Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 95.02 Kb.
PDF просмотр
tarix21.04.2017
ölçüsü95.02 Kb.



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

DİLÇİLİK  

 

 

UOT 81(091); 81 (092 

 

FƏRHAD AĞAZADƏNİN “NƏ ÜÇÜN ƏRƏB HƏRFLƏRİ 



TÜRK DİLİNƏ YARAMIR?” ƏSƏRİ  

 

Y.V.QƏHRƏMANLI 

Bakı Dövlət Universiteti 

nagiyeva _ y@box.az 

 

 Bu m



əqalədə fəal ictimai xadim, görkəmli dilçi, bacarıqlı müəllim, təcrübəli metodist, 

publisist v

ə yeni latın qrafikalı əlifba uğrunda yorulmadan mübarizə aparan Fərhad Ağazadə-

nin 

əski əlifba ilə 1922-ci ildə nəşr edilən “Nə üçün ərəb hərfləri türk dilinə yaramir?” əsəri 

haqqında məlumat verilmışdir.  

 

Açar sözl



ər: Fərhad Ağazadə, ərəb hərfləri, türk dili, latın əlifbası, dilçi 

 

F



ərhad Ağazadə (1880-1931) sözün əsl mənasında vətənpərvər idi. Vətə-

ninin t


ərəqqisi üçün bütün işləri görməyi özünə borc bilirdi. O, latın əlifbasına 

keçid  uğrunda  fəal mübariz,  vətən  övladlarının  daim  maarifləndirilməsi yo-

lunda 

əzmlə  çalışan  bacarıqlı  bir  müəllim,  çoxsaylı  dərslikləri və  metodik 



v

əsaitləri ilə  təcrübəli metodist, həmçinin  ədəbiyyatşünaslığa  dair  dəyərli 

əsərlərin:  “Əkinçi” və  ya “Həsən bəy Zərdabinin tərcümeyi-halı”  (1926), 

“Firudin b

əy Köçərlinin  bioqrafiyası”  adlı  əsərlərin müəllifidir. Tarix və 

coğrafiyaya  aid  “Firəngistan”  (1915)  adlı  əsəri, dövrü mətbuatda müxtəlif 

hadis

ələrə, o cümlədən ermənilərin törətdiyi qırğınlara aid çoxsaylı məqalələri 



onu görk

əmli publisist kimi də  tanıtmışdır.  Lakin  bütün  bunlardan  əvvəl 

F.Ağazadə böyük dilçi idi. Dilçilik elminin bütün sahələrinə:  əlifba və onun 

tarixi, fonetika, imla v

ə  orfoqrafiya, morfologiyaya dair dəyərli, məzmunlu 

əsərləri vardır. “Sovet ideologiyasının milli dillərə münasibətindəki “diploma-

tik”  nüanslara  baxmayaraq,  F.Ağazadə  yeni  əlifbanın  qəbuluna  milli  ziyalı 

mövqeyind

ən yanaşırdı (3, 8). “Hətta latın əlifbasının düşmənləri arasında belə 

bu 


əlifbanın ən nəhəng nəzəriyyəçilərindən biri” (5, iş.68) kimi qiymətləndiri-

l

ən F.Ağazadə dövrünün bir çox ziyalıları kimi yeni əlifba uğrunda mübarizə 



aparmaqla yanaşı, onu nəzəri cəhətdən sübut edən əsərlər yazmışdır. F.Ağaza-

d

ənin köhnə  əlifba,  onun  qüsurları, yeni  əlifba hərəkatı  və tarixi  haqqında  4 



əsəri vardır: “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” (1922, əski əlifba ilə 

türk dilind

ə), “Yeni türk əlifba  ideyalarının  yaranma  tarixi  və  həyata ke-

çirilm

əsi” (1926, rus dilində), “Yeni türk əlifbası  layihələrinin unifikasiyası 



üzr

ə materiallar” (1927, rus dilində), “Yeni əlifba hərəkatının inkişaf tarixi və 

uğurları haqqında oçerk” (1928, rus dilində). Bunlardan başqa bir çox qəzet və 

jurnallarda  bu  mövzuya  aid  çoxsaylı  məqalələri: ”Yeni əlifbanın  Şərqdəki 

n

əticələri”, “Yeni əlifbanın  birləşməsi”, “Yeni əlifbanın  Şərqdə  intişarı”, 



“Yeni 

əlifba tarixindən bir parça” və s. vardır. 

“N

ə üçün ərəb hərfləri türk dilinə yaramır?” (1922) əsəri yeni əlifbanın 



üstünlükl

əri  haqda  Yeni  Türk  Əlifba  Komitəsi tərəfindən nəşr  edilən  ilk 

əsərdir. Onun haqqında ilk dəfə A.Abdullayev məlumat vermişdir: “O, 1922-ci 

ild


ə  “Nə  üçün  ərəb  əlifbası  türk  dilinə  yaramır?”  adlı  böyük  elmi  əsərini 

Bakıda  çap etdirmişdir.  196  səhifəlik  iri  formatlı  bu  kitabda  ərəb  əlifbasının 

yaranması, intişarı, qüsurları və bu qüsurları törədənlərun əsərləri çox geniş, 

d

ərin və ətraflı surətdə verilmışdir (1, 367). S.Hələtai bu əsər haqqında belə 



yazır:  “Müəllif həmin  əsərində  ərəb  əlifbasının  əmələ  gəlməsi və  yayılması 

tarixini, onun dilimiz üçün yarar

sızlığını, müxtəlif dövrlərdə onun dəyişdiril-

m

əsi  uğrunda  mübarizə  aparan nümayəndələr və  onların  əsərləri  haqqında 



geniş  məlumat verərək,  ərəb  əlifbasının  dəyişdirilməsi zərurətini faktlara və 

elmi d


əlillərə əsasən isbat edir. F.Ağazadə həmin əsər haqda 1926-cı ilin mart 

ayında çağırılan Türkoloji qurultayda məlumat verdi. Əsər qurultay tərəfindən 

b

əyənildi” (7, 74). Bu məlumatı müəllif çox güman ki, G.Kuçayevanın həyat 



yoldaşı haqqında xatirələrindən götürmüşdür. Çünki başqa heç bir mənbədə bu 

haqda m


əlumat yoxdur. 

F.Ağazadə  haqqında  yeganə  monoqrafiyanın  müəllifi  olan  Ə.Ağayevin 

bu 

əsər haqda məlumatında  onun  nəşr  tarixi  1923-cü  il  kimi  verilmişdir: 



“1923-cü ild

ə F.A.Şərqlinin “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı 

elmi kitabı ərəb əlifbası ilə nəşr olundu. Müəllif bu kitabında ərəb əlifbasının 

yaradılması  barədə  məlumat  vermiş,  onun  qüsurlarını  göstərmişdir.  Əsərdə 

köhn

ə  təlim  üsulları  ərəb  əlifbasının  tədris  işini  çətinləşdirməsi  faktları  elmi 



şəkildə izah olunmuşdu” (2, 50). Çox qəribə olsa da, amma F.Ağazadənin özü 

d

ə “Yeni türk əlifba ideyalarının yaranma tarixi və həyata keçirilməsi” (s.5), 



“Yeni 

əlifba hərəkatının  inkişaf  tarixi  və  uğurları  haqqında  oçerk”  (s.15) 

əsərlərində bu monoqrafiyanın nəşr tarixini 1923-cü il kimi vermişdir. Halbuki 

əsər 1922-ci ildə nəşr olunmuşdur.  

Bu 

əsərin yazılma səbəbi nədən irəli gəlirdi? Məlum olduğu kimi, ərəb 



əlifbası  islam  dini  ilə  əlaqədar  olduğu  və  din xadimləri təhsillərini həmin 

əlifbada aldıqları üçün onun yeni əlifba ilə əvəz edilməsi müxtəlif təbəqələrin 

müqavim

ətinə  rast gəlirdi. Bu müqaviməti  qırmaq  üçün,  hər  şeydən  əvvəl, 



ərəb  əlifbasının  dilimiz  üçün  yararsız  olduğunu  və  savadlanma  qarşısında 

böyük mane

ələr törətdiyini faktlara əsasən elmi surətdə izah etmək lazım idi. 

Az

ərbaycan  Yeni  Türk  Əlifba  Komitəsi həmin vəzifəni bu sahədə  nəzəri və 



t

əcrübi cəhətdən  daha  hazırlıqlı  olan  F.Ağazadəyə  tapşırdı  və  o  da  bu  işin 



öhd


əsindən layiqincə  gəldi.  Əlifba  və  onun yaranma tarixi, ərəb  əlifbası  və 

onun  qüsurları,  yeni  latın  əlifbası  və  onun  uğrunda  mübarizə  aparan,  yeni 

əlifba layihələri ilə  çıxış  edən  şəxslər  ardıcıllıqla,  faktlarla  dərin və  dəqiq 

şəkildə verilmişdir. Bu, istər əlifbanın mənşəyi tarixi, istərsə də latın əlifbası 

uğrunda mübarizə hərəkatınınn, I, II Müəllimlər Qurultaylarının, Cümhuriyyət 

dövrü 


əlifba  islahatı  komissiyasının,  AYTƏK-in  yaranması  tarixi  haqda 

m

əlumat əldə etmək baxımından çox qiymətli monoqrafiyadır. “Nə üçün ərəb 



h

ərfləri türk dilinə  yaramır?”  əsəri  əlifbanı  dəyişmək  uğrunda  gedən müba-

riz

ənin tarixi haqqında zəngin məlumat verən dəyərli tədqiqatdır” (6, 105). 



 “N

ə  üçün  ərəb hərfləri türk dilinə  yaramır?”  əsəri 196 səhifədən 17 

hiss

ədən ibarət irihəcmli monoqrafiyadır. Bu əsərin sonunda verilən “Kitabın 



t

əlifinə yaramış məxəzlər” hissəsinə nəzər salanda F.Ağazadənin Azərbaycan 

v

ə  rus  dillərində  73 kitabdan istifadə  etdiyi məlum olur ki, bu da onun bu 



mövzuya nec

ə  diqqətli və  hərtərəfli  yanaşmasından  xəbər verir. 17 hissədən 

beşi: “Yazıların başlandığı rəsmdir”, “Heroqlif yazıları”, “Yer üzündəki əlifba-

la

rın hamısı bir çeşmədir”, “Əlifbanın şərqə döğru hərəkəti”, “Əlifbanın qərbə 



döğru  hərəkəti” hissələri, ümumiyyətlə,  əlifba, onun mənşəyi,  yaranması 

növl


əri  haqqındadır.  Bu  hissədə  heroqliflər,  onların  kəşfi,  ləfzi və  sədayi 

üsulları,  müqəddəsliyi  haqqında  məlumat verir: “Heroqlif  əvam üçün üstü 

p

ərdəli bir şeir idi. Bundan istifadə edən kahinlər hieroqlifin allahlardan onlara 



verilm

əsini söylədilər... Odur ki, heroqilifin mənası  “müqəddəs  yazılar” 

dem

əkdir. Yunanca “hieros” müqəddəs, ”qlipho” qazımaq, qazıb yazmaq de-



m

əkdir” (3, 8). Daha sonra bu mövzunu davam etdirərək  yazır:  “Beş  millət 

vardır  ki,  qəbul etdiyi hürufata müqəddəslik vəzifəsini  vermışdir:  qədim 

farslar, y

əhudilər, süryanilər, moğollar və ərəblərdir. Bunların hər biri bir din 

q

əbul etdiklərindən peyğəmbərlərinin qanunlarını ehtimal etdikləri hürufat ilə 



yazmışdırlar. Zərdöştin  “Avesta”sı  zend  və  pəhləvi hürufat ilə  yazılmışdır. 

Arami x


əttilə  Musanın  Tövratı  yazılmışdır.  Süryanı  xətti  ilə  köhnə  İncil 

yazılmışdır.  Budda  məzhəbi isə  moğolların  qəbul etdikləri bir növ hüruf  ilə 

d

ərc edilmışdir. Ərəb hərfləri ilə də Quran yazılmışdır. Bu hərflərin hamısı bir 



m

əxəzdən, bir çeşmədən götürülmüşdür. Ona görə də, müqəddəslik vəzifəsini 

verm

əyin mənası  boş,  dəlilsiz  bir  şeydir.  Çünki  elmin  sayəsində  sübut edil-



mışdir ki, hərflər nə asimandan endirilmışdir, nə də behiştdən götürülmüşdür” 

(3, 18). Bununla da o “Quran 

ərəb  əlifbasında  yazıldığı  üçün  onu  dəyişmək 

olmaz!”  -  fikrini dig

ər  əlifbaların  misalında  təkzib edərək  birinci  dərəcəli 

v

əzifənin öhdəsindən gəlir.  



Əlifbanın ilk yaradıcıları kimlərdir? Bu suala cavab axtaran F.Ağazadə 

iki fikir arasında tərəddüd edir: finikiyalılar, yoxsa yəhudilər? Çünki hər ikisi 

üçün yet

ərincə  sübut  vardır.  Əvvəlcə  onu qeyd edək ki, yer üzündəki  əlif-

baların yaranmasında ilk addım kahinlərin heroqlifləri – şəkilləri dəyişərək hər 

birini  2  cızıqla  göstərməyə  çalışdıqları  “kahin  yazıları”  mənasını  ifadə  edən 

“heratik  yazılar”  olmuşdur.  Finikiyalılar  və  ya yəhudilər  əlifbanı  bunun 

əsasında yaratmışlar. F.Ağazadə hər iki xalq üçün müxtəlif alimlərin əsərlərinə 



müraci


ət edərək, nəhayət, bu fikrə gəlir ki, yəhudilər əlifbanı yaratmış, finiki-

ya

lılar  isə  yayılmasına  xidmət  etmışlər.  Çünki  “finikiyalılar  məlum  olduğu 



üzr

ə şərqın məhsullarını qərbə, qərbin məhsullarını şərqə daşıyaraq genişmiq-

yaslı  ticarətlə  məşğul  olmuş  və  var-dövlətə  yiyələnmişlər. Dəniz adalarında 

finikiyalıların  müstəmləkələri və  anbarları  olduğundan  onlarla  yazı  yolu  ilə 

əlaqə saxlamış və bu vasitə ilə onları da işlətdikləri  əlifba ilə tanış etmışlər. 

Bel


əliklə, sübut olundu ki, əlifbanın çap olunması finikiyalıların xidmətində-

dir”  (3,  20).  Əlifbanın  ixtirasına  qaldıqda  isə  finikiyalılar  ticarətlə  məşğul 

olduğu  üçün  onlar  əlifba yaratmaq kimi çox vaxt tələb edən  bir  işə  həvəs 

göst


ərə bilməzdi və hərflərin adlarının mənasına baxanda, onların arasında bir 

d

ənə də olsun ticarət və dənizçiliklə bağlı söz yoxdur. Nəhayət, F.Ağazadə bu 



fikr

ə gəlir ki, yəhudilər Misirdən Kənana köçəndən sonra əkinçiliklə məşğul 

olmuşlar  və  ixtira etdikləri  əlifbanı  miladdan  15  əsr  əvvəl Misirdən Kənana 

daxil edib 

ətrafdakı Samiyə millətləri arasında çap etmişlər. Bir çox vaxtlardan 

sonra  finikiyalıların  əllərinə  düşmüş  əlifba xeyli sadələşdirildikdən sonra 

ticar

ət  malları  ilə  bərabər dənizləri gəzib  adaları  ziyarət etdi (3, 22). Sona 



q

ədər o, bu əlifbanı finikiya- yəhudi əlifbası adlandırır. 

Finikiya-y

əhudi  əlifbası  şərqə  və  qərbə  doğru  yayılarkən  hansı  yolları 

keçmişdir? “Əlifbanın şərqə doğru hərəkəti” hissəsində bu suala cavab tapmaq 

olur.  Əvvəlcə,  bu  əlifba “əqvami samilərin  arasında  yayıldı  və  sonra  əlifba 

şərqə  doğru  hərəkət edərək bir neçə  müəyyən zümrələr  yaratmışdır  ki,  o 

zümr


ənin başçıları bunlardır: Arami zümrəsi, İran zümrəsi, Hindistan zümrəsi, 

Q

ərb zümrəsi” (3, 22). Bunlar haqda ətraflı  məlumat verən  F.Ağazadə  ərəb 



əlifbasının mənşəyi və əhatə dairəsi üzərində dayanır. “Ərəb əlifbası sami əlif-

ba

ların  ən  cavanıdır.  Köçərilərdən olan nəbati milləti sami əlifbasını  qəbul 



ed

ərək  yazının  sürətliliyi üçün hərfləri bir-biri ilə  birləşdirir.  Bundan  sonra 

Ərəbistanın  içərilərinə  doğru  köçərək  miladın  I  əsrində  öz həmcinsləri olan 

ərəb  tayfasına  bu  əlifbanı  təlim etdilər.  Ərəb  əlifbasının  sürətli  çapı  İslamın 

zühurundan sonra başladı.  

Ərəb  əlifbasının  hər ölkədəki  başqalığı  məsələsinə  toxunan  F.Ağazadə 

qeyd edir ki, 

əvvəlcə ərəb əlifbasının yazı surətləri 1-2 dənədən artıq olmadığı 

halda, sonra bunun növl

əri artıb 30-a çatmışdır, ərəb əlifbası hər ölkəyə daxil 

olduğu  zaman  oranın  şəraiti ilə  yazının  siması  da  başqalaşır.  Onun  ərəb 

x

ətlərinin  ən qədimləri  haqqındakı  mülahizələri də  maraqlıdır.  Bu  əlifbanın 



xüsusiyy

ətlərini açan müəllif, həm də, onun nöqsanlarına toxunur. 22 hərfdən 

ibar

ət sami tərtibi ilə, yəni “əbcəd-həvvəz” üsulu ilə  düzülən kufi və  nəsx 



x

əttinə ərəb qırtlağına uyğun “fısıltılı və təlaq” səslər artırılıb hərflərin sayı 28-

ə  çatmışdır  və  bu  zaman  ərəblər  heç  bir  xüsusi  şəkillər  yaratmayıb,  sadəcə 

nöqt


ələr artıraraq bu hərfə 2 məna verdilər və bununla qüsurlar yarandı: 1) 28 

h

ərfin cəmi  16  şəkli var, 12 hərfin özlərinə  məxsus  şəkilləri yoxdur. Bu isə 



qira

əti çətin bir hala salırdı. 2) Sami əlifbalarının hamısında olduğu kimi, ərəb 

əlifbası  yalnız  samitlərdən ibarətdir.  Ərəb  əlifbasının  saitsizliyinin  səbəbini 

izah ed


ən  F.Ağazadə  qeyd edir ki, bu hal isə  onların  dillərinin tərkibindən 

yaranan bir m

əsələdir ki, onlara görə  hər kəlmənin  əsasını  yalnız  samitlər 

t

əşkil edirlər. Saitlərin olub-olmaması ərəbin tələffüzündə problem yaratmaya-



caq.  Amma  farsların  və  türklərin tələffüzündə  saitlərin  yoxluğu  böyük 

ç

ətinliklər törədir. 3) Ərəb əlifbasının ikinci islahına qədəm qoyulur ki, bu da 



h

ərəkələrin  icadından  ibarətdir. Burada da samitlər üzərinə  xüsusi  işarələr 

qoymaqdan  başqa  bir  çarə  tapmadılar  ki,  bu  da  böyük  çətinliklər törədir. 

H

ərəkələri: fəthə, zəmmə, kəsrə, üç ədəd tənvin, təşdid, mədd və həmzəni icad 



ed

ən Həccac ibn Yusif əl Səqtidir. 4) Məxrəc məsələsinə gəlincə isə, bu hal 

yalnız  ərəblərə  məxsusdur. O hərflərin düzgün tələffüzünü  yalnız  ərəb 

qırtlağından,  ərəb  ağzından  eşitmək  mümkündür:  “Başqa  xalqlar  yalnız  ərəb 

boğazına  məxsus olan bu hərflərin, səslərin  ərəb kimi tələffüz etməyə  əslən 

qadir olmamışlar və olmayacaqlar da” (3, 34).  

“Əlifbanın qərbə doğru hərəkəti” hissəsində F.Ağazadə yunan, latın və 

rus 


əlifbalarının  yaranması,  xüsusiyyətləri,  əhatə  dairələri  haqqında  məlumat 

verir. Yunan 

əlifbası  da  finikiya-yəhudi  əlifbasından,  miladdan 10 əsr  əvvəl 

tör


əmişsə də, yunanlar öz əlavələrini etmişlər. Belə ki, əvvəlcə yunan əlifbası 

2 t


ərəflə sağdan-sola və soldan-sağa, ən nəhayət isə soldan sağa yazılmış və 22 

h

ərfə  5 sait səs  əlavə  edilmişdir.  Bir  çox  əlifbalar, o cümlədən rus və  latın 



əlifbası da yunan əlifbasından yaranmışlar. 

Rus 


əlifbasını latın əlifbası ilə müqayisə edən F.Ağazadə təxminən min 

il bundan 

əvvəl  xristianlığın  yaranması  ilə  slavyan  əlifbası  adı  ilə  Kiril və 

Metod qardaşları tərəfindən yaradılan və 42 hərfdən ibarət olan bu əlifbanın 

h

ərflərinin həm çirkin, həm də  qarmaqarışıq  olduğunu  yazır:  “Onun  Avropa 



əlifbaları  ilə  rəqabəti  mümkün  deyildi.  Yalnız  kilsə  kitablarının  işinə 

yarayırdi.” (3, 37). Sonra fikrinə aydınlıq gətirir ki, rus əlifbasının A, K, O, M, 

T h

ərfləri tamamilə  latın  hərflərinin  əsl surətləridir.  Qalanları  isə  bir qədər 



d

əyişikliyə uğrasa da, üsul latıncadan götürülmüşdür.  

Miladdan 8 

əsr əvvəl yaranan latın hərflərinin üstünlüklərini qeyd edən 

F.Ağazadə  yazır  ki,  latın  hərfləri  əvvəllər  sağdan-sola  yazılsa  da, sonradan 

soldan-


sağa yazılmış xırda və iri, çap və yazı hərfləri olmuşdur.”Yer üzündə 

mövcud olan 

əlifbaların ən mükəmməli latın hərfləridir” (3, 41). Demək olar 

ki, latın hərfləri ilə yer üzünün heç bir əlifbası rəqabət apara bilmir. “Bu gün 

bir 

əlifba qəbul etmək məqsədi daşıyan millət latın sistemini qoyub heç vaxt 



ərəb sisteminə həvəs göstərməz” (3, 45) .  

“N

ə üçün getdikcə ərəb əlifbasının meydanı daralır?” adlanan VI hissə, 



dem

ək  olar  ki,  monoqrafiyanın  əsas hissəsi,  canıdır.  Nə  üçün hər iki əlifba 

finikiya-y

əhudi  əlifbasından  yarandığı  halda  ərəb  əlifbası  tənəzzül,  latın 

əlifbası  tərəqqi  edir?  Bu  suala  cavab  axtaran  F.Ağazadə  ərəb  əlifbasının 

qüsurlarını bir-bir sayır. Latın əlifbası finikiya əlifbasında mütərəqqi dəyişiklər 

edib, soldan-

sağa yazılmağa başladı, sait səslər əlavə edildi, lazımsız samitlərə 

yer verilm

ədi.  Ərəb  əlifbası  isə  bu üç mərhələnin heç birini etmədiyi üçün 

t

ənəzzülə  uğradı.  Ərəb  əlifbasının  saitsizliyinə  toxunan  F.Ağazadə  bu 



xüsusiyy

ətin Azərbaycan dili üçün çox böyük çətinlik törətdiyini göstərərkən 



10 

bir-bir bütün saitl

əri analiz edir və qeyd edir ki, məs: “vav”-   hərfi 5 səs – v, o, 

ö, u, ü səslərini ifadə edir.   - əlifin 10 vəzifəsi var, “yə”-   hərfi – y, i, ı , “ha”- 

 

hərfi – h, ə, a səslərinin yerində işlənir. “Xülasə, qarma-qarışıq bir dolanbac 



meydana gəlir ki, asanlıqla bunun öhdəsindən gəlmək mümkün deyil”(s. 48). 

Həmcins  samitlər  məsələsinə  toxunan  F.Ağazadə  ta,  sad  hərflərinin,  te,  sin 

hərfləri  ilə  həmcins  səs  olduğunu  göstərərək  hansının  nə  vaxt  yazılmasının 

prob


lem  olduğunu  qeyd  edir.  Daha  sonra  he,  ha,  za,  zad  hərfləri,  türklərdə 

olmayan və “pəltəklərə məxsus” sin səsi haqqında təhlil apararaq bu nəticəyə 

gəlir  ki,  “ərəb  əlifbasını  qəbul  etmiş  millətlər  və  o  cümlədən  də  türklərin 

məxrəclərində bu yabanı hərflər tamamılə yoxdur. Odur ki, heç bir türk onların 

istifadə mövqelərini dəyişə bilməz. Çünki burada əql və idrak işlənməsinə yol 

yoxdur.  Lüğətdən  başqa  hansı  bir  qayda,  qrammatika,  qanun  bu  hərflərin 

işlənmə  yerlərini  göstərməyə  qadirdir?”  (3,  50).  Ərəb  əlifbasının  nöqsanı 

budur ki, sait yox dərəcədə olduğu halda, müstəqil qrup təşkil edən həmcins 

samitləri vardır. Bunların cəmi 13 hərf edir: 1.  Əlif və   eyn 2. Hey-   , ha -   . 

3. Te -  , ta -   . 4. Sin -  , se -  , sad –

 . 5. Ze –   , zal -  , zad - 

, za -  . 

Beləliklə,  ərəb  sistemini  latın  sistemindən  geri  salan,  meydandan  qovub 

çıxaran məsələ budur. 

“Ərəb əlifbasının təlimi” (VII), “Ərəb hürufatı və üsulu sövtiyyə”(VIII), 

“Ərəb hürufatı və elmləri”(IX), “Ərəb hürufatı və mətbuat”(X), “Ərəb hürufatı, 

yaz

ıçılar  və  oxucular”(XI)  hissələrində  ərəb  əlifbasının  tədris-təlim  işində 



elmlərin  öyrənilməsində  və  mətbuatda  törətdiyi  çətinliklərdən  bəhs  olunur. 

“Sağ-sol”  məsələsi  və  ərəb  hürufatı”  adlanan  XII  hissədə  “Ərəblər  yazının 

soldan  yazılmasına  cürət  etmədilər”,  -  deyən  F.Ağazadə  bu  işin  kimya 

formulalarının  yazılmasında,  lüğətlərin  tərtibində,  rəqəmlərin,  notların 

yazılışında əngəl törətdiyini açıqlayır. 

“Ərəb  hürufatı  və  mütəxəssislər”  adlanan  XIII  hissədə  F.Ağazadə 

AYTƏK-in həkimlər, pedaqoqlar və texnikllər arasında apardığı sorğusu nəticə-

sində ərəb əlifbasının qüsurlarına mütəxəssis rəyini araşdırmış, ərəb əlifbasının 

yararsızlığını,  köhnə  əlifba  ilə  müvəffəqiyyətlərə  nail  olmağın  mümkünsüz-

lüyünü mütəxssıslərin: müəllim, həkim və texniklərin rəyi ilə sübut etmişdir. 

“İstatistik bizə nə göstərir?” adlanan XIV hissədə statistikaya müraciət 

ed

ən F.Ağazadə bütün ölkələrdə, o cümlədən Azərbaycanda əsgərlər arasında, 



hökum

ət məmurları, ruhanilər, bələdiyyə rəisləri arasında savadlıların sayını, 

ayrı-ayrı dövlətləri müqayisə edir. O yazır: “Savad – sarsılmaz bünövrədir ki, 

onun üz


ərində  mədəniyyətin  axır  divarları  dövrələnir. Azərbaycanın  yüzdə 

doxsan s


əkkiz nəfəri  savadsızdır.  Bunun  bir  çox  səbəbbləri  arasında  o 

s

əbəblərin  ən böyüyü ərəb  əlifbasıdır  ki,  az bir zamanda savad kəsb etməyə 



imkan vermir” (3, 141).       

F.Ağazadə  “Ərəb  hürufatının  islahına  və  təbdilinə  çalışanların  tarıxçə-

l

əri”  adlı  XV  hissədə  Azərbaycanda yeni əlifba  uğrunda  mübarızə  aparan 



şəxsiyyətlər  haqda  geniş  məlumat verir. Bu  hissədə  M.F.Axundov, Mirzə 

Melkum xan, Mirz

ə Rza xan, Fürudin bəy Köçərli, Məhəmməd Ağa Şahtaxtlı, 


11 

o cüml


ədən I və II Müəllimər Qurultayları, “İkinci il” kitabı, M.Mahmudbəyo-

vun  “İmlamız”  kitabı,  Türkiyədə  əlifba hərəkatı  və  onun nümayəndələri, 

Cümhuriyy

ət dövründəki  əlifba  komissiyası  və  onun üzvləri,  latınçılar  və 

islahçılar haqda geniş məlumat verir. Monoqrafiyanın bu hissəsi latın əlifbası 

uğrunda  mübarizə  hərəkatının  tarixi  baxımından,  qiymətlidir. Çünki bu 

m

əlumatlar çox dəqiqliklə verilmış və yeni əlifba hərəkatı haqqında araşdırma 



apara

nların demək olar ki, hamısı bu mənbədən istifadə etmışlər (1, 2, 8). 

“T

ərtib etdiyimiz əlifba və islahçılara bəzi cavablarımız” adlı XVI hissə-



d

ə  F.Ağazadə  latın  hərflərini qəbul edərkən  hansı  prinsiplərdən  yanaş-mağı 

göst

ərir. Latın əlifbasında şəkli olmayan türk hərflərini qəbul edərkən “avro-



palılar  kibi  mövcud  hərflər qondarmaqla,  yaxud iki, üç mövcud hərfləri bir-

birin


ə  qoşmaqla  çatmayan  hərflər  ehtiyacını  rəf etməli  idi.  Bunların  heç  biri 

çar


ə degildir. Hərəkə və nöqtə kibi əlamətlərin qullamasına yol verilməyəcək-

dir. Çünki bu kibi 

əlamətlərin ərəb əlifbasında nələr törətdiklərini gördük” (3, 

178). O, fikrini bel

ə  yekunlaşdırır.  “Fəqət  ehtiyaçımızı  bir  şey  ilə  rəf etmək 

lazım idi: buna görə, sair əlifbalara müraciət edib “ş” əvəzinə almanların “З” 

v

ə “g” əvəzinə “q” hərfini qəbul etdik. Bir-iki hərfin axırlarına ilgək qoşmaqla, 



ikisinin d

ə  bellərinə  qurşaq  qondarmaqla  5  hərfin  ehtiyacını  rəf etdik. Bu 

minval il

ə  latın  hürufatı  türk  dilinə  tətbiq edildi, 33 hərf ilə  bir opostrof 

deyil

ən sekutə əlamətilə qəbul olundu (3, 178).  



O, 

əsərini  islahçıların  latınçılara  verdiyi  bəzi  sualların  cavablarını 

verm

əklə bitirir. Onların: “Hürufatın çətinliyi mədəniyyətə mane ola bilməz, 



ərəb  hürufatının  çətinliyindən farslar və  ərəblərin özləri  şikayət etməzlər” 

sözl


ərinə:  “Latın  əlifbasına  tərcih ona görə  verilmışdir  ki,  o  yer  üzündəki 

əlifbaların  ən mükəmməlidir”.  Latın  əlifbasına  keçid  prosesində  Azərbaycan 

m

əkanının darlığı məsələsinə gəldikdə, müəllif göstərir ki, azərbaycanlılar 50 



illik milli teatra malikdir; dig

ər türk millətlərindən qabaq Quranı tərcümə edib, 

15 illik milli operası var, Darüfünunu yaratmışlar və latın hürufatının birinci 

t

ərərfdarı  Azərbaycan  olmuşdur.  Bu  məsələnin 65 illik tarixi var. Sonda 



m

əsələnin inqilab və ya təkamül yolu ilə həll edilməsi barədə fikirlər yürüdür 

v

ə  bu nəticəyə  gəlir ki, mədəni  işlərin  ən  qısa  yolu  inqilab  yoludur.  Arzu 



ed

ərik ki, vətənimiz Azərbaycanda tərtib etdiyimiz əlifbanı  inqilab  yolu  ilə 

q

əbul etdirə idilər ki, bundan başqa və gödək yolumuz bu qədər” (3, 191). 



Bel

əliklə, bu əsərdə daş dövründən öz dövrünə qədər yazı növləri, bütün 

əlifbaların xusiyyətləri, ərəb əlifbasının yaranması, tarixi, qüsurları, türk dilinə 

yaramamasının  səbəbləri, təlim-tədris prosesində  törətdiyi çətinliklər,  latın 

əlifbasının  yaranması,  tarixi,  əhatə  dairəsi, üstünlükləri,  əlifba hərəkatının 

tarıxı haqqında mükəmməl, dolğun, hərtərəfli məlumat verilmış, elmi dəlillərə 

v

ə  faktlara  əsasən  isbat  edilmişdir.  Bu  baxımdan  əsərin  yazılmasından  90  il 



keçm

əsinə baxmayaraq, bu gün də aktualdır.  



12 

ƏDƏBİYYAT 

1.

 



Abdullayev A. Az

ərbaycan dilinin tədrisi tarixindən. Bakı: Maarif ,1966, 332 s.  

2.

 

Ağayev Ə. Fərhad Ağazadənin pedaqoji görüşləri. Bakı: Maarif , 1987, 122 s. 



3.

 

Ağazadə F. “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” Bakı: 1922, 196 s. (əski əlifba ilə) 



4.

 

Ağazadə F. Türk dilinin dirilmək və zənginləşdirilmək yolları: tükənəklər; tərt.ed.  



Cəfərov N.. Azərbaycanda Atatürk Mərkəzi. Bakı : Nurlan, 2006, 46 s.  

5.

 



Ağazadə Fərhad (Fond - 515), Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan 

Dövl


ət Ədəbiyyat və İncəsənət Arxivi.  

6.

 



Az

ərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə, I c. Bakı: Lider, 2004, 400 s.  

7.

 

H



ələtai S. Fərhad Ağazadənin pedaqoji və elmi fəaliyyəti haqqında // Azərbaycan məktəbi 

jurnalı, 1965, № 4 , s. 71-76.  

8.

 

İsaxanlı İ. Azərbaycanda latın əlifbasına keçid. Tarixə qısa baxış və Fərhad Ağazadə // 



X

əzər xəbər jurnalı, 2005, № 197 (8-13); 198 (8-13); 199 (12-17).  

 

МОНОГРАФИЯ ФАРХАДА АГАЗАДЕ «ПОЧЕМУ АРАБСКИЕ 

БУКВЫ НЕ ПРИГОДНЫ ДЛЯ ТУРЕЦКОГО ЯЗЫКА?» 

 

Е.В.ГАХРАМАНЛЫ  

 

РЕЗЮМЕ 

 

В этой статье дается сведение о монографии активного общественного деятеля, 



видного языковеда, опытного педагога, передового методиста, публициста и неустанно-

го борца за новый алфавит с латынской графикой Фархада Агазаде «Почему арабские 

буквы не пригодны для турецкого языка?», изданной в 1922 году . 

  

Ключевые  слова: Фархад Агазаде, арабские буквы, латинский алфавит, турец-

кий язык, языковед 

 

FARHAD AGAZADEH’S MONOGRAPHY OF “WHY DON’T 



ARABIAN LETTERS SUIT TO THE TURK LANGUAGE?” 

 

Y.V.GAHRAMANLY 

 

SUMMARY 

 

 This article deals with the investigation of the prominent linguist, Farhad Agazadeh’s 



heritage. Farhad Agazadeh was not only an active public figure, a passionate teacher, an 

experienced methodist, but also an irrepressible campaigner of a new alphabet with a Latin 

script. The author of the article has studied Farhad Agazadeh’s monography  of “Why  don’t 

Arabian letters suit to the Turkish language?” published in 1922 with an Arabian script.  

 

Key words:  Farhad Agazadeh, Arabian letters,  the  Latin alphabet, the  Turkish 

language, linguist 



 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə