553) Sadalananlardan hansı Ketotifenin (Zaditen) təsir mexanizminə aid deyil?
A) Tosqun hüceyrələr və bazofillər tərəfindən mediator sekresiyasını azaldır
B) Leykotriyenlərin təsirini ləngidir
C) Histaminin H1 – reseptorlarını stimullaşdırır
D) Eozinofil və trombositlərin aktivliyini ləngidir
E) Histaminin H1 – reseptorlarını blokada edir
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
554) Qlukokortikoid səbəbindən əmələ gələn osteoporoz haqqında hansı ifadə düzgün deyil?
A) Osteoporoz qlukokortikoidlərin yan təsirindən biridir
B) Aşağı dozalarda qlukokortikoid qəbulu sümüyün mineral sıxlığını azaltmır
C) Alternəedici rejimdə (bir gündən bir) qlukokortikoid qəbulu osteoporoz yarada bilər
D) Qlukokortikoid səbəbindən olan sümüyün itirilməsi dozadan asılıdır və daha yüksək dozalar qəbul edən xəstələrdə risk önəmli dərəcədə yüksəlir
E) Qlukokortikoid müalicəsində olan bütün şəxslərdə, əsas prinsip siqaretdən və aşırı alkoqol qəbulundan uzaq durma, və çəkini azaldan idman etməkdir.
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний: Рук. для практикующих врачей /Р.М.Хаитов и др. – М.:Литтерра, 2007
Dostları ilə paylaş: |