63) Hansı reaksiyalarda hüceyrə imuniteti mühüm rol oynamır?
A) Şiş əleyhinə immunitetdə
B) Virus və göbələk əleyhinə immunitetdə
C) Anafilaktik şokda
D) Transplantantın ayrılmasında
E) Hüceyrə daxili parazitlərə qarşı müdafiyədə
Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
64) Aşağıdakılardan hansında polimorf nüvə infiltrasiyası olmaz?
A) Virus infeksiyası
B) Karbunkul
C) Fleqmona
D) Absses
E) Pnevmokok pnevmoniyası
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
65) Hansı maddə ən az allergen olma ehtimalına malikdir?
A) Bitki tozları
B) Ultra bənövşəyi şüalar
C) Zülallar
D) Qlikoproteidlər
E) Lateks
Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
66) Böyüklərin atopik xəstəlikləri zamanı ən tez-tez təsadüf edilən sensibilizasiya yolu hansıdır?
A) İnhalyasiya
B) Vena daxili
C) Enteral
D) Dəri altı
E) Dəri
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
67) Bunlardan hansıları dərhal (reagin) tipli allergiya zamanı tez-tez təsadüf edilən «şok» orqan və toxumalar sırasına daxil deyil?
A) Burun-udlağın selikli qişası
B) Mədə-bağırsaq traktı
C) Bronx və ağ ciyərlər
D) Dəri
E) Sinir toxuması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
Dostları ilə paylaş: |