661) Qırtlağın allergik ödemi zamanı sadalanan hansı təxirə salınmaz tədbirlər məqsədə uyğun deyil?
A) Antihistamin preparatların daxilə qəbulu
B) Laziksin parenteral yeridilməsi
C) Qlükokortikoidlərin venadaxili yeridilməsi
D) Adrenalinin parenteral yeridilməsi
E) İzadrinin, novodrinin inqalyasiyası
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
662) Pnevmoniyalı xəstədə anamnezdə benzilpenisillinə qarşı allergik reaksiya olduqda hansı antibiotikin təyini daha məqsədəuyğundur?
A) Amoksisiklin
B) Amoksiklav
C) Sefazolin
D) Ampisillin
E) Siprofloksasin
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
663) 63 yaşlı xəstədə ÜİX, hipertoniya və aspirin formalı bronxial astma olduğu zaman arterial təzyiqin nəzarəti üçün sadalanan hansı preparatdan istifadə etmək məsləhət deyil?
A) Nifedepin
B) İzosorbid dinitrat
C) Kaptopril
D) Eufillin
E) Propranolol
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
Dostları ilə paylaş: |