229) Fiksasiya olunmuş eritema nə ilə səciyyələnir?
A) Prosesin sönmə mərhələsində piqmentasiyanın olmaması ilə
B) Səpgilərin müxtəlif nahiyələrdə lokalizasiyası ilə
C) Subyektiv təəssuratlarla müşayət olunması ilə
D) Səpgilərin eyni nahiyələrdə lokalizasiya olunması ilə
E) Səpgilərin müəyyən lokalizasiyasının olmaması ilə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
230) 42-yaşlı qadının əllərində, üzündə və dabanlarında çəhrayı-qırmızı makulalar (ləkələr) əmələ gəlib. Qadın bir çox kişilərlə cinsi əlaqədə olub. Antibiotiklərlə müalicədən sonra, qadında hipotenziya, temperaturun yüksəlməsi, və səpgilərin pisləşməsi baş vermiş. Qadının vəziyyəti nə ilə əlaqəlidir?
A) Sepsis sindromu
B) Kvinke ödemi
C) Dərman allergiyası
D) Stivens-Jonson sindromu
E) Yariş-Herxgeymer reaksiyası (Jarisch-Herxheimer reaction)
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
Dostları ilə paylaş: |