilməlidir; 

PFR-07.02.3.  Şokda istifadə olunan dərmanların farmakologiyasını bilməlidir; 

PFR-07.02.4.  Mexaniki ventilyasiyanın tənəffüs və ürək-damar sisteminə təsirini bilməlidir; 

PFR-07.02.5.  Şokdakı xəstələrin monitorizasiyasında istifadə edilən üsulları bilməlidir; 



Ümumi bacarıqlar 

PFR-07.02.6.  Şokda xəstələrdə həyatqurtarma tədbirlərini ardıcıllıqla yernə yetirməyi bacarmalıdır; 

PFR-07.02.7.  Pulmonar arteriyaya kateter qoymağı və nəticələri qiymətləndirməyi bacarmalıdır; 

PFR-07.02.8.  Şokda monitorizasiya etməyi bacarmalıdır; 

PFR-07.03. 

EMBOLİYA VƏ KOAGULOPATİYALAR 

Ümumi biliklər 

PFR-07.03.1.  Koagulopatiyaların səbələrini və mexanizmlərini bilməlidir; 

PFR-07.03.2.  Disseminə intravaskulyar koagulasiyanin səbəblərini və mexanizmlərini bilməlidir; 

PFR-07.03.3.  Ağciyər arteriyanin emboliyanı klinik şəkili bilməlidir; 

PFR-07.03.4.  İri arteriyanin və venaların emboliyanı klinik şəkili bilməlidir; 

Ümumi bacarıqlar 

PFR-07.03.5.  Koagulopatiya baş verəndə yardım göstərməyi bacarmalıdır; 

PFR-07.03.6.  Dissemine intravaskulyar koagulasiya baş verəndə yardım göstərməyi bacarmalıdır; 

PFR-07.03.7.  Ağciyər arteriyasınin emboliyası baş verəndə yardım göstərməyi bacarmalıdır; 

PFR-07.03.8.  İri arteriyanın və venaların dərin emboliyası  baş verəndə yardım göstərməyi bacarmalıdır; 

PFR-07.03.9.  Trombolitik terapiyanın aparılmasını bacarmalıdır; 

PFR-07.04. 

KƏSKİN ORGAN ÇATMAMAZLIĞI 

Ümumi biliklər 

PFR-07.04.1.  Kəskin serebral catmamazlığın patofizyologiyasını və müxtəlif etiyologiyalı komaları 

bilməlidir; 

PFR-07.04.2.  Kəskin ürək çatmamazlığının patofizyologiyasını bilməlidir; 

PFR-07.04.3.  Kəskin ağciyər çatmamazlığının patofizyologiyasını bilməlidir; 

PFR-07.04.4.  Kəskin qaraciyər çatmamazlığının  patofizyologiyasını bilməlidir; 

PFR-07.04.5.  Kəskin böyrək çatmamazlığının patofizyologiyasını bilməlidir; 

PFR-07.04.6.  İmmusupressiya əlamətləri bilməlidir; 



Ümumi bacarıqlar 

PFR-07.04.7.  Kəskin serebral çatmamazlıq baş verəndə yardım göstərməyi bacarmalıdır; 

PFR-07.04.8.  Kəskin ürək çatmamazlığı  baş verəndə yardım göstərməyi bacarmalıdır; 

PFR-07.04.9.  Kəskin ağciyər çatmamazlığı baş verəndə yardım göstərməyi bacarmalıdır; 

PFR-07.04.10. 

Kəskin qaraciyər çatmamazlığı baş verəndə yardım göstərməyi bacarmalıdır; 



060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-07.04.11. 

Kəskin böyrək çatmamazlığı baş verəndə yardım göstərməsi bacarmalıdır; 

PFR-07.04.12. 

İmmusupressiya fonunda yardım göstərməyi bacarmalıdır; 



PFR-08. 

GÖZ XƏSTƏLİKLƏRİ  

Peşə bilikləri 

PFR-08.01. 

Göz-QBB cərrahi anatomik əlaqələrini və bununla bağlı burunun klinik anatomiyasını, göz 

yaşı sisteminin anatomiyasını;  

PFR-08.02. 

Oftalmologiyada nistaqm, göz quruluğunun səbəblərini, okuloplastik cərrahiyyəni, üz 

sinirinin iflicində və sellulitdə gözə qulluğu, görmənin, gözün hərəkətini dəyərləndirməyi 

və görmə sahəsinin yoxlanmasını;  



Peşə bacarıqlar 

PFR-08.03. 

QBB mənşəli orbital ağırlaşmaları, onların differensial diaqnostikasını və müalicəsini; 

PFR-09. 

NEYROCƏRRAHİYYƏ  

Peşə bilikləri 

PFR-09.01. 

Beyinin gicgah, alın payları, beyinciyin, beyin əsasının, sərt beyin qişası, beyin sinuslarının 

və beyin damarlarının burun, burunətrafı ciblərə və qulağa olan anatomo-topoqrafik 

münasibətlərini;  

PFR-09.02. 

Burun boşluğu, burunətrafı ciblər, göz yuvası və ön kəllə çuxuru bölgəsinin topoqrafik 

anatomiyasını, orbital və kəllədaxili ağırlaşmalar zamanı bunların klinik və cərrahi 

əmiyyətini;  

Peşə bacarıqları 

PFR-09.03. 

Üz sinirinin iflicləri və üçlü sinirin nevritinin klinikasını və cərrahi müalicəsini;  

PFR-09.04. 

VIII cüt sinirin nevrinomasının cərrahiyyəsini;  

PFR-09.05. 

Hipofizin şişlərinin endoskopik;  

PFR-09.06. 

Rinolikvoreyanın cərrahi, o cümlədən endoskopik cərrahiyyəsini;  

PFR-09.07. 

Beyin-onurğa beyini kanalının punksiyasını, likvorun müayinəsini və onun 

dəyərləndirilməsini;  

PFR-09.08. 

Neyrocərrahiyyədə reanimasiya tədbirlərini; 

PFR-09.09. 

Orbital və kəllədaxili ağırlaşmalar zamanı neyrocərrahi müdaxilə üsullarını;  



PFR-10. 

ÜZ-ÇƏNƏ VƏ PLASTİK CƏRRAHİYYƏSİ  

Peşə bilikləri 

PFR-10.01. 

Üz nahiyyəsi, əng sümüyü və aşağı çənənin, çənəaltı nahiyə, ağız boşluğu, dişlərin və ətraf 

törəmələrin anatomo-fizioloji xüsusiyyətlərini, vaskulyarizasiyasını və innervasiyasını; 

PFR-10.02. 

Tiroid və paratiroid vəzilərin, tüpürcək vəzilərinin anatomo-fizioloji xüsusiyyətlərini; 

PFR-10.03. 

Kəllə əsası, kəllə sümükləri, damarları, dəri, yumşaq və limfoid toxumaları, qonşu sahələr 

də daxil olmaqla baş-boyun bölgəsinin quruluşunu; 

PFR-10.04. 

Dodaq, ağız boşluğunun inkişaf anomaliyalarını, ağız boşluğunun selikli qişasının 

xəstəliklərini;  



060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-10.05. 

Tük vəzilərinin anatomo-fizioloji xüsusiyyətlərini, neoplastik olmayan xəstəliklərini və 

şişlərini, bu xəstəliklər zamanı tətbiq olunan cərrahi əməliyyatları; 

PFR-10.06. 

Baş-boyun dərisinin maliqnizasiyalarının (bazal və yastı hüceyrəli karsinomalar, 

maliqnizasiya melanomaları) diaqnostikası, müalicə prinsiplərini; 

PFR-10.07. 

Maksillomandibulyar cərrahiyyə və rekonstruksiya, yarıq dodaq və damaq (dovşan dodaq 

və qurdağızlıq) olan xəstələrə yanaşma və cərrahiyyə texnikasını;  

PFR-10.08. 

Gicgah-çənə oynağının xəstəliklərini, endoskopiyası və müalicəsini (konservativ və 

cərrahi);  



Peşə bacarıqları 

PFR-10.09. 

Üz nahiyəsində mikrocərrahiyyə və vaskulyar anastomozların texnikasını, yara sağalması, 

Qreft (qidalandırıcı ayaqcığı olmayan loskut) və Flep cərrahiyyəsini (qidalandırıcı ayaqcığı 

olan loskut); 

PFR-10.10. 

Fascial iflicdə, maksillofascial travmalar zamanı təcili yardımı; 

PFR-10.11. 

Fascial estetik cərrahiyyə, rinoplastika, otoplastikanı;  


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin