Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı



Yüklə 5,6 Kb.
Pdf görüntüsü
tarix21.04.2017
ölçüsü5,6 Kb.
#14991

“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı 

istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi 

haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 

dekabr tarixli 527 nömrəli Fərmanında dəyişikliklər edilməsi 

barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara 

alıram: 

“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, 

idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 

1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanında (Azərbaycan Respublikasının 

Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2003, № 10, 

maddə 585; 2009, № 2, maddə 72, № 3, maddə 163; 2010, № 5, maddə 394; 2014, № 5, 

maddə 477; 2016, № 8, maddə 1384; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 

sentyabr tarixli 1033 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: 

1. 1-ci hissənin ikinci bəndinin birinci və ikinci yarımbəndləri ləğv edilsin

2. 1-ci hissənin ikinci bəndinin üçüncü yarımbəndindən və 3-cü hissənin birinci bəndindən 

“pərakəndə” sözü çıxarılsın; 

3. 2-ci hissənin ikinci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 

təsdiq olunmuş qaydalara uyğun olaraq” sözləri çıxarılsın; 

4. 3-cü hissənin ikinci bəndi və 5-ci hissə ləğv edilsin. 

  

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 7 noyabr 2016-cı il. 



 

Yüklə 5,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin