Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   13   14   15   16   17   18   19   20   ...   56
 

QIRĞINDAN KEÇƏN UŞAQ 

 

Usubov Xəyyam Şahin oğlu, 9 yaşında: —Biz saat 11-də babamgilin qarajına girdik. Bakıdan gəlmiş 

Milli Ordu komandiri babamgildə yaralı yatırdı. O, üç gün əvvəl qaz kontoru yaxınlığındakı vuruşmada 

yaralanmışdı. Saat ikinin yarısına qədər qarajda qaldıq. Atışma kəsmədiyini görüb, kənddən çıxdıq. Kəndi 

yandırdılar. Anam soyunub, bizi çaydan keçirtdi. Çayı keçəndən sonra babamgili itirdik. Yolun yarısına kimi 

Milli Ordunun əsgərləri ilə  gəldik. Naxçıvanik yolunu keçəndə Kərim babanın nəvəsi Füzuli bizə çox kömək 

etdi. Burda Əsgərana tərəf bir «UAZ» keçdi. Füzuli qumbaranı atıb onu partlatdı. Sonra atışma düşdü. Saday 

dayı, Teymur dayı yaralandı. Çiçək isə  təpənin üstündə öldü. Anam Zərifə ayağından yaralandı. Biz uzanıb 

sürünürdük. hər tərəf meyidlə dolu idi. Mən qorxudan onlara baxa bilmirdim. Çox əzabla gəlib Şelliyə çatdıq. 

Ancaq hələ də üç əmimdən — Zakirdən, Əliyardan, Elşaddan xəbər yoxdur... 

 

 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin