231) Dərman allergiyasının ilk əlamətlərində hansı tədbirlər aparılmalıdır?
A) Ən çox allergiya etimalı olan preparatı ləğv etmək
B) Təyin olunan bütün preparatları kəsmək
C) Preparatın dozasını azaldmaqla müalicəni davam etmək
D) Antihistamin preparatları təyin etmək
E) Müalicəni davam etmək
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
232) Dərman allergiyası zamanı tənəffüs sisteminin hansı zədələnməsi təsadüf edilmir?
A) Birincili ağ ciyər emfizeması
B) Alveolar və interstisial infiltrat
C) Bronxial astma
D) Allergik rinit
E) Pnevmoniyalar
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
233) Zərdabın ilk yeridilməsi zamanı serum xəstəliyin yaranması hansı müddətdə təsadüf edilir?
A) Zərdabın yeridilməsindən 6 saat sonra
B) Zərdаbın yeridilməsindən 8-10 gün sonra
C) Dərhal
D) Zərdabın yeridilməsindən 3-5 gün sonra
E) Zərdabın yeridilməsindən 15-20 dəqiqə sonra
Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
Dostları ilə paylaş: |