OVÇU MÜRŞÜD
Onun 58 yaşı olmasına, saç-saqqalının ağarmasına baxmayaraq, bədəncə çox sağlam idi. Bütün gecəni
yorulmaz, həmişə posta çıxar, başqalarının çıxmasını da təşkil edərdi. Uzun illər ovçuluqla məşğul olmuşdu.
Əlindəki beşatılana baxıb deyərdi ki, yüz erməni də gəlsə, qoymaram gözlərini açalar.
Naxçıvanik ərazisində beşatılanı ilə o da camaatın keçməsinə şərait yaradırdı. Nizami Teymur oğlu ilə
birlikdə dayanmışdılar. Nizamidə avtomat vardı. Mürşüd Nizamiyə bildirdi ki, təntimə, tələsmə, özü isə tez-tez
eynəyini silib gözünə taxırdı. Gələn erməniləri bir-bir aşırırdı. Ölən ermənilərin yanından başqa ermənilər gülə-
gülə keçib irəliləyirdilər. Mürşüd kişi eynəyini taxıb, növbəti gələnləri də cəhənnəmə vasil edirdi. O, burda
doqquz erməni gəbərtmişdi. Bu, camaatın təhlükəsizliyini qismən təmin etmişdi. Sonra isə Mürşüd kişiyə də
erməni gülləsi qismət oldu. Hardansa gələn güllə onun sinəsindən keçdi. Amma qocaman ovçu özünün və hətta
bir neçəsinin qisasını aldıqdan sonra dünyasını dəyişdi.
Dostları ilə paylaş: |