“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı
istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20
dekabr tarixli 527 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara
alıram:
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının,
idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2003, № 10,
maddə 585; 2009, № 2, maddə 72, № 3, maddə 163; 2010, № 5, maddə 394; 2014, № 5,
maddə 477; 2016, № 8, maddə 1384; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7
sentyabr tarixli 1033 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissənin ikinci bəndinin birinci və ikinci yarımbəndləri ləğv edilsin;
2. 1-ci hissənin ikinci bəndinin üçüncü yarımbəndindən və 3-cü hissənin birinci bəndindən
“pərakəndə” sözü çıxarılsın;
3. 2-ci hissənin ikinci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq olunmuş qaydalara uyğun olaraq” sözləri çıxarılsın;
4. 3-cü hissənin ikinci bəndi və 5-ci hissə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.