395) İnqalyasion qlükokortikoidlərə hansı preparat aid deyildir?
A) Flunizolid
B) Budesonid
C) Fliksomid
D) Fenoterol
E) Bekotid
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
396) Bronxial astmanın qlükokortikoidlərlə sistem müaliсəsinin ağırlaşmalarına nə aid deyildir?
A) Arterial hipertenziya
B) Hiperqlikemiya
C) Piylənmə
D) Çəkinin itirilməsi
E) Böyrəküstü vəzin funksiyasının zəifləməsi
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
397) Bronxial astma üzərində nəzarətin səviyyələrinə (GİNA 2006) hansi aid deyil?
A) Nəzarət olunan astma
B) Tam nəzarət olunan astma
C) Sadalananların heç biri
D) Nəzarət olunmayan astma
E) Hissəvi nəzarət olunan astma
Ədəbiyyat: GİNA 2006
398) Sadalananlardan hansı bronxial astmanın immun terapiyasına əks göstəriş deyil?
A) Psixiki xəstəliklər
B) Məişət allergiyası ilə müşayiət olan astma
C) Hamiləlik
D) Onkoloji xəstəliklər
E) Tənəffüs və ürək çatmamazlığı
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
399) Bronxial astmanın bazis terapiyasında hansı qrup preparatlar istifadə olunur?
A) Metilksantinlər, m-xolinoblokatorlar, β-adrenoblokatorlar
B) β-adrenoblokatorlar, metilksantinlər
C) β-adrenoblokatorlar, tosqun hüceyrələrin membranının stabilizatorları
D) Ürək qlikozidləri, m-xolinoblokatorlar
E) Qlükokortikoidlər, tosqun hüceyrələrin membranının stabilizatorları
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
Dostları ilə paylaş: |