332) Ekzogen allergik alveolitin bütün formaları üçün hansılar xarakterikdir?
A) Quru öskürək
B) Öskürək, təngnəfəslik, yorğunluq
C) Ürəkbulanma
D) Qanhayxırma
E) Qusma
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
333) Ekzogen allergik alveolitin bütün formalarında ağ ciyərlər üzərində nə eşidilir?
A) Quru xırıltılar
B) Tənəffüsün zəifləməsi
C) Yaş xırıltılar
D) Fitli xırıltılar
E) Plevranın sürtünmə səsi
Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 230
334) Kəskin ekzogen allergik alveoliti nə ilə differensasiya etmək lazımdır?
A) Plevritlə
B) Ağciyər absesi ilə
C) Pnevmoniyalarla
D) Ağciyərlərin exinokokkozu ilə
E) Ürək xəstəlikləri ilə
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
335) Allergik rinitin erkən mərhələsinin əlamətləri hansı hüceyrələrin mediatorları ilə əlaqədardır?
A) Monositlərin
B) Tosqun hüceyrələrin
C) Eozinofillərin
D) Neytrofillərin
E) Bazofillərin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
336) Allergik rinitin əlamətləri bu hüceyrələrin iştirakı ilə əlaqədardır, birindən başqa?
A) Alveolositlərin
B) Neytrofillərin
C) Bazofillərin
D) Eozinofillərin
E) Tosqun hüceyrələrin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
Dostları ilə paylaş: |