Xəstə çox maye qəbulundan, sidik ifrazının çoxluğundan, ağzında quruluqdan, görmə zəifliyindən, sağ qabırğaaltı, bel, epiqastral nahiyyələrindəki ağrılardan, sağ aşağı ətraf budun aşağı 1/3 hissəsindən olan amputasiyadan sonrakı vəziyyətdən, baş və bütün bədənində olan gizilti, göynəmə, iynə batma hissindən, baş ağrısı, yuxu pozğunluğundan, ayağında keyləşmədən şikayət edir.
20.02.2014-cü il tarixdən Naxçıvan Respublika Endokrinoloji Dispanserində "Şəkərli diabet II tip" - diaqnozu ilə qeydiyyatdadır. Sağ budun aşağı 1/3 hissəsində amputasiya olunub. Hal-hazırda 45 TV Mixtard-30, 10 TV Actrapid-100 qəbul edir.
Vərəm, endokrinoloji xəstəliklərini irsində inkar edir. Zərərli adətləri yoxdur. Ailəlidir. Uşaqları var.
Huşu aydın, vəziyyəti passivdir. Dili-dodağı qurudur. Dərialtı piy qatı normaldır. Bədəni ağrılıdır. Periferik limfa düyünləri əllənmir. Obyektiv müayinədə - ürək tonları karlaşmışdır, A/T - 130/85 mm c.süt, nəbzin dəqiqəlik sayı 90 vurğudur. Tənəffüsü vezikulyardır. Qara ciyər ağrısızdır. Mədəaltı vəz, öd kisəsi nisbi ağrılıdır. Diurez tezləşmiş. Stul qəbizliyə meyllidir. Sinirləri oyanıq, yuxusu pisdir.
Hemoqram: WBC - 6,99x10*3/uL, RBC - 4,87x10*6/uL, HGB - 13,7 g/dL, HCT - 37,6%, MCV - 77,2 fl, MCH - 28,1 pg, MCHC - 36,4 g/dL, PLT - 257x10*3/uL, PDW-SD - 37,2 fl, RDW-CV - 13,6%, PDW - 10,9 fl, MPV - 9,1 fL, P-LCR - 19,3%, PCT - 0,24%, NEUT% - 46,3%, LYMPH% - 42,6%, EO% - 1,6%, BASO% - 0,6%. Biokimyəvi analizlər: qlükoza serumda - 254,9 mg/dL, ALT - 8,8 U/L, AsT - 13,7 U/L, kreatinin serumda - 0,98 mg/dL, URİC ACİD - 6,9 mg/dL, UREA - 24,4 mg/dL, qalıq azot serumda - 11,4 mg/dL, Na qanda - 10,20 mg/dL, Na qanda - 144 mmol/L, K qanda - 3,43 mmol/L, Xlor qanda - 105,4 mmol/L, Mg qanda - 1,49 mg/dL. Sidiyin ümumi analizi: x/ç - 1020, pH - 5,0, zülal - 0,3 g/L, leykosit - 1-2 g/s, eritrosit dəyişilməmiş - 1-2 g/s, epiteli keçid - 0-1, duzlar - urat+. EKQ: normal sinus ritmi. USM: qara ciyər: ölçüləri - sağ - 15,3 sm, sol - 9,5 sm, parenximanın exogenliyi artıb, piy hepatozu əlaməti - I-II dərəcə. Öd kisəsi normal, xoledox - 4,5 mm, sərbəst. Mədəaltı vəz: ölçüləri - 30x18x28 mm, exogenliyi artıb, exostrukturu həmcins. Böyrəklər - N. EMQ: ağır forma mikst tip polineyropatiya. Oftalmoloq: V-OD = 0,04 - korreksiya olunmur; V-OS = 0,03 - korreskiya olunmur. Diaqnoz: OU - proliferativ diabetik retinopatiya. Nevroloq müayinəsi: Diabetik polineyropatiya - ağır forma. Uroloqun müayinəsi: Şəkərli diabetə bağlı nefropatiya və proteinuriyası.
E11 - Şəkərli diabet II tip, ağır forma, insulindən asılı, E10.7 - çoxsaylı ağırlaşmalarla; E10.5 (I79.2) - Diabetik angiopatiya, E10.3 (H36.0) – Diabetik retinopatiya; E10.4 (G63.2) – Diabetik neyropatiya; E10.2 (N08.3) – Diabetik nefropatiya başlanğıc mərhələ; Z98.9 - Sağ aşağl ətraf budun aşağı 1/3 hissəsinin amputasiyasından sonrakı güdül. K76 – Hepatoz I-II dərəcə. K86.1 – Xroniki pankreatit.
İnsulin Mixtard-100 - 25+20 TV; Actrapid-100 - 10 TV; Sol.NaCL 0,9% -200,0 + Cocarboxylasae 50 mq + Vit.B6 - 1,0 + Dimedrol 1,0 - vena daxilinə; Qabapentin-300 - 1 tab.x 2 dəfə; Amytriptillin 0,025 - 1/2 tab.x2 dəfə; Essensial 5,0 - vena daxilinə; Actovegini 5,0 - v/d; Reopoliqlukin 200,0 - v/d - damcı ilə; Trental 5,0 - vena daxilinə; Vit.B6 - 1,0 - əzələ daxilinə; Sol.Vit.B1 - 1,0 - ə/d; Evit-400 - 1 tab.x1dəfə.
Xəstə daim endokrinoloqun nəzarətində olmalıdır.
Dostları ilə paylaş: |