E □ k doğum Tarihi : Tarih : Əsas və ya böYÜk damardan biRİNƏ kateter qoyulmasi (MƏRKƏZİ venoz+DİALİZ) ÜÇÜn məlumatlandrilmiş raziliq formasi



Yüklə 37.96 Kb.
tarix25.01.2017
ölçüsü37.96 Kb.

logo



Protokol No :

Adı Soyadı :

Cinsiyeti : □ EK

Doğum Tarihi :

Tarih :



ƏSAS VƏ YA BÖYÜK DAMARDAN BİRİNƏ KATETER QOYULMASI (MƏRKƏZİ VENOZ+DİALİZ) ÜÇÜN MƏLUMATLANDRILMIŞ RAZILIQ FORMASI
MƏRKƏZİ VENOZ KATETERİZASİYA NƏDİR?

Qasıq, boyun, köprücük sümükləri altındaki böyük venarlara kateter deyilen nazik elastik bir borunun



yerleşdirilmə əməliyyatıdır.

BU ƏMƏLİYYAT NECƏ EDİLİR?

  • Kateter qoyulacaq nahiyyə mikrob təmizləyici maddələrlə təmizlənib ətrafı təmiz steril örtüklərlə örtülür. Nahiyyənin ətrafındakı dəri və dəri altı keyidilə bilər.

  • Əməliyyat boyunca ürək ritmi və digər həyati göstəricilər monitordan təqib edilir.

  • Xüsusi iynə ilə böyük venalara girilir, iynənin içindəki boşluqdan damarın içinə bir istiqamətləndiriçi tel yeridilir.

  • İstiqamətləndiriçi tel üzərindən dilator adı verilən plastik boru soxulub çıxardılaraq kateterin keçə biləcəyi bir genişlik təmin edilir.

  • İstiqamətləndiriçi tel üzərindən keçirilən kateter damarın içinə yerləşdirilir.

  • İstiqamətləndiriçi tel çıxarılır və kateter tikişlərlə dəriyə bərkidilərək istifadəyə hazır hala gəlir.

  • Kateter boyun və körpücükaltı venalara qoyularsa, əməliyyat sonrası ağciyər qrafiyası çəkilə bilər.

BU ƏMƏLİYYAT NİYƏ EDİLİR?

  • Dövrandakı qan həcmini və ürək funksiyalarını göstərən mərkəzi venoz təzyiqin ölçülməsi üçün;

  • Sıxlığı yüksək maye və ya dərmanların damardan verilə bilməsi üçün;

  • Hemodializ, plazmaferez kimi əməliyyatların edilə biləcəyi böyük damarlara giriş təmin edə bilmək üçün;

  • Müvəqqəti və ya daimi ürək stimulyatorunun yerləşdirilməsi üçün;

  • Kimya terapiya, həddindən artıq köklük, yanıq kimi səbəblərə görə yuxarı və aşağı ətraf damarlarına kateter taxıla bilməyən xəstələr üçün;

  • Uzun müddətli damardan müalicə lazım olan, tez-tez qan və qan komponentləri köçürülməsi lazım olan xəstələr üçün;

Sizin / xəstənizin vəziyyətinin bu maddələrdən hər hansı birinə uyğun gəlmədiyini düşünürsünüzsə, əməliyyatın xəstənizə nəyə görə etmək istəndiyini həkiminizə soruşa bilərsiniz.

BU ƏMƏLİYYATLA ƏLAQƏDAR YARANA BİLƏCƏK ARZUOLUNMAZ HALLAR NƏLƏRDİR?

  • Kateter giriş yerindən qanama ola bilər, üzerinə basılaraq durdurula bilər.

  • İstiqamətləndiriçi tel və ya kateter damar quruluşuna görə irəliləyə bilməyə bilər. Bu halda əməliyyatı bitirmək və ya başka bir nahiyyədən kateter taxmaq gərək ola bilər.

BU ƏMƏLİYYATIN RİSKLƏRİ NƏLƏRDİR?

  • Köprücükaltından və ya boyundan kateter taxılarkən, ağciğer deşilərək ağciyər qişaları arasında hava, qan, linfa mayesi toplana bilər. Bu vəziyyəti düzəltmək üçün döş qəfəsinə drenaj taxılması lazım ola bilər.

  • İynə vena əvəzinə arteryaya girə bilər. Bu vəziyyət arteriyanın tıxanmasına, daimi şikəstlik, ölümə yol aça bilər.

  • Kateter taxılarkən qan dövranına hava girərək iflicə və ölümə səbəb ola bilər.

  • Kateterin və ya istiqamətləndiriçi telin bir hissəsi əməliyyat zamanı və ya çıxarılarkən qoparaq qan dövranına düşə bilər ve ölümcül hala səbəb ola bilər.

  • Əsas damarlar əməliyyat zamanı cırıla bilər, nahiyyəyə qan toplanması (hematom) və qan itgisindən şok yarana bilər

  • Kateter taxılan yerdə dəri və altındakı toxumalarda infeksiya inkişaf edə bilər. İnfeksiya venalara, sümüyə, oynaqlara və bütün bədənə yayıla, bu vəziyyət ölümə yol aça bilər.

  • Kateter taxıldıqdan sonra kateter ətrafından, ya da qapağının tam bağlanmaması halında kateterinn içindən çox miqdarda qan xaricə sızıb, xəstəni şoka sala bilər.

Yuxarıda bəhs edilən bütün risklərə baxmayaraq, həkiminiz bu müdaxilənin sizin / xəstənizin fayda (nız/sın) a olacağını, buna görə müdaxilənin edilməsi lazım olduğunu hesab edir.

BU ƏMƏLİYYATIN ALTERNATİVLƏRİ VARMI?

Təcili hemodializə alınması lazım olan və fistulu olmayan böyrək çatmazlığı xəstələrində mərkəzi venoz kateter olmadan hemodializ mümkün deyildır.



BU ƏMƏLİYYAT EDİLMƏYƏCƏYİ HALDA NƏLƏR BAŞ VERƏ BİLƏR?

Yüksək sıxlıqlı və damarı təhriş edici dərman və qidalandırıcı mayelərin xəstəyə verilememesi xəstənin həyatını təhdid edə bilər. Xəstənin dövrandakı qan həcminə və ürək funksiyalarına nəzarət etmədən (bu vəziyyətə taxılan kateter vasitəsilə nəzarət edilə bilər), xəstənin ehtiyacı olan mayelərlə müalicəsi verilə bilməz. Lazım olan miqdarda maye dəstəyi verilməməsi ölümcül vəziyyətlərə yol aça bilər. Təcili damardan müalicə ehtiyacı olan xəstədə başqa damar tapılmazsa, həyatını xilas etmək üçün mərkəzi kateter taxmaq lazımdır.



RAZILIQ

Həkim tərəfindən mənə ediləcək ..................................................................... prosedurun nə olduğu, müddəti, ola biləcək nəticələri və ağırlaşmaları, riskləri, alternativ müalicə üsulları, müalicəni qəbul etmədiyim təqdirdə ortaya çıxacaq nəticələr detallı olaraq izzah edildi və bunları şurum başımda olaraq başa düşdüm. Mənə verilən 4 səhifəlik ƏSAS VƏ YA BÖYÜK Damardan Birinə Kateter Qoyulması (Mərkəzi Venoz+Dializ) Üçün Məlumatlandrılmış Razılıq Forması’nı oxudum və başa düşdüm. İstədiyim zaman verdiyim razılığı geri götürmək haqqına sahib olduğum ifadə edildi.

Vəziyyətim, risklər, tətbiq olunacaq müalicə prosedurları və müalicə variantları haqqında narahatlıqlarım üçün həkimə suallar verdim və bütün düşüncələrimi özünə çatdırdım, aldığım cavablara görə razı qaldım. İzahat nəticəsində kafi olaraq məlumatlandırıldım. Əməliyyatın / cərrahı müdaxilənin / riskli prosedurların edilməsinə, müalicə əsnasında lazımdırsa əlavə müdaxilə və ya qan və qan komponentlərinin istifadə edilməsinə İCAZƏ VERİRƏM.

Öz xəttiniz ilə “Oxudum, başa düşdüm” yazınız:…………………………………………...

Xəstənin Adı Soyadı: …………………………………..…….. İmza:……………… Tarix:……./……../……… Saat:………

Xəstə Yaxını Adı Soyadı:………………………….....…... İmza:……..…….… Tarix:……./……../……… Saat:………

Yaxınlıq Dərəcəsi: ………………………………………….

Xəstədən Razılıq Alınamayıb, Xəstə Yaxınından Razılıq Alınmasının Səbəbi:

Xəstənin Şüuru qapalı □ Xəstə 18 yaşından kiçik

Xəstənin qərar vermək yetkisi yox □ Təcili □ Digər

HƏKİM

Xəstənin şikayəti, tədqiqləri, müayinə nəticələrinə görə nəticəsində qoymuş olduğum diaqnozu və səbəbini, təklif edilən müalicə məzmununu, məqsədini və müvəffəqiyyətli olma şansını, üstünlükləri və risklərini, müalicəyə və xəstəyə xüsusi riskləri *, varsa alternativ müalicə üsullarını, müalicə nəticələrini, müalicənin rədd edilməsi vəziyyətində ortaya çıxa biləcək riskləri, xəstəyə açıqladım və məlumatlandırma formasını xəstəyə verdim. Xəstə / xəstə yaxınları tərəfindən, tərəfimə soruşulan bütün sualları tam olaraq cavablandırdım.



* Müalicəyə və xəstəyə aid xüsusi risklər (varsa):

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………


Həkimin Adı Soyadı:……………………………………… İmza:…………………… Tarix:….../.……/…….… Saat:……

TƏRCÜMƏÇİ (Xəstənin Dil/ Ünsiyyət Problemi varsa)

Xəstəyə həkim tərəfindən edilən açıqlamaları tərcümə etdim. Fikirimə görə tərcümə etdiyim məlumatlar xəstə tərəfindən aydın olmuşdur.



Tərcüməçi Adı Soyadı:…………….……………. İmza:…………………… Tarix:….../.……/…….… Saat:..…..


Dok.No:HD.RB.008 Rev. No:1 (07.03.2016) Yayin Tarihi: 15.11.2015

/




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə