376) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?
A) Vitaminlər
B) Nitratlar
C) Qlükokortikosteroidlər
D) Antibiotiklər
E) Antihistamin preparatlar
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
377) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?
A) Böyrək xəstəlikləri
B) Şiş xəstəlikləri
C) Ürək xəstəlikləri
D) Qaraciyər xəstəlikləri
E) Mədəaltı vəzin xəstəlikləri
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
378) Sadə eozinofil pnevmoniyanın (Leffler sindromu) patogenezində ən çox aşağıdakılardan hansı iştirak edir?
A) İgM
B) İgG+İgM
C) İgE
D) İgG
E) İgA
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590
379) Allergik bronx-ağciyər asperqillozu hansı bronxial astma fonunda iştirak edir?
A) İnfeksiyadan asılı astma
B) Fiziki gərginlik astması
C) Sadalananların heç birində.
D) Atopik astma
E) Aspirin astması
Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 595
380) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Spirometriya
B) Pikfloumetriya
C) Qanda ümumi İgE-nin təyini
D) Döş qəfəsinin kompyuter tomoqrafiyası
E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
381) Sadə ağciyər eozinofiliyası zamanı qanın kliniki analizində hansı əlamətlərin olması səciyyəvidir?
A) Trombositopeniya
B) Leykopeniya
C) Eozinofiliya
D) EÇS kəskin yüksəlməsi
E) Limfositoz
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
382) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?
A) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət
B) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət
C) Pikfloumetriya
D) Gündəliyin yazılması
E) Spirometriya
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
383) Sadə eozinofil pnevmoniyanın (Leffler sindromu) müalicəsində hansı dərman preparatları istifadə olunur?
A) Sidikqovucular
B) Qeyri-steroid iltihab əleyhinə dərmanlar
C) Sulfanilamidlər
D) Antibiotiklər
E) Qlükokortikoidlər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590
Dostları ilə paylaş: |