E □ k doğum Tarihi : Tarih : Fİberoptik bronxoskopiya üÇÜn məlumatlandirilmiş raziliq formasi bronxoskopiya nəDİR?



Yüklə 37.8 Kb.
tarix09.12.2016
ölçüsü37.8 Kb.

logo



Protokol No :

Adı Soyadı :

Cinsiyeti : □ EK

Doğum Tarihi :

Tarih :


FİBEROPTİK BRONXOSKOPİYA ÜÇÜN MƏLUMATLANDIRILMIŞ RAZILIQ FORMASI
BRONXOSKOPİYA NƏDİR?

Bronxoskopiya; nəfəs yollarının (traxeya və bronxial ağacın) bronxoskop deyilən xüsusi bir cihazın köməyilə birbaşa müşahidə edilməsi və araşdırılmasıdır.



BRONXOSKOPİYA NƏYƏ GÖRƏ TƏTBİQ EDİLİR?

Bronxoskopiya tətbiqinin asanlığı, xəstənin lokal anesteziya ilə mükəmməl hazırlanması, əsas nəfəs yolu və şaxələrinin daha geniş sahəsinin qiymətləndirmə və seçmə fürsəti verməsilə yanaşı, hava yollarının içinə (bronx içi) istiqamətli müalicə əməliyyatlarına də uyğun olması səbəbiylə seçilməkdədir.



DİAQNOSTİK BRONXOSKOPİYA

Ağciyər şişlərinin diaqnoz, mərhələləmə, müalicə və əməliyyatdan sonra izlənilməsində, nəfəs borusundan olan qanaxmaların səbəbini təyin etmək üçün, uzun, davamlı, səbəbi bilinməyən öskürək, tam keçməyən və təkrarlayan sətəlcəm, ağciyər apsesi, normal olmayan ağciyər grafiyası, ağciyər düyünləri, kəskin nəfəs borusu yaralanmaları, aspirasyon pnemaniya, səs teli iflici, keçməyən səs batması, səbəbi aydın olmayan ağciyərdə maye toplanmalarında, diafragma əzələsi ifliclərində, müalicəyə cavabsız nəfəs çatmamazlıqlarında, traxeobronxial fistül və daralmada, nəfəs borusunun görüntülənməsi üçün xüsusi maddələrlə grafiyasında, immuniteti zəifləmiş və ya tənəffüs cihazına bağlı olan xəstələrdə ağciyər infeksiyalarının diaqnostikasında, bəzi nadir görülən (interstisyel ağciyər xəstəlikləri)xəstəliklərin diaqnostkasında istifadə edilir.



MÜALİCƏ MƏQSƏDLİ BRONXOSKOPİYA

Yad cisim çıxarma, bronx içi təmizlik, çətin vəziyyətlərdə nəfəs yolunun açılması(intubasiya), kanaxmaların dayandırılması, stend qoyulması, lazer, kriyoterapiya, radioterapiya, kimya terapiya və fotodinamik müalicə tətbiqində, atelektazların açılmasında, abses drenəsində və bronxoalveolyar lavaj müalicəsi tələb edən vəziyyətlərdə tətbiq olunur.



AĞIRLAŞMALARI (ARZUOLUNMAZ TƏSİRLƏRİ)

Bronkoskopiya və bronkoskopik tətbiqlər olduqca etibarlı müayinələr olub aşağı hayat təhlükəsi və ölüm riski vardır. Bu prosedur laborator, rentgen və həyati bərpa etmək üçün lazım olan vasitələrin kifayət qədər olduğu klinika və xəstəxana şərtlərində aparılmalıdır. Bronxoskopik

biyopsiyadan sonra pnevmotoraks meydana gəlmə riski 1%-dən azdır. Süni tənəffüs cihazına bağlı olan xəstələrdə bronxoskopik biyopsiyadan sonra pnevmotoraks inkişaf riski ən çox 14%-dir. Bronxoskopik biyopsiyadan sonra ciddi qanaxma riski 5%-dən azdır və ümumiyyətlə bronxoskopik üsullarla nəzarət altına alına bilər.

Bronkoskopiya ilə əlaqəli infeksiya yoluxması və ya yayılması çok nadir hadisədir. Bunun qarşısını almaq üçün lazım olan dezenfeksiya və sterilizasiya üsullarının tətbiqi məcburidir. Xəstələrin təxminən 1/3-də bronkoskopiyadan sonra əməliyyatla əlaqəli temperatur qalxa bilər və temperatursalıcılarla asan kontrola alına bilir. Tətbiq olunan sedatif və lokal anesteziklərə allergiyası olanlarda allerjik reaksiyalar gözlənə bilər. Əməliyyat əsnasında və sonrasındakı 4 saat içində oksigen səviyyəsinin 20%-ə çatan düşmələri ola bilər və oksigen müalicəsi ilə dəstəklənir. Nadir hallarda arritmiyalar, miokard infaktı və çox nadir olaraq bronx cırılması görülə bilər.



XƏSTƏNİN BRONXOSKOPİYAYA HAZIRLANMASI

Ən azı 6 saat əvvəldən aç olmalıdır. Bir müşayiət edənlə gəlinməlidir. Əməliyyat otağında təzyiq və nəbz qiymətləndirilir. İşə başlamazdan təxminən 30 dəqiqə əvvəl yuxarı tənəffüs yollarındakı ifrazatı azaltmaq məqsədiylə qalçadan inyeksiya ilə dərman inyeksiya edilir.

Boğaz, qırtlaq və traxeobronxial sistemin lokal anesteziyasını təmin etmək üçün 15 dəqiqə tərkibində lokal anestezik maddəolan buxar verilir. Damara vazofiks taxılır, buradan sedatif təsiri təmin etmək məqsədi ilə dərman vurulur. Xəstə monitora qoşularaq: təzyiq, nəbz və oksigen səviyyəsi izlenilir.

Proses təxminən 20 dəqiqə davam edir.



ƏMƏLIYYATDAN SONRA 4 SAAT ƏRZİNDƏ DİQQƏT YETİRİLMESİ GƏRƏK OLANLAR

Boğaz lokal anesteziya edildiyi üçün, yeməklərin nəfəs borusuna düşməsinə maneə olmaq məqsədiylə 2 saat bir şey yeyilib içilməməlidir. Sakitləşdirici dərman verildiyindən maşın sürməməlidir. İstirahət edilir. Diqqət tələb edən işlər (əhəmiyyətli qərarlar vermək, təhlükəli alət və maşınlarda işləmək və s ....) edilməməlidir. Əməliyyat günü spirtli içki içilməməlidir. Transbronxial biyopsiya edilmişsə və ya xəstədə diqqətə çarpan tənəffüs çatışmazlığı varsa ağciyər rentgeni çəkilə bilər və qan qazı kontrol edilə bilər.



RAZILIQ

Həkim tərəfindən mənə ediləcək ..................................................................... prosedurun nə olduğu, müddəti, ola biləcək nəticələri və ağırlaşmaları, riskləri, alternativ müalicə üsulları, müalicəni qəbul etmədiyim təqdirdə ortaya çıxacaq nəticələr detallı olaraq izzah edildi və bunları şurum başımda olaraq başa düşdüm. Mənə verilən 3 səhifəlik Fiberoptik Bronxoskopiya Üçün Məlumatlandırılmış Razılıq Forması’nı oxudum və başa düşdüm. İstədiyim zaman verdiyim razılığı geri götürmək haqqına sahib olduğum ifadə edildi.

Vəziyyətim, risklər, tətbiq olunacaq müalicə prosedurları və müalicə variantları haqqında narahatlıqlarım üçün həkimə suallar verdim və bütün düşüncələrimi özünə çatdırdım, aldığım cavablara görə razı qaldım. İzahat nəticəsində kafi olaraq məlumatlandırıldım. Əməliyyatın / cərrahı müdaxilənin / riskli prosedurların edilməsinə, müalicə əsnasında lazımdırsa əlavə müdaxilə və ya qan və qan komponentlərinin istifadə edilməsinə İCAZƏ VERİRƏM.

Öz xəttiniz ilə “Oxudum, başa düşdüm” yazınız:…………………………………………...

Xəstənin Adı Soyadı: …………………………………..…….. İmza:……………… Tarix:……./……../……… Saat:………

Xəstə Yaxını Adı Soyadı:………………………….....…... İmza:……..…….… Tarix:……./……../……… Saat:………

Yaxınlıq Dərəcəsi: ………………………………………….

Xəstədən Razılıq Alınamayıb, Xəstə Yaxınından Razılıq Alınmasının Səbəbi:

Xəstənin Şüuru qapalı □ Xəstə 18 yaşından kiçik

Xəstənin qərar vermək yetkisi yox □ Təcili □ Digər

HƏKİM

Xəstənin şikayəti, tədqiqləri, müayinə nəticələrinə görə nəticəsində qoymuş olduğum diaqnozu və səbəbini, təklif edilən müalicə məzmununu, məqsədini və müvəffəqiyyətli olma şansını, üstünlükləri və risklərini, müalicəyə və xəstəyə xüsusi riskləri *, varsa alternativ müalicə üsullarını, müalicə nəticələrini, müalicənin rədd edilməsi vəziyyətində ortaya çıxa biləcək riskləri, xəstəyə açıqladım və məlumatlandırma formasını xəstəyə verdim. Xəstə / xəstə yaxınları tərəfindən, tərəfimə soruşulan bütün sualları tam olaraq cavablandırdım.



* Müalicəyə və xəstəyə aid xüsusi risklər (varsa):

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………


Həkimin Adı Soyadı:……………………………………… İmza:…………………… Tarix:….../.……/…….… Saat:……

TƏRCÜMƏÇİ (Xəstənin Dil/ Ünsiyyət Problemi varsa)

Xəstəyə həkim tərəfindən edilən açıqlamaları tərcümə etdim. Fikirimə görə tərcümə etdiyim məlumatlar xəstə tərəfindən aydın olmuşdur.



Tərcüməçi Adı Soyadı:…………….……………. İmza:…………………… Tarix:….../.……/…….… Saat:..…..


Dok.No:HD.RB.004 Rev. No:1 (07.03.2016) Yayin Tarihi: 15.11.2015

/




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə